Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Ədəbiyyat
print

QƏLƏMİN YUXULARI (5)

2012-02-14 - 17:07:00

Çingiz HÜSEYNOV

Alnın taybatay açılan qapıları

İqtidarın paketli məvacibini alan (yəni zərfin içində, rəsmi məvacibdən əlavə) yeddi boy-buxunlu kişi və yeddi gözəl silsiləsindən bir qadın - Pablik Rileyşin, yəni piar dəstəsi bir-birinin əlindən möhkəm tuta-tuta yallı gedirdilər... Qələm nə cürətləsə dairəni qırıb qadını ortaya çəkdi və dəstəni yenidən səfə salıb halay vurdu, rəqsin davamını təşkil etdi... – yadında qalan təkcə bu oldu: ehtiras qoxulu cəsarət.

Bu seçmə kişilərin adını hamı bilirdi, ismixanvari, paşalı-alparslanlı idi bu adlar, qadınınkı da bəlli: fransızsayağı Jannet, əslində isə – Cənnət... Elə bir Jannet ki, cənnətdə yoxdur onun tək huri!.. Yerişindən yer titrəyir, baxışından göy guruldayır (Qələmin sözləri deyil, hardasa oxumuşdu). Şuxluğu, qaş-göz atması, dodaq büzməsi, barmaqların rəqsindən doğan... – mürəkkəb qaynayıb coşdu, daşıb buxar oldu, qələm isə odlanıb şam kimi yandı (bu da, aşağıdakı da özgələrin təşbehidir). Danışanda nitqinin bihuşedici ahəngindən hamı susur: təbiət bülbülləri də, cəmiyyət sevimliləri, dövlətin büdcəsinə hörüklənmiş süni bülbül-məddahlar da. Jannetin dinib danışmadığı hallar da olurdu, yəni kompüterə sarmaşıb ürəyində Bəh-Bəhə olan eşqinin dərin köklərini... – onda təriflərlə dolu yazıları meşələri kor qoyan qalın kitablara çevrilir və məmurların kabinetlərindəki rəflərə cild-cild düzülərək bakirliyini itirmədən (yəni əbədi olaraq bir səhifəsi belə açılmayan) sədaqət nişanəsi kimi bəzəyir.

Nə isə, uzun sözün qısası: Jannet xanım meydanda toplaşan camaata üz tutub dedi ki, keçmişin öyrəşdiyimiz tapıntılarından istifadə edək, hətta bizə müstəqillik bəxş edən rusların seksual simvollarından olan və eşqi-məhəbbətə bağlı kişi və qadın rəmzləri kimi qəbul olunan oraq-çəkic birləşməsini nahaq rədd etdik! Bir anlığa susdu. Neynək, dedi, keçənə güzəşt, amma bizə yarayan başqa bir rəmz də var ki, xeyrimizə çevirə bilərik! 

(Bu günlədə TeVe Jannetin cənnət simasını göstərdi, baldan şirin sözlər yedirtdi məclisdəki çocuqbaşlılara: Stüartları, Qaraqoyun-Ağqoyunlu sülalələri, Romanovları, Osmanlıları yad edib tarixdə yayılan vərəsəlikdən danışdı, başqa tipli sülalələrdən, vaxtilə çox yayılmış dörd profilli nişandan (elə bilirdi profil sözünün kökü fildir) danışdı. Aha, bu maraqlıdır: Bir var, dedi, qana-genə bağlı sülalə, bir də var ideya birləşmələri, biz, dedi, cavan dövlətik, odur ki, hər ikisindən faydalanıb onların çağdaş sintezini yaratmalıyıq, brendimiz iki profildən (bu dəfə qəti yəqin etdi ki, sözün kökü fil anlamına bağlıdır) ibarətdir, həm genə-qana bağlı, həm də ideyaya!).

Qəribədir: Janneti görüb eşidəndə nədənsə Qələmin – dost-tanışlara danışsa lağa qoyarlar – yuxusu gəlir, yatmaq istəyir, indi də zövq almaq əvəzinə özünü güclə  saxlayırdı ki, əsnəməsin...

Budur – brendin təqdimat günü yetişdi: birincisinin profili – yenicə doğulmuş aypara, ikincininki – on dörd günlük bütöv ay və yapışqan qurumasın deyə tezliklə onları bir-birinə yapışdırmaq gərəkdir.

Jannet xanımın geyimi... – Qələm parlaq ipəkdən gözünü çəkə bilmirdi: paltarı bəzəyən gümüş saplı yazı-naxışları oxumaq üçün azca irəliyə keçdi, döş və bel hissələrindən tutmuş ta ətəyədək dalğa-dalğa uzanan təkcə bir cümləni dərk edə bildi: Türklərin əsl tarixi brendimizi mənalaşdıran dahi Bəh-Bəh’in adına və onun davamçısı... – cümlə paltarın arxa tərəfində keçdi, oxuna biləcək təkcə “bağlıdır!!!” sözünün ucu göründü.

Və bu andaca... – demə, texniki yeniliklərə əsaslanan şüuraltının zarafatları varmış!.. Əslində bu kimi vəziyyətlər şüur baxımından heç də zarafat deyil, hoqqabazlıq idi, özünü Qələmin gecə yuxusunda yox, dəqiqədən də az bir müddətdə sürən (amma o anlar bizimkilərdən çox-çox davamlı idi) gündüz mürgüsündə göstərdi: Cənnət xanımın gözəl-göyçək sifəti birdən-birə eybəcərləşdi – qaş-gözünün üstündə yerləşən yaraşıqlı alnının qapıları birdən taybatay açıldı, içərisi cihazmış demə: dərrakə misallı ağıl sahibi sayılan qadının ürəyindən-fikrindən keçən duyğu-düşüncələri yürüyən lent yazıları kimi bilavasitə alnından oxunmağa başlandı.

Belə halların gerçəkliyinə şəkki-şübhəsi olmayan, heç də təəccüblənməyən Qələm bu yazları yaxşı görüb oxuya bilsin deyə səhnəyə yaxın durdu. Yazılar şüar üslubundaydı və Cənnət xanımın beynindən oxunan hər bir şüara münsiflərə üzv seçilən Qələm qiymət verməliydi:

İki profilli brendin birincisi – bizim srağagünümüz, dünənimiz, bugümüzün hər anıdır, ikincisi isə – bizim bugünümüz və sabahımızdır! (Qələm qeyd etdi dəftərcəsində: səthi, zəif, mənasız!).

Birincisi bütün aləmi canlandıran günəş misalındadır, ikincisi isə işığını günəşdən alan və ulduzlarla dolu asimanı gözəlləşdirən, zülməti qovan aydır! (qeyd: çeynənmiş, primitiv olduğuna görə əslində tərif deyil – təhqirdir!)

Birincisi – millətin müdrik atası, ikincisi – millətin sədaqətli övladı! (Qələm dəftərçəsində “əla” qiymət yazıb öz-özlüyündə şifahi şəkildə: Kül sənin başına, ay bu millətdən olan Qələm! – deyə nəinki fikrini gizlətmədi, hətta onu qeydə aldı ki, unutmasın).

İkisi də – həm Bəh-Bəh, həm də onun davamçısı Başqan – elə bir yüksəkdən yüksək zirvəyə qalxa bildilər ki, yer üzündə olan digər dağlar utandığından yerlə yeksan oldular! (yaxşı fikirdir, amma bayağı səslənir)

Həyatları əfsanədir! (qırıqdır, azdır!)

Ümumbəşəri simalar (ədə, niyə sözünü kəsdin – de da!)

Başqan ХaХaBirinci əsrin səmasında ən parlaq... – ulduzdur əvəzinə o biri türklərin acığına “yıldızdır” yazılmışdı (ikinci mükafata, qeyd etdi Qələm dəftərçəsində, layiq ola bilər).

Beynəlxalq diplomatçılığın fəal oyunçusu (müəmmalıdır!).

Lent yazılarının söz yürüşü birdən-birə sürətləndi, ciddi məna daşıyan cümlələr qəzəl üslublu kəlmələrlə əvəz olunmağa başladı:

Söndür eşqimi, qəlbim yanır, müqəvva olmaq istəməm! 

Türk aləminin anasıyam, dul arvad olmaq istəməm!

Hanı... – Yazıların sürətilə ayaqlaşa bilməyən Qələm qəzəl doğrudan qəzəl kimi səslənsin deyə müqəvva sözünə dəyərli qafiyə tapmaq istədi, lakin bu dəm kiminsə “Örtün qapıları!” bağırtısı ani mürgüsünü kəsib Qələmi oyatdı: Jannetin yaraşıqlı alnı əvvəlki kimi cavanca gəlinlərə məxsus hamar idi: nə bir çapıq, nə bir qırış.

Siyavuş yeni yuxu gətirmiş Qələmə: - Yuxarıdakıların, – dedi, – sənə olan rəğbətini heç cür dərk edə bilmirəm!.. Gah təklifləri qəbul olunan jüri üzvüsən, gah külli miqdarda qonorar alırsan, gah... – Qələm Siyavuşun söz axınını dayandırıb:

- Dərinə getmə, – dedi, – arxamda duranlar var!

- Axı nə səbəbə yaltaq nümunəli yazıları yüksək mükafatlara layiq görürsən?

- Siyasət oyunlarımın səbəbi var: üstünə şığıdığımız uçurumun nə qədər dərin olduğunu ölçmək istəyirəm.

- Bu yolla?

- Yoxsa yuxu yoluna etirazın var?

- Oynaya-oynaya özün düşməyəsən bu uçuruma, ay Qələm!..

 

Tərsinə oxunan sözlər

Siyavuş gözlərini döyüb mat-mat baxdı:

- Tərsinə oxunan? Yəni eləsinə də, beləsinə də? 

İndi də mən anlamadım, bunu Siyavuş baxışımdan duyub:

- Yəni, – dedi, götürək kələk sözünü, misal üçün, mənə kələk gəlirsən, bu tərəfdən də, o tərəfdən də kələk kələkdir, fərqi yoxdur.

- Mən dediyim başqadır. 

- Yoxsa sözün mənası dəyişir? Götürək mələk sözünü, tərsinə dönüb olur kələm, yaxud... – qırdım söz axınını:

- Axtarma, mənim dediyim başqadır!

- Aha, bildim! Yazırıq – namus, ədalət, azadlıq, amma nəzərdə tuturuq – yalan, özbaşınalıq, qudurğanlıq və sairə eləmi?

Deyəsən, Siyavuşa yenə çatmadı:

- Haqlısan, söylədiklərin varlığımıza aiddir, şərikəm səninlə, amma dediyim sözün mənasına əsla bağlı deyil! Yəni, öyrəşdiyimiz tərzdə qurulan sözlər tərsinə yazılanda mənasızlaşır. – Və solaxaylığımı yadına saldım, nəzərdə tutduğum, dedim, solaxayın tərsinə yazıb oxuya biləcək qabiliyyətinə bağlıdır.

- Baş-beynimi apardın, talış demiş, kırt elə görüm nə istəyirsən!

- Ayitarkomed.

Gözlərini bərəltdi: - Söyüşdür?

- İndicə özün bu türlü sözlər işlətdin, əsl mənası yalnız güzgüyə tutulanda açılır:  Demokratiya... Yadındamı, birinci sinifdə oxuyanda... – ilk eşqimin təlatümü, demə, yadındaymış, Siyavuş da dayı adıyla anama qoşulub məktəbə gəlmişdi.

Hələ birinci sinifdə Qələm (rusdilli bu məktəbə camaat arasında yəhudi məktəbi  deyirdilər, elə indi də adı belə qalıb) onunla bir partada yan-yana oturan sarışın rus qızına vurulmuşdu, adı-soyadı (o zamanlar familiyası) əcaib idi: Ella Krasavçenko, öz dilini yaxşı bilən Qələm üçün bu ad Ellər gözəli kimi səslənirdi. Günlərin bir günü solaxaylığı ilə fəxr edən Qələm qıza rus dilində deyil, ingiliscə, eşqlə ilgili, müəmmalı bir cümlə yazdı, özü də tərsinə: Uoy evol I, yəni Mən səni sevirəm. Qıfıllı yazının sirrini qızın atası asanlıqla açdı... – məktəbdə bir qırğın qopdu ki, gəl görəsən!.. Nəticədə Qələm başqa bir qızla oturmalı oldu və beləliklə anadangəlmə vurğun təbiətə malik Qələmin eşq obyekti dəyişdi, təzələndi: bu dəfə könlünə Madlena Karapetyans yapışdı... – nə isə, mətləbdən uzaqlaşdıq, yuxuya qayıdaq.

Yuxuda Qələm gec oyandığını gördü – işə tələsirdi, amma həmişəkindən fərqli olaraq tində taksi görmədi. Böyründən birisi çıxdı:

- İskat nəsrüyüdzög?

Söyüş kimi səslənən sözlərin tərsinə deyildiyini dərhal duydu: Taksi gözdüyürsən?

- Yoxsa təklifin var?

- Nəsrümrög mətsiskat?! – yəni: Görmürsən taksistəm?!

- Araban gözümə dəymir.

Bu dəfə adam kimi: - Ə, araba nədir, otur maşına! – dedi.

- Axı...

Amiranə tərzdə (cibindən tapançanın, uşaq oyuncağıdır yoxsa? lüləsi parladı): -  Yürü arxamca! – dedi.

Yürüdülər, qabaqda əlində sükan tutan və yol qayda-qanunlarını güdüb qırmızıya dayanan taksiçi, arxada isə – tələsməkdə olan və işə gecikən Qələm.

Redaksiya binasına çatar-çatmaz Qələm maşını tərk etdi... - Ə, dayan, nə  becidsən, – eşitdi, – səb iskat ulup?! – Höcətə vaxt yox idi: nə taksi, nə pul? Pillələri təngnəfəs ayaqlayan Qələm: Yaxşı qazanc peşəsidir, fikirləşdi, işsizlər üçün tapıntıdır! Hətta qürurlandı da: Xalqın, ucadan dedi, ixtirasına alqışlar! Özünü, görünsün deyə, birbaşa Siyavuşun otağına saldı. Zamanın gedişi sanki  dayanmışdı: şef dünənki kimi gözlərini döyə-döyə təəccüblə Qələmə baxırdı.

- Nolub? – şefdən soruşdu.

- Zəng olub! İndicə əl telefonu... buyur, özün bax şəklinə! Sənin iştirak etdiyin yürüş yarışından təzə anekdot yaranıb, hamı bizi təbrik edir!

- Yaxşıca yuxu süjetidir! Dünənki söhbətimiz... – Birdən Siyavuşun sifətinə elə bil yağlı boyalar çəkdilər, gözləri parladı, əl-ayağa düşdü, yerindən cəld sıçrayıb qapı ağzında duran şəxsə sarı atıldı: – Heç yuxuma girməzdi ki, hamımıza belə bir xoşbəxtlik qismət olacaq!.. –  gələnin görünüşündən hörümçəyin milçəyi bələyən sapları kimi yağan qürur dalğaları Siyavuşu sürətlə bürüməkdə idi. - Bu da, – Qələmi göstərdi, – mənim işçimdir, yuxuya aid yazıları... – Gələn yüksək rütbəlilərə xas, amiranə tərzdə Siyavuşun sözünü xırp kəsdi, barmağını Qələmə tuşlasyıb: - Işxay, dedi, marıyınat iziniçşi, – yaxşı tanıyıram işçinizi, – ıdalqabaq inəm, yəni, qabaqladı məni!..

Siyavuş təşviş içində gözlərini Qələmə zillədi – söyüşə oxşar əcaib sözlərdən, tat diliydi elə bil, pərt oldu, udqunub sual-nida qarışıq zorla boğazından çıxan Anlamıram sizi, cənab Başqan?! – dedi və məhz bu anda Qələmi gülmək tutdu: demə, pulunu almağa gələn taksiçini Siyavuş Başqan bilibmiş!..

- Nə Başqan? Növbəti qrafomandır, görmürsən?

Siyavuş özünü tez ələ alıb zarafata çevirməyə çalışdı olub-keçəni, “Oynadıq bəsdir” dedi gələnə. İndi isə çıx bayıra!..

 – İnəm nasruvoq (“məni qovursan” lap ermənicə səsləndi)?! – Və əlində oyuncaq tapança: – Pulumu verməsən, dedi, əcidni ınışab (indicə başını)!..

Demə... – ölünü dirildən partlayış qopdu!

Qələm oyanıb bir müddət özünə gələ bilmədi. Nədənsə taksiçinin işıqforu keçəndən sonra yumşalmış üzünü ona sarı çevirib tərsinə dediyi sözlərini xatırladı: Nəcəyidni, dedi, inəm ninəs kət krəd nəde ıdşımamlo! Yəni İndiyəcən məni sənin tək dərk edən olmamışdı... Heyfsiləndi, xəbisliyinə acıdı. Görülən yuxuya dönmə mümkünmü? Oldu – keçdi, qayıtdı yoxdur. Rüsvay olmuş kimi hiss edirdi özünü... Saata baxdı – həmişəki kimi işə gecikirdi. Tez-tələsik evdən çıxdı. Tində taksi görmədi və bu dəm... -

 

Quş geni

Sifətdən kişi bənzərli ucaboy enlikürək qadın gəlinlik dövrünün Cənnətinə oxşayırdı, onun arxasınca yan-yana durmuş sərt baxışlı dörd kişi yeriyən hasar idi sanki.

Beşi də qəti addımlarla sürətlə Qələmə doğru gəlirdilər.

Gəldim onu tutmağa...

Qadının o zamandan qalma gözəl-göyçək səliqəli başı ilə indiki ətli-canlı bədəni  arasındakı ziddiyyətə baxmayaraq, Qələm Cənnətin özü olduğunu nəinki qəti yəqin etdi, hətta millətin dul arvadı adını daşıdığından xəbərsiz olduğunu da duydu – əgər bilsəydi bu şəkildə əsgər sayağı yeriməzdi.

Qələm təqib olunduğunu hiss etdi, səbəbini axtarmağa vaxtı yox idi – yuxulara görəmi? yoxsa... – həmin o dörd nəfər vaxtilə onu mühasirəyə almışdı, üzünə çırpılan sözləri Qələm unutmamışdı:

Ə, nə sırtıqsan? yolunumu azmısan?!

Nə var-nə var uzun diktofonla təyyarədən cavanca katibəsi Cənnət xanımla yerə sərilmiş xalçaya qədəm basan Bəh-Bəhə (vurğunuydu o zaman!) yaxınlaşıb:

Özünüzü necə hiss edirsiniz? – soruşmuşdu, o da: Məni istəməyənlərin bağrı çatlasın! – demişdi.

Gizlənmək üçün Qələm qaça-qaça ilk rastına çıxan darısqal küçəyə döndü... – küçə deyilmiş, kor dalanmış, qəfəsdən çıxdı, amma artıq gec idi: dördü də Cənnətsiz dalanın ağzında Qələmi yaxaladılar, dartıb Azadlıq meydanına doğru çuval kimi çəkib apardılar – meydanın görkəmi tamam başqaydı, məlum  heykəlin əvəzinə səhnə qurulmuşdu.

Şah sarayının meydana açılan geniş balkonunda Qələm Cənnəti gördü, Bəh-Bəhlə  Başqan arasında durmuşdu. Amma qəribədir: qadının möcüzəli görkəmi tez-tez dəyişirdi, gah gəlin olurdu, gah da dul. Bu kimi ziddiyyətlərdən Qələm ilhamlandı, qulaqlarında xoşuna gələn mətləbə dəxli olmayan, amma ondan doğan dol – dul qafiyəli sən dul, mən dul mahnısı səsləndi: gəl mənə bənd ol. 

Qələmi yaxalayan pəhləvanlar da ilhama gəlib balkonda duranları əyləndirmək, məharətlərini nümayiş etdirmək məqsədilə voleybolçular kimi onu top bilib şapalaq vura-vura atıb tutmağa başladılar.

Hiss etdi ki, bu oyun piar dəstəsinin icad etdiyi cəza növlərindəndir: onu yuxarıya, lap balkon səviyyəsinə atıb bir daha tutmayacaqlar, o da şappıltıyla daş-torpağa dəyib şil-küt olacaq.

Birdən  yüksəkliyə çatıb öz-özlüyündə: Məqamdır! – dedi, və əmrinə tabe sanki bədəni qanadlandı, Qələm yerə dəyməmiş göyə uçdu.

Balkondan açıq-aydın: - Ədə, tutun onu, buraxmayın!.. – eşidildi, səslər qarışıq olduğundan bu kimi mənasız tapşırığın əsl sahibi bəlli olmadı.

Axı, necə tutasan?

Boylanıb dənizə sarı uçdu, balkonda duranlar xırdalaşdılar, kiçikcə nöqtə boyda oldular, üfürsən toz kimi yox olarlar.

Uzaqdan Qız qalası yerə tıxlanmış hündür, eybəcər binalar arasında qəşəng oyuncağa bənzəyirdi. Az uçdu, çox uçdu, birdən yadına düşdü ki, meydanda  qurulmuş səhnədə “Biz niyə sevməyək?” mövzusunda şairlər çıxış edəcəklər, özünü mütləq ora çatdırmalıdır – şəhərə sarı uçdu.

Meydana yaxın bulvarda enəcəyini qət etdi, düzü, qol-qanadlarını yelləməkdən yorulmuşdu.

Göydə uçan adamı görən polisin təhlükə dolu fiti Qələmin qulağına dəydi, polisi də gördü, par-par parıldayan yanaqlarında göy rəngli rəmz$$lər çəkilmişdi, cərimə-rüşvət istəyəcək... Uça-uça uzaqdan uzağa: Vallah-Billah, çığırdı, yol qaydalarını pozmayan uçan adamam!..

Yer lap yaxınlaşmışdı, polisdən uzaq meydana isə yaxın bir sahəyə enməlidir, qoy toplaşanlar da onun uçduğunun şahidi olsunlar!..

Asfalta deyil, çiçək ləkiyə düşdü, burnu lalənin ləçəyinə toxundu, gülün bağrıyanıq qara toxumu dodaqlarını qıdıqladı, Qələmin gülməyi gəldi, qəlbində polisin davamlı fiti ilə eyni vaxtda nikbin ruhlu azad bir quşdum deyil, bədbin nidalı torpağa düşdüm sözləri səsləndi. 

Üst-başını toz-torpaqdan təmizləyən Qələmə heç baxan da yox idi – nə təəccüb, nə bir maraq, yəni bu qədər də laqeydlik?! hətta pərt oldu, hamı gözlərini səhnəyə dikib səssiz-səmirsiz durmuşdu.

Qələm Şah sarayının balkonuna ötəri və ürkək nəzər saldı – heç kim yox idi, bir qədər sakitləşdi, sonra səhnəyə baxdı və... qəribədir: gördüyünə heç də təəccüblənmədi!..

Saçı-saqqalı ağarmış xalq şairi ilə yanaşı duran dörd şair... – hamısı səhnədə anadangəlmə lüt idi! lüt-ətcəbala!.. nə bir örtük, nə bir parça, hətta bəzi yerlərini gizlətmək üçün yarpaq da, quruca kağız da yox idi. Heç əlləri də bu işə yarasın deyə istifadəsiz... yox, əksinə: qollar nitqə qüvvət göydə-havada uçan sətirlərə qanad olmalıydı.

Qələmin qulaqlarında bir-biriylə yarışan çılpaq və sinədəftər şairlərin balkona atılan oynaq misraları səsləndi: Biz niyə sevməyək?.. – kimi cənnət (?!) diyarı deyir, kimi... – yox, bu dəfə nə Bəh-Bəh’in, nə də Başqan’ın adları çəkilmədi, təkcə xalq şairi... – bu dəm Qələm balkonda Başqanı tək-tənha durmuş gördü, duyğusuz, anlamsız gözləri həmişə olduğu kimi yuxuluydu, amma xalq şairini görüb oyandı sanki: Mən çocuq deyiləm, əlli yaşım var!.. nə bilim Neron, Çingizxan, Teymurləng eşidildi, Qələm heyrət içində: Plagiatdır! – çığırdı, amma onu eşidən olmadı, alqışlar qopdu və bu dəm kimsə Qələmin qolundan dartdı – əli möhkəm, ov cugeniş, cibi dibsiz polis idi!..

Oyanıb yuxusunu ilk-əvvəl anasına danışdı. Esma çiyinlərini çəkdi, susdu, bilmədi nə desin. Sonra işdə Siyavuşa danışdı, yanında sözü arif – özü Arif kompyuter dizaynçısı durmuşdu, Siyavuşu qabaqlayıb: Hamı bilir ki, – Qələmə dedi, – göylə yeriyən yerlə uçanlardansan, o ki qaldı yuxunun yozumuna, bildiyimə görə yuxuda uçuş  əsəbilikdən canını qurtarmaq deməkdir.

- Bəs çılpaq şairlər?

- Qoy bu sualı onların bayraqdarı zəvzə xalq şairimiz cavablandırsın.

- Çuvalıyırtıq adını eşitmişdim, amma zəvzəni birinci dəfədir eşidirəm.

- Harda eşidəydin? İndicə doğuldu bu ad!

- Hamımıza aiddir.

- Çünki bolluca nöyütümüz var.

Axır söz Siyavuşun oldu:

- Yaz, gətir yuxunu!

 

 

QƏLƏMİN YUXULARI (1)

QƏLƏMİN YUXULARI (2)

QƏLƏMİN YUXULARI (3)

QƏLƏMİN YUXULARI (4)


pxl
“BAKCELL” NETTY-2012-nin BAŞ PARTNYORU OLDU
2012-05-17 - 19:04:00
“Bakcell” şirkəti NETTY-2012 Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub. “Bakcell”in sponsorluğu və “Sür@” brendinin baş par ardı >>>
mej
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir