Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Cəmiyyət
print

RUŞANİYƏ HÜSEYNOVA: “MART AYI GƏLƏNDƏ ELMAR ÇOX SEVİNƏRDİ”

2012-02-14 - 18:12:00

Fevralın 14-də mərhum jurnalist Elmar Hüseynovun həyat yoldaşı Ruşaniyə Hüseynova “Media forum” saytına danışıb.

Elmar Hüseynov 2005-ci il martın 2-də Bakıda öldürülüb. Ruşaniyə Hüseynova 2006-cı ildə oğlu Aslanla birlikdə Norveçə mühacirət edib və o zamandan həmin ölkədə yaşayır. 

Aslan atası haqqında hər şeyi bilir

- Aslan atası haqqında hər şey bilir. Mən ona hər şeyi danışmışam, amma o qədər də dərinə getməmişəm, yəni uşaq ağlına batan qədər ona hadisələr haqqında danışmışam. Axı, o, hələ uşaqdır, elə şeylər var ki, ona tam deyə bilmərəm. Əsas sualın cavabını isə o bilir. Soruşur ki, necə olub atasını öldürüblər? Nəyə görə qətl olub? Nəyə görə pis adamlar atasını güllələyiblər? Ən çox verdiyi suallar bunlardır. Mən də bu sualları cavablandırmağa çalışıram.

Aslanın 8 yaşı var. Mən artıq beş ildir ki, ölkədə deyiləm. Hər şey adidir. Demək ki, çox dəyişiklik baş verib, bu, heç də belə deyil. Aslan məktəbə gedir, evə dönür. O öz uşaq həyatını, uşaqlığını yaşayır. Aslan bura gələndə 3 yaşı vardı, amma indi 8 yaşındadır. Böyüklərə nisbətən onun üçün dil öyrənmək daha asan oldu. Məktəbə gedir və Norveç dilində danışır. Üçüncü sinifdə oxuyur.

Norveçə gələrkən Elmarın məqalələrini, şəkillərini, bəzi xatirə əşyalarını özümüzlə götürmüşük. Burada, məktəbdə Aslandan soruşurlar ki, sən kimsən, hardan gəlmisən və sairə. O da cavabında deyir ki, biz Azərbaycandan gəlmişik, mən Bakıdan gəlmişəm və mənim atam tanınmış adam olub. Ən çox dediyi fikirdir bu: “Fəxr edirəm ki, mənim atam Elmar olub”.

Məndən tez-tez soruşur ki, ana, biz Azərbaycana nə vaxt dönəcəyik, nə vaxt biz Bakıya gedə bilərik? Ona cavabım belə olur ki, indi gedə bilmirik. Çünki bir az problemimiz var. Buna baxmayaraq tez-tez yenə o sualı verir. Cavabım belə olur ki, vaxtı gələndə gedəcəyik. Bakı haqqında, Azərbaycan haqqında, atası haqqında kifayət qədər geniş məlumat əldə etmək istəyir. İnternetdən bu və ya digər məlumatları ona çatdırmağa çalışıram. Birlikdə Bakının yeni görünüşünün şəkillərinə baxırıq. Atasının qəbrinin şəklini də ona göstərirəm. Daha çox ora getmək, qəbri yaxından görmək istədiyini deyir. Çünki onun heç yadına düşmür atasının qəbri. Çox balaca idi biz Bakıdan gələndə. Şəkilləri görəndə “Biz nə vaxt ora gedə bilərik” sualını daha tez-tez verir.

Oğlum böyüdükcə Elmara çox oxşayır. Üz cizgiləri, jestləri, danışığı, hərəkətləri. O gün bir az məndən irəlidə addımlayırdı. Ona baxıram, ürəyimdə deyirəm, ilahi, lap Elmar kimi yeriyir. İlk vaxtlar Aslanın atasına oxşadığını sezdikcə oturub ağlayırdım. Amma illər keçdikcə buna sevinirəm.

“Nə vaxt dönmək olar” sualının cavabı hələ hazır deyil

- Vətənə dönmək. Haçan? İndi bunu heç kim deyə bilməz. Hazırda Azərbaycanda baş verən bütün hadisələrdən uzağam. Prosesləri yalnız virtual aləmdən izləyirəm. Bir var ölkədə yaşayasan və proseslərdən xəbərin olsun, bir də var ki, hadisələri uzaqdan-uzağa izləyəsən. Mənim informasiyam yalnız xəbər saytlarının yazdığı, ictimaiyyətə ötürdüyü xəbərlər qədərdir. Əlbəttə ki, atam-anam, yaxın qohumlar nələrisə danışırlar, amma yenə də bu, hadisələrin içində olmaq üçün yetərli deyil. O səbəbdən də “nə vaxt dönmək olar” sualının cavabı hələ hazır deyil.

Rafiq Tağının faciəsindən çox təsirləndim

- Rafiq Tağının qətlə yetirilməsini eşidəndə ən əvvəl ailəsi gözümün önümə gəldi. Faciədən çox təsirləndim və öz yaşadığım ağır günləri xatırladım. İlk dediyim fikir bu oldu: “Yazıq ailə! İndi sizi nələr gözləyir!” Mən bu yoldan keçmişəm və bu cür itkinin nə olduğunu məndən yaxşı kimsə bilə bilməz. Belə hallarda ən birinci zərbəni yaxınları – həyat yoldaşı, uşaqlar, ata-ana, bacı-qardaş alır. 7 il boyunca həyatda keçirdiyim çətinlikləri xatırladım və düşündüm ki, onlar da bu çətinliklərdən keçəcəklər. Yerdə qalanı isə Azərbaycan standartlarına uyğun hallardır.

Baş vermiş hadisə Azərbaycana dönməmək qərarıma elə də təsir etmədi. Çünki baş verən hadisələrdə həqiqətin nə olduğunu bilmirəm və bunu demək də çətindir. Sonrakı nəticələr həqiqəti ortaya çıxaracaq. Dönmək məsələsinə gəlincə, bizim indiki durumumuza görə bu, çox çətin sualdır.

Azərbaycandan gələn olanda xüsusi istəyim paxlava olur

- Norveçə uyğunlaşma mərhələsini arxada qoymuşuq. Həm özüm, həm də Aslan rahatca Norveç dilində danışırıq. İlk-üç il çox çətin oldu. Nəinki yeni ölkə, yeni adamlar, həm də yeni mədəniyyət, yeni adət-ənənələr, yeni qanun və qaydalar. Bu, çox çətin idi. Bu ölkədə yaşamağa gəlmisənsə, mütləq burda necə yaşayırlarsa, nəyi necə edirlərsə, onu bilmək, götürmək lazım gəlir. Çətinliklər bizim fərqli olmağımıza görədir. Müsəlman olmağımız da hansısa rolu oynayır. Həm də bura çox demokratik ölkədir. İlk vaxtlar bizə xeyli çətin oldu. Sonra isə öyrəşirsən və yavaş-yavaş yaşamağa başlayırsan. Öz yolunu seçib onunla addımlayırsan.

Ötən il anam Norveçə gəlmişdi. Azərbaycandan gələn olanda xüsusi istəyim paxlava olur. Çox darıxıram və tez-tez yadıma düşən milli şirniyyatımız da paxlava olur. Ötən Novruz bayramı əsl bayram oldu mənim üçün. Anam bayram ərəfəsi gəldi. O qədər şirniyyat bişirib gətirmişdi ki...

Rəhmətlik qayınanam paxlavanı, şəkərburanı çox gözəl, böyük zövqlə bişirirdi. Mart ayı gələndə Elmar çox sevinərdi, Novruz bayramı gəlir axı, evdə çoxlu şirniyyat bişəcəkdi axı... Elmar Novruz bayramına zarafatla “nevroz bayramı” da deyirdi. Yəni bazarda qiymətlərin qalxmasına, digər aylara görə xərcin çox çıxmasına görə belə zarafatlar edərdi. Bütün zarafatlarına baxmayaraq, o, mart ayının gəlişini bir uşaq həsrəti ilə gözləyirdi. Yeni təqvim ili başlayandan az sonra “Mart ayı gəlir haaa” deyərdi”.

Aynur İMANOVA


pxl
“BAKCELL” NETTY-2012-nin BAŞ PARTNYORU OLDU
2012-05-17 - 19:04:00
“Bakcell” şirkəti NETTY-2012 Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub. “Bakcell”in sponsorluğu və “Sür@” brendinin baş par ardı >>>
mej
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir