![]() |
| Fabio Kapello |
İngiltərə milli futbol komandasının baş məşqçisi Fabio Kapello istefa verib. “Media forum” saytının məlumatına görə, Fabio Kapello qərarını İngiltərə Futbol Assosiasiyasının prezidenti Devid Bernstaynla görüşündən sonra bəyan edib. Baş məşqçi bu addımı irqçi açıqlamalarda günahlandırılan müdafiəçisi Con Terrinin kapitan sarğısından məhrum edilməsi qərarı ilə razılaşmadığına görə atıb.
Fabio Kapello 2007-ci ildən İngiltərə yığmasının baş məşqçisi idi.



