![]() |
![]() |
|
| Salar Turi | Vəhid Həbib Çeşmə |
Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan təbrizli fəallar Salar Turi və Vəhid Həbib Çeşmə tutulub. Fəalların tutulması 21 fevral Beynəlxalq Ana Dili Gününə təsadüf edir.
“Media forum” saytının məlumatına görə, ETTELAAT-ın Təbriz bölməsinin əməkdaşları Salar Turi və Vəhid Həbib Çeşməni fevralın 21-də səhər evlərində tutub bilinməz istiqamətə aparıblar. Hər iki fəalın evində axtarış aparılıb, onlara məxsus bir sıra əşyalar götürülüb.
Təbrizli fəalların konkret nədə günahlandırıldığı bilinməsə də, onların həbsinin 21 fevral Beynəlxalq Ana Dili Günündə Təbrizdə toplantılar keçirmək çağırışları ilə bağlı olduğu təxmin edilir.




