Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Ədəbiyyat
print

QƏLƏMİN YUXULARI (4)

2012-02-13 - 16:16:00

Çingiz HÜSEYNOV

Sünnət

Həkim – orta yaşlı qaraqaş-qaragöz qadın, ağ xalatda, çağırışçıların müayinəsində. Lüt, anadangəlmə dayanmış cavanların cərgəsinə baxa-baxa  Qələmə yaxınlaşır, təəccübünü gizlədə bilməyib gözlərini bərəldir və ərkyana: 

- Ay-yay-yay, – deyir, – biabır olasan səni! Yep-yekə kişisən, amma indiyəcən sünnət olunmamısan!

Qələm dərhal etiraz edir: - Necə yəni sünnət olunmamışam?! – və o andaca aşağı baxıb təəccüb-təşviş içində həkimin haqlı olduğunu görür, amma gördüyü ilə heç cür razılaşmır: - Körpə yaşımda, – deyir, – yaş yox e, səkkiz günümdə sünnət eləmişdilər məni!

- Cuhudsan?

- Cuhud niyə? Tər-təmiz türkəm!.. – və sonralar anasından eşidib-bildiyini danışmaq istəyir, lakin ağzını açmamış:

- Bilirik! – deyir həkim. – Əfsanə danışma bizə! – və birdən utanıb eləmədən əlini cəld uzadıb ucu azca görünən başdan yapışır, cəld üzə çıxarıb, barmaqları arasında azca sıxır, ciddi görkəminə yaraşmayan şıltaq bir tərzdə, zarafatyana: - Belə başı, – deyir, – gizlətmək günah deyilmi? Baxın görün, – hələ də ovcunda tutub, buraxmır, – nə  gözəl-göyçək başdır!

Uşaqlar gülüşdülər, xəcalət təri basmış Qələm isə çaşıb günahkar kimi: - Vallah, –dedi, – uydurmuram, sünnətim olmuş əhvalatdır! – Və birdən Siyavuşun adını çəkir: - Əminəm, tanıyırsınız onu, şahiddir, məhz onun təklifiylə atam məni səkkizinci günümdə sünnət eləmişdi!

- Şahidə nə ehtiyac? Təkcə mən yox, hamı görür! – və qadın həkim, nəhayət ki, əlini könülsüz də olsa Qələmdən çəkdi, o da sıxıntılı vəziyyətdən çıxıb asudə bir nəfəs aldı, amma sözünü davam edib dediyindən dönmədi:

- Siyavuş hətta mərhum atama “körpən dünyadan xəbərsizdir, demişdi, gəl onu, yəni məni, indicə sünnət elətdirək, yarası da tez sağalar!”

- Əvvəlini bilirsən, axırından isə xəbərin yoxdur... axı, niyə bunu mən deyirəm? Adını çəkdiyin Siyavuş burdadır, öz xoşu ilə gəlib, qoy o danışsın!..

Qələm qonşu otaqdan çıxan Siyavuşu görüb ürəklənir, lakin ağzını aça bilmir – Siyavuşun söylədiklərini eşitməli olur:

- Həkim bacı haqlıdır, - deyir Qələmə, - təəssüf ki, o vaxt sünnətin baş tutmadı, mənim təklifim keçmədi... Haqlısan, atana şəxsən mən dedim: “Ay Şərəf, əsl sünnət yəhudilərinkidir, bizimkilərdə nə qayda-qanun var, nə də ağlabatan məntiq, kim nə vaxt istəyir onda da sünnətini eləyir, halbuki çocuq doğulan günündən İlahiyə qanı ilə bağlanmalıdır, adını da yalnız sünnətdən sonra qazanır! Hətta xaçpərəstləri də qınamalı oldum, nahaq, dedim atana, sünnət olunmuş İsanın yolunu tutmadılar! Atan isə sözümü kəsib: “Artıq oğluma, dedi, ad qoymuşam və beləliklə... – əllərini peşimancasına yellədi, – odur ki, günah  məndə deyil!

Həkim: - Heç də halınızı pozmayın, – deyir, – bizim üçün bu iş bir su içimi kimi şeydir, indicə Qələmi sünnət edərik!

Siyavuş isə Qələmi inandırmağa çalışaraq hətta əl telefonunu ona uzadır: - Mənə inanmırsansa, – deyir, – atanla özün danış, dediyimi onun dilindən eşit.

- Bu mümkünmü? – Qələm sevincindən sünnət olunmağa da razıdır, təki atasının səsini eşitsin!

- Al, yığdım sənin üçün Şərəfin nömrəsini, soruş atandan!

Mobil telefonu almaq üçün Qələm əlini Siyavuşa uzadır, lakin bu anda qadın həkimin əmrinə tabe olan cəllada oxşar cərrah otağa daxil olur, qəti addımlarla Qələmə yaxınlaşıb onu cərgədən çıxarmağa çalışır, zorla o biri otağa aparmaq istəyir.

Qələm müqavimət göstərir, qadın həkim isə onu dilə tutub elə hey döşəyir:

- Ay mənim göyçəyim, evlənməyini düşünürsənmi? Mən sənin arvadın olsaydım bircə gecə də qalmazdım səninlə, cuhud qızlar indi də dəbdədirlər, yaxşı bələdəm onların tələblərinə, biri də qoymaz toxunasan ona!.. Yoxsa könlündən xaxluşkalar... – qapı ağzında duran Qələm həkimin sözünü kəsir:

- Razıyam sünnətə, qoy olsun, amma icazə verin atamla danışım!

Həkim: - İndicə danışmadınmı? – təəccüblənir. – Demədimi atan sənə, bunu hamımız eşitdik! səkkizinci gün və sairə buna bənzər söz-söhbətlər doğmaca ananın uydurmalarıdır!

Yardımçı sanitarların köməyilə Qələmi hündür oturacaqlı kresloya tərəf çəkir, çiyinlərindən basıb zorla əyləşdirirlər. Və əlində neştər deyil, adicə mətbəx bıçağı olan cərrah Qələmə yaxınlaşır:

- Hə, göstər görək, – deyir, – nəyi kəsməliyik!..

Və bu dəm Qələm ağrıdan oyanır: demə, çarpayıda ayaqları ilə azca sıxıbmış qələmini – məhz, bu söz gəldi ağlına və təşbehindən gülümsündü və elə o andaca yadına düşdü ki, ilk dəfə bu oxşatmanı o yox – köhnə evlərində yaşayan anasının gözəl-göyçək rəfiqəsi qonşu qadının dilindən eşitmişdi, adı da (bu isə Qələmin tapıntısı idi) Bomba (elə o zamanlar bu adı ona Qələm qoymuşdu).

Günlərin bir günü, bığ yeri təzə-təzə qaralan Qələm... –

 

Bomba

Günlərin bir günü Qələm dəhlizə açılan pəncərədən anasının pıçıltısını eşitdi, qonşu rəfiqəsilə qapı ağzında durmuşdular. İkisi də qəhqəhə çəkib güldülər, sonra anası:

- Ay bəxtəvər, – dedi, – həmyaşıq səninlə...

- Yox, – rəfiqəsi dərhal etiraz etdi, – üç yaş səndən kiçiyəm!..

- Olsun, – razılaşdı, – amma, maşallah, sənə baxanda elə bilirəm cavanca qızımsan!

- Kaş başqaları da sənin gözünlə baxaydı mənə!.. Ətraf kimsəsiz, uxajorların kökü kəsilib, hanı məni istəyənlər?!

Qələmin yadındadır: eşitdiyi uxajor sözündən ürəyi guppagup vurmağa başladı, sinəsinə bir istilik yayıldı.

- ...Esma, spiçkam qurtarıb, varındı?

- Bəs, mən elə bilirdim qazı baxışınla yandırırsan! – gülüşdülər.

Və anasının tapşırığını yerinə yetirən Qələm əlində kibrit qutusu, əvvəl könülsüz, sonra nədənsə tez-tələsik özünü qonşularının dəhlizinə çatdırdı, həmişə olduğu kimi Nazlı xala indi də onun gəlişinə  sevindi, köksünə basıb əlini onun saçlarında gəzdirdi:

- Ah, – dedi, – nə şirin balasan!

Bu kimi sözlərdən kişiləşən Qələmin tükləri ürpəşdi, acığı tutdu, sərt cavab vermək istədi, lakin çocuqluq dövrünün təsirindən susdu, daha doğrusu, ətrafı bürüyən ətirli qoxulardan dili quruyub damağına yapışdı, elə bil nəfəsi çatmırdı – gəldiyi kimi də tez qayıtdı.

...Borca borc, bu dəfə Esmanın duzu qurtardı, Qələm əmrə müntəzir deyil, xoş söz eşitmək arzusu ilə, təriflənmək istəyilə qonşu qapısını astaca taqqıldatdı: 

- Keç içəri, indi gəlirəm... – Nazlı Qələmin qarşısına ətəkləri yellənən güllü-çiçəkli, ipək xalatda çıxdı, gözlərindən şirinlik yağırdı:

- Maşallah, – dedi, – gündən günə kişiləşirsən, sabah-birigün... – Sözünü tamamlamayıb Qələmin çiyinlərindən yapışdı, o tərəf bu tərəfə çevirdi, gah qucaqlayır, gah azca uzaqlaşdırırdı özündən.

Ovsunçu baxışı oğlandan doymurdu elə bil. Bihuşedici ətrin dalğası Qələmi bürüdü, harda olduğunu unutdu... Nazlının əlləri oğlanın çiyinlərində gəzdi, sinəsini sığalladı, belindən yavaş-yavaş, tələsmədən aşağı, aşağı, aşağı, ayaqları arasına sürüşdü, nəyəsə dirənib dayandı və birdən Qələmin qulağında qadının: Ah! Ah!.. nidası cingildədi, eşitdiyi isti, odlu pıçıltıdan: - Nə bərkdir sənin qələmin! – özünü tatam itirdi, qanı qaynadı... Və o andaca qadın cəld arxasını Qələmə çevirib qəribə vəziyyət aldı, ağappaq yumşaq və ipək dondan çıxıb sanki iriləşmiş yanı ilə oğlanın qızmar, alovlanan vücuduna söykənib bir sərinlik   gətirdi və... necə oldusa, şux, oynaq qələmin ixtiyarından çıxıb Nazlının möhkəm əlinə keçdi, asanlıqla yanar və şirin bir aləmə düşdü, inilti qopdu qadının köksündən, o andaca qələmin ucundan oğlanı titrədən nəsə dalğa-dalğa axdı!.. Diksinib üz-gözünü turşutdu, başı alovlu, anasına baxmadan böyründən keçdi, pillələri adlayıb dəhlizdən küçəyə qaçdı.

Anası arxasınca: - Ey, dayan, – çığırdı, – bəs duz hanı? – və bu dəm duz qutusu ilə ona sarı tələsən rəfiqəsini gördü:

- Qışqır-bağır salma, – dedi, – gətirirəm, uşaqla işin olmasın!..

Orta məktəbi qurtaran Qələm Bomba ilə gizli görüşlər ucundan – gah onu görməyə tələsir, gah da qaçırdı ondan, xoşagəlməz sirrin açılmasından qorxurdu – təhsilini davam etmək üçün yolunu uzaqlara, Piter şəhərinə saldı, Moskva baş tutmadı.

- Sənsən? Piterə gəlmisən? Nə? Mənimlə görüşmək üçün?! Sevindirdin məni, ay mənim Bombam!.. – aşağı yüyürdü: çiyinlərində ipək kələğayı Nazlı yataqxana qapısında durmuşdu, qucaqlaşdılar, öpüşdülər...

- Bacımdır, – dedi gözətçi qadına və əliboş gəlməyən bacı qapıçını yola gətirmək üçün bir qutu şərq şirnisi uzatdı ona, o da:

- Gecələyə bilərsiniz, – dedi bacıya.

Həsrət yaman şeymiş!..

Çarpayı az qala uçub dağılacaqdı: tez-tələsik yapışdılar bir-birinə, bütövləşdilər, ayrılmaz oldular. Və tez də alışıb birdən-birə söndü Qələm, pərt oldu: - Azca gözlə, – dedi Nazlıya, – yaman istəyirəm səni, indicə... – Dediyi kimi də oldu, amma Nazlının köməyilə: cazibəli-sehrliymiş qadının ovcu – elə toxundu ki, qələmi bərkiyib daşa döndü!.. Doya bilmirdilər, çarpayı bəs eləmədi, eşq aləmi genişlənsin deyə yerə sərdilər yorğan-döşəyi...

Və birdən Nazlı: - Ora istəmirsənmi? – soruşdu.

Qələm Nazlının haranı nəzərdə tutduğunu dərhal anladı, acığı tutdu və o andaca eşq aləmindən çıxıb ayıqlaşdı, qətiyyətlə, sərt: - Yox, – dedi, – ora istəmirəm!  

Nazlı Qələmin narazılığını duysa da istədiyindən dönmək istəmədi, yaltaqlanaraq sarındı ona: - Səninlə, – dedi, – eşqin bütün ləzzətlərini dadmaq istəyirəm!..

- Yox dedim, vəssalam!

- Yalvarıram, rədd etmə istəyimi!.. Əminəm, xoşuna gələcək!..

Qələm birdən-birə həvəsdən düşüb süstləşdi, amma alovlanan arzusunu söndürmək niyyətində olmayan Nazlı isə əksinə – fikrində qətiləşib nə kimi vəziyyət aldısa, necə döndü-tərpəndisə Qələmin müqaviməti qırıldı, iradəsini tamam itirdi, sən də boynuna al, danma, razılaş ki, arzulayırdın bunu! bərkimiş qələm qul oldu Nazlıya, onun arzuladığını itaətlə yerinə yetirib möcüzəli bir aləmə düşdü və dərhal... – halı ilk dəfəki kimi dəyişdi: Nazlının yox, Qələmin canından qopdu inilti, vücudu titrədi, sanki belindən qarşısı alınmaz sel axdı, nə axdı!.. – Qələm ayıldı, günaha batmış cinayətkar kimi təşviş içində yan-yörəsinə baxdı, cəld mələfəni yığıb, bulaşmış yerini yumaq üçün hamama tələsdi: suları, Allaha şükür, hələ kəsilməmişdi... Bombaya acığı tutdu, amma o andaca məzəmmətlədi özünü: onun nə günahı? Sənin ehtirasların gətirdi onu yuxuna!.. Çoxdan görməmişdi Bombanı, İsmixan evini alıb ayrıca mənzilə köçürmüşdü onu, dünən anası sanki qəsdən, bilməmiş deyil, arifliyinə bələddir, Nazlını yad etdi, zaman, dedi, kar etmir ona, elə əvvəlki kimi od-alovdur, səni soruşdu, dedim, yox, hələ də subay gəzir... – Nərgiz artıq meydandaydı, amma evli-subaylığı Qələmin özünə də hələ məlum deyildi.

Bütün günü yuxudan doğan pərtlik Qələmi buraxmırdı, Bombaya rast gəlsə mütləq danışar yuxusunu!.. Yox, elə bilər işarədir, yeni görüşlər həsrətindədir.

Niyə də olmasın?.. –

 

Virtual ər

Sürüşkən səki ilə yerimək çətin idi, yaxşı ki, hər tində, hər döngədə irili-xırdalı heykəllər qoyulmuşdu Bəh-Bəhə: əl-ayağından, ayaqqabı-şalvarından yapışa-yapışa, pencəyinin ətəyindən tuta-tuta addım-addım parlaq və xoşbəxt gələcəyə (çeynənilmiş bu ifadə fırfıra kimi hey Qələmin beynində fırlanırdı) irəliləmək olardı... – Siyavuş iş otağında tək idi, həftə yığıncağına gəlmiş Qələm özünü cəld içəri saldı:

- Yuxumda, – dedi, – səni gördüm, amma ha çalışdım özümü sənə yetirəm, mümkün olmadı.

- Səki sürüşkən idi?

- Nə bildin?

- Axı, mən də o küçədəydim!.. – Demə, səkilərə döşənən plitələr süni mərmər imiş, ucuz alınıb baha satılırdı məmləkətdə.

- Sənə sözüm var: qəribədir, bu qədər yuxumu çap eləmisən, amma bircəsinə də  oxucu şərhi yoxdur!

- Niyə ki? Bəs yuxularınla tam şəkildə tanış olmaq istəyən Qələmqızı?.. Qızın varmış, bilmirdik, yoxsa təxəllüsdür?

- Deyirdim yuxularımla dilə gətirrəm divardan asdığın o cüt şəkli, baş tutmadı...

- Qudurma, yuxuya nə cavab?!

- Bəlkə apokalipsisin yaxınlaşmasından keyləşiblər?

- Elə bilirsən inanırlar? Oyundur!.. Tanıyıram kahinlərini, lotunun biridir, yanıma gəlmişdi, bir səfeh yazıya qonorar istədi, dedim, yuxarıdakıların tapşırığı ilə qurduğun axirət proqnozuna aldığın qonorar yetər!.. 

- Yəni, indi ki, 12-ci ilin 21 dekabrında dünya qopacaq, hamı həlak olacaq,  üsyanlara, mübarizəyə nə ehtiyac? Qoy iqtidar rahatca söküb dağıtsın ölkəni!..

- Xoruzlanma, bu sözlərin də izahatsız qalacaq, öz işində ol, yuxularını gətir!..

Bu dəfəki həftə yığıncağında şef təzə işçini təqdim etdi, qara geyimli, söyüd budağı kimi nərmə-nazik və ciddi baxışlı qız idi, yox-yox, dedi Siyavuş, heç kimin yerini tutmayacaq, hamınıza iş tapılar, adı da Nərgiz xanım.

Qələm özü də gözləmirdi, birdən dilindən: - Arvadımın adıdır! – qopdu.

- Evlisən? – Siyavuş təəccübləndi, hətta incidi də: ailəyə yaxındır, amma xəbəri yoxdur?

- Yuxumda görmüşüm.

- Oy, nə yaxşı ki, yuxudur, gerçək deyil!

Nərgizin sevinci nədənsə Siyavuşa toxundu, elə bil doğma adamına aid idi: - Nolub Qələmə, ondan yaxşı ər?!

- Neynirəm virtual əri? 

Yapışdı Qələmə bu ad, bir müddət silinmədi, sonra ər itdi-batdı, virtual isə yaşadı.

Qızın sözləri Qələmin heç halını da pozmadı, hətta həvəsləndirdi: virtuallığımı göstərrəm sənə!.. Belələrinə bələddir, üzdə görkəmilə yaxın durma mənə deyir, əslində isə... – nazı ilə hesablaşsan uzun çəkər, oyunu uzatmaq olmaz, cəsarət və hücum gərəkdir... – və çox vaxt olduğu kimi bu dəfə də daxilində kimsə üz-gözünü turşudub, inad-inam qanadlarını qayçılamaq niyyətilə kinayəli dilləndi: əlbəttə, bütün qızlar səni görcək ilk baxışdan ağlını itirib dərhal əldən-ayaqdan gedirlər!..

Qələm cəsarətini cəmləşdirib onun görüşünə gəlmiş qohum-əqrəbasına – anası da, təbii ki, buradadır, onlara tez-tez baş çəkən icərişəhərli bibinəvəsi də, Siyavuş və Bomba da (dünənki ləzzət hələ də Qələmin damağındadır!)... – bütün toplaşanlara:

- Bilirəm, – deyir, – mənim bu xəbərim, – baxışını, sanki dediyi Bombaya aiddir, ona zilləyir, – hamınızı sevindirəcək!.. Evlənmək istəyirəm, daha doğrusu, artıq evlənmişəm! – deyə təntənəli şəkildə elan edir.

Təşviş, həyəcan, anası rəng alıb rəng verir, əminəvəsi nədənsə vaxsey deyir, Siyavuşun sifətində təəccüb nidası, Bombanın yanaqlarına qızartı çökür...   Qələmin gözlərində sevinc alovlanır və azca susub ağlına indicə gələn bir ad söyləyir: Arvadımın, – deyir, – adı Nərgizdir!

Xəyanət?! Bombanın baxışındakı işartı sönüb zülmətə çevrilir və bu dəm Qələmin arxasında duran – budur arvadı! –qara geyimli bəyaz üzlü nərmə-nazik bir qız astaca və dinməz dəhlizə çıxır, qoy eşitdikləri xəbəri sərbəst və onsuz müzakirə etsinlər, mane olmaq istəmir... Arxasınca – iti baxışlı Bomba.

Birdən aləmi titrədən bağırtı qopur, anasının əminəvəsi dərhal özünü bayıra atır, çıxmağı ilə qayıtmağı bir olur, çığıra-çığıra: Bomba, – deyir, – öldürdü Nərgizi!..

Qələm özünü dəhlizə atır: Nərgiz yerə sərilmiş, üzü qan içində, qara paltarı cırıq-cırıq, bəyaz bədəni yumruq zərbələrindən ləkə-ləkə... Amma ölməyib, nəfəsi duyulur!.. Bomba azca kənarda durub özündən razı Qələmə baxır, gülümsünür hətta!.. Hirs içində Qələm Bombanın başını divara çırpır, amma zərbələr kar etmir, başı sanki daşdır, bürüncdür... Tez Nərgizə yaxınlaşıb diz üstə çökür, qucağına alıb buz kimi donuq dodaqlarından öpür, onların incə tərpənişini duyur, dodaqlar yavaş-yavaş istiləşir və istiləşdikcə şirinləşir, ayrıla bilmir qızdan, qucağından buraxmaq istəmir.

Bomba elə bil divara yapışıb,  gözlərindən iri damlalar axır, səssizcə ağlayır, Qələmin ona yazığı gəlir... Və bu dəm Siyavus Qələmə sarı əyilib qulağına:

- Bilirəm, – pıçıldayır, – sənin həyəcanın əsla qızdan ötrü deyil, yuxuların cavabsızdır, ona görə narahatsan!.. – Qələm qızla təmasdan huşunu itirmiş kimidir, etiraz etmək üçün onun dodaqlarından ayrılmaq belə istəmir, lakin Siyavuşun istehza ilə söylənilən xəbəri ehtiraslarını dərhal söndürür: - Yuxarılardan, – deyir, – arzuladığın cavab gəlib, böhtana görə məsuliyyətə cəlb edirlər səni, məhkəməyə verirlər işini!

- Yuxularıma görə?

- Səninçün yuxudur, onlar üçünsə təhqir! Deyim hansı yuxulardan söhbət gedir? Bircəsi bəsdir: prezidentimizin iradəsizliyi və keyləşməsi!

Qələm dərhal etirazını bildirib: - Yoxdur məndə elə yuxu! – dedi. Və bununla kifayətlənməyib əlavə etdi: – Yuxularıma sən də cavabdehsən!

- Çap etdiyimə görə?!

- Yox: yuxular, axı, mənim deyil!

- Bəs kimindir?

- Deməmişdinmi mənə: gördüyüm yuxular guya yaşıma uyğun deyil?

- Demişdim, nə olsun?

- Görünür, kiminsə şüuraltısına yol tapmışam.

- Kimin? Bəlkə mənim?

- Bunu mən demədim, sualını özün cavablandırdın!

- Bu dərəcə də aferist olduğunu bilməzdim...

- Tanıdığımız Kahindən də betər?

- İkiniz də bir eşşəyin dal ayağısınız!.. – bu kimi təhqirə dözməyib Qələm ayıldı.

...Qısaca yığıncağı tərk edən Qələm Nərgiz eşitsin deyə Siyavuşa: - Başının üstəki  şəkillərin yerini dəyişib yenidən asmaq lazımdır ki, bir-birindən üz çevirməsinlər!

Amma nə Qələm bilirdi, nə də Siyavuş – iki şəklin əvəzinə bircəsi hazırlanır, zırıltılı piar gözlənilir: ikiprofilli brend!

 

QƏLƏMİN YUXULARI (1)

QƏLƏMİN YUXULARI (2)

QƏLƏMİN YUXULARI (3)


pxl
“BAKCELL” NETTY-2012-nin BAŞ PARTNYORU OLDU
2012-05-17 - 19:04:00
“Bakcell” şirkəti NETTY-2012 Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub. “Bakcell”in sponsorluğu və “Sür@” brendinin baş par ardı >>>
mej
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir