Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

İdman
print

POLŞA SƏFİRİ: “İSTƏRDİM Kİ, FİNALDA POLŞAYA QALİB GƏLƏN KOMANDA AVROPA ÇEMPİONU OLSUN”

2012-02-14 - 12:58:00

2012-ci ilin ən böyük futbol turniri 8 iyun-1 iyul aralığında Polşa və Ukraynada keçiriləcək Avropa çempionatı olacaq. “Media forum” saytı Polşanın Azərbaycandakı səfiri Mixal Labendanın bu turnirlə bağlı müsahibəsini təqdim edir.

- Avropa çempionatı-2012-ni keçirməkdə Polşanın əsas hədəf və məqsədləri nədir? Niyə müstəqil şəkildə deyil, Ukrayna ilə birlikdə?

- Ölkənin böyük beynəlxalq tədbirlər vasitəsi ilə təbliğinin mümkünlüyünü, yəqin siz özünüz də yaxşı bilirsiniz. Futbol bu məqsəd üçün çox gözəl vasitədir. Azərbaycan üçün bu vasitə “Avroviziya” musiqi yarışması olacaq. Avropa çempionatı olmasaydı, belə tez bir zamanda dəmir yollarını müasirləşdirə, vağzalları təmir edə, stadionlar tikə, yolları və aeroportları modernləşdirə bilməzdik.

Səmimi və ciddi danışsaq, Ukrayna və Polşa Avropa çempionatının təşkilatçılıq hüququnu müvafiq ardıcıllıqla aldılar. Ukrayna sahəsinə görə Polşadan iki dəfə böyükdür, həm də əhalisinin sayı daha çoxdur. UEFA bütün Avropada futbolun yüksək inkişafını istəyir. Ukraynada futbolun səviyyəsi Polşadakından daha yüksəkdir. Bunu Ukrayna klublarının Çempionlar Liqası və Avropa Liqasında müntəzəm çıxışları təsdiq edir.

- 2012-ci ilin yayında Avropa çempionatının oyunlarını izləmək üçün Polşaya gedəcək futbol azarkeşlərinə nə tövsiyə edər və nə məsləhət görərdiniz?

- Hər qrupda, sonra isə pley-off mərhələsində oyunlar bir neçə gündən bir keçiriləcək. Məsələn, Varşavada olsanız, Krakova səyahət edə bilərsiniz. Səfər qatarla iki saat yarımdan bir az çox vaxt alacaq. Varşava və ya Qdanskdan Mazurı göllərinə getməyiniz barəsində fikirləşin. Polşanın şimal-şərqində mindən çox göl yerləşir. Təbiətin yeni möcüzələrini müəyyənləşdirmək üçün keçirilən son ümumdünya səsverməsində Avropadan yalnız Mazurı gölləri final on dördlüyünə düşə bilib! Qdanskda 80-ci illərdə Şərq Avropada dəyişikliklərə səbəb olaraq Polşaya müstəqillik gətirən tarixi tərsanənin darvazasını görməyə dəyər. Poznandan isə müasir avtostrada ilə Berlinə, Vrotslavdan isə Praqaya getməyə dəyər.

- Avro-2012 üçün mümkün ən böyük təhlükə kimi göstərilən polşalı fanatların davranışı barədə nə deyə bilərsiniz? Məsələn, bu səbəbdən Krakov “Visla”sı ötən əsrin 90-cı illərinin sonunda 1 il müddətinə Avropa turnirlərində iştirakdan məhrum olunub. Məşhur ingilis yazıçısı, futbol zorakılığı ilə mübarizədə nüfuzlu bir şəxs kimi tanınan Dugi Brimson “Eurotrashed” adlı kitabında (Rusiyada “Fanatlar” adıyla nəşr olunub) belə yazıb: “Avropanın istənilən fanatından qitənin ən qəddar futbol fanatlarını sadalamağı xahiş etsəniz, o, ilk üçlüyə mütləq polşalı fanatları daxil edər”.

- Siz 1998-cı ilin payızında UEFA kubokunun “Visla Krakov” – “Parma” (İtaliya) oyunundan danışırsınız. Bir azarkeş stadiona bıçaqla keçməyi bacardı və onu meydana atdı. Bu əməlinə  görə o, həbsxanaya düşdü. Dövlət futbol matçının təhlükəsiz keçməsinə imkan verəcək çoxsaylı qərarlar qəbul edib. Buna azarkeşlərə videokameralarla nəzarət və idman tədbirlərində intizamı pozan “yalançı azarkeşlərin” iştirakına qəti qadağanın qoyulması aiddir. Qorxudan vasitələrdən biri də əhəmiyyətli oyunlarda bilavasitə qarşılaşmadan sonra cərimələri yazan prokurorun olmasıdır. Artıq bu vasitələrin effekti var. Bu mövsüm bizim yüksək liqanın və 1-ci dəstənin oyunları zamanı heç bir hadisə baş verməyib.

- Sizin proqnozunuz necədir? 2012-ci ilin Avropa çempionu hansı komanda olacaq? İspaniya və ya Almaniya, Hollandiya və ya İtaliya, İngiltərə və ya Fransa, Polşa və ya Ukrayna, bəlkə ümumiyyətlə, başqa komanda?

- Niyə də Rusiya olmasın? Fikrimcə, Rusiyada futbolun səviyyəsi günü-gündən yüksəlir, yaxşı hazırlaşsalar, yarışın favoritlərindən biri ola bilərlər. İstərdim ki, finalda Polşaya qalib gələn komanda Avropa çempionu olsun.

- Avro-2012-nin püşkatmasının nəticələri barədə nə deyə bilərsiniz? Polşa yığması Rusiyanın da yer aldığı ən asan sayılan qrupa düşüb.

- Əslində bizim qrup indi ən asan kimi dəyərləndirilir. Amma A qrupu buradan növbəti mərhələyə çıxacaq iki komanda üçün asan olacaq. Eyni zamanda qrupumuzda yer alan Rusiyanın çempionatın ən güclü komandalarından biri olduğunu artıq qeyd etmişəm. Yunanıstan və Çexiya da əvvəllər Avropa çempionu olublar.

- Yeri gəlmişkən, ötən əsrin 70-ci illəri və 80-ci illərinin əvvəli Polşa futbolunun qızıl dövrüdür. O vaxt Polşa yığması 1974 və 1982-ci illərin dünya çempionatının bürünc mükafatçısı, 1972-ci ilin olimpiya çempionu və 1976-cı il olimpiadasının gümüş medalçısı olub. Sizcə, Polşa komandası Avro-2012-də hansı nəticəni göstərə bilər?

- Proqnozla bağlı cavabımda bir az xəyallara daldım. Ciddi desəm, Polşa üçün “qrupdan çıxmaq”, yəni çempionatın pley-off mərhələsində iştirak uğur olacaq. 1970-ci illərdəki uğurlarımıza gəlincə, 1978-ci ildə Argentinada keçirilən dünya çempionatında Almaniya Federativ Respublikasının yığma komandası ilə birlikdə tutduğumuz 5-6-cı yeri də əlavə edərdim. Həmin turnirdə yalnız Argentina (dünya çempionu) və Braziliyaya (3-cü mükafatçı) uduzmuşuq.

- Sizcə, dünyanın ən yaxşı futbolçusu kimdir? Hansı kluba azarkeşlik edirsiniz? Avro-2012-də Polşa yığmasından başqa hansı komandanın uğurlarına sevinəcəksiniz?

- Fikrimcə, bütün zamanların ən yaxşı futbolçusu Peledir. Polşada Lev Yaşin adına da hörmətlə yanaşırlar. Ümumiyyətlə, futbolu o qədər də yaxşı bilmirəm, Polşa liqasında da heç bir komandaya azarkeşlik etmirəm. Amma Avropa klubları arasında “Mançester Yunayted”i çox fərqləndirərdim. Çünki son 50 il ərzində, deyəsən, bir neçə baş məşqçisi olub. Hazırkı çalışdırıcı Aleks Ferqyuson 25 ildən çoxdur bu vəzifədədir. Bu, Polşa liqasındakı vəziyyətdən çox fərqli haldır: bizdə bir mövsüm ərzində bəzi klublarda 3 baş məşqçisi işləyir. Bu komandaların heç biri “Mançester Yunayted” deyil.

Bu ilin ən mötəbər futbol turnirinə gəlincə, əlbəttə, Polşaya azarkeşlik edəcəyəm. Sonra qonşumuz Çexiya (pley-offa çıxa bilsə), Ukrayna, Rusiya və Almaniyanın da uğuruna sevinəcəyəm.

- Əksər futbolsevərlər bir-birinə bu sualı verir. Sizin fikrinizi də öyrənmək maraqlıdır. Lionel Messi, yoxsa Kriştianu Ronaldo?

- İnsan kimi daha çox Messi xoşuma gəlir, təvazökardır, yəqin ki, Ronaldodan pis futbolçu da deyil.

-  Son vaxtlar Azərbaycan və Polşanın milli komandaları və klubları tez-tez qarşılaşırlar. 2010-cu ildə bizim “İnter” Poznanda yerli “Lex”ə 1:0 hesabı ilə qalib gəlib, “Qarabağ” isə iki dəfə Krakov “Visla”sını 1:0 və 3:2 hesabları ilə məğlub edib. Polşa UEFA-nın 2011-ci il reytinqində 24-cü yerdədir, Azərbaycan isə artıq 37-ci pilləyə yüksəlib. Başqa sözlə, bizim çempionatın səviyyəsi sizin Ekstraklasaya yaxınlaşır. Bununla bağlı nə deyə bilərsiniz?

- Polyak jurnalistlərin fikrincə, hazırda Avropada zəif komanda yoxdur, istənilən komanda istənilən komandaya qalib gələ bilər. Əvvəlki kimi qəti favoritlər yoxdur. Bunun ən yaxşı nümunəsi Yunanıstanın 2004-cü ildə Avropa çempionu olmasıdır.

Bizim komandalar arasındakı oyunlara gəlincə, Siz “Lex” və “Xəzər-Lənkəran” klublarının 2008-ci ilin yayındakı görüşlərini xatırlatmadınız. O vaxt bizim komanda səfərdə 1:0, evdə isə 4:1 hesabı ilə qalib gəlmişdi. Polşa yığması isə dünya çempionatı-2006 və Avropa çempionatı-2008 çərçivəsində 4 seçmə oyunda Azərbaycan komandasına qalib gəlib. O turnirlərin final mərhələsində, həmçinin 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən dünya çempionatında oynamışıq. Amma təəssüf ki, uğursuz. Lakin futbolu bilən bəzi insanlar hesab edirlər ki, mötəbər turnirlərin final mərhələsində iştirakın özü artıq böyük uğurdur.

Azərbaycana isə 2020 və ya 2024-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatını təşkili cəhdlərində uğurlar arzulayıram. Bəlkə Türkiyə ilə birgə?

Rasim MÖVSÜMOV


pxl
“BAKCELL” NETTY-2012-nin BAŞ PARTNYORU OLDU
2012-05-17 - 19:04:00
“Bakcell” şirkəti NETTY-2012 Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub. “Bakcell”in sponsorluğu və “Sür@” brendinin baş par ardı >>>
mej
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir