Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Sosial
print

ZORAKILIĞIN QİYMƏTİ

2012-02-17 - 13:33:00

Mehriban ZEYNALOVA 
“Təmiz dünya” İctimai Birliyinin sədri 
 
Zorakılıq çoxtərəfli və mürəkkəb fenomendir. Bu fenomeni müxtəlif elmlər - fəlsəfə, tarix, sosiologiya, hüquq, psixologiya və başqaları öyrənir. Tədqiqatçıların problemə xüsusi diqqət ayırmasına səbəb XX əsrin sonu, XXI əsrin əvvəllərində sosial-tarixi vəziyyətdəki rəngarənglikdir. Belə ki, XX əsr tarixə ən böyük kəşflər əsri kimi daxil olmaqla yanaşı öz eybəcərlikləri ilə də yadda qalan bir dövr oldu. Məhz bu əsrdə bəşəri cinayətlər, müharibələr və onlardan kütləvi zərərçəkənlər, terrorlar, totalitar rejimlər, özünə qəsdlər, insanlarda adamayovuşmazlıq və biganəlik kimi keyfiyyətlər daha intensiv xarakter aldı. Güclünün zəif üzərində hakimiyyətini zorakılıq yolu ilə əldə etməsi, eləcə də şərin xeyir üzərində qələbəsi bu əsrin fenomenal xüsusiyyəti kimi XXI əsrə miras olaraq ötürüldü.

Zorakılığı doğuran səbəbləri, onun xarakterini və fəsadlarını araşdırarkən tədqiqatçılar çox müxtəlif suallarla üzləşirlər. Fərdlər arasında təsadüfi zorakılıq halları ilə insanın özünə bənzərinin məqsədyönlü məhvi arasında sərhəd haradan başlanır? Zorakı hərəkətlərə kim bəraət verir? Zorakılıqdan necə qurtulmaq mümkündür?

Öncə zorakılığın yaranma tarixinə nəzər salaq.

Azərbaycanda qadına qarşı zorakılıqdan danışan əksər mütəxəssis bir çox halda bu zorakılığın ilkin konsepsiyasının başlanğıc mənbəyinə diqqət yetirmədən zorakılığı doğuran əsas səbəblər kimi, dini, iqtisadi və sosial meyarları irəli çəkirlər.

Halbuki qadına qarşı zorakılıq konsepsiyasının ilkin yaradıcıları antik dövrə məxsusdur. Qədim yunan cəmiyyətində qadına mənfi münasibətin təzahürləri incəsənət və ədəbiyyat əsərlərində müşahidə edilirdi. Bu münasibətin əsasını şair Hesiod qoyub. Hesiodun iki poemasında - “Əmək və zaman” və “Teoqoniya”da qadınlar hirsin, qəzəbin mənbəyi kimi göstərilir. Qadına münasibətdə bu cür yanaşma daha sonra getdikcə inkişaf etdirildi.

Kişinin qadın üzərində bəsit-kobud üstünlüyünü Sokrat belə dəyərləndirir: “Üç şeyi səadət hesab etmək olar - sən vəhşi heyvan deyilsən, yunansan, barbar deyilsən və kişisən, qadın deyilsən”.

Platonun fəlsəfi dünyagörüşündə qadın subyekt olaraq rədd edilir. Fəlsəfi subyekt olaraq kişi yalnız “müdrik ər” və ya “kişi” obrazında ideallaşdırılır. Platona görə, qadın başlanğıcı mükəmməl olmamaqla yanaşı idrak üçün də ən böyük təhlükədir. Ona görə də bu təhlükə uzaqlaşdırılmalıdır.

Aristotelə görə, qadının kişiyə xidmət etməkdən başqa heç bir müstəqil məqsədi və xarakteri yoxdur və ola bilməz.

Antik dövrdən bu günə kimi müxtəlif fəlsəfi cərəyanlarda qadın problemi öz əksini tapsa da, qadına münasibətin müsbət yöndə dəyişməsi köklü şəkildə həll olunmamış qalır.

Beynəlxalq ictimaiyyət bu problemin aradan qaldırılması yönündə çox ciddi cəhdlər göstərməsinə baxmayaraq problemin artım dinamikası vəziyyətin heç də müsbət dəyişməsinə ümid vermir. Belə ki, dünya ictimaiyyəti qadın haqlarının insan haqlarına bərabər olduğunu vurğulamaq uçun “qadın haqları insan haqlarının ayrılmaz tərkib hissədir” ifadəsini tez-tez səsləndirir. Bu hal beynəlxalq institutların məsələyə sokratsayağı yanaşmasını ortaya qoyaraq bir paradoks yaradır.

Zorakılığa rəvac verən ikinci amil stereotiplərdir ki, zorakılıqla bağlı mübarizədə bu amilə diqqətin yetirilməsi olduqca vacibdir.

Zorakılıqla mübarizə prosesinə nəzər yetirdikdə bu mübarizədə iştirakçı tərəflərin daha çox onun görünən səbəb və nəticələrinə diqqət ayırdığı, buna uyğun strategiyalar hazırladığını müşahidə edirik. Halbuki antik dövrdən bu günə qədər qalmış stereotiplər qadına münasibətin dəyişməsinə imkan vermir.

Ümumiyyətlə, stereotip nədir?

Stereotip (stereotype) - bəsitləşmiş, sistemləşmiş, adət, qayda halına keçmiş düşüncə tərzi, davranış nümunəsidir;

Stereotip - bəsitləşmiş, sistemləşmiş, adət, qayda halına keçmiş düşüncə tərzi, qəbul edilmiş obraz və davranışdır;

Stereotip - müəyyən qrupun meyarlar üzrə bölgüsünə şərait yaradan və onları bu meyarlara əsasən çərçivəyə salaraq qəbul edən bəsitləşmiş, ümumiləşmiş, qruplaşmış fərdlərin məcmusudur. Beləliklə, stereotiplər irqi, sosial-sinfi və gender qruplarına münasibətdə əsaslanmamış qənaətlər toplusudur.

Bu anlayışa nəzər yetirdikdən sonra dəqiq qənaətə gəlmək olar ki, qadına münasibətin bu cür formalaşmasına əsrlər boyu ümumiləşən fikirlər məcmusu təkan verir.

Sual oluna bilər nə üçün biz antik ədəbiyyatı misal gətiririk? Halbuki müasir dövrdə bir çox halda qadına qarşı zorakılıq problemini Şərq adət-nənəsi və islam dini ilə bağlayırlar.

VI-VII əsrlərdə formalaşan, XII əsrdə yazıya alınan “Kitabi Dədə Qorqud” dastanında qadına böyük hörmət bəslənir. Oğuzlarda qadın müqəddəs varlıq hesab olunurdu, ana haqqı Tanrı haqqına bərabər tutulurdu. Oğuz elinin qadınları namuslu, ilqarlı olmaqla yanaşı həm də döyüşkənliyi, cəsurluğu ilə oğuz ərənlərindən geri qalmırdı.

O cümlədən dahi Azərbaycan şairi və mütəfəkkiri, böyük filosof Nizami Gəncəvinin yaradıcılıq meyarlarının əsasını qadın obrazları təşkil edib. Nizami Gəncəviyə qədər qadına bu qədər yüksək qiymət verən mütəfəkkiri tapmaq mümkün deyil. Şairin ilk qəzəlindən tutmuş “Xəmsə”sindəki bütün poemalarında bu məsələ əksini tapıb.

Qadınlara qarşı zorakılıq probleminə toxunarkən “niyə bu paralelləri apardınız” sualı ortaya çıxa bilər. İrad tutular ki, XXI əsr nə antik dövr, nə də orta əsrlərdir. XXI əsr inkişaf dövrü, qloballaşma dövrüdür. Tamamilə haqlı iraddır. Lakin qadınlara qarşı zorakılığın mahiyyətinə nəzər yetirmək üçün bir paralelin də aparılmasına ehtiyac duyulur.

Qloballaşmanın inkişaf dəyişikliyi “model dəyişikliyi” kimi xarakterizə edilir. Belə bir dəyişiklikdə “nəyi itirdik”, “nəyi qoruduq” və inkişaf modelinin dəyişilməsi prosesində “nəyi qazandıq” kimi suallar ortaya çıxır.

Bu gün qadına qarşı baş verən zorakılıq halları Şərq aləminin qadına olan münasibətinə fərqli model dəyişikliyini ortaya qoydu.

Bütün dünyada quldarlıq quruluşu mövcud olduğu, Şərq ölkələrində quldarlıq quruluşu ictimai formasiya qismində yer tapmadığı halda, qloballaşma nəticəsində insan alveri problemi kimi ciddi bir problem bizi öz ağuşuna aldı...

Fahişəlik kimi idbar bir davranış həyatımıza soxuldu.

Uşağını zorlayan atalar meydana gəldi... Arvadını öldürən “namuslu” kişilər ordusu yaranmağa başladı... Qızını erkən ərə verib kürəkən hesabına iqtisadi vəziyyətini yaxşılaşdıran valideynlər artdı...

Narkotik təsiri altında uşaq dünyaya gətirən atalar, analar çoxaldı... Dilimizə yatmayan, lakin bizi kabus kimi izləyən SPİD/QİÇS xəstəliyini tanıdıq...

***

Diqqətinizə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin 2011-ci il üzrə apardığı media monitorinqinin nəticələrini çatdırmaq istərdik.

Elektron qəzetlərin monitorinqinin bir illik nəticələrinə görə, ailə münaqişələri zəminində 221 nəfər öldürülüb. Onlardan 131-i qadın, 83-ü kişi, 7-si uşaq olub. 2010-cu il üzrə göstəriciyə əsasən isə 109 qadın, 39 kişi, 5 uşağı öz ailə üzvləri qətlə yetirib. 67 qadın, 41 kişi və 2 uşağın həyatına qəsdə cəhd olunub. Hadisələrin gedişinə nəzər yetirdikdə təcavüzkarların getdikcə daha qəddar vasitələrə əl atdığı aşkarlanır. Araşdırmalar zamanı baş vermiş qətllərin üsullarına diqqət yetirərkən tətbiq edilən çoxsaylı bıçaq zərbələri, balta, küt alətlə öldürmə, boğaraq, döyərək öldürmə kimi üsullar qeydə alınıb.

Ailədə öldürülən qadınların yaş həddi 1 yaşdan 80 yasadəkdir.

Dünya statistikasına nəzər yetirək:

- Keniyada hər həftə öz əri və ya birgə yaşadığı şəxs tərəfindən ən azı 1 qadın dünyasını dəyişir;

- Zambiyada hər həftə 5 qadın öz əri və ya yaxın qohumu tərəfindən zorakılığa məruz qalaraq dünyasını dəyişir;

- Kanadada il ərzində ailədaxili zorakılıq nəticəsində dəyən zərərin miqdarı 1,6 milyard dollara çatır. Buraya tibbi xərclərin və əmək qabiliyyətinin aşağı düşməsi ilə bağlı çəkilən xərclər də daxildir.

- ABŞ-da hər 15 saniyə ərzində qadınlar əri və ya birgə yaşadığı şəxs tərəfindən döyülür.

- Banqladeşdə qətllərin 50%-ni ərləri tərəfindən öldürülən qadınlar təşkil edir;

- Yeni Zelandiyada qadınların 20%-i öz ərləri və ya birgə yaşadığı şəxslər tərəfindən döyülür və təhqir olunur;

- Rusiya Federasiyasında 36 min qadın hər gün öz əri və ya birgə yaşadığı şəxs tərəfindən döyülür;

- Böyük Britaniyada həftə ərzində 2 qadın öz əri və ya birgə yaşadığı şəxs tərəfindən qətlə yetirilir.

Aparılan araşdırmalar zamanı Azərbaycanda vəziyyətin heç də Keniyadan geri qalmadığı aşkarlanıb. Əgər Keniyada həftə ərzində ailədə 1 qadın öldürülürsə, Azərbaycanda həftə ərzində 2 qadın qətlə yetirilir.

Bu cür rəqəmlər bizim ciddi düşünməmizə əsas verir. Təcili hansı tədbirləri həyata keçirməliyik? Kimlər bu prosesdə aktiv iştirakçı olmalıdır?

1993-cü ildə Texas ştatında əri tərəfindən 43 qadının qətlə yetirilməsi ailədaxili zorakılıqla bağlı həmin vaxta kimi aparılmayan ciddi müzakirələrə yol açdı. Məhz bu hadisə Texas ştatının dairə prokuroru ofisinin sifarişi ilə böyük bir layihənin başlanğıcı kimi Amerika tarixinə düşdü. Hüquq mühafizə orqanlarının əməkdaşları, hakimlər, vəkillər və digər xidmət sahələrinin əməkdaşlarına xüsusi təlimlər keçirildi. Sosial işçilər ailədaxili zorakılıq qurbanlarının nümayəndələri kimi məhkəmələrdə çıxışlar edir və mühafizə orderinin alınmasına nail oldular. Həmçinin polis departamentində operativ işçi qrup yaradıldı ki, həmin işçi qrupunun tərkibinə sosial işçilər daxil edildi. Ailədaxili zorakılıq problemi üzrə ixtisaslaşmış sosial işçilər təcili yardım bölmələrinə işə cəlb edildi. Bu layihədə tərəfdaş qismində kilsələr, vətəndaş cəmiyyətinin üzvləri fəal iştirak etdi. Yerli qəzetlər ailədaxili zorakılıqla bağlı il boyu maarifləndirici məlumatlar dərc etdi.

Bəs biz nə edə bilərik? Fikrimizcə, öncə:

- Azərbaycanın ailə institutunda mövcud olmuş müsbət təcrübələrin bərpası yönümdə təbliğat kampaniyalarına start vermək;

- İctimai biganəliyə son qoymaq;

- Ağsaqqallar institutunu bərpa etmək;

- Qız uşaqlarının təhsilinə diqqəti artırmaq;

- Qadına qarşı zorakılıq hallarında ictimai qınaq ənənəsindən istifadə etmək;

- Ailənin öhdəlik və məsuliyyəti aspektinə təhsil modulunda yer ayırmaq;

- VVAQ-da nikaha girən şəxslər üçün məsuliyyət öhdəliyi üzrə müzakirələr təşkil etmək;

Müsbət ailə nümunələrinin təbliği proqramlarını artırmaq lazımdır.

Qadına qarşı zorakılığın fəsadı olduqca ağırdır. O qədər ağırdır ki, onu heç bir ölçü cihazı ilə hesablaya bilmərik.

Qadına qarşı zorakılığın qəhrəmanlıq deyil, cinayət olduğunu, onun yalnız fərdlər deyil, ölkə və genefonda vurduğu zərəri hər bir şəxs anlamalı, öz öhdəlik və məsuliyyətini dərk etməlidir.


“Toplum” jurnalı, 1(5), Qış, 2012
pxl
“BAKCELL” NETTY-2012-nin BAŞ PARTNYORU OLDU
2012-05-17 - 19:04:00
“Bakcell” şirkəti NETTY-2012 Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub. “Bakcell”in sponsorluğu və “Sür@” brendinin baş par ardı >>>
mej
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir