Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Cəmiyyət
print

ERMƏNİLƏRLƏ İNFORMASİYA MÜHARİBƏSİNİN FƏAL İŞTİRAKÇISI OLAN JURNALİST: “BU MÜHARİBƏDƏ ATƏŞKƏS OLMUR”

2012-02-17 - 14:34:00

İnternetdə ermənilərlə informasiya savaşının fəal iştirakçılarından olan siyasi şərhçi, jurnalist Rizvan Hüseynov “Media forum” saytının suallarını cavablandırıb.

1973-cü ildə Bakıda anadan olan Rizvan Hüseynov Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1990-cı ildən jurnalist fəaliyyəti ilə məşğul olub, 1992-2003-cü illərdə Azərbaycan ordusunda qulluq edib. 2005-ci ildən jurnalistikaya qayıdıb, “1news.az” informasiya aqentliyində siyasi analitik kimi çalışıb. Hazırda elmi-publisistik fəaliyyətlə məşğuldur, Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun dissertantıdır.

- Siz russdilli internetdə ermənilərlə informasiya müharibəsinin döyüşçüsü kimi məşhursununz. “Hərbi əməliyyatların” iştirakçısına necə çevrildiniz?

- Açığı, informasiya müharibəsinin döyüşçüsü statusu qazanmaq istəyim olmayıb. Əzəldən erməni təbliğat maşını ilə müharibəni yox, Azərbaycanın və Cənubi Qafqazın tarixinin öyrənilməsi, tanınmasını məqsəd qoymuşam. Bu istiqamətdə iş məni istər-istəməz erməni saxtakarları ilə üz-üzə qoyub, onlar isə informasiya müharibəsini polemikadan üstün tutur. 

İnformasiya müharibəsinin erməni döyüşçüləri azərbaycanlıların tədqiqat və yazılarını çox diqqətlə izləyir, çünki Ermənistan hakimiyyəti, erməni diasporası və təşkilatları bizim araşdırmaların “böyük Ermənistan” ideyası bazasında yaradılmış ideoloji konsepsiyaya təhlükə yaratdığını açıq-aşkar duyur.

- Bu müharibədə hansı vasitələrdən istifadə edilir? Azərbaycanlılarla ermənilər virtual məkanda nə cür döyüşür?

- Həqiqi Qarabag müharibəsi kimi, virtual müharibəni də ermənilər başlayıb. Lakin 1990-cı illərin hərbi əməliyyatlarından fərqli olaraq bu informasiya müharibəsi Azərbaycan üçün gözlənilməz olmadı.

İnformasiya müharibəsi döyüş əməliyyatları mərhələsi səngimiş Ermənistan-Azərbaycan münaqişəsinin davamıdır. Bu virtual müharibədə barışıq, atəşkəs və vasitəçilər, həmsədrlər olmur, ona görə də Azərbaycana və Ermənistana heç kim təzyiq etmir, onların qarşısına şərt qoymur. Hər bir tərəf öz idrak səviyyəsinə, həm də birlik və təşkilatçılıq səyini toplamaq qabiliyyətinə uyğun hərəkət edir.

Əsl muharibədəki kimi bu virtual çarpışmanın da öz generalları, qərargahları, kəşfiyyatçıları, snayperləri, istehkamçıları, minadüzənləri, xüsusi təyinatlıları, ağır artilleriyası, həmlələri, əks-həmlələri, manevrləri var. Ermənistan-Azərbaycan informasiya savaşının bu hərbi atributları çoxlu qüvvə və ehtiyat tələb etsə də, heç də həmişə tərəflərin istədiyi nəticəyə gətirib çıxarmır. Mən həmişə azərbaycanlı istifadəçilərin ermənilərin üsullarından istifadə etməsinin əleyhinə olmuşam, çünki üçüncü tərəf, yəni beynəlxalq ictimaiyyət biri-birini təhqir etməklə internetdə gün keçirən iki xalqın nümayəndələrinin yazdığını oxumaqda maraqlı deyil və bu kimi müzakirələr neqativ yüklənmədən başqa nəyəsə xidmət etmir.

Azərbaycanın əlində külli miqdarda fakt, tarixi salnamə, əlyazma, dünya elminin və siyasətinin nəhəng simalarından sitatlar var, onlar da tədqiqatçıların yolunu gözləyir. İnternetdə eyni məlumatın təkrar-təkrar yazılması, yayılması əvəzinə qüvvələri unudulmuş, üzə çıxarılmamış, itirilmış tarixi faktların araşdırılmasına yönəltmək olar. Bu halda ermənilər səbirlərini itirir, müzakirələri şəxsi müstəviyə keçirir, öz zəifliklərini anlayaraq savaş meydanını tərk etməyə məcbur olurlar. Bütün bunları digər ölkələrin və xalqların istifadəçiləri də görür, kimin yalan məlumat yaydığını, kiminsə ciddi faktlara əsaslandığını anlayır. İnfomasiya savaşında ən təsirli yol anlaşılan faktları ortaya qoymaqla həqiqəti üzə çıxarmaqdır.

- Bu yaxınlarda siz “erevangala500.com” saytının yaradılmasında fəal iştirak etmisiniz. Bu nə layihədir?

- Mən bu saytın yaradılmasında iştirak etməmişəm, lakin layihəni, xüsusilə də bu tarixi-analitik portalı yaxından dəstəkləmişəm. Bu portalda əsasını azərbaycanlıların qoyduğu İrəvana aid itib-batmış faktlar, sənədlər, şəkillər və salnamələr yerləşdirilib. Əsasını 16-cı əsrdə Səfəvi hökmdarlarının qoyduğu İrəvan xanlığında ermənilərin haradan peyda olması haqda, bu yerlər Rusiya imperiyasının tərkibinə qatılandan sonra oradakı İrəvan qalasının, yerli azərbaycanlıların taleyinin necə olduğu barədə materiallar çox maraq doğurur.

- Erməni tərəfi bu saytın yaradılmasını necə qarşıladı?

- Ermənilərin münasibəti qabaqcadan aydın bilinirdi, çünki müasir Ermənistanın paytaxtı İrəvanın tarixi və mədəniyyətinə bağlanan fakt və sənədlərin ağırlığı onları divara dirəmişdi. Belə hallarda müzakirə müstəvisində sözü olmayan erməni təbliğatçıları adətən qisas alır, bəyənmədikləri Azərbaycan mənbələrini dağıdır, intellektual potensialı yüksək olan azərbaycanlı jurnalist və tədqiqatçıların elektron poçtlarını sındırırlar.

Ermənistanda alim və tədqiqatçıları yox, fırıldaqçıları informasiya döyüşçüsünə çevirmək adətdir. Onlar da mənim və digər azərbaycanlı jurnalistlərin ulduz falını yaradıb, erməni saytlarında yerləşdirir, forumlarda ayrıca mövzu kimi müzakirə edirlər. Belə qeyri-ciddi müzakirələrdə ermənilər təlxəklik edir, dedi-qodudan başqa bir iş görmürlər.

Son aylar Azərbaycanın tarixi ilə əlaqəli bir sıra layihələrdə iştirak edirəm. Bölgəyə səyahət etmiş antik müəlliflərin, orta əsr ərəb, Avropa, erməni, rus müəlliflərinin yazdıqlarını analiz edərək Azərbaycanın tarixinin müxtəlif dövrlərindən yazılar dərc edirəm. Bu araşdırmalar indiyə qədər xarici tədqiqatçılarn əsaslandığı bir çox erməni mənbəsinin saxta olduğunu üzə çıxarır, həmin mənbələrin sonrakı dövrlərdə yazıldığını aşkarlayır.

- Sizin də elektron poçtunuz sındırılıb, haqqınızda videosüjet hazırlanıb və “Youtube” şəbəkəsində yerləşdirilib. Hücuma ilk dəfədir məruz qalırsınız, yoxsa belə hallar əvvəllər də olub?

- İrəvan haqqında saytın yaradılması qarşı tərəfi olduqсa qəzəbləndirdi, erməni təbliğatçıları mənim “Gmail.com” ünvanındakı, çoxdan istifadə etmədiyim elektron poçtumu sındırıb 2-3 il önсədən olan yazışmamı bir bloqda yerləşdiriblər. Üstəlik, bu yazışmanı əks etdirən videoçarx da yaradılıb, internetdə yerləşdirilib.

- Hər hansı bir müdafiə tədbiri gördünüzmü? Belə bir təzyiqə təklikdə davam gətirmək asan deyil.

- Müdafiə tədbirləri görülür və “silahı” bir an da yerə qoymuruq. Onların kimliyi məlumdur, amma biz bu kimi çirkli üsullardan istifadə edib haker hücumlarını təşkil etməyi özümüzə layiq bilmirik. Belə hücumlar davamlı olarsa, “Mail.ru”, “Yandex.ru”, “Google”, “Youtube” kimi layihələrdə moderator, administrator vəzifələrində çalışan, erməni həmyerlilərinin sifarişlərini yerinə yetirən şəxslərin məsələsini qaldırmağı düşünürük.

- Dövlət orqanlarından, ictimai birliklərdən dəstək ala bilirsinizmi?

- Dövlət orqanlarından heç bir dəstək ala bilmirik, lakin lazım bildiyimiz işi təşkilatlanaraq görməyimizə mane olan da yoxdur. Ermənistanda Azərbaycanla informasiya müharibəsində iştirak edən jurnalist və bloqçulara maaş, mükafat vermək ənənəsi var, bu da erməni diasporasının və hakimiyyətin pulları hesabına baş verir. Azərbaycanda belə təcrübə yoxdur.

- Dağlıq Qarabağ probleminin həlli ətrafında hər hansı təklifiniz varmı?

- Dağlıq Qarabağ münaqişəsinin həlli daha çox onu başlayanlardan asılıdır. Mən ABŞ, Rusiya və Fransanın simasında dünya güclərini nəzərdə tuturam. Bu gün bizi guya barışdırmağa cəhd edənlər bu iki xalqı Qarabağ müharibəsində üz-üzə qoyub deyə Ermənistan-Azərbaycan münaqişəsinin həllində dəyişiklik gözləmirəm. Lakin ümidverici əlamətlər də az deyil, çünki aparıcı dövlətlərin geosiyasi maraqları dəyişməz qalmır.

Bizi sevə də bilərlər, sevməyə də, amma Azərbaycan bölgənin siyasətinə təsir edən bir dövlətə çevrilib. Dünyanın fövqəlgücləri, praqmatik Qərb, həmçinin tədricən Rusiya da özlərinə “Erməni kartının istifadəsi bu tarixi məqamda nə kimi xeyir gətirir” sualını verirlər. Ermənistanın Cənubi Qafqazda qonşuları ilə şlaqbaum və çəpərləmə kordonu rolu oynadığı aydındır. Son 20 ildə Ermənistandan və işğal olunmuş Dağlıq Qarabağdan ermənilərin köçü güclənib, erməni əhalisinin 40 faizi buraları tərk edib. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında iş yerləri, regional layihələr və müəssisələr yox həddindədir.

Erməni xalqı vəziyyətin çətinliyini anlayır, çünki şovinist rəhbərliyin siyasi oyunlarının və xarici qüvvələrin maraqlarını güdən diasporanın qurbanına çevrilib. Belə vəziyyətdə erməni dövlətinin gələcəyi yoxdur. Erməni ziyalıları, əsl vətənpərvərlər Ermənistanı qonşuları ilə sülh şəraitində yaşayan Cənubi Qafqaz ölkəsinə çevirmək üçün özlərində güc tapmalıdırlar.

İsmayıl İSMAYILOV


pxl
“BAKCELL” NETTY-2012-nin BAŞ PARTNYORU OLDU
2012-05-17 - 19:04:00
“Bakcell” şirkəti NETTY-2012 Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub. “Bakcell”in sponsorluğu və “Sür@” brendinin baş par ardı >>>
mej
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir