![]() |
| Oqtay QORÇU |
Nyuton barəsində nəsə yazmaq mənə elə də çətin görünmür. Fizika, astronomiya, riyaziyyat elmlərindən anlayışım cüzi olsa da, bu dahidən yazmaq üçün... Yazı haqqında düşünürdüm və qəfildən mənə stimul verən orijinal bir fotoşəkli xatırladım. Dilini göstərən Eynşteynin fotosunu. Eyni yolun yolçuları.
“Bu adı eşitməmişəm” söyləyən çətin ki, bir kimsə tapıla. Onun barəsində xeyli yazılıb, haqqında neçə-neçə kitab var, hətta Nyutonun başına alma düşməsi əhvalatı animasiya filmi təki ekranlaşdırılıb da. Dünya onu dahi kimi qəbul edib. İsaak Nyuton fizik, riyaziyyatçı, filosof, astronom, kimyaçı, rəssam, ilahiyyatçı alim və Bibliya tədqiqatları üzrə mütəxəssisdi.
İsaak Nyuton 1643-cü ilin yanvarın 4-də İngiltərədə fermer ailəsində doğulub. Vaxtından tez dünyaya gələn bu yetim uşaq çox çətin şəraitdə böyüyüb. Fiziki cəhətdən çox zəif olan İsaak uşaqlıqdan qorxu içində yaşayıb, həmişə yaşıdlarının onu döyməyinin acısını çəkərmiş. Belə mühit onun psixoloji durumuna və təhsilinə də təsir göstərib. Dərslərini yaxşı oxumadığından adı pis oxuyan şagirdlərin siyahısında birinci yazılıbmış. Ancaq bir təsadüf hər şeyi dəyişib.
Bir dəfə yenə Nyutonun məktəbdə şagird yoldaşıyla davası düşür. Yaşıdı olan məktəbliyə döyülən Nyuton ona güc gələ bilmədiyindən bunun əvəzini yaxşı oxumaqla verməyi qərara alır.
Oxumaq ehtirası günü-gündən Nyutonu fiziki və mənəvi cəhətdən qüvvətləndirir. Elm öyrənmək arzusuyla közərən bu ümid ruhən gənci dikəldir. Şagird İsaak artıq seçimini etmişdi. Hər gün oxuduğu “İncil”in və riyaziyyatın sirlərini öyrənmək həvəsi onu ancaq bir yol tutmağa yönəldəcəkdi. Qərarını verən gündən gecə-gündüz dərsləriylə məşğul olmağa başladı.
Oxumaqdan savayı əyləncəsi yox idi. Hər gün dərslərini hazırlayıb tənhalığa çəkilən bu uşaq mürəkkəb riyazi məsələləri həll etməklə və müxtəlif çertyojlar çəkməklə dinclik tapardı. Onun hələ uşaq ikən düzəltdiyi əl dəyirmanında hətta bir ovuc buğda üyütmək də mümkün idi. İxtirası olan hərəkətli oyuncaqları isə yaşıdları arasında Nyutonu məşhurlaşdırmışdı. Böyüklər və yaşıdları onun tez-tez “Bibliya” oxuduğunu görüb, bu uşağın gələcəkdə din xadimi, keşiş olacağını sanırdılar. İsaak isə müqəddəs kitaba həm də bütün elmlərin kitabxanası kimi yanaşırdı. Kainatda baş verən proseslərin elmi izahını “İncil”də axtarıb tapmaq istəyirdi.
Beləliklə, hər şey qaydasına düşdü. Artıq təhsil almaq üçün şəhərə getmək xəyalıyla yaşayırdı. Onun təhsili anasını maraqlandırmırdı. Bu sahədə yeganə arxası dayısı oldu. Onun dəqiq elmlərə həvəsinin ötəri olmadığını görən dayısı gənc Nyutonu ali təhsil almağa göndərməyi qərara aldı. Anası öncə bu qərarın əleyhinə olub, inadla oğlunun fermer təsərrüfatına nəzarət etməsini istəyirdi. Uzun mübahisədən sonra, nəhayət, Nyutonun dayısı öz bacısını inandırmağı bacarır. İsaakın gələcəyə və tarixə çevriləcək uğurlu yolu beləcə açılır.
Bakalavr pilləsində oxuyur, ali təhsil alır. İstedadı Nyutonu Londonda tez bir zamanda məşhurlaşdırır. Onun elmini və bacarığını qiymətləndirən öncə dövlət olur. İngiltərədə pul basılan yerə - zərbxanaya nəzarətçi təyin olunur. Metal pulların istehsalına nəzarət ona həvalə edilir.
1703-cü ildə isə London Kral Cəmiyyətinin üzvü və prezidenti seçilib. İsaak Nyuton siyasətdən uzaq şəxs olsa da iki dəfə onu parlamentə üzv seçiblər. Və seçildiyi gündən də heç bir müzakirələrə qoşulmayıb, bir dəfə də söz almayıb. Hətta bir gün parlamentdə onun söz aldığını görəndə heyrətləniblər, ancaq dediyi bu olub: “Pəncərənin nəfəsliyini örtün”.
Planetlərin orbitləri üzrə təsir qüvvəsinin öyrənilməsinin və mexanikanın əsasını qoyan, cazibə qanununu kəşf edən, güzgülü teleskopun yaradıcısı, neçə-neçə böyük kəşfin müəllifi Nyutonu inkar etmək mümkünsüzdü. O, böyük bir məktəbin banisi, elmdə yeni bir tarixin yaradıcısıdı.
Nyutonun fəaliyyəti və şəxsiyyəti haqqında zaman-zaman müxtəlif rəylər, fikirlər səslənib. Hətta böyük Volter onun barəsində məşhur alma əhvalatını lətifə təki quraşdırıb aləmə yayıb. Nyuton elə dahilərdəndi ki, şıltaq qəribəlikləri nöqsanlarının sayı qədər olsa da, yenə onun böyüklüyünə kölgə sala bilməz. Sözsüz ki, onun kəşfləri, yazdıqları və təfəkkür tərzi təkrarolunmaz və müqayisəsiz də deyil. Ancaq dəst-xəttinə görə bu tək Nyutonun üslub tərzidi, elə buna görə əvəzedilməzdi.
Təvazökarlığıyla seçilən alim deyərmiş ki, hər zaman özünü dəniz sahilində oynayan, qırmızı balıqqulağı tapan uşaq kimi hiss edir. Nyuton elm dəryası qarşısında tədqiq olunmayan nə qədər şeyin qaldığını görüncə hərdən nəyəsə çatdığına belə şübhəylə yanaşarmış Alim başa düşürdü ki, ideal, mükəmməl nəzəriyyə, kəşf özü mücərrəd bir anlamdı. Alimlərin bütün kəşflərinin ancaq Tanrının izniylə reallaşdığına və müəyyən çərçivəni heç bir elmin aşa bilməyəcəyinə inanan Nyuton həmişə elmi uğurlarına görə Yaradana borclu olduğunu qeyd edərdi.
Nyuton şüurlu varlıq olan insanı da elə İlahinin bəxş etdiyi elmi tapıntı sanırdı. Elmin bir zərrəsi olan bioloji fərd kimi Nyuton özündə olanı dünyayla paylaşmağı hər bir elmli insanın ali missiyası hesab edirdi. Bu dahi yer kürəsində və kainatda gedən bütün təbii prosesi Tanrının nizamlama qanunu əsasında təbii proses təki qavrayırdı.
Nyuton barəsində hər dəfə nəsə oxuduqca heyrətlənməmək mümkün deyil. Onun inancı sərhədsizdi. O, dahidi, ruhən, bütün vücuduyla Tanrıya bağlıdı. Və onda bu İlahi eşqin gücü hətta hisslərini cilovlaya bilmədiyi qədər böyükdü, ehtiraslıdı.
O, Tanrının açıb demədiyini dünyaya bəyan etməklə müqəddəs missiyanın bir hissəsinə çevrildiyini sanırdı. Qiyamətdən xəbərçi olanların biri də məhz bu dahidi. Alim peyğəmbərlik etmək istəyib. Öncəgörən Nyuton. Tanrıya və müqəddəs kitaba fanatikcəsinə inanan alim inancında sapıb. Riyazi hesablamalar aparıb və “İncil”in şifrələrini açdığını sanıb. Bu, biliyin, elmin və bir az da eqoist düşüncə tərzinin nəticəsidi. Qiyamətin tarixi barədə müqəddəs kitablarda heç nə yazılmadığı halda Nyuton bəlli tarixçəni təqdim edib. Həm də qəribə bir arxayınçılığı varmış. Sözsüz ki, İsaak Nyuton yazdıqlarına hamının inanacağına əminmiş.
Qiyamətin dəqiq tarixini hesablayıb sənədə, tarixə çevirən Nyutonun yazdıqları üzə çıxdı. Mən tapılan bu sənədin orijinallığına şübhə etmirəm. Nyutonun da qiyamət barədə nəsə yazmasına inanıram. Kəşfləriylə dünya elminə böyük yeniliklər bəxş edən dahinin İsrail Beynəlxalq Kitabxanasından 7 min 500 səhifəlik elmi araşdırması üzə çıxdı. Nyutonun yazdıqlarını araşdıranlar onun qiyamətin tarixini açıqladığını bəyan etdilər. Gündəmə Nyuton adlı qiyamət bombası düşdü. Nyuton – bir fizik, riyaziyyatçı məntiqi və “Bibliya”ya fanatikcəsinə əsaslanmaqla aparılan elmi hesablama.
Heyrətamizdi. İsaak Nyuton boyda dahi qiyamət gününün 2060-cı ildə baş verəcəyini yazıb. Bu həm də ömrü boyu və sidq-ürəkdən Allaha inanan bir adamın hissləridi. Eşq olan yerdə hissə qapılan tək o deyil. O, cazibə qüvvəsini kəşf edən şəxsdi. Evinin qapısına əliylə yazdığı “Nyuton evdə yoxdu” sözlərini çöldən evə qayıdanda oxuyub yenə küçəyə dönən bir dahini, məncə, qınamağa da gərək yox. Cazibə qanununu kəşf edəndə də bu qanunu İsa peyğəmbərin qüdrətiylə əlaqələndirirdi. Nyutonun fikrincə, ümumdünya cazibə qanununun ideyası və ilhamvericisi Həzrət İsadı, çünki cazibə qüvvəsi elə peyğəmbərdi. Qiyamətin tarixini, sevdiyi İsanın zühurunun vaxt-vədəsini bilmək eşqi onu elə titrədib ki... Çılğın alim Allahın kəlamlarını başlayıb yozduqca yozmağa. Özünə inanıb, sonra öz inandığını tarix sanib gələcəyə əmanət edib bu dahi.
Nyutonun elmi, onun fikrincə, ancaq Tanrı hökmüylə mükəmməl səviyyəyə yetişə bilərdi. Nyuton həmişə inanclı olub, hər zaman belə düşünüb. Alim istədiyi mövzunu çözələyə bilər, müxtəlif nəzəriyyə, yaxud nəticə əldə edə bilər, amma o, müqəddəs deyil. Nyutonun dini tədqiqatları və “Bibliya”yla bağlı araşdırmaları əsasən 1690-cı ildən sonra davamlı xarakter alıb. Qiyamət günü barədə apardığı hesablama və tərtib etdiyi tarixçə də, ehtimal ki, elə həmin illərdə yaranıb.
Qiyamət barədə proqnozlardan daha hamı bezib. Öncə zaman-zaman düşünülmüş böyük təbliğatın bir hissəsi olan, sonra mifə çevrilən Nostradamus, Vanqa, Mayya təqvimi, indi də gündəmdə İsaak Nyutondu. Ancaq bu faktın da tezliklə mifə çevriləcəyi şübhəsizdi. Çünki dəlil-sübut yoxdu, deməli, yazılanların məntiqlə araşdırılması da mümkünsüzdü.
Böyük ingilis alimi, ümumdünya cazibə qanununun yaradıcısı və heliyosentrizmin banilərindən biri öz ehtimalını tarix təki təqdim etmək istəyib. Nyuton dahidi və şübhəsiz ki, yanılıb. Bir az da gülməli görünür böyük alimin verdiyi belə bir bilgi. Nyutonun yazdığına görə, qiyamət 2060-cı ildə baş verəcək. Bu sənədin indi alimlər tərəfindən araşdırılıb, tədqiq edilməsi də qəribə görünür. Onlar Nyutonun imzasından yan ötə bilmirlər. Bu, dünyanı kəşfləriylə inandıran dahinin ən böyük, sehrli yalanıdı. Nyuton yanılıb. Şübhəsiz belədi. Yenə həmin foto yadıma düşür. Dahi Eynşteyn dilini göstərir...
HEMİNQUEYİ YARIDAN KİNO
GÜLƏN ADAM NECƏ ÖLÜR?
AĞ OTAĞIN AĞUŞU
ÜÇ HEKAYƏ
ŞEYTANIN ŞAİRLİYİ
TORPAQ ÜSTƏ, YARPAQ ÜSTƏ, GÖZ ÜSTƏ...
XƏLVƏTİYƏ RƏMMALI
ƏSİRLİKDƏ
ŞEİRLƏ GÖRƏK NƏ DEDİ...
“AZ” ANANIN ADI
İKİ HEKAYƏ
SEVGİLƏRİN, SAYĞILARIN NOSTALJİSİ
SİZİ “MƏN”ə QAYTARAN... TANRI və MÜHARİBƏ
BİZƏ “ƏJDAHA” LAZIMDI
BÖYÜK ŞƏHƏRİN İŞIQLARI
NOYABR
OTUZ DOQQUZ İLİN DOSTLUĞU
ŞEYTAN BİR DAŞ TUTDU
ASSANJIN “VİKİLİKS” MİSSİYASI
HƏR FƏSİLDƏN YAZA ÇIXAN NƏĞMƏLƏR
ÖRNƏK MÜCADİLƏ MODELİ - KƏRBƏLA
“VACİB DEYİL” DİL DİŞLƏYƏ, QAN AĞLAYA…
ŞƏRİN SƏXAVƏTİNDƏN SONRA: SÜLHƏ ORTAQ GƏLƏCƏK OLACAQMI?
QAÇMA, DAYAN, A DOVŞAN!
EVİN TİKİLSİN, EVDƏ TƏK?
YERİN ALTINDA. TOP. TÜFEYLİ (Hekayələr)
İYİRMİ BİRİNCİ YANVAR
SİYASİ BÜRONUN ÜZVÜ ÇÖRÇİLL. HİTLERİN SON KƏLƏYİ
YATDIĞI YERDƏN OĞURLANAN FİRON
SƏMADAN İŞARƏ: “ÜRƏYİNİZİ BİZƏ AÇIN”
FEVRAL
KÖRPƏ… PULEMYOTÇUNU TƏPİKLƏDİ: EVƏ DÖN
YAXŞI OĞLANIN VALYUTADƏYİŞMƏ MƏNTƏQƏSİ; GİROV (İki hekayə)
QİSMƏT (Hekayə)
QANUNUN İÇİNDƏ
YAŞAMAQDAN ÖTRÜ XARAKİRİ (VIII Eduard və Qorbaçov)
YALANÇI PEYĞƏMBƏR
ALDANANLARIN BİR GÜNÜ
QARAÇILARI və DİLƏNÇİLƏRİ AXTARMALI
AYNA
GÖYDƏN YERƏ BAXANDA: SODOM və BAKI
ALLAH, BİZİ YAPONİYADAN QORU!
“ƏL-QAİDƏ”, “ƏL-CƏZİRƏ ƏL-ƏRƏBİYYƏ”
KİRAYƏNİŞİNİN HAQQI
EŞQ – ALLAHA QOVUŞMAĞIN GÖZƏLLİYİ
YAĞIŞ ADAMI
TƏFRİQƏ SALANLAR
11 SENTYABR, 1 NÖMRƏLİ TERRORÇU və 1 MAY
BOŞ AYIN TƏQVİMİ
OKEANDAN AŞAĞIDAKI KİTAB QÜLLƏSİ
BOĞAZACAN ZİBİLİN İÇİNDƏ, yaxud TOX AMERİKALININ ACLIĞI
ÖLÜMSÜZLÜYƏ MƏHKUMLUQ, SARTR, yaxud BADAMDAR və NYU-YORK KÜÇƏLƏRİ BOYUNCA
ÖLÜMSÜZLÜYƏ MƏHKUMLUQ, SARTR, yaxud BADAMDAR və NYU-YORK KÜÇƏLƏRİ BOYUNCA (2)
ÖLÜMSÜZLÜYƏ MƏHKUMLUQ, SARTR, yaxud BADAMDAR və NYU-YORK KÜÇƏLƏRİ BOYUNCA (3)
HAMI GÖYƏ QALXSIN... ( Rafiq Əliyevə edilən haqsızlıq haqqında)
SABİRANƏ DÖVRDƏ RAFİQ TAĞININ ƏZABI
MƏHƏMMƏD ƏLİ: DÖYƏN-DÖYÜLƏN və ATƏŞ AÇMAYAN



