Gürcüstan bölgəsi olan qondarma Abxaziya Respublikasının “prezidenti” Aleksandr Ankvabın korteji avtomat atəşinə tutulub. “Media forum” saytı xəbər verir ki, hadisə fevralın 22-də Qudautu rayonunda baş verib. Bir neçə fuqasın partladığı da bildirilir.
“Prezident” olaydan salamat qurtarıb. “İnterfaks”ın məlumatına görə, Aleksandr Ankvabın bir mühafizəçisi həlak olub, ikisi ağır yaralanıb.


