Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Cəmiyyət
print

ƏMİN-AMANLIĞIN DƏYƏRİ

2012-02-15 - 10:30:00

Oqtay QORÇU

Bir nömrəli terrorçu hesab edilən Bin Laden ələ keçirildiyi gün televiziyayla yayımlanan əməliyyatın bəzi detalları hələ də xatirimdədi. ABŞ ordusunun iştirakıyla hazırlanan bu antiterror əməliyyatını xüsusi təyinatlılar həyata keçirdilər. O gün bütün dünyanın gözü Pakistanda idi. “Əl-Qaidə” terror təşkilatının lideri Üsamə Bin Laden gizləndiyi evdə öldürüldü.

Minlərlə günahsız insanın qatili, bir neçə ölkədə törədilən terror aktının ideoloqu, ən nəhayət, radikal dinçi təfəkkürüylə islam dəyərlərinə hər zaman maddi və mənəvi zərbə vuran, sülhün, əmin-amanlığın şeytan boyda düşməni öldü. Maneə aradan götürüldü. Onun öldüyünü eşidincə bu xəbərə daha çox sevinənlər oldu. Ancaq yenə tərəddüd vardı. Bir neçə dəfə Bin Ladenin ölüm xəbəri yayılmışdı, ancaq hamısının şayiə olduğu məlum olmuşdu. Amma gözləyənləri rəsmilər gözü yolda qoymadılar.

Bütün bunlar bazar ertəsi, mayın 1-də, 2011-ci ildə baş verdi. Və mayın 2-də Ağ ev rəsmi açıqlama yayaraq Bin Ladenin öldürüldüyünü təsdiqlədi. Əməliyyatın bəzi detalları və fotolar ictimaiyyətə açıqlandı. Təsəvvürlər dəyişdi, Bin Laden öz ölümüylə həm də yaratdığı obrazına bir daha kənardan tamaşa etmək imkanı qazandırdı. O, möminlərin sırasında olmayıb, heç məğlubedilməz də deyildi, Bin Laden, sadəcə, dünyanı cəhənnəm libasında görmək istəyən birisi idi. 
 
Ehtimallara görə, anlayıb ki, düşmənə atəş açmaq yersizdi, tez qaçmağı düşünürmüş. Yəqin Bin Laden macalı qismətin qarşısında diz çökdürmək istəyirmiş. Bir neçə dəfə qurtulduğundan sanırmış ki, bu onun yaratdığı taledi. Ancaq planı pozulub, taleyi tar-mar olub. Pakistandakı sığınacağında öldürülən Bin Ladenin rəhbərliyi dövründə “Əl-Qaidə”nin keçirdiyi müxtəlif terror aktları zamanı 10000 nəfərdən çox insan qətlə yetirilib. 

Bin Laden insan cəlladı idi. Onun terror fəaliyyəti tək ABŞ-a, Avropa ölkələrinə deyil, həm də müsəlman dövlətlərinə qarşı yönəlmişdi. Daha Bin Laden boyda problem yoxdur. “Əl-Qaidə”nin terrorçularıyla mübarizə isə hələ də davam edir. Amerika və Avropa cəmiyyətinin, mədəniyyətinin həmişə əxlaqa, mənəvi dəyərlərə böyük zərbə vurduğunu deyən Bin Ladenin heyrət doğuran vəsiyyətnaməsi üzə çıxdı. Bu vəsiyyət Qərb dəyərlərinə düşmən kəsilən Üsamə Bin Ladenindi. Doğmalarına əmin-amanlıqda, özü də Avropada, ABŞ-da yaşamağı tövsiyə edən bir cəlladın lap xeyir-duasına bənzəyir. Və Bin Laden kitab kimi açılır. Sanki onun gələcəyə arzusu, qorxusu və tutduğu yanlış yol hər kəlmənin canına hopub.

“Böyük şər” adlandırdığı Amerikaya, xristian dünyasına cihad elan edən terrorçu vəsiyyətini həlak olmazdan az öncə yazıb. Bin Laden övladlarının, nəvələrinin Qərbə, demokratik ölkələrin birinə köçüb yaşamalarını tövsiyə edib. O, cavanların nüfuzlu universitetlərdə təhsil almasını arzulayıb və qətiyyətlə onlardan cihada qoşulmamağı tələb edib. Terrorçu vəsiyyətində belə yazır: ”Oxuyun, Qərb elminə yiyələnin. Mənim kimi olmayın”.

Bin Ladenin qayını Zəkəriyyə əl-Sabah da “Sunday Times” qəzetinə müsahibəsində bu fikri təsdiqləyib: ”O, uşaqlara ABŞ və Avropaya gedərək təhsil almağı, cihadla məşğul olmamağı tapşırdı”.

Bin Laden hansı ideyaya qulluq etdiyini, bütün ilahi qanunları tapdadığını anlayırdı. Terrorçu dinçi deyil, minlərlə insanın qatili olduğunu yaxşı bilirdi. Qəribədi, amma yenə bu şər ömrünün sonunadək cəhənnəmə döndərmək istədiyi Avropaya, Amerikaya öz doğmalarını əmanət etməyi düşünürmüş.

İnsanların, qanunların qorunduğu Qərb cəmiyyətinə, yaşam tərzinə yaxşı bələd olan Bin Laden onun törətdiyi əməllərə görə kiminsə  güllələnəcəyinə yaxud dar ağacına yollanacağına inanmadığından...

Hətta özündən savayı heç kimə inanmayan terrorçu bu sayaq sülh arzulayıb və bu qədər əmin-amanlığı dəyərləndiribsə...

Heyrətlənmirəm, çünki əmin-amanlıq özü elə ən böyük dəyərdi.


pxl
“BAKCELL” NETTY-2012-nin BAŞ PARTNYORU OLDU
2012-05-17 - 19:04:00
“Bakcell” şirkəti NETTY-2012 Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub. “Bakcell”in sponsorluğu və “Sür@” brendinin baş par ardı >>>
mej
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir