
Azərbaycanlı internet istifadəçiləri virtual yazışmalar zamanı bir sıra sözləri qısaldılmış formada yazırlar. Faktiki olaraq bu, Azərbaycan dilinin internet variantının yaranmasına gətirib çıxarıb. “Media forum” saytı “internet dili”ndəki sözlərin bir qismini toplayıb. Həmin sözləri “lüğəti” mənaları ilə birlikdə oxucuların diqqətinə çatdırırıq.
ok – “yaxşı”, “oldu”, “olar” deməkdir, ingilis dilindəki “okey” sözündən yaranıb.
tsk – təşəkkür deməkdir.
sps – bu da təşəkkür deməkdir, rus dilindəki “spasibo” sözündən yaranıb.
by – sağ ol.
slm – salam.
cnm – canım.
ürk – ürək.
ncs və ya ncsn – necəsən?
e-u-ok – yaxşısan, vəziyyət yaxşıdır?
har – hardasan?
ney – neyləyirsən?
bb – rədd ol.
zrf – zarafat edirəm.
on+ – onlar.
shuk – şükür Allaha.
mbrk – mübarəkdir.
hmm – “fikirləşirəm”, “qoy fikirləşim” deməkdir.
uhu – ağlamağı bildirir.


