Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Ədəbiyyat
print

QƏLƏMİN YUXULARI (3)

2012-02-10 - 16:19:00

Çingiz HÜSEYNOV

Millətlər təşkilatının hədiyyəsi

Qələmin qolunda BeeMTe'nin qırmızı sarığı, amma başında göy kaska deyil – adicə qara yun şapkadır, üstündə də ağ rəngli təhlükə rəmzi olan şəkil: qorxunc kəllə və iki xaçvari şümük, yəni toxunmaq qadağandır.

Müşahidəçi kimi cəlb olunub, həm də nizam-intizama baxır: beynəlxalq dairələr dünyanı bezdirən ölkələrdə referendum keçirməyi lazım bilib, Türküstan da  dünyanı çoxdan bezdirənlərin içində. Siyahıda uzun zamandır aşağıdan beşinci yerdədir, qonşusundan bircə pillə yuxarıda, bu da türkləri çox-çox sevindirir – o türkləri yooox, bu türkləri nəzərdə tut, ey yuxu görən!..

Yox, bu nə referendumdur, nə də seçki.

Heç siyahıya alınmağa da oxşamır, elə şeylər olsaydı gələn tapılmazdı, bezib camaat, bu qədər adam toplaşmazdı!

Demə, tarixdə indiyədək analoqu olmayan [Bizimkilərin sino getdikləri ifadə! – Ç.H.] yenilikdir, qeyri-adi təşəbbüsdür: hər kəs yaşamaq istədiyi ölkəni, həm də milliyyətini özü könüllü seçə bilər – sehirli qapı ağzında uzun növbədə səbirlə dur və istəyinə nail ol!..  

Camaat çaşıb qalıb, bilmir kimin dediyinə inansın, guya ölkədə başına hava gələnlərin sayı gündən günə artmaqdadır, azadlığın, insan haqqının nə olduğunu bilən yox dərəcəsindədir, rüşvəti hörmət, qaphaqapı normal sayanlar da azalmır...

Yuxuda kimsə Qələmin qulağına təkidlə hey pıçıldayırdı: Vur başına (kimin?) qapazı – al çörəyini!..

Pro və kontra yazılar divarları ləkələmiş, ayaqlar altında tapdalanırdı.

Hay-küyçü vətənpərvərlər bar-bar bağırırdılar:

- Ay haray, hamı vətəni tərk etsə, bəs kim otaracaq qoyun-quzularımızı (!?), ayıdan-canavardan (?!) bizi kim qoruyacaq?

Nə qoyun? Nə canavar? Ayılar artıq təlxəyə çevrilib. Qoyunların mələşməsi yuxuda eşidilsə də ruhlarını, vücudunu şəhər-obalarda fağır-füqarə əhaliyə çoxdan tapşırıb yoxa çıxmış. O ki qaldı canavarlara... – ikiayaqlı yırtıcıların vəhşiliyindən qorxub tir-tir əsə-əsə biri-birini yeyib qeyb olmuşdular və bu hadisə kütləvi intihar adı ilə tarixi dərsliklərə düşmüşdü.

- Vətən dediyiniz bu diyar... – ağız deyəni qulaq eşitmirdi. 

Sol-sağçıların arasında sədd kimi duran kaskalı BMT əsgərləri anlamadıqları söyüş-təhqirləri lal-dinməz eşidir, qoymurdu üz-üzə gəlib dalaşsınlar. Hətta tez-tez eşitdikləri beynəlxalq sözlər-söyüşlər də – misal üçün eşşək-işak – onları əsla diksindirmirdi. 

Qələm narahat idi: seçmə ölkələr kvotayla əlaqədar əldən gedə bilərdi!.. Ardı-arası kəsilməyən daxili pıçıltılar da həyəcanını artırırdı: Nə durmusan? Keç içəri, istədiyinə nail ol!

Bəxtləri gətirənlər üzlərində sevinc, yeni aldıqları sənədlərini hamıya göstərə-göstərə möcüzəli evdən çıxır və dərhal qəzetçilər onları yaxalayır, sorğu-suala tuturdular: Ölkəniz hansı? Millətiniz nə?

Budur – Nərgiz!.. Qələmə sarı tələsir... Lakin bu dəm kimsə onun yolunu kəsir:

- Rədd ol! – deyir qıza və Qələmə sarı cumub yaxasından tutur: - Ay qoduq, heç utanmırsan? Bu nə hərəkətdir? Ə, de görüm kimin tapşırığı ilə mənim ideyamı oğurlayıb mənimsəmisən?

Dərhal Ziya müəllimi tanıdı: zavallı faciəli ölümündən, evinin yanındaca üç güllə qurbanı olduğundan xəbərsiz idi!.. Amma Qələm bunu deməyəcək, qoy bilməsin:

- Mən ki... – Ziya sözünü kəsdi:   

- Heç gözləməzdim səndən bu hərəkəti!

- Nə olub, Ziya müəllim? Nədir mənim günahım?

- Yaxşı ki, adımı unutmamısan!.. kim olub ilk dəfə ölkə-millət dəyişmə ideyasını ortaya atan? Çiyinlərini çəkmə! Mən idim o şəxs!

Yadına düşdü! Düzü, bunu heç vaxt unutmamışdı – məhz Ziya müəllım tribunaya çıxıb: - Ey nadan gara kütlə! – deyə bağırmışdı. – Ey zavallı millət! Budur mənim alqışlı vərəsə referendumuna cavabım: bu millətdən olmaq istəmirəm! Rüşvətxor yırtıcıların idarə etdiyi dövlətin vətəndaşlığından imtina edirəm! Anamın millətinə keçib rus oluram!.. – və cibindən çıxardığı pasportu məclisdə oturanların üstünə tulladı.

Halbuki əvvəlcədən xəbərdarlıq etmişdi, özünün bu kimi kəskin qəzəb dolu sözlərini tək-tük, ona-buna deyil, camaatın içində, birbaşa, çox-çox hörmət etdiyi referendum icraçısının şəxsən özünə demişdi:

- Bu nə oyundur? Yoxsa ağzından süd iyi gələn varisinə qul etmək istəyirsən bizi?! – bütün Türküstanda padşah misalında olan Bəh-Bəhə sən deyən yeganə adam idi Ziya müəllim [Qələm, görünür, Bunyadovu nəzərdə tutur. – Ç.H.]!.. – Xasiyyətimi yaxşı bilirsən: pozaram sənin vərəsə planlarını!..

O andaca şayiə yaydılar: guya Ziyanın özü varis olmaq istəyirmiş!..  

İndi isə Qələmdən əl çəkmirdi:

- De də, niyə susmusan? De ki, birinci mən idim! Mən bu millətdən olmaq istəmədiyimi təntənəli bildirdim!.. Qorxursan yoxsa? İndi ki, lalsan – onda özüm deyərəm!

Növbəni bıçaq kimi yarıb, bir anda yox oldu...

Yorğan-döşək tər içində idi. Qələm yarıyuxulu durub yaş köynəyini dəyişdi, külək örtdüyü pəncərəni taybatay açdı, sərin hava nəfəsini təzələdi... Sübh çağı idi, vaxt var – azca da olsa, yata bilər... – röya-yuxu qarışıq yorucu mənzərələr axını alıb apardı Qələmi...

 

Ağıza atılan güllə

Nərgiz Qələmə yaxınlaşdı, sifətindən zəhər yağırdı: - Kim idi məni itələyib keçən o nadan? Niyə saxlamadın onu? Heç dillənmədin?! 

- Ayıbdır, haray-həşir salma, de görüm...

Qoymadı sözünü tamamlasın:

- Yox, əvvəl sualıma cavab ver!

- Tanımadın?

- Kim olur olsun, nə fərqi? Görmədin necə soxuldu içəri? Niyə yolunu kəsmədin?!   

- Narahat olma: ordakılar ölmüş olduğunu bilirlər.

Təbii, Nərgiz təəccüblənmədi və dərhal sakitləşdi:

- Amma naxalın kim olduğunu demədin!

Qələm acıqlandı:

- Anlamadın? qəhrəmandır! akademikdir! nadir şəxsiyyətdir!..

- Sakit deyə bilməzsən, nə coşursan?

- Ölü olduğunu duymadın?

- Bəsdir qorxutdun məni!.. De, qurtaraq!

Bilmədi: danışa bildi ya yox, amma demək istədiyini Nərgizə çatdıra biləcəyinə əmin idi.

Əmin idi ki, Nərgiz hər şeydən xəbərdardır, hər halda bu haqda tarix dərsliklərində var: ötən müharibənin qızğın çağı... Ziyanın dəstəsi öldü var-döndü yox əmrinə tabe əsas qüvvələrin gəlişinədək vacib yüksəkliyi qoruyub saxlaya bilmişdi.

Böyük dəstədən iki-üç nəfər sağ qalmışdı.

General ayaq üstə qan-tər içində zorla dayanan yaralı əsgərlərə yaxınlaşıb minnətdarlığını bildirdi, hər birini şəxsi sərəncamındakı ordenlərlə  mükafatlandırdı, Ziyaya çatanda isə: - Təəssüf ki, dedi, sizə verəcək ordenim yoxdur!..

- Necə-necə?! – rus dili iti olan Ziya coşdu, nə coşdu!.. – Hamıya orden, mənə isə x...?! – və cürbəcür söyüşlər sel kimi generalın başına dəyib dağı-meşəni aşdı, düzü-təpəni keçdi, mərkəzə çatıb Kremlə tuşlandı, söyüşün zərbəsindən qırmızı kərpicli divar az qala uçacaqdı.

General bir müddət dinmədi, dözdü, sonra isə: - Sözümün məğzini duymadın, dedi, – mənim qutumda sənin igidliyinə layiq nişan yoxdur!..

Həftə-ay keçməmiş Ziyanın döşündə sonralar ona geniş yollar açan qəhrəman Ulduzu parladı.

- Ziya müəllimin nadirliyi... – Nərgiz Qələmin nə demək istədiyini duyub, onun sözünü tamamladı:

- Ziya müəllimin Bəh-Bəhə “sən” deyən yeganə şəxs olduğunu hamı bilirdi!

- Bəh-Bəh də səbrini toplayıb cınqırını çıxarmırdı. Misri qılıncı pambığa dönürdü əlində. Gizli bir sirr vardı onun bu dözümündə. Amma  səbirin də geci-tezi var. Hər halda uzun müddət bilmirdi nə cür kəssin onun zəhər dolu dilini!.. Ziya da hey ağzından gələni döşəyirdi Bəh-Bəhin başına, bolluca tikanlı söz yedirdirdi ona: "Səbəbli-səbəbsiz, deyirdi, elə hey tank kimi itələyirsən, zorla çəkirsən irəli əziz xələfini!.. Kirisənə, ay bizim ulumuz?!"

Yuxu sanki pencəyinin alt cibinə gizlincə taxılmış qaraca siçana oxşar həm mikrofon, həm də diktofon idi, uzaqdan uzağa, məsafə-zaman bilmədən eşitdiyini-gördüyünü sürətlə yazırdı.

Günlərin bir günü, kimsəsiz bir küçədə Ziya arxadan kürəyini yandıran ağır bir pıçıltı eşitdi, xəbərdarlıq idi:

- Ağzın güllə sorağındadır!

Geri boylandı – heç kimi görmədi...

Eşitdiyi kimi də oldu: üç güllənin ikisini köksündən vurdu, biri də ağzına  tuşlandı...

Qələmə hücum çəkən Ziya müəllimin çənəsi azca əyilmişdi – Qələm güllənin izi olduğunu dərhal anladı, bunu Nərgizə də dedi: - Görürsən? O dünyada da acı dilindən dönmədi ki, dönmədi!

- SOPUUŞ? Nə əcaib söz işlətdin? 

Qələm Siyavuşun bilməməzliyinə təəccüblənsə də, üz vurmadı: - Söz deyil, – söylədi, – qapalı idarənin adının rus dilindəki abreviaturasıdır.

- Aha, yadıma düşdü, SOP, Спеcотряд по Oсобым Поручениям, bəs UUŞ nə deməkdir? Öz dilimizdə qarşılığı yoxdur?

- Var, amma çox biədəb səslənir, utanıram deyəm.

- Deyə bilmirsənsə yaz! – Qələmə sarı kağız uzatdı.

- Yazmağa da qələm çətinlik çəkir.

- Kim kimə tabedir: sənmi qələmə, qələmmi sənə?

- İkimiz də, bildiyin kimi, qələmik... Mətləbdən uzaqlaşdırma məni!

- Yəni deyirsən həmin bu SOPUUŞun işidir? Nə? Ziyanın qətli onun öz gündəliyində əks olunub?!

- Ziyanın yox, caninin gündəliyində!

- Tarixdə görünməyən yenilik: gündəlik yazan cani!

- Ali hüquq təhsilli! Cibində qırmızı diplomu olan!

- Guya bilmirsən necə alınır belə diplomlar?.. Madam ki, caninin adı məlumdur, əminəm İnterpol gec-tez onu tapacaq!

- Gözlə ha!

- Yoxsa inanmırsan?

- Yer üzündə tam uydurulmuş bir adamı tapmaq mümkün olan şeydirmi?!

...Nərgiz yavaş-yavaş özünə gəlirdi. 

Sevincini təkrar bildirdi: norveçliləri seçdiyindən tam razı idi:

- Sənə yaxın olum deyə! Sən ki, İngiltərəni seçmisən, eləmi?

- Bir dəfə seçmişdim, baş tutmadı, bəxtim gətirmədi.

- BBS-ni deyirsən?

- Yox, BBS-yə ezamiyyətim faydalı və fərəhliydi, onda bəxtim gətirmişdi. Dediyim kraliçaya aiddir, sonra danışaram.

- Sonrası olacaqmı?

İkisi də gerçək bildikləri yuxu qapısından çıxıb yuxu bildikləri bir aləmə düşdülər… -

 

Fiasko

Qələm Nərgizə İngilis kraliçaslyla bağlı yuxusunu danışır: Məni ər seçmişdi özünə kraliça!..

Nərgiz: - Nənəm yaşında? – soruşur. – Özü də əri ola-ola!..

- Nə ər? Nə yaş? Cavanca və ərsiz olduğunu bilmirsən bəyəm?..

Londona nə cür gəldiyim yadımda deyil: özümü Trafalqar meydanında gördüm, camaat dalğalanır, az qala üsyan qopacaq, çığırtı-bağırtı içində: “Rədd olsun yadlar!” – eşitdim, dərhal bu etirazın mənə aid olduğunu duydum, məni görüb tanımasınlar deyə papağımı gözlərimin üstünə çəkdim.

Və birdən meydandakı Milli qalereyanın divarına vurulmuş ev boyda böyük bir televizor işıqlandı, hamı səsini xırp kəsdi, baxışlarını ekrana zillədilər.

İndicə televizorda evlənmə mərasimi nümayiş etdiriləcəyi xəbəri qulağıma dəydi!..

Bəs mən niyə burda durmuşam?!

Kiməm mən indi?..

Demə, Lordlar Palatası parlamentin ər kimi bəyənilən yabançı namizədə aid qərarını indicə rədd etmiş, kraliçaya özününkülərdən ər tapmışdılar!..

Budur – mənə qalib gəlmiş arıq, ucaboy və məndən xeyli yaşlı bir şəxs kraliça qarşısında diz üstə çökür, onun yerlə sürünən ipək paltarının ətəyini azca qaldırıb təntənəli şəkildə – sanki qadın geyimi deyil, dövlətin rəmzi olan bayraqdır – dodağına yapışdırır, öpür... – sürəkli alqışlar.

Sonra ayağa qalxıb qürurla mikrofona yaxınlaşır, nitq söyləyir... Bu dərəcədə səviyyəsiz olduğunu heç təsəvvür etməzdim!..

Nərgiz: - Az təriflə özünü! – Qələmin sözünü kəsdi.

- Deyim, qulaq as, onun məntiqsiz ifadələrindən özün nəticə çıxart! 

- Bəlkə qısqanırsan?

- Ola bilsin, amma onun söylədiklərinin cəfəngiyat olduğunu sübut etmək üçün yadımda qalan bircə kəlməsi kifayətdir.

“Mənim, – elan edir, – kraliçaya olan sədaqətim dünyanın inkişafına xidmət və yardım deməkdir! Məzlum xalqların, ilk növbədə türk millətlərinin azadlığı uğrunda vuruşmaq deməkdir!” – sürəkli alqışlar.

Televizora yana-yana baxır, acı vəziyyətimi düşünürdüm... Görünür qayıtmalıyam... Birdən məni dəhşət bürüdü: cibim boşdur – geriyə necə dönəcəyəm?

Təşviş-vahimə içində yanımdakılara müraciət edirəm, axı, aldanmışam!.. Uğursuz gəlişimdən deyirəm... Ucaboy enlikürək seçmə qvardiyaçılar kim olduğumu bilib təhlükəsizliyim naminə məni mühasirəyə alırlar və onların böyükləri vəziyyətimə acıyıb, fiqurlu kaskasını yolçu papağına çevirir, əlində tutub camaatdan mənim üçün yolpulu yığmağa başlayır...

- Belə bir risk? Qovarlar ki, onu işdən!..

- Mən də sən deyəni fikirləşdim!.. Amma dinmədim, qoy toplasın, günah məndə deyil ki!..

Kaskasındakı pulu sellofan paketə toplayıb mənə uzadır və buradan tezliklə uzaqlaşmağımı məsləhət görür.

Artıq Hayd-park çəmənliyindəyəm, oturub aldığım pulun az-çox olduğunu,  qayıtmağıma yetər-yetməzliyini götür-qoy edir, nə üzlə geri dönəcəyimi fikirləşir, rüsvayçılığıma yanırdım.

Bəlkə, öz-özümə deyirəm, fürsətdən istifadə edib beş-on gün qalam burada? Ola bilməz ki, tamam unutsunlar məni? Qvardiyaçıların böyüyü də məni tanıyır!.

Nə isə, qaldım, yataqxanaya oxşar otaqdayam, dəmir çarpayılar yan-yana düzülüb, divarlar, hətta ayaq yoluna olan qapı da şüşədəndir, hər şey açıq-aydın görünür.

Qonşumun danışığından türk olduğunu anladım və yanılmadığıma sevindim, amma harada işlədiyini dəqiqləşdirə bilmədim: restoranda qapıçıdır? Ya yanğın   dəstəsində qara fəhlədir?.. Dedi, kardeşim, qanını qaraltma, dərdinə dərman taparıq.

Bəlkə, fikirləşdim, yuxudayam, bir-iki yumruq çəkdim başıma, yox, yuxu deyil, gercəkmiş gördüyüm!..

Ümidlə yuxuya getdim, oyananda isə... – Qələm özünü evdə, öz çarpayısında gördü!.. Sevincinin həddi-hüdüdu yox idi! Ləzzətdən... Elə bu andaca, hansı üsullasa Qələmin şüuraltı aləminə yol tapan Nərgiz onun eyforik əhval-ruhiyyəsinə zəhər qatdı, keçmiş yuxusuna qaytardı:

- Çək, – dedi, – ləzzətini, ilham al yuxularından burda, mən isə gedirəm, qalmayacağam burada!

Qələm kefini pozmadan zarafata çevirmək istədi söhbəti:

- Bəs bizim, – soruşdu, – eşqimiz? Əhdi-peymanımız? Arzu-niyyətlərimiz?

Nərgizin ciddiliyi ərimədi:

- Gördüklərini yaddan çıxarma!

- Ziya müəllimi deyirsən?

- Çoxdan unudulmuş əhvalatdır! Mən yenilərini nəzərdə tuturam!

- Monitorçunumu deyirsən?

- O faciə də artıq köhnəlmişdir, yavaş-yavaş unudulur!

- Yəni demək istəyirsən... – Qoymadı  sözünü tamamlasın:

- Arxayın ol, heç də kədərlənmə, – dedi, – özümü mütləq sənin dəfn gününə çatdıraram!..

Bu sözdən sonra Qələm yuxudan tamam ayıldı.

Ayağa qalxdı.

Key kimi yan-yörəsinə nəzər saldı. Hamı, Allaha şükür, sağ-salamatdır: nə ölən var, nə öldürülən. Ölmüş adamı yuxuda sağ görmək, deyəsən, havanın dəyişməsinə yozulur... Pəncərəyə baxdı: buludsuz səmada yanar günəş par-par parıldayırdı. Ab-hava camaatın arzusuna zidd olaraq əsla dəyişmək fikrində deyildi.

 

QƏLƏMİN YUXULARI (1)

QƏLƏMİN YUXULARI (2)


pxl
“BAKCELL” NETTY-2012-nin BAŞ PARTNYORU OLDU
2012-05-17 - 19:04:00
“Bakcell” şirkəti NETTY-2012 Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub. “Bakcell”in sponsorluğu və “Sür@” brendinin baş par ardı >>>
mej
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir