Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, hazırda Böyük Qafqaz çaylarında sululuq ongünlük normanın 120-215, Kiçik Qafqaz çaylarında 145-155, Lənkəran-Astara bölgəsi çaylarında 85-125, Naxçıvan çaylarında 20-25 faizini təşkil edir.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 148 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edir (2011-ci ildə 123 m3/s olmaqla 72 faiz təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 65 m3/san olmaqla ongünlük normanın 92 faizini təşkil edir (2011-ci ildə 54 m3/s olmaqla 77 faiz təşkil edirdi).
Kür çayının aşağı axınında hazırda Surra məntəqəsində suyun səviyyəsi 623 sm (2011-ci il fevralın 20-də 582 sm), Şirvanda 512 sm (2011-ci il fevralın 20-də 467 sm), Bankədə 341 sm (2011-ci il fevralın 20-də 327 sm), Araz çayının Novruzlu məntəqəsində isə 341 sm (2011-ci il fevralın 20-də 300 sm) təşkil edir.


