Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Cəmiyyət
print

İSANIN BELƏ EŞİTDİYİ AZAN

2012-02-16 - 14:44:00

Oqtay QORÇU

Ekranda Məryəm oğlu İsanın obrazını yaradıb. Bütün inanclı katoliklər kimi o da İsanın çarmıxa çəkildiyinə, bu dünyadan əzab çəkə-çəkə ayrıldığına inanıb. Ayaq basdığı Allah evində, kilsədə ona ancaq əzabkeş peyğəmbərdən danışıblar. Keşişlər hey haray çəkib göz yaşı töküblər: ”O, əzab çəkənlərdən olub. Əzab çəkin, Tanrı bunun əvəzini sizə verəcək”. Liam Nisonun yaşadığı bu boyda dünyada hər gün ölüb hər gün doğulan varsa, daha... Məncə, əzab çəkməkdən bezib bu adam, hər gün yanından ötüb keçdiyi ümidə qısqanıb.

59 yaşlı Nison dinini dəyişəcəyini bəyan etdi. Seçiminin islam dini olduğunu söylədi. Sevdiyi qadını faciəli şəkildə itirən, darıxan və darıxdıqca gah düşkün katolikə, gah ateistə çevrilən, gah da hər şeydən əlini üzüb hey darıxmağa davam edən iki oğul atası təsəlli tapıb. Darıxmaqdan bezən, axtardığı yolun yorğununa çevrilən Liam Nison dincələcək. Buna özü də əmindi, çünki onu çağıran səsin azan olduğunu söyləyir.

İslam – bu adamın bir ömür boyu tapmaq istədiyi, yaşamaq istədiyi hər şeyin tale bəstəsinə çevriləcək. Onu təsadüfdən zərurətə atan qismət Nisonu çəkib gətirib Türkiyəyə. Dörd minədək məscidin olduğu İstanbulda film çəkilişləri başlanıb. Və bu şəhərdə olduğu müddətdə Şimali İrlandiya əsilli aktyor bir-bir məscidləri ziyarət edib, gəzib. Həqiqətin səsi gəlibmiş qulağına.

“Mən katolik kimi tərbiyə almışam. Mənim kimi çox insan var ki, özünə sual verir: biz kimik, bu yerdə nə işimiz var, bu həyat nədir?” deyən kinonun “İsa peyğəmbəri” bütün suallarına islamda cavab tapacağına inanır. Taleyinin üç mərhələsini adlayan və az qala inanclı katolikdən inancsız ateistə çevrilən bu aktyor azan ovqatında nəsə tapmaq ümidiylə üz tutub... Tanrının səsinə.   

XX əsrdə dünyaya göz açıb, XXI əsrin vətəndaşıdı. Uilyam Con Nison 1952-ci ilin iyun ayının 7-də İrlandiyada doğulub. Liam onun adının qısaldılmış formasıdı. Liam Nison – peşəkar boksçu, teatr və kino aktyoru, həm də Hollivud ulduzu.

Bu adamın bioqrafiyasında qeyri-adi heç nə yoxdu. Ənənəvi irland ailəsində, inanclı katolik olan valideynlərinin himayəsində böyüyüb. Anası uşaqlıqdan onu kilsəyə aparmağa başlayıb. Elə ona Uilyam adını da məşhur irlandiyalı keşişin şərəfinə qoyublar. Beləcə min bir arzu-diləklə böyüyüb başa çatıb. Və ağlı kəsəndən özünə verdiyi ilk sual bu olub: ”Kim olmalı və necə yaşamalı?”

Daha sonra karyera arxasınca yollanan gənc Kral Universitetinə daxil olub. Ancaq teatra, aktyorluq sənətinə həvəsi onu bir an da rahat buraxmayıb. Nəhayət, doğmaları narazı qalsa da, öz bildiyini edib. Liam tanıdığı teatrlara üz tutub. Cəhdləri uğurla nəticələnib. İstedadı, səs tembri, yaraşıqlı qaməti Liama gözlənilməz sürprizlər bəxş edib. Zaman-zaman müxtəlif teatrlarda çalışan Liam, nəhayət, Dublindəki “Abbey” teatrının truppasına düşə bilib. Və kinorejissorlardan dəvətlər almağa başlayıb.

İlk dəfə 1978-ci ildə “Göylər aləminə səyahət” filmində İsa peyğəmbərin obrazını yaradan Nison bir-birinin ardınca Amerika və Britaniyada, vətəni İrlandiyada filmlərə çəkilib. Onun aktyorluq fəaliyyəti, özünəməxsus oyun tərzi məşhur kinorejissor Con Burmenin də diqqətini çəkib. Dəfələrlə aktyorla görüş təşkil edən rejissor Burmen Liamla əməkdaşlıq edəcəyinə vəd verib. 1981-ci ildə onların birlikdə işləmək arzusu reallaşıb. Liam Nison üçün yaddaqalan bir hadisə baş verib. Həmin il rejissor Con Burmenin “Ekskapibur” filmində baş qəhrəman Ser Haveyn obrazını ekranda Liam Nison canlandırıb. Film böyük maraqla qarşılanıb.

Kino karyerası ərzində aktyor 70-dən çox filmə çəkilib. Liam Nison oynadığı rollara görə “Oskar” (“Şindlerin siyahısı” filmindəki ən yaxşı kişi roluna görə) və BAFTA kino mükafatlarına, Venesiya kinofestivalının “Valpi” kubokuna layiq görülüb. Məşhur aktyor həm də Britaniya Krallığının şərəfləndirdiyi bir neçə Hollivud ulduzu siyahısındadı. O, Britaniya imperiyasının “Kavaler Ordeni” titulunu daşıyır. İrlandiya mədəniyyətinə və incəsənətinə verdiyi töhfəyə görə II Yelizaveta ona imperiya zabiti rütbəsini də verib.

...Sanki bir sınaq mərhələsiydi. Liam yenə darıxırdı, coşub-daşırdı, amma  bəyaz ünvanın yeganə sahibi səbirlə öz işindəydi. Azanın əzəməti onun gözündə böyüyüb səma boyda quşa çevrilirdi. Öncə bu quşun səmanı tutacağını sanırdı, göy üzünün gözəlliyindən məhrum olacağını  düşünürdü. Darıxırdı, özü də gündə beş dəfə. Sonra darıxdırıcı ovqatı, azanın rəngi, xəyalında canlandırdığı quşun da rəngi dəyişdi. Ancaq yenə darıxırdı. Tez çatmaq istəyirdi, arzuladıqlarını tez eşitmək, tez görmək istəyirdi. Cavab tapmağa tələsirdi Tanrını darıxdıran aktyor. Sonuncu dinə, islama tapınmağa darıxırdı. Hələ də tam öyrəşə bilmir. Təsəvvür etmədiyi aləmə düşüb Nison.

Tanınmış qonağı, Hollivud ulduzunu, darıxan adamı öncə məsciddən eşidilən azan səsi lap darıxdırarmış. Liam Nison hər gün beş dəfə qəzəbləndiyini, darıxdığını söyləyirmiş. Bəlkə də hər dəfə azan eşidiləndə qeyri-ixtiyari “Narniya xronikası” filmiylə bağlı tənqidlər də yadına düşürmüş. Qəribə paradoksdu və heç də uyğunsuz görünmür. Əslində, onu 2010-cu ildən islam dininə, Həzrəti Məhəmmədə rəğbət bəsləməkdə ittiham edirdilər. İstanbul, azan, həmin “Narniya xronikası” filmi və islam. Liam Nison 2010-cu ildə “Narniya xronikası”nda Aslan adlı şirin səsini “oynayıb”, yəni filmdə şirin səsini çıxarıb. Bu film xeyli tənqid olunub. Kino tənqidçilərinə görə, filmdə islam peyğəmbəriylə bərabər müsəlman dini liderlərinin də obrazları var. Guya film əslində xristianlığı, İsa peyğəmbəri kiçiltmək məqsədi güdüb. Tənqidlərə səbirlə yanaşan Nison heç bir açıqlama vermədən mətbuatdan yayınmağı üstün tutub.

Bu bir zaman islama rəğbətdə suçlandırılan Liam Nisonun başına gələnlərdi. Yatsa yuxusuna da girməzdi ki...

Liam Nisonun qəlbinə girdi, ruhunu fəth etdi. Gündə beş dəfə azan dinləyən və “Quran” ayələrinin sehrinə düşən məşhur aktyor ancaq islam həqiqətinə sığınacaq, çünki bütün sualların cavabını bu dində tapacağına  inanır. Kino ulduzu bəyanat verdi, islamı qəbul edəcəyini açıqladı. Məşhur İrlandiya və Amerika aktyoru Uilyam Con Nison azan haqqında belə deyir: “Bu səs sanki insanın ruhuna daxil olur. Bu, ən gözəl bir hadisədir”.

O, müsəlman olacaq. Bu öz qərarıdı. Bir zaman əlini Tanrının ətəyindən üzüb, gününü ateizmlə bağlı kitablar oxumaqla keçirən bir adamın yoluna işıq düşüb. Gündə beş dəfə azan eşidə-eşidə hər şey birdən dəyişib. Tamaşaçıların və aktyorların tanıdığı Liam Nison da dəyişib, özü də darıxdığından, həm də qürbət ölkədə.

Tanrı qürbətdə sığınacaq verən kimsəsizlərin kimsəsidi. Nison qürbətdən tək dönməyib.

Ekranda İsa peyğəmbərin obrazını yaratmış adam, kinonun “İsa peyğəmbəri” müsəlman olacaq. Və İsa barəsində əsl həqiqəti yenə “Quran”dan öyrənəcək. Hər şeyi bilmək üçün darıxan aktyor ömrü boyu darıxa-darıxa dəlicəsinə sevəcək. Bir adamın hər şey qazanmağa gücü və haqqı var.


pxl
“BAKCELL” NETTY-2012-nin BAŞ PARTNYORU OLDU
2012-05-17 - 19:04:00
“Bakcell” şirkəti NETTY-2012 Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub. “Bakcell”in sponsorluğu və “Sür@” brendinin baş par ardı >>>
mej
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir