![]() |
| Ronald Burqes |
Fevralın 16-da jurnalistlərə açıqlama verən ABŞ Müdafiə İnformasiyası Təşkilatının rəisi general Ronald Burqes İranla ABŞ arasında mümkün müharibədən danışıb.
“Media forum” saytının məlumatına görə, Ronald Burqes deyib ki, İran hücuma məruz qalacağı təqdirdə buna müxtəlif yollarla cavab verməyə çalışacaq: “Ola bilsin ki, Hörmüz boğazını müvəqqəti bağlaya biləcək. İranın ABŞ və onun bölgədəki müttəfiqlərini raket hədəfinə alması da mümkündür. Tehran dünyadakı terrorçu qrupları bizə qarşı səfərbər edə də bilər. Lakin bütün bunlara baxmayaraq, bizim təşkilatın hesablamasına görə, İranın qarşıdurmada ilk addım atması gözlənilmir. Bu, reallıqdan uzaqdır”.



