Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Xəbərlər
print

ABŞ DÖVLƏT KATİBİNİN KÖMƏKÇİSİ: “BELƏ FACİƏVİ VƏZİYYƏTDƏ STATUS-KVO QƏBULEDİLMƏZDİR”

2012-02-22 - 13:16:00

Erik Rubin 

ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Erik Rubin AzərTAc-ın Vaşinqtondakı xüsusi müxbiri Şəfəq Akifqızına müsahibə verib.

Erik Rubin bu ilin yanvarında Bakıda səfərdə olub. Müsahibəsində o, Azərbaycanda əsasən təhlükəsizliklə bağlı danışıqlar apardığını təsdiqləyib: “Məncə, təhlükəsizlik çox mənada danışdığımız bütün məsələlərə aid idi. Məsələn, biz Azərbaycanın bilavasitə İranın qonşusu olduğunu anlayırıq və bu, bir neçə məsələni ortaya gətirir. Mən Bakıda olanda Azərbaycan hökuməti yəhudi təşkilatlarına qarşı törədilməsi planlaşdırılan terror aktını aşkar etdiyini elan etmişdi. Belə cəhdlər, bildiyiniz kimi, Tbilisidə də olub. Təbii ki, İranın bölgədə fəaliyyəti ilə bağlı təhlükəsizlik narahatlıqlarımızı biz Azərbaycan hökuməti ilə müzakirə edirik. Həmçinin geniş mənada - biz başa düşürük ki, dünyada bu cür təhdidlərlə mübarizə aparmaq üçün birgə işləməliyik. Bu tipli əməkdaşlıq bizim Azərbaycanla münasibətlərimizin inkişafında uğurlu hissələrdən biridir - təhlükəsizlik, antiterror, hər iki ölkənin milli təhlükəsizliyinə təhdidlərin qarşısının alınmasına gəldikdə, biz çox əla əməkdaşlıq qurmuşuq. Bu əməkdaşlıq müstəqillikdən bəri inkişaf edib və təkmilləşib”.

Müsahibə zamanı jurnalist deyib: “Erməni maraqlarını təmsil edən qrupların təzyiqi altında sabiq səfir Brayzanın əvvəlcə təsdiqlənməsi gecikdirildi, sonra isə tamam geri çağırıldı.  Zənnimcə, bu illər ərzində biz daxili siyasətin ABŞ milli maraqlarına necə təsir göstərdiyini yaxşı öyrənmişik. Lakin bu, Azərbaycanda belə bir narahatlıq yaradıb ki, əgər administrasiya erməni lobbisinin Kapitolidə təzyiqinə tab gətirə bilmirsə, gələcəkdə təsdiq olunacaq səfirin kiçik qrupun deyil, doğrudan da ABŞ-ın maraqlarını təmsil edəcəyinə kim təminat verə bilər? Siz Bakıda diplomat olsaydınız, ölkənizə düşmən mövqedən yanaşan qrupun nəzarətindən keçib gələn həmkarınıza etibar edərdinizmi?”

ABŞ dövlət katibinin köməkçisi cavabında bildirib: “Mən bu narahatlıqların bir qismini eşitmişəm, amma onların əsaslı olduğunu düşünmürəm. Çünki bunlar bizim hakimiyyət sistemini, icraçı və qanunverici qolların səlahiyyətlərinin fərqini anlamamaqdan irəli gəlir. Səfir Brayza geri çağırılmayıb. Qanunverici orqan səfiri müəyyənləşdirmir. Konstitusiyamıza görə, prezident ətraflı yoxlamadan sonra namizədi seçir, Senat isə həmin namizədliyi təsdiqləyib-təsdiqləməyə bilər. İlk mərhələdə Senat cənab Brayzanı təsdiqləməyəndə prezident öz səlahiyyətlərindən istifadə edərək onu birillik təyin etdi. Bu, həm prezidentin Bakıda səfirin olması vacibliyinə, həm də səfir Brayzanın qabiliyyətinə inamından irəli gəlirdi.  Mətyu Brayza geri çağırılmadı, sadəcə Senat tərəfindən təsdiqlənmədi. Lakin nə prezident Obamanın, nə də administrasiyanın onu geri çağırmaq niyyəti yox idi. Gələcək səfirlərlə maraqlananlara isə cavabım bu olardı: gələn dəfə biz əmin olmağa çalışacağıq ki, prezidentin seçdiyi namizəd - vurğulayıram ki, namizədin seçilməsi şəxsən prezident tərəfindən qəbul edilən qərardır - tək qabiliyyətli deyil, həm də getdiyi bölgənin və ölkənin xüsusiyyətlərini başa düşən, Birləşmiş Ştatların maraqlarını təmsil edən birisi olsun. Təkrar etmək istəyirəm ki, bizim səfir namizədlərimizə veto qoyan yoxdur. Lakin namizədin Senat tərəfindən təsdiqlənəcəyinə də təminat verə bilmərik. Ümid edirəm ki, elə bir namizəd tapacağıq ki, onun təsdiqlənmə prosesi asan və tez olsun”.

Erik Rubin deyib ki, Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinə dair siyasəti dəyişməyib: “Mövqeyimizin fundamental əsası, həmişəki kimi, Helsinki Yekun Aktının prinsipləri, o cümlədən ərazi bütövlüyü, zor tətbiq edilməməsi və öz müqəddəratını müəyyənləşdirmə prinsipləri üzərində qurulub. Biz bunların hamısını tanıyırıq. Mövqeyimizdə hər hansı dəyişikliyə işarə etmək niyyətimiz yoxdur. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Ermənistan və Azərbaycan arasında gerçək irəliləyişin əldə edilməsi üçün ab-havanın gücləndirilməsinə yardım edirik. Bu da o deməkdir ki, tərəfkeşlik edə bilmərik”.

Minsk qrupunu “razılaşmanın əldə edilməsi üzrə prosesi irəli apara biləcək yeganə işlək çərçivə” adlandıran Erik Rubin vurğulayıb: “Belə faciəvi vəziyyətdə status-kvo qəbuledilməzdir. Mən bunu prezident İlham Əliyev ilə görüşdə də bildirmişdim. Biz status-kvonu tamamilə rədd edirik. Vəziyyət təhlükəlidir. Lakin inanırıq ki, indiyə qədər işlədiyimiz çərçivə razılıq əldə etmək üçün ən yaxşısıdır. "Təkəri yenidən icad etməyə" ehtiyac yoxdur, çünki belə olan halda indiyə qədər əldə etdiyimiz irəliləyişi də itirə bilərik”.

“Erməni soyqırımı”nı inkar edənləri cəzalandırmaq barədə Fransa Senatının çıxardığı qərardan sonra bu ölkənin Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması və Türkiyənin qrupa həmsədr gətirilməsi çağırışlarına ABŞ-ın münasibətini ifadə edərkən dövlət katibinin köməkçisi deyib: “Biz Fransanın həmsədr kimi bu illər ərzində oynadığı rolu yüksək qiymətləndiririk. Düşünürük ki, bu rol çox əhəmiyyətli olub. Bu, prezident Sarkozidən başlayaraq bütün rəsmilərin həmsədr öhdəliyinə sadiq qalmasını əks etdirir. Biz inanırıq ki, hazırkı struktur gələcək irəliləyişi əldə etmək üçün ən müvafiqdir. Hesab etmirik ki, Minsk qrupunun dəyişdirilməsi bu mərhələdə kömək edəcəkdir. Əksinə, bizi geri salacaq. Düşünürük ki, Minsk qrupunun bütün üzvləri prosesdə rol oynaya bilərlər və qurumun 20 illiyindən istifadə edərək bu barədə daha geniş müzakirə aparmaq istəyirik. Fransa qanununa və digər məsələlərə gəldikdə, biz bəyan etmişik ki, bu ayrı-ayrılıqda mürəkkəb olan məsələləri bir-birinə qatmaq lazım deyil. Münaqişənin özü buraya digər tarixi məsələləri və münaqişələri qatmadan kifayət qədər qəlizdir”.


"Media forum"
pxl
TEHRANIN EVİN ZİNDANINDA 14 NƏFƏR DAR AĞACINDAN ASILIB
2012-05-21 - 18:28:00
Mayın 21-də İranda narkotik maddələrin satışında və qaçaqmalçılığında təqsirli bilinərək ölümə məhkum edilmiş 14 nəfər dar ağacından asılıb. “M ardı >>>
mej
pic AQŞİN ƏLİZADƏ “ŞƏRƏF” ORDENİ İLƏ TƏLTİF OLUNDU
2012-05-21 - 16:55:00
Mayın 21-də prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Aqşin Əlizadəni “Şərəf” ordeni ilə təltif edib. ardı >>>
mej
BƏHREYN HÖKUMƏTİNDƏN İRANA QARŞI SƏRT AÇIQLAMA
2012-05-21 - 16:40:00
Mayın 21-də Bəhreyn hökuməti bəyanat yayaraq İranın bu ölkənin və bölgənin digər ölkələrinin daxili işlərinə qarışmasını kəskin pisləyib. “Medi ardı >>>
mej
pic BEYNƏLXALQ ATOM ENERJİSİ TƏŞKİLATININ BAŞ DİREKTORU İRANA SƏFƏR EDİB
2012-05-21 - 13:41:00
Yukio Amano Mayın 21-də Beynəlxalq Atom Enerjisi Təşkilatının baş direktoru Yukio Amano Tehran rəsmi ardı >>>
mej
SİLAHLI QÜVVƏLƏRİN 2012-ci İL İTKİLƏRİ: YENİ MƏLUMAT YAYILIB
2012-05-21 - 09:43:00
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin son məlumatına görə, 2012-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru 31 itki ver ardı >>>
mej
pic SERBİYADA PREZİDENT DƏYİŞDİ
2012-05-21 - 09:30:00
Mayın 20-də Serbiyada prezident seçkisinin ikinci turu keçirilib. “Media forum” saytı xəbər verir ki, Serb Tərəqqi Partiyasının lideri Tomisla ardı >>>
mej
pic MÜTTƏHİM DƏ, HAKİM DƏ EYNİ SÖZÜ DEDİ: “ALLAH ŞAHİDDİR!”
2012-05-18 - 11:28:00
Qonşum beşinci mərtəbədə, blokda qaranquşların yuva qurduğunu demişdi. Amma onlara baxmağa imkan tapmamışdım. İslamçıların məhkəməsindən dönən ardı >>>
mej
pic VƏKİL: “İSLAMÇILARIN NİCATI AVROPADA, AVROPA MƏHKƏMƏSİNDƏDİR”
2012-05-18 - 10:30:00
Mayın 17-də Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov, onun müavini Vaqif Abdullayev, partiyanın Astara rayon təşkilatının sədri Rufu ardı >>>
mej
pic LAÇINDAN ARALI
2012-05-17 - 15:27:00
İmdad ƏLİZADƏ Atam Əli Əliyev Laçınla Kəlbəcərin arasında mühasirədə qaldığı əlli dörd gündə anam Ze ardı >>>
mej
pic MİLLİ KİTABXANANIN DİREKTORU YENİLİKLƏRİ “MEDİA FORUM”la BÖLÜŞÜR
2012-05-17 - 13:17:00
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov “Media forum” saytının suallarını cavablandırıb. - Kitabxana-informasiya sahəsinin ardı >>>
mej
pic TOZA ÇEVRİLMİŞ TORPAQ
2012-05-17 - 10:24:00
Yeganə OQTAYQIZI Laçın... İşğal olunmuş, əsir düşmüş yurd yeri. Hər il torpağa qayıtmaq ümidi ilə ya ardı >>>
mej
pic “AVROVİZİYA 2012”: FİNAL (Birbaşa vəsiqə alanlar)
2012-05-16 - 16:43:00
“Media forum” saytı Bakıda keçiriləcək “Avroviziya 2012” mahnı yarışının finalına birbaşa vəsiqə alan iştirakçıları təqdim edir. Final mayın 26-da ardı >>>
mej
pic ORTA YOL
2012-05-16 - 16:02:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Orta yol - mötədil rasi ardı >>>
mej
pic “AVROVİZİYA 2012”: İKİNCİ YARIMFİNAL (İştirakçılar)
2012-05-16 - 15:40:00
“Media forum” saytı Bakıda keçiriləcək “Avroviziya 2012” mahnı yarışının ikinci yarımfinalının iştirakçılarını təqdim edir. İkinci yarımfinal mayın ardı >>>
mej
pic “AVROVİZİYA 2012”: BİRİNCİ YARIMFİNAL (İştirakçılar)
2012-05-16 - 14:04:00
“Media forum” saytı Bakıda keçiriləcək “Avroviziya 2012” mahnı yarışının birinci yarımfinalının iştirakçılarını təqdim edir. Birinci yarımfinal may ardı >>>
mej
pic AŞAĞI BOYLANMAĞI SEVMİRƏM, YUXARI BOYLANARAM
2012-05-16 - 10:53:00
Gülnar MAYİSQIZI  İstəklərim İstəklərimin ardınca qaçmaq istədim hər zaman. Əslində qaçmaq ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir