Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Ədəbiyyat
print

QƏLƏMİN YUXULARI (8)

2012-02-20 - 17:11:00

Çingiz HÜSEYNOV

İki eşşəyin arpası

Yuxusunu təcili yazmalıdır – tez unudulur... Yox, əvvəl dünənkini qeydə almalıdır, yoxsa yaddaşından tamam silinər. Üstü müşəmbəli masanın kənarında oturub unutmasın deyə tez-tələsik cızma-qaraladı, amma yaza-yaza həvəsə düşdü, sözlər qatarlandı, cümlələr hərəkətə gəldi.

Məşhur ovsunçu Piybasmışov [deyəsən, Jirinovski nəzərdə tutulmuşdur, amma Araqızışdranov təbiətinə daha uyğun olardı. – Ç.H.] demə Qələmlə tanış olmaq arzusundaydı, odur ki, budəfəki yeni qurulmuş dövlətə növbəti yardım səfərində Qələmi filarmoniyada keçirilən görüşünə dəvət etdi. Guya, Qələmin “İki eşşəyin arpası...” yazısını oxuyub bir şərqşünas kimi bəyənmiş və siyasi rəqiblərini sancmaq üçün nitq sözlüyünə daxil etmişdir: İki eşşəyin arpasını bölə bilməyən şəxs, – deyirdi (amma bu atalar sözünün özünə də aid olduğunu daxilən yaxşı bilirdi), – böyük dövləti (yaxud partiyanı, məmləkəti, milli cərəyanı, xalq cəbhəsini və sairə) necə idarə edə bilər?!

Səhnə kimsəsiz idi, amma hazırcavab qonağın izi-kölgəsi görünür, ruhu duyulurdu. Zal da dolu idi, amma bir-birinə oxşar məmur geyimli – hamının əynində qara pencək, ağ köynək, tünd çəhrayı, yox, moruq rəngli qalstuk – tamaşaçıların sir-sifətindən maraq deyil, narazılıq yağırdı, axı, onları qazanc gətirən masa-vəzifələrindən məcburən ayırıb buraya yığırdılar, həm vaxt boş-boşuna gedir, həm də günlük gəlir (camaatı aldatma-alçaltma oyunları da həmçinin). Birdən qara gözlərdə dəlilik qığılcımları parlayıb söndü, baxışlar keyləşdi, dəlixana mühiti duyuldu, sanki sakitləşdirici dərmanlar indi-indi öz təsirini göstərməyə başlamışdı.

Sükut vahimələşdi, Qələm hökmən nəsə qeyri-adi bir söz deməlidir, bəlkə... yox, yuxu söhbəti ola bilməz, yasaqdır, zirzəmi kriminalı qəti tapşırmışdır!.. Bu dəm səhnə arxasından çıxan bir qız podnosda su-fincan gətirdi, Qələmin qolundan tutub səhnəyə tərəf çəkdi, nədən qorxursunuz, – şirin-şirin pıçıldayıb mirvari dişlərini göstərdi, – siz ki uça bilirsiniz, bədəbəddə məni də qoltuğunuza alıb, – gülümsündü, – xilas edərsiniz.

Zalda oturanların oxşar bığları bircə xəttə bənd idi: çək – sıra-sıra düzülsünlər və gördüyü bu mənzərədən bığlarını təzəcə qırxmış Qələmdə (guya bığı yeganə kişilik simvolu bilənlərə etirazını bildirmək istəyirdi) qəribə bir fikir oyandı: Bircəciyiniz də, – dedi, – özü ilə tamaşaya nə arvadını gətirdi, nə də rəfiqəsini, səbəbini söylüyümmü?

- Söylə, eşidək!

- Sirlərinizin açıla biləcəyindən qorxdunuz!

Qulaqlar şəkləndi:

- Ə, nə sirr?!

- Guya kişisiniz!

Gözlənilmədən zalda etiraz, üsyan deyil, güclü bir haqqırtı qopdu, səhnə qəhqəhədən silkələndi, dalğa Qələmin sinəsinə vurdu.

- Ay hay! Özünə bir bax!.. Cocuq kimi... – Birdən-birə üşüdü, baxdı gördü ki, ayaqyalındır, əynində qolugödək köynək, şalvarı da – səhnədəki masanın altı açıq idi, gördülər – dizəcən!.. Bu geyimdə dediyinə kim fikir verəcək?!

Elə bildi ki, ayılıb, səhnədə təkcə özüdür, zal da bomboşdur. Qız yaxınlaşdı, demə, yuxuda inildəyirmiş. Hipnozdanmı? Sualı cavabsız qaldı, ekstrasensin, dedi, yazığı gəldi, oyatmadılar Sizi. Qız maraqla baxır, onun da gözləri qıza zillənmişdi, nəsə olmalıdır!.. İndi? Burada?! Acığı tutdu istəyinə, belindən üşütmə keçdi: bəlkə tələdir? Yoxsa arvadı ilə küsülü olduğundan xəbərlidir? Nərgiz incikliklə: Bilmirəm, – dedi, – gerçək aləmdəsən, yoxsa virtual? Məni görürsənmi? Eşidirsənmi məni? Nə? Qonorar? Yoxsa yuxularına aldığın pulu qazanc bilirsən? – Sənin pul həsrətli olduğunu... – Nərgiz sözünü yarımçıq kəsdi: - İndi bil! 

Arvadına olan qəzəb qıza istiqamətləndi, bunu duyan qızın yanaqlarına, Nərgizdə olan kimi, qızartı çökdü, daha da qəşəngləşdi, qəribədir, Nərgizlə küsəndə yuxumda mütləq yad və cəlbedici bir qız görürəm!.. Amma  həqiqətənmi küsülüdülər, yoxsa yuxusunda olmuşdur bu?.. – Nərgiz təəccüblə Qələmin peşmançılığından doğan tövbəsini eşidib çiyinlərini çəkdi: nə ekstrasens, nə qız?.. Amma qonorar söhbəti olmuşdur! Nərgiz aralarında yaranmış ayrılıq səddini uçurmaq istəmədi, sadəcə Qələm deyil – özü də axtarışda olduğunu duyurdu.

Qələm yazısını gözdən keçirmək üçün mətbəxə çəkildi, yuxu dəftəri yerindəydi, amma vacib saydığı qızın kompüter ünvanı yazılmış kağız parçası gözünə dəymədi, çox axtardı, otaqdan otağa keçdi... Nərgiz: - Nəyi axtarırsan? – soruşdu, Qələm, gizli bir iş görürmüş kimi, dinmədi, qaçdı sualdan... – yox, əvvəl srağagünkü yuxusunu yazmalıdır, sabah tamam unudular!..

Ətrafdakılar onu Azadlıq meydanında qurulan tribunaya doğru itələyir, hey səhnəyə çıxıb toplaşan camaata nəsə vacib bir söz söyləməsinə çalışırdılar: - Axı, bilirsən, de də!

Qələm də çaşıb qalmışdı: - Azmı demişəm? – bağırdı.

- Nə demisən ki?..

Meydan uğuldayır, dalğalanırdı... –

 

Qoruyun yəhudiləri!

Onunla masa arxasında üz-üzə oturanın məhz Beriya olduğunu Qələm qəti bilirdi – rəhbərlər səni rahat buraxmır, şüuraltı diqqətini yaman cəlb edir, yoxsa onlardan olmaq arzusundasan?

Qələm hakimin ayna gözlüyündə özünün əyri, eybəcər əksini gördü, burnu yamanca şişmiş, çənəsi əyilmişdi... – gözlüyünün arxasında çəpəki işıltı parladı, Beriyanın baxışı sancdı Qələmi. Və bu dəm eşitdiyi qadın səsi tanış gəldi ona... – Ella! Onun səsidir! Məktəb sevgilisi Krasavçenko!.. Ona tərsinə yazdığı eşq məktubunu xatırladı: Nəm inəs mərives! – o zaman gülüş doğuran mən səni sevirəm’i indi lap ermənicə səslənirdi. İlk dəfədir onu yuxusunda görürdü.

Qız sevinə-sevinə: - Afərin Qələmə, – dedi Beriyaya, – cəsarət edib bizim ivrit dilimizi öyrənir!

Beriya, çəpəki olsa da, Qələmin duyğularını dərk edib, həm də niyyətindən xəbərdar olub qızdan: - Dəqiqləşdirin, – tələb etdi, – ivrit, yoxsa erməni?

Ella eşitdiyi sualdan diksinsə də, onu heç vecinə almayıb nəinki cavabsız buraxdı, hətta qalın səslə ucadan elan etdi: - Qələmin arzusu mənimlə İsrailə getməkdir!

Beriya gözlüyünü sərt hərəkətiylə çəkib təəccüb-narazılıq dolu baxışını Qələmə zillədi, o da dərhal Ellanın dediklərini zarafata çevirməyə çalışıb, Beriyanın xoşuna gəlmək üçün gülə-gülə: - Mən, Lavrenti Pavloviç, – dedi, – eşq yolunda... – Beriya sözünü tamamlamağa qoymadan, amiranə tərzdə qəti dedi:

- Mənim qərarım budur: nə getmək lazımdır, nə də öyrənmək!

Qələmlə qız narahatçılıqla biri-birinə baxdılar: Qələm – məzəmmətlə, Ella isə günah işləmiş kimi, axı, sirr idi, öz aralarında bu fikrə gəlmişdilər, nahaq açdı gizlin olanı!..

İndi nə Ellanı buraxarlar getsin, nə də Qələmə icazə verirlər!..

Ella unutdumu yoxsa? Bilmirdimi? Axı, Qızıl meydanda edam gözlənilir! Beş nəfər yəhudi – satqın cani-həkimlər dar ağacından asılacaqlar!..

Qırğınlar başlanacaq!

Hökumət yəhudiləri guya xalqın qəzəbindən qorumaq üçün onları qatar-qatar Uzaq Şərqə, Sibirə sürgün edəcəkdir!.. 

Amma Qələm artıq başqa aləmdəydi, yuxu məkanı dəyişmişdi!..

El-Qüdsün merac meydanında Ömər məscidinin qızıl qübbəsini seyr edir, incəbel gidi dinləyir... Qızın səsi çox tanış gəlir Qələmə, diqqətlə qıza baxıb... – bu ki Elladır!

Qeyri-ixtiyarı: - Ella! – deyir.

Qız təəccüblə Qələmə baxır: - Bağışlayın, – deyir, – mən sizi tanımıram.

- Ay xanım Krasavçenko, nə olub, niyə tanımırsan məni?

- Oy, Qələmçik, nə yaxşı ki, gəlmisən! Yox, bizdə qalacaqsan!.. Səni sürpriz gözləyir!

- Cocuqlarmı?

Ella duruxdu: - Anlamadım, hansı cocuqları deyirsən?

...Bura uçmadan öncə Qələm yuxuda Ellanı görmüşdü, onu Nərgizin xahişi ilə doğum evindən alıb gətirməliydilər, axı, əkiz oğlan uşaqları bic doğulub, odur ki, şəfqət bacısı cocuqları təntənəli şəkildə ata rolunu oynayan Qələmə təqdim etməli, necə deyərlər, onun qoltuğuna verməliydi!..

Təbii ki, bu anda Nərgiz eyham dolu baxışını Qələmə tuşlayıb: Bəlkə rol deyil, elə sən özün, – demişdi ona, – əsl atasan?

Qələmin yadında deyil: bu eyhamı eşidib susdumu? inciyib rədd etdimi dağ boyda olan bu böhtanı? yoxsa zarafata salıb günahını etiraf etdi?..

Sanki Ella onların bu söhbətinin şahidiymiş!..

- Sürpriz bildiyin çatdı mənə!.. Boşa çıxan ümidlərinə heyfsilənirsən!

- Yaxşı tapdın – ürəyimdən keçənləri söylədin!

- İndi də gec deyil!.. – Gülüşdülər.

 

Bəlkə vəd etdiyi sürpriz budur?

Yox, bu dəfə yuxunun qıfılını sındırmaq gərəkdir, Qələm özü demişkən:

Yazını finallamaq – köhlən atı nallamaq kimi bir şeydir!..

Siyavuşun yadına (hələ qəti bilmir: işıq üzü görəcək bu yuxu ya yox?) köhnə anekdot düşdü.

Qocaman türk ağsaqqalına: - Ay dünya görmüş ulumuz, – sordu camaat, – bizə olan vəsiyyətin nədir? Söylə – eşidək!  

Qoca: - Yəhudiləri, – dedi, – qoruyun!..

Pərt oldu qohum-əqrəba: Ə, – fikirləşdilər, – yəhudilərin bizə nə dəxli?! Sarsaqlayır deyəsən ağsaqqalımız!..

Qoca duydu onu dinləyənlərin təhqirini, amma susdu, üz vurmadı, neynək, hələ kaldılar, dəyməmişlər!.. Yekunlaşdırmaq istədi fikrini, öz-özünə dedi:

- Nə qədər ki, yəhudilər vardır, yaşayır yer üzündə, bizi rahat buraxacaqlar! Dad o gündən ki... – fikrini tamamlamayıb dəyişdi qoca dünyasını.

 

İsveç kralı XII Karl

Bulvarda təsadüfən rastlaşdığı gödəkboy, enlikürək, bığlı kişi sanki çoxdankı tanışı idi, Qələmi söhbətə tutdu:

- Təklifim var, – dedi, – gəl tarixdə baş verən savaş-müharibələri tərsinə oxuyaq! – Seyrək bəyaz bığları biz-biz idi, sanki davakar təbiətindən xəbər verirdi. – Misal üçün soldan sağa deyil, sağdan sola!

- Yəni güzgüvari?

Qələmə dik baxdı – eşitdiyi xoşuna gəldi:

- Hə, məhz sən dediyin kimi! Gəl rusların isveçlərlə olan Poltava döyüşünə nəzər salaq... – Qələm sözunu kəsib: Bunun, – demək istədi, – bizə nə dəxli, ay dayı? Öz tariximizdən danışaq! – amma dinmədi. – Hə, təsəvvür edək ki, qələbə çalan Birinci Pyotr yox, İsveç kralı XII Karl oldu!.. Yaxud Qazan savaşında Moskva çarı deyil, Qazan xanı üstün gəldi.

Birdən Qələm duruxdu: bu ki onun kimya müəllimidir! Soyadı da, təsadüfi oxşarlıq, Mendeleyev idi!.. Mix(ail) Mix(ayloviç)in adını şagirdlər MıxMıx’a çevirmişdilər... İllər ərzində boynu çox-çox gödəlmiş, bədən elə bil kiçilmişdi, üstəlik xoruz dimdiyinə oxşar burnu daha da itiləşmişdi. Onun bəzi tarixə aid  müqayisə-təşbehləri o zaman dissidentvari səslənirdi, sanki kiməsə cəsarətini göstərmək, kiminsə diqqətini cəlb etmək (yaman vurulmuşdu tarix müəlliməsinə, hey pıçıldaşırdılar!) istəyirdi:

“Bizim İlahi qəzəbinə düçar olmuş qan rəngli məmləkətimiz heç cür fəlakət-faciələrdən yaxa qurtara bilmir, – deyirdi. – İki əsr ard-arda ölkəyə şiddətli şaxta gətirən qəddar başçılardan sonra, adlarını deməyəcəyəm, özünüz fikirləşib tapın (amma saniyə keçməmiş deyirdi: Birinci Nikolay və Stalin), bahar ümidimiz hər dəfə boşa çıxır, bunun da niyəsi-zadı yoxdur, belə olub beləcə də davam edəcək. Çünki qanla yapışdırılan ölkənin geci-tezi var, bir zaman parçalanıb dağılacaq!

Kimyaçının “Dediyimdən özünüz nəticə çıxarın!” kəlməsi vaxtilə onun şagirdi olan indiki Başqan’ı təsirləndirmiş, evdə bunu atasına demiş, Qeal da oğlundan eşitdiyi bu ifadəni bəzi cüzi əlavə-dəyişiklərlə siyasət şüarına çevirib tabeliyində olanlara: “Mənim dediyim istiqamətdə fikirləşib asanlıqla çıxış yolu tapa bilərsiniz!” tapşırmışdı; bəzən isə elə mənalı-mənalı susurdu ki, demək istədiyi baxışlarından oxunurdu. Guya... – yox, Ziya-Elmar qətlinin bu kimi eyhamlı susmalara heç bir dəxli yoxdur: guya... və sairə (şair demişkən: Qıfıllayıb at açarı Xəzərə!..)

Eks-müəllim Qələmin xəyal yollarında azdığını görüb amiranə tərzdə ona: - Nə durmusan, – dedi, – çıx meydana, eşitdiyin dərsimi təkrarlandır!

Qələm də tarixə aid eşitdiklərini ucadan təkrar-təkrar: - Ay məni dinləyən İsveç, sənədir, – dedi, – sözüm! – Şeytanbazarda İsveç nə gəzir? Amma deməlidir: - ! Xoş sözlə, ay İsveç, XII Karl kralını yad et! Qalib olan gününü bayram kimi qeyd et! Birdəfəlik imperiya iddiasından-xülyalardan yaxasını qurtardı! Qələbə çalan Rusiyanın – Allah göstərməsin – gününə düşərdin, ay İsveç!.. Hər tərəfdən nifrət yağır qaliblərə!    

Eşit məni, ay fransız! Tək-tənhadır məğlub olmuş Bonapart, yoxdur yanında sevimli marşalları, qolları sinəsində çarpaz xəyala dalmış, tarixin gedişindən, məğlubiyyətinin faydalı olduğundan xəbərsizdir, bilmir ki, qələbə çalan Rusiyanın aqibəti uğursuzdur!..   

Ay alman, vaxtilə haqqınızda deyirdilər: bir alman – bir əsgər, iki alman – iki əsgər, üç alman – üç əsgərdir, indi isə... – səni devirən qaliblərin gününə ağla,  özlərini bəxtiyar sanan bədbəxtlər gör nə gündədirlər!

Ay tatar, nə yaxşı ki, neçə əsrdir qələbə eyforiyasından, üstünə yağan lənətlərdən uzaqsan, qaliblərə xas lovğalıq, qudurğanlıq qurdu səni yemir!

Qələm MıxMıx’a ötəri nəzər salıb azca çaşdı: eks-müəllimin gözləri kəlləsinə çıxmışdı, baxışından təəccüb yağır, narazılıq oxunurdu: bu nə yeni nəzəriyyədir? necə yəni uduzan qazanır?! bunu deyən ya qorxaq, ya boşboğaz, ya da satqındır... Üstəlik dinləyicilər də dilə gəldi:

- Biz ki tatar deyilik?

- Azlar kimi tanınsaq da... – tapdığı ad xoşuna gəldi, amma Qələmin sözünü dərhal kəsdilər:

- Az deyilik biz!

- Çox olsaq da, – sözünə tələsik davam etdi, – əslində azdan da azıq, bircə tayfadan ibarətdir indi millətimiz!.. O ki qaldı ayklara... dediyimi qoy eşitsinlər: zəbt etdiyin torpaqlarımıza nə ayaq basa bilirsən, çünki hər tərəf minalanmış, nə də rahat nəfəs alırsan, çünki hava gerçəkləşə biləcək qarğışlarla doludur!..

- Bəs biz? Tamam unutdun bizi!

- Məsləhətimi eşitmək istəyirsinizsə... – bütün işlərinizi atıb, qayğılarınızı unudub meydanlarda toplaşın, ucadan “Sarı gəlin”i oxuyun, oxuyun, oxuyun, ta səsiniz  günəş kimi batanacan oxuyun, oxuyun!.. – Ətrafa boylanıb mənzərənin tamam dəyişdiyini gördü – MıxMıx gənc alim Qələm Alışanovu elmi şuraya təqdim edir, onun hansısa ixtiralarının namizədlik dərəcəsini ötüb birbaşa tibb (bəlkə tarixi?!) doktoru adına layiq olduğunu vurğulayırdı. 

Qələm təşviş içindəydi: nə ixtira?! Tibbə aid anasının qan təzyiqini ölçməklə bərabər bir də onu bilirdi ki, cəmiyyətin qızdırması 38,8-dir.

Bomba: - Oy, alışıb yanırsan, Qələm! – dedi.

Qələm könülsüz: - Soyadıma uyğundur! – zəifcə gülümsündü.

Bomba isə qızdırmanı kəsmək üçün cəld buz kimi soyuq, ağappaq və öpümlü yumşaq yarımkürə yanını Qələmin od kimi yanan alnına yapışdırdı. Qələmin əlləri Bombanın... – və birdən Qələmdə elə bir güclü istək-həvəs alovlandı ki!.. Bomba dərhal ana qayğısıyla: - Yox, – dedi, – tərpəndi yoxdur, burax oyunlarını!

QƏLƏMİN YUXULARI (7)


pxl
TEHRANIN EVİN ZİNDANINDA 14 NƏFƏR DAR AĞACINDAN ASILIB
2012-05-21 - 18:28:00
Mayın 21-də İranda narkotik maddələrin satışında və qaçaqmalçılığında təqsirli bilinərək ölümə məhkum edilmiş 14 nəfər dar ağacından asılıb. “M ardı >>>
mej
pic AQŞİN ƏLİZADƏ “ŞƏRƏF” ORDENİ İLƏ TƏLTİF OLUNDU
2012-05-21 - 16:55:00
Mayın 21-də prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Aqşin Əlizadəni “Şərəf” ordeni ilə təltif edib. ardı >>>
mej
BƏHREYN HÖKUMƏTİNDƏN İRANA QARŞI SƏRT AÇIQLAMA
2012-05-21 - 16:40:00
Mayın 21-də Bəhreyn hökuməti bəyanat yayaraq İranın bu ölkənin və bölgənin digər ölkələrinin daxili işlərinə qarışmasını kəskin pisləyib. “Medi ardı >>>
mej
pic BEYNƏLXALQ ATOM ENERJİSİ TƏŞKİLATININ BAŞ DİREKTORU İRANA SƏFƏR EDİB
2012-05-21 - 13:41:00
Yukio Amano Mayın 21-də Beynəlxalq Atom Enerjisi Təşkilatının baş direktoru Yukio Amano Tehran rəsmi ardı >>>
mej
SİLAHLI QÜVVƏLƏRİN 2012-ci İL İTKİLƏRİ: YENİ MƏLUMAT YAYILIB
2012-05-21 - 09:43:00
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin son məlumatına görə, 2012-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru 31 itki ver ardı >>>
mej
pic SERBİYADA PREZİDENT DƏYİŞDİ
2012-05-21 - 09:30:00
Mayın 20-də Serbiyada prezident seçkisinin ikinci turu keçirilib. “Media forum” saytı xəbər verir ki, Serb Tərəqqi Partiyasının lideri Tomisla ardı >>>
mej
pic MÜTTƏHİM DƏ, HAKİM DƏ EYNİ SÖZÜ DEDİ: “ALLAH ŞAHİDDİR!”
2012-05-18 - 11:28:00
Qonşum beşinci mərtəbədə, blokda qaranquşların yuva qurduğunu demişdi. Amma onlara baxmağa imkan tapmamışdım. İslamçıların məhkəməsindən dönən ardı >>>
mej
pic VƏKİL: “İSLAMÇILARIN NİCATI AVROPADA, AVROPA MƏHKƏMƏSİNDƏDİR”
2012-05-18 - 10:30:00
Mayın 17-də Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov, onun müavini Vaqif Abdullayev, partiyanın Astara rayon təşkilatının sədri Rufu ardı >>>
mej
pic LAÇINDAN ARALI
2012-05-17 - 15:27:00
İmdad ƏLİZADƏ Atam Əli Əliyev Laçınla Kəlbəcərin arasında mühasirədə qaldığı əlli dörd gündə anam Ze ardı >>>
mej
pic MİLLİ KİTABXANANIN DİREKTORU YENİLİKLƏRİ “MEDİA FORUM”la BÖLÜŞÜR
2012-05-17 - 13:17:00
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov “Media forum” saytının suallarını cavablandırıb. - Kitabxana-informasiya sahəsinin ardı >>>
mej
pic TOZA ÇEVRİLMİŞ TORPAQ
2012-05-17 - 10:24:00
Yeganə OQTAYQIZI Laçın... İşğal olunmuş, əsir düşmüş yurd yeri. Hər il torpağa qayıtmaq ümidi ilə ya ardı >>>
mej
pic “AVROVİZİYA 2012”: FİNAL (Birbaşa vəsiqə alanlar)
2012-05-16 - 16:43:00
“Media forum” saytı Bakıda keçiriləcək “Avroviziya 2012” mahnı yarışının finalına birbaşa vəsiqə alan iştirakçıları təqdim edir. Final mayın 26-da ardı >>>
mej
pic ORTA YOL
2012-05-16 - 16:02:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Orta yol - mötədil rasi ardı >>>
mej
pic “AVROVİZİYA 2012”: İKİNCİ YARIMFİNAL (İştirakçılar)
2012-05-16 - 15:40:00
“Media forum” saytı Bakıda keçiriləcək “Avroviziya 2012” mahnı yarışının ikinci yarımfinalının iştirakçılarını təqdim edir. İkinci yarımfinal mayın ardı >>>
mej
pic “AVROVİZİYA 2012”: BİRİNCİ YARIMFİNAL (İştirakçılar)
2012-05-16 - 14:04:00
“Media forum” saytı Bakıda keçiriləcək “Avroviziya 2012” mahnı yarışının birinci yarımfinalının iştirakçılarını təqdim edir. Birinci yarımfinal may ardı >>>
mej
pic AŞAĞI BOYLANMAĞI SEVMİRƏM, YUXARI BOYLANARAM
2012-05-16 - 10:53:00
Gülnar MAYİSQIZI  İstəklərim İstəklərimin ardınca qaçmaq istədim hər zaman. Əslində qaçmaq ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir