Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Cəmiyyət
print

2 + 2 = 5

2012-02-15 - 14:27:00

Vahid QAZİ

“Azadlıq iki üstəgəl ikinin dördə bərabər olduğunu demək haqqıdır. Əgər buna imkan yaradılırsa, qalan hər şey öz yerini tapacaq”. (Corc Oruell)

150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyasından nəşr olunan kitabların tərtibat və poliqrafiya keyfiyyətinə söz yoxdu. Aşağı səviyyəli tərcümələr barədə fikrimi bəzi müəlliflərin özünə dediyimdən burda yazmağa ehtiyac duymuram. Amma yaddaqalan tərcümələr də az deyil, hazırkı yazının mövzusu bu olmadığından bəyəndiklərimdən yalnız ikisini qeyd edəcəm. Biri Amerikanı Azərbaycan dilinin sehriylə “kəşf edən” Tehran Vəliyevin Cerom Selincerdən çevirmələri, xüsusilə onun “Çovdarlıqda uçurumdan qoruyan”ıdırsa, o biri Vilayət Quliyevin mükəmməl bir dildə Azərbaycancaya çevirdiyi Corc Oruellin seçilmiş əsərləridir.

***

...Dünyada ən çətin mübarizə köləliyə qarşı azadlıq dirənişi, haqsızlığa qarşı ədalət savaşı, cəhalətə qarşı maarifçi inqilab, total zülmə qarşı fərdi inad deyil, ən ağır dava insanın şüur və qəlbində özüylə apardığı davadı.

Ən dözülməz işgəncə türmə, “psixbolnitsa”, həbs düşərgələrindəki zülm deyil, vicdanın “qaranlıq kamera”sında verilən amansız mühakimə suallarıdı. Bəzən o, İsanın çarmıx ağrılarından da dözülməz olur. İsanın işi asandı: Atası başı üstündə... Dərgahın darvazaları açıq... Aparıb qanı daman yarasını sarıyacaq...

Şüur və qəlblərin daim basqıda qaldığı rejimlərdə insanlar vicdanın ağrı dərəcəsinə görə növbə ilə qurban gedir. İlk qurban vicdanı daha çox ağrıyandı. Vicdan ağrısı bitən adam sağdısa, demək, onda çevrilmə baş verib. Dünyanın ən qorxulu çevrimi insanın manqurta dönməsi deyil, vicdanın o biri üzünə çevrilməsidi.

Mən Kafkanın Qreqor Zamzasından, Aytmatovun Jolamanından yox, Corc Oruellin Smitindən danışıram.

“1984” romanının qəhrəmanı Uinston Smit. Öz düşüncələrinin labirintində azan Smit. “Keçmiş ölmüşdü. Gələcəyi təsəvvürə gətirmək mümkün deyildi”. Keçmişi və gələcəyi olmayan bu gün?! Həqiqət nazirliyinin əməkdaşı kimi işi yeni həqiqət yaratmaq olan, sonunda “2 +2 = 5” həqiqətinə inanan qəhrəman.

“Məsələ seksual aclığın isteriya yaratmasında idi. Bu isteriya Partiyanın işinə yarayırdı. Çünki onu asanlıqla müharibə ehtirasına, yaxud rəhbərə pərəstiş hissinə çevirmək olurdu”. Həyatını dəyişən Culiya ilə bu gen dünyada azad bir öpüşə yeri olmayan Smit, kitaba ön sözdə yazıldığı kimi, sevgilisiylə  “elmi-psixoloji əsaslara söykənən istintaq-işgəncə prosesi nəticəsində Sevgi Nazirliyinin binasını dəyişmiş halda – partiyaya inam, Böyük Qardaşa məhəbbət hissi ilə tərk edirlər”...

Total beyinyuma mexanizmi şüur, fikir və düşüncələrin ən dərin qatına belə müdaxilə edir. Müdaxilənin ən dəhşətlisi şüurlara yox, qəlblərə müdaxilədi. Atam Stalinin ölümünü belə xatırlayırdı: “Adamlar çaş-baş qalmışdı. Stalinsiz həyatı təsəvvürə gətirmək olmurdu. Küçələrdə arvadlar “şaxsey” deyir, “Stalinim, oyyy” deyə ağlaşırdı”.

Şüurlara total nüfuz edən rejimlər həm də ona görə təhlükəlidi ki, oradakıları pozub ağ səhifəyə öz mətnini yazmaqla yanaşı qəlblərə də girir, onun forma və məzmununu dəyişib istədiyi hala salır.

“1984” insan çevrilişi haqda romandı. “1984” romanı “2 +2 = 5” həqiqətinə inanan insanlardan bəhs edən əsərdi. Orada bir xeyli tanış səhnə gördüm, tanış sözlər oxudum. Əsərdən seçdiklərimi sən də oxu:

- “Onlar şüurlu olmayana qədər üsyan etməyəcəklər. Üsyan etməsələr isə heç vaxt şüurlu olmayacaqlar”;

- “Kiçik qaydalara əməl eləmək böyük qaydaları pozmağa imkan yaradır”;

- “İyerarxik cəmiyyət yalnız yoxsulluq və cəhalət bünövrəsi üzərində yüksələ bilər”;

- “...İndi onlara intellektual azadlıq da vermək olar. Çünki heç bir intellektləri yoxdur”,
“Prinsip etibarı ilə hərbi xərclər əhalinin minimal tələbləri ödənildikdən sonra yerdə qalan vəsaitin hamısının mənimsənilməsinə hesablanır”;

- “Müharibə vəziyyətinin mövcudluğu və onun doğurduğu təhlükələr bütün hakimiyyətin kiçik qrupun əlində cəmlənməsini təbii hala, hətta labüd xilas yoluna çevirir”;

- “Müharibə uzun müddət davam edəndə təhlükəliliyini itirir. Hədsiz uzanan müharibədə hərbi zərurət anlayışı yoxa çıxır”;

- “Bizim qurduğumuz dünya... qorxu, xəyanət və işgəncə dünyası olacaq, tapdalayanların və ayaq altda əzilənlərin dünyası olacaq, insanın kamilləşdikcə daha da amansızlaşdığı dünya olacaq”.

***

İki üstəgəl iki beş eləmir ki?!


“Toplum” jurnalı, 1(5), Qış, 2012
pxl
“BAKCELL” NETTY-2012-nin BAŞ PARTNYORU OLDU
2012-05-17 - 19:04:00
“Bakcell” şirkəti NETTY-2012 Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub. “Bakcell”in sponsorluğu və “Sür@” brendinin baş par ardı >>>
mej
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir