Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Cəmiyyət
print

ƏZİZ MÜƏLLİMİM RAFİQ ƏLİYEVƏ AÇIQ MƏKTUB

2012-02-12 - 16:40:00

Eyyub HACIYEV 
hajiyev@gmail.com

Əziz müəllimim!

Bir az gec də olsa, Sizi doğum gününüz münasibəti ilə təbrik etmək istərdim. Hər bir insanın həyatında mühüm rol oynamış, ona doğru yol göstərmiş və həyatını dəyişmiş bir neçə şəxs olur. Mənim üçün bu şəxslərdən ən başlıcası Sizsiniz! Sizin yetişdirdiyiniz, təhsil verdiyiniz və həyat yolu öyrətdiyiniz yüzlərlə tələbənizdən biri olduğum üçün fəxr edirəm.

Rafiq müəllim, Sizinlə tanışlığımın çox qeyri-adi tarixi var. Hələ 1999-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) iqtisadiyyat fakültəsinin bakalavr pilləsini bitirərək fakültədə magistr pilləsində təhsilimi davam etdirmək fikrindən imtina edəsi oldum. Rüşvət verməyi və tanışlıqla qiymət yazdırmağı öz ləyaqətimə sığışdırmadığım üçün iqtisadiyyat fakültəsində dözülməz əziyyətlərlə qarşılaşmalı olurdum. Bu cür müəllim və tələbə münasibətlərindən bezdiyim və təhsilin səviyyəsi məni qane etmədiyi üçün fakültə ilə vidalaşmalı oldum.

Təhsilimi davam etdirmək ümidimin hər yandan üzüldüyü bir vaxtda ADNA-nın avtomatlaşdırma kafedrasında müasir təhsil sistemli yeni biznesin idarə edilməsi - MBA proqramının açıldığını eşitdim. Düzü, proqrama ilk dəfə üz tutanda ümidim böyük deyildi. Amma Sizin idarə etdiyiniz təhsil proqramında tələbələrə göstərilən bərabər hüquqlu və insani münasibət elə ilk tanışlıqdan aydın idi.

Sizin rəhbərlik etdiyiniz təhsil sisteminin çox nailiyyətindən danışmaq olar. Rüşvətsiz və korrupsiyasız tədris, qarşılıqlı hörmətə əsaslanan müəllim-tələbə münasibətləri, ABŞ-ın Corciya Dövlət Universitetindən mütəmadi gələn beynəlxalq səviyyəli müəllim və professorlar, ABŞ-da təcrübə keçmiş müəllim heyəti, tədris üçün lazım olan hər cür avadanlıq və vəsaitlər və sair. Amma bizim Sizdən öyrəndiyimiz tək beynəlxalq səviyyəli təhsil deyildi. Biz Sizdən həm də həyat üçün ən vacib digər dəyərlər - ləyaqət, insani münasibətlər, sadəlik öyrəndik.

Əziz müəllimim, Sizin tələbəyə göstərdiyiniz münasibət, onlara dəstək olmaq istəyiniz, onların təhsilinə verdiyiniz dəyər və şəxsiyyətinə qoyduğunuz hörmət bizim bir mütəxəssis kimi yetişməyimizdə əsas rol oynadı. Siz bizə tək müəllim yox, həm də uzaqdan gələn bir işıq, gələcəyə ümid oldunuz.

Sizin verdiyiniz təhsil sayəsində 2003-cü ildə dünyanın ən məşhur universitetlərindən birinə - Nyu-Yorkdakı Kolumbiya Universitetinə daxil oldum. Bu münasibətlə keçirilən təqdimetmə mərasimində, tribunaya qalxarkən tədbirdə yüzlərlə insanın arasında Sizin də olduğunuzu gördüm. Sevincimin həddi-hüdudu yox idi. Elə tribunadan bu nailiyyətin Rafiq Əliyevin sayəsində olduğunu və özümün də Rafiq müəllimin yetişdirdiyi mütəxəssis olduğumu bildirdim. Bu zaman Sizin mənə fəxrlə baxmağınız mənə dünyalar qədər əziz idi. Düzü, Sizin öz tələbələrinizdən olan gözləntilərinizin bir hissəsini doğrultduğum üçün həyatımın ən xoşbəxt anlarından birini yaşayırdım. 

Rafiq müəllim, Kolumbiya Universitetinə təhsilə başladıqdan sonra isə Sizin dünya şöhrətli alim olduğunuzun tam fərqinə vardım. Orada oxuduğum zaman bir çox tələbə yoldaşlarımın və müəllimlərimin Sizi tanıdığını ilk dəfə biləndə çox təəccübləndim. Sonra anladım ki, Sizin kitablarınız ABŞ-ın bir çox universitetində, elə Kolumbiya Universitetində də tədris sisteminə daxil edilib və Sizin təcrübəniz orda da öyrənilir. 

Bu gün Azərbaycanın elə bir böyük biznes qurumu yoxdur ki, orada Sizin hazırladığınız kadrlar rəhbər vəzifədə çalışmasınlar. Bir çoxları da hazırda mənim kimi dünyanın müxtəlif şəhərlərində yaşayır. Hazırladığınız yüzlərlə mütəxəssisin biri kimi həyatda qazandığım hər bir nailiyyətə görə Sizə tam borcluyam. İstər öz professional fəaliyyətimdə, istər Azərbaycan üçün gördüyüm diaspor işlərində Sizdən öyrəndiyim prinsiplər - ədalət, səmimiyyət, insani münasibətlər və ən başlıcası Azərbaycana olan sevgi, vətənin maraqlarının hər şeydən üstün tutulmasını həmişə əsas götürməyə çalışdım.

Sizə 70 yaşınızda çox şey arzu etmək olar. Amma mənim Sizə arzum elə Sizin ürəyinizdə olan ən böyük Azərbaycan arzusudur. Gün o gün olsun Sizin ürəyinizdə tutduğunuz, ümidi ilə yaşadığınız Azərbaycan qurulsun. O vətən ki, orada güc və qüdrətin meyarı ədalətdir, inkişaf təhsil və elmə əsaslanır, ictimai münasibətlər isə insan ləyaqəti və dəyərlər üzərində qurulub.

Vankuver, Kanada,
11 fevral 2012-ci il


pxl
“BAKCELL” NETTY-2012-nin BAŞ PARTNYORU OLDU
2012-05-17 - 19:04:00
“Bakcell” şirkəti NETTY-2012 Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub. “Bakcell”in sponsorluğu və “Sür@” brendinin baş par ardı >>>
mej
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir