Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Cəmiyyət
print

MÜSTƏMLƏKƏ ARQUMENTLƏRİ

2012-02-16 - 13:07:00

Rövşən AĞAYEV

Hakimiyyət uzun illərdir Bakıda seçkili mer institutunun yaradılması müzakirələrindən yayınır. Baxmayaraq ki, hələ 2003-cü ilin mayında Avropa Şurasının (AŞ) hökumətə ünvanladığı “Azərbaycanda yerli və regional demokratiya haqqında” tövsiyə sənədində Bakı şəhərini dövlətin icra orqanlarının idarə etdiyi, amma bu funksiyaları sakinlərin səsi ilə formalaşan şuraya verilməsinin vacibliyi xüsusi vurğulanırdı.

Bir vacib məqamı da demək gərəkdir. “Ərazi quruluşu və inzibati ərazi böl¬güsü haqqında” qanunda Bakı şəhərinin statusunun müəyyən edilməsi və paytaxt qanununun qəbulu nəzərdə tutulur. Qanunun qəbulundan 12 il ötsə də, həmin hüquqi mexanizmlərin heç biri işlənməyib. Çünki paytaxt haqqında qanun qəbul ediləcəyi halda hökumət Bakı şəhərinin idarəçilik modeli ilə bağlı mövqeyini dəqiqləşdirməli, həmin yanaşmaya Avropa Şurasının rəyini almalıdır. Bir sözlə, hakimiyyət ağrımaz başına iş açmağa tələsmir.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadənin “Media forum” saytına açıqlaması bu qənaəti daha da möhkəmləndirdi. Nazirlik rəsmisinin sözündən belə aydın olur ki, Bakıda seçkili idarəetmənin formalaşdırılmasına ehtiyac yoxdur. O hesab edir ki, Bakıda seçkili orqanın paytaxt infrastrukturunda yaranan problemləri daha səmərəli həll edəcəyi ilə bağlı gözləntilər doğru deyil.

Mərkəzi hökumətdə yerli özünüidarə məsələləri ilə məşğul olan məmurun paytaxt idarəçiliyinə bu cür yanaşması istər həmin vəzifəli şəxsin ranqı, istərsə də peşəkar mövqeyi baxımından qüsurludur. Əvvəla, AŞ-nın sənədlərində də qeyd olunduğu kimi, bir sıra hallarda paytaxt şəhəri lokal maraqların çərçivəsini aşan məsələləri həll etməli və bu maraqlar naminə idarəetmədə qənaət və effektivliyi təmin etmək üçün bütün şə¬hər miqyasını əhatə edən demokratik şura seçilməlidir. AŞ-nin mövqeyinə görə, bu prin¬sip kiçik ərazilərdə bələdiyyələrin yaradılması ideyası ilə ziddiyyət təşkil etmir, sadə¬cə, onların fəaliyyəti bütün şəhəri təmsil edən bələdiyyənin yaradılması ilə tamamlan¬ma¬lı¬dır. Qurum hesab edir ki, mərkəzi hökumətin nəzarəti altında olan təsisatlar paytaxtın yerli özünüidarə strukturlarının fəaliyyətini kompensasiya edə bilməz. Odur ki, paytaxt şəhərlərini təyin olunmuş icraedicilərin və ya yerli idarə orqanlarının idarə etməsi Avropa Xartiyasının məqsədlərinə zidd sayılır.

Başqa tərəfdən, ölkənin istənilən aqlomerasiyası özündə paytaxt şəhəri qədər çoxsaylı inzibati ərazi vahidlərini birləşdirmir və onların hamısı bir-birinə sıx infrastruktur telləri ilə bağlı olur. İdarəetmədə vahidlik, onlar arasında əlaqələndirmə olmadıqda isə paytaxt təsərrüfatının idarəçiliyində pərakəndəlik və xaos yaranır.

Nəhayət, inkişaf etmiş ölkələrin hamısında ortaq yanaşma budur ki, paytaxt şəhərinin idarə olunmasının əsas şərtlərindən biri vətəndaşların qərar qəbulu prosesində iştirakının təmin olunmasıdır və bu məhz sakinlərin seçdiyi şuralar, həmçinin insanların səsi ilə mövqe qazanan mer vasitəsilə reallaşdırıla bilər. Bu halda şəhərin taleyi ilə bağlı bütün məsələlər maraqlı tərəflərin iştirakı ilə həyata keçirilir və idarəetmə orqanı hesabatlı olur. 

Bütün bunlar paytaxt bələdiyyəsinin yaradılması və Bakı Şəhər İcra Hakimiyyətinin öz səlahiyyətlərini seçkili orqana ötürməsinin lehinə sırf nəzəri arqumentlər kimi görünə bilər. Necə ki, Ədliyyə Nazirliyinin rəsmisi öz müsahibəsində seçkili orqanın paytaxtı daha keyfiyyətli idarə edəcəyini “nisyə söhbət” adlandırır. Yanaşma ona görə doğru deyil ki, məsələn, əgər yolları qardan təmizləmək üçün bütün texnika və səlahiyyətlər bələdiyyələrə həvalə olunsa, insanların həmin qurumları öz funksiyalarını yerinə yetirməyə məcbur etməsi daha asandır, nəinki sakinlərdən uzaqda, mühafizə olunan binada oturan hansısa məmuru bu işə vadar etmək. Elə yerli özünüidarə institutunun da fəlsəfəsi məhz hakimiyyət və qərarvermə səlahiyyətlərini insanlara, mümkün qədər onların yaşadığı mənzilin lap yaxınlığına gətirməkdir.

Ədliyyə Nazirliyi rəsmisinin seçkili paytaxt idarəçiliyinin əleyhinə başqa bir arqumenti daha çox təəccüb doğurur. Onun fikrincə, hər ölkənin öz siyasəti, quruluşu, konstitusiyası, milli mentaliteti, idarəçilik sistemi var və bunlara uyğun idarəçilik qurulur. Bu yanaşma ona görə kökündən səhvdir ki,  hazırda dünyada dövlət idarəçiliyinin 2 modeli var: vətəndaş iştirakçılığına əsaslanan demokratik model və bu cür iştirakçılığı inkar edən qapalı-avtoritar üsul. Birinci üsula əsaslanan ölkələrin hamısında şəhər idarəçiliyi seçki əsasında formalaşır. Məhz elə bu yanaşmanın nəticəsidir ki, AŞ-yə üzv olan ölkələr sırasında Azərbaycan istisna olmaqla bütün dövlətlətlərin paytaxtını məhz bələdiyyə şuraları idarə edir.

İdarəetmədə elə standartlar var ki, o hamı üçün eyni dərəcədə icbaridir. Dövlət də ev kimidir. Heç kim deyə bilməz ki, mənim evimdə qapıya ehtiyac yoxdur, pəncərədən qapı kimi də istifadə edəcəm. Eyni məntiqlə parlamentə, Nazirlər Kabtnetinə, başqa mərkəzi icra hakimiyyəti orqanlarına də ehtiyac yoxdur.

Mehdi Səlimzadənin yanaşmasına görə, qar yağır, onu təmizləməklə məşğul olacaq dövlət orqanları var. Yanlış mövqedir, çünki dövlət hakimiyyəti orqanlarının işi ictimai xidmət göstərmək deyil, bu xidmətlərin təşkili ilə bağlı hüquqi mexanizmlər və dövlət standartları yaratmaq, həmin standartların icrasına hökumət adından nəzarət etməkdir. Dünyada təsərrüfat fəaliyyəti və ictimai xidmətlərlə bələdiyyələr və onların sifarişi ilə özəl sektor məşğul olur. 

Yeri gəlmişkən, Bakıda vətəndaşların səsi ilə seçkili idarəçiliyin yaradılması təxminən 140 il əvvəl – 19-cu əsrin 70 illərində, Azərbaycan çar Rusiyasının müstəmləkəsi olduğu dövrdə də ciddi müqavimətlə qarşılanıb. Belə ki, rus imperatorunun 16 iyun 1870-ci il fərmanına əsasən, ölkənin bütün iri şəhərlərində bələdiyyə idarələrinin (dumaların) formalaşdırılmasına start verilsə də, “qlasnı” seçkisi Bakıya 8 il sonra yetişib. İmperiya idarəçiləri bunu qeyri-millətlərin özünüidarəyə hələlik hazır olmaması ilə izah edirmişlər. Nə qədər təccüblü də olsa, bu qədər müddət ötəndən, milli dövlətimizi qurmaq imkanı qazandıqdan sonra yenə də oxşar arqumentlər eşidirik. Guya biz Bakıda mer institutunun yaradılmasına hazır deyilik…              


pxl
“BAKCELL” NETTY-2012-nin BAŞ PARTNYORU OLDU
2012-05-17 - 19:04:00
“Bakcell” şirkəti NETTY-2012 Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub. “Bakcell”in sponsorluğu və “Sür@” brendinin baş par ardı >>>
mej
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir