Fevralın 16-da ABŞ Maliyyə Nazirliyi İran Kəşfiyyat Nazirliyinə (ETTELAAT) sanksiya tətbiq edib.
“Media forum” saytının məlumatına görə, ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, ETTELAAT Suriya hakimiyyətinə ardıcıl yardım göstərdiyinə, İranda insan hüquqlarını kobud şəkildə pozduğuna, “Əl-Qaidə”, “İraq əl-Qaidəsi”, “Hizbullah” və “Həmas” kimi terrorçu qruplara dəstək verdiyinə görə sanksiyaya məruz qoyulur.
ETTELAAT-ın ABŞ-dakı bütün bank hesabları və əmlakının dondurulduğu, nazirlik rəsmiləri və üzvlərinin ABŞ vizası almaqdan məhrum edildiyi vurğulanır.


