Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Siyasət
print

“HESAB EDİRƏM Kİ, TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNDƏ XOCALI İLƏ BAĞLI MÜƏYYƏN QƏRARLAR QƏBUL ETMƏK İMKANI OLACAQ”

2012-02-07 - 12:48:00

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Media forum” saytının suallarını cavablandırıb.

- Fransada “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun qəbulu Türkiyə və Azərbaycan münasibətləri üçün bir sınaq oldu. Türkiyə tərəfi Azərbaycanın dəstəyindən heç də razı görünmür. Azərbaycan bu məsələdə Türkiyəyə mümkün olan bütün dəstəyi veribmi?

- Azərbaycan bu məsələdə lap başlanğıcdan, hələ Fransa prezidenti Nikola Sarkozi bu ideyanı ortaya atdığı gündən Türkiyənin yanında olub, bu gün də yanındadır və gələcəkdə də yanında olacaq. Azərbaycan ilk gündən bu qanunun qəbul edilməsinə qarşı mümkün olan bütün tədbirləri görüb, görür və gələcəkdə də görəcək. Azərbaycanın dəstəyi Türkiyənin rəsmi dairələrində lazımi səviyyədə dəyərləndirilib, dəyərləndirilir və gələcəkdə də dəyərləndiriləcək. 

Azərbaycan-Türkiyə dostluğunu, iki ölkə arasında münasibətlərin yaxşı olmasını istəməyən, buna opponentlik edən mətbuat orqanları məsələyə müdaxilə edir, öz fantaziyalarını işə salırlar. Belə mətbuat orqanları həm Türkiyədə, həm Azərbaycanda, həm də başqa ölkələrdə var. Erməni lobbisinin dəstəyi ilə işləyən bəzi mərkəzlər var ki, fürsətdən istifadə edib Türkiyə ilə Azərbaycanı qarşı-qarşıya qoymaq, iki ölkə arasındakı yüksək səviyyəli münasibətləri pozaraq qarşıdurma yaratmaq, Ermənistan məsələsini yenidən Türkiyə ictimaiyyətinin diqqət mərkəzinə gətirmək istəyirlər.

Belə mərkəzlərin başqa maraqları da mövcuddur. Ona görə də məsələnin üzərinə təkrar-təkrar qayıtmağı, onu çeynəməyi, ona dəfələrlə münasibət bildirməyi lazımsız və artıq iş hesab edirəm. Bu, tamamilə süni şəkildə yaradılan, şişirdilən məsələlərdir. Çünki Azərbaycan və Türkiyə məsələyə dəfələrlə münasibət bildirib.

- Diqqəti cəlb edən məqamlardan biri də Türkiyədə Azərbaycanı, Azərbaycan hakimiyyətini, prezident İlham Əliyevi tənqid edən şəxslərin və mətbuatın Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasına, baş nazir Rəcəb Teyyub Ərdoğana yaxın olmasıdır. Azərbaycanda da hakim Yeni Azərbaycan Partiyasının mətbuat orqanı olan “Yeni Azərbaycan” qəzeti və iqtidaryönlü digər mətbuat orqanları bu tənqidlərə cavab verdi.

- Türkiyəyə dəstək verən rəsmi mövqe və fəaliyyət ortaya qoyulub. Ona görə də mən qəzet yazılarını şərh etmək istəmirəm.

- Türkiyə Fransanın ATƏT-in Minsk qrupundan uzaqlaşdırılmasını tələb edir. Azərbaycan Fransanın Minsk qrupundan çıxarılması təşəbbüsü ilə çıxış edə bilərmi?

- Minsk qrupu ATƏT-in institutudur, ayrı-ayrı dövlətlərin təklifləri və münaqişə tərəflərinin razılığı ilə formalaşdırılır. Türkiyə Minsk qrupunun üzvüdür və Fransanın qurumdan çıxarılması təşəbbüsünü irəli sürüb. Hər halda Minsk qrupunun növbəti toplantısında Türkiyə məsələni qaldıracaq və o zaman buna baxılacaq. Azərbaycanın rəsmi dairələri bu işdə nə etmək mümkündürsə, hüquqi cəhətdən nə etmək olarsa, Fransanın bitərəfliyi pozması hallarına qarşı hansı tədbirləri görmək mümkündürsə, bunları müzakirə edir.

- Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib, amma hüquqi haqqını saxlayır. Fransanın Minsk qrupundan çıxarılmasının mexanizmi varmı və bunu necə etmək olar?

- Məsələnin detalları ilə tanış deyiləm, ona görə də dərinə gedə bilmirəm. Amma mən də parlamentin sədri Oqtay Əsədovun fikri ilə tam razıyam. Həqiqətən də Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib. Çünki Azərbaycanla münaqişədə olan tərəflərdən birini açıq-aşkar və əsassız şəkildə müdafiə edir. Fransanın Minsk qrupundan çıxarılması məsələsinin necə qaldırılacağına gəlincə, bu sahə üzrə mütəxəssis olmadığıma görə şərh verə bilmirəm.

- Bəzi ekspertlər hesab edirlər ki, Fransanı Minsk qrupundan uzaqlaşdırmaq mümkün deyil. Çünki bunun üçün ATƏT-ə üzv olan ölkələrin konsensusu, yekdil mövqeyi olmalıdır. Ona görə də ekspertlər Azərbaycanın Fransanı Minsk qrupunun həmsədri kimi boykot etməsi təklifini irəli sürüblər. Yəni Azərbaycanın prezidenti, xarici işlər naziri və başqa rəsmiləri Fransadan olan həmsədri qəbul etmirlər və bununla da bu ölkə Minsk qrupundan kənarda qalır. Bunu mümkün hesab edirsinizmi?

- Azərbaycanın xarici siyasəti ilə Xarici İşlər Nazirliyi məşğul olur. Bu məsələnin həm beynəlxalq, həm də yerli hüquqa uyğunluğu, effektivliyi, Azərbaycana və Türkiyəyə nə verib-verməyəcəyi kimi məsələlər planlı şəkildə Xarici İşlər Nazirliyində hazırlanır. Ona görə də bu məsələni dərinləşdirib proqnoz vermək istəmirəm.

- Azərbaycan sanki Fransanın Minsk qrupundan uzaqlaşdırılması məsələsində ehtiyatlı mövqe tutub və bu amil sizin də fikirlərinizə təsir edib...

- Bir var xarici siyasətlə bağlı nəyisə şərh edəsən, bir də var konkret fəaliyyət haqda danışasan. Fransanın Minsk qrupundan uzaqlaşdırılması məsələsinin hüquqi tərəfi və digər tərəfləri araşdırılmalıdır. Bununla Xarici İşlər Nazirliyi məşğul olur. Ona görə də bu məsələyə əlavə şərh vermək istəmirəm.

- 2012-ci il Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş ili ola bilərmi? Azərbaycanın gözləntiləri nədir? Rəsmi Bakı bu il Dağlıq Qarabağ siyasətinə yenidən baxa bilərmi?

- Burada proqnoz vermək həddən artıq çətindir. Münaqişənin həllində gözləntilər bizim iradəmizdən tam asılı deyil. Əlbəttə, biz çox şey gözləyirik və bu gözləntilərimiz də beynəlxalq hüquqa əsaslanır. Təəssüflər olsun ki, bu məsələdə bizim mövqeyimiz məsələnin yalnız bir tərəfidir. Digər tərəfində qeyri-konstruktiv mövqe tutan Ermənistan durur. O biri tərəfdə isə Ermənistana çox zəif təsir və təzyiq göstərən ATƏT-in Minsk qrupunun həmsədrlər institutu dayanır. Ona görə də mən proqnoz vermək istəmirəm.

Prezident İlham Əliyev bu məsələ ilə bağlı dəfələrlə öz mövqeyini bildirib. Azərbaycan Dağlıq Qarabağ problemində birmənalı şəkildə ölkənin ərazi bütövlüyünün bərpa olunması ideyasını qoyub. İstər danışıqlar vasitəsilə, istərsə də başqa yollarla olsun, Azərbaycan ərazi bütövlüyünü təmin edəcək. Müddət proqnozu vermək istəmirəm. Bizim üçün Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Azərbaycan bu çərçivədə istənilən məsələni müzakirə etməyə hazır olub, indi də hazırdır və gələcəkdə də hazır olacaq.

- Xocalı soyqırımının 20-ci ildönümü gəlir. Soyqırımının anılması üçün hazırlanan tədbirlər proqramında hansı məsələlər var?

- Xocalı soyqırımının, insanlığa və Azərbaycan xalqına qarşı törədilmiş bu vəhşi cinayətin ifşa olunması, onu törədənlərin cəzalandırılması Azərbaycan dövlətinin indiyə qədər yürütdüyü daxili-xarici siyasətin əsas prioritet istiqamətlərindən biridir. Biz Xocalı soyqırımı ətrafında işi bu 20 ildə bir gün də dayandırmamışıq. Faciənin 20-ci ildönümü olduğuna görə cənab prezident İlham Əliyev xüsusi sərəncam imzalayıb. Sərəncamda 20-ci ildönümünün qeyd olunması, Xocalı faciəsinin bütünlüklə dünya ictimaiyyətinə çatdırılması, dünya ictimaiyyətində bu faciəyə ədalətli münasibətin formalaşdırılması, dünya parlamentlərində bu qətliamın pislənməsi və yaxud mümkün olan yerlərdə faciənin soyqırımı kimi tanıdılması Azərbaycanın xarici və daxili siyasətinin prioritet istiqaməti olaraq vurğulanır.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də xüsusi sərəncam imzalayıb. Həmin sərəncam daxili və xarici mexanizmləri işə salmaq, prezident İlham Əliyevin sərəncamından irəli gələn məsələləri həll etmək məqsədi daşıyır. Bu işlər başlanıb və davam edir. Nəyə nail olacağıq, necə nail olacağıq, əvvəlcədən bunun proqnozunu vermək istəmirəm. Amma biz bütün gücümüzlə çalışacağıq, Azərbaycanın ixtiyarında olan bütün rəsmi və qeyri-rəsmi resursları işə salacağıq. Həm diplomatik institutlar, həm də xaricdəki diaspora qurumlarımız, xarici siyasətlə məşğul olan digər qurumlar, Azərbaycanla dostluq münasibətləri olan ölkələr, onların parlament nümayəndələri, ictimaiyyət təmsilçiləri, kütləvi informasiya vasitələri bu işə cəlb olunacaq. Bunların hamısı ilə bağlı xüsusi proqram hazırlanıb və həyata keçirilir.

- Sizcə, bu faciənin Türkiyə Böyük Millət Məclisində soyqırımı kimi tanınması Fransa parlamentinə tutarlı cavab olardımı?

- Əlbəttə, Türkiyə böyük dövlətdir. Onun qəbul etdiyi qərar təkcə Türkiyədə deyil, bütün islam dünyasında, bütün Avrasiya məkanında, bütün dünyada bəlli təsirini göstərir, insanlarda fəallıq yaradır. Ona görə də hesab edirəm ki, Türkiyə Böyük Millət Məclisində Xocalı ilə bağlı keçiriləcək xüsusi müzakirələrdə müəyyən qərarlar qəbul etmək imkanı olacaq.

- Ötən ilin dekabr ayının əvvəlində İrana səfər etdiniz. Səfər zamanı əldə olunan razılaşmaların həyata keçirilməsi sahəsində vəziyyəti necə qiymətləndirirsiniz?

- Çalışırıq ki, mövcud problemləri aradan qaldıraq. Həll olunan məsələlər də var, həll olunmayan məsələlər də. İranın bəzi dairələri, xüsusilə də ruhani dairələri Azərbaycana, eləcə də Azərbaycanın bəzi dairələri, demokratik, azad mətbuatı və fərqli düşünən ziyalıları İrana həddindən artıq maksimalist tələblər irəli sürür, bəzi hallarda sərt bəyanatlar verirlər. Bir-birinin daxili işlərinə müdaxilə halları da mövcuddur. Amma çalışırıq ki, bu məsələlər rəsmi dövlət siyasətinə, münasibətlərə təsir etməsin. İranla Azərbaycan arasındakı münasibətlər mehriban qonşuluq, dostluq şəraitində davam etsin, bu münasibətlərdən İran əhalisi də, bizim əhali də ziyan, əziyyət çəkməsin.

- Milli Təhlükəsizlik Nazirliyi bir neçə şəxsin İranın xüsusi xidmət orqanlarının sifarişi ilə Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd hazırladığı və bunun qarşısının alındığı haqda bəyanat yaydı. Bir məsələ qaranlıq qaldı ki, bu hadisə sizin səfərinizdən əvvələ, yoxsa sonraya təsadüf edib. Bu o deməkdirmi ki, İran əvvəlki kimi müxtəlif vasitələrlə Azərbaycana öz təzyiqlərini davam etdirir?

- Mən elə düşünmürəm. Hər halda biz bu faktın mövcudluğunu da İrandakı bəzi strukturların, şəxslərin iki dövlət arasındakı münasibətləri gərginləşdirmək, pozmaq cəhdləri kimi dəyərləndiririk. Əgər İran hökuməti onun bu faktla heç bir əlaqəsinin olmadığını bəyan edibsə, deməli, İranda başqa dairələr, qüvvələr də var ki, onlar iki dövlət arasında münasibətləri gərginləşdirməyə, korlamağa çalışır. Bunu aşkarlamaq, günahkarları cəzalandırmaq həm İran, həm də Azərbaycan tərəfinin borcudur.

- Ötən ilin əvvəllərində Azərbaycanda korrupsiyaya qarşı yüksək səviyyədə mübarizə elan olundu, bununla bağlı sərəncamlar, qərarlar verildi, qanunlarda dəyişiklik edildi. Korrupsiya ilə mübarizənin nəticələrini necə qiymətləndirirsiniz?

- Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın açıqlamaları, görülmüş təbdirlər, onların dəyərləndirilməsi göstərir ki, ötən il bu sahədə kifayət qədər effektli addımlar atılıb və nəticələr də göz önündədir. Xüsusilə də iqtisadi vəziyyətin yaxşılaşdırılması və korrupsiyaya qurşanmış sahələrdə normal iş ahənginin yaradılması, bu sahələrin şəffaflaşdırılması istiqamətində çoxlu tədbir görülüb. Qanunlar qəbul edilib, sərəncamlar verilib və bunlar kifayət qədər effektli nəticələr doğurub.

Amma korrupsiyaya qarşı mübarizə elə bir prosesdir ki, onu bir gün də olsun, dayandırmaq olmaz. Davamlı şəkildə bu işi aparmaq lazımdır və 2012-ci ildə də bu iş aparılacaq. İctimaiyyət arasında müəyyən sorğular keçirilir. Hansı sahədə problemlər, narahatlıq doğuran məsələlər qalıbsa, harada rüşvətxorluq halı tendensiya şəklini alıbsa, orada mübarizə tədbirləri həyata keçiriləcək. Burada ayrı-ayrı hallardan deyil, sistemdən söhbət gedir, yəni bu kimi hallar hansı sahədə sistemləşib. Həmin sahələrdə mübarizə tədbirləri gücləndiriləcək.

- Əli müəllim, korrupsiya və rüşvətxorluqla mübarizəni çətinləşdirən nədir? Dövlət qurumlarında işləyənlərin əməkhaqqının az olması, yoxsa yüksək vəzifəlilərin korrupsiyanı himayə etməsi?

- Mən bunun təfsilatına vara bilmirəm. Əsas odur ki, sadaladığınız amillərin hər birinin öz yeri var. Əlbəttə, müəyyən qədər insanların vərdişləri də var, keçmiş mərəzdən qurtula bilmirlər, bəzi vətəndaşlarımızın qeyri-prinsipiallığı da var ki, öz məsələlərini tez həll etmək üçün rüşvətə əl atırlar. Eləcə də bəzi məmurların müəyyən sahələrdə öz vəzifələrindən sui-istifadə etməsi, qeyri-şəffaflıq halları da olur. Korrupsiya doğuran halların müxtəlif elementləri mövcuddur. Bunlar sistemli şəkildə öyrənilir və onlara qarşı sistemli şəkildə tədbirlər həyata keçirilir.

- Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın açıqladığı hesabatlara baxanda məlum olur ki, korrupsiya və rüşvətə görə cəzalandırılan ən yüksək vəzifəli məmur hansısa qurumda idarə və ya şöbə müdiri olub. Ekspertlər isə hesab edirlər ki, korrupsiya və rüşvət lokal proses deyil və yüksək səviyyədə himayədarları olmasa, onu reallaşdırmaq mümkünsüzdür. Azərbaycanda korrupsiya və rüşvətin yüksək vəzifəli himayədarlarının olması haqda deyilənlərlə razısınızmı?

- Rüşvətxorluq, korrupsiya və digər qanun pozuntularına qarşı mülahizə ilə mübarizə aparmaq olmaz. Əgər yüksək vəzifəli şəxs sərəncam imzalayıbsa, konkret göstəriş veribsə və onun burada imzası varsa, adı keçirsə, əlbəttə ki, bu artıq təsdiqlənmiş faktdır və ona qarşı tədbir görülməlidir. Yox, kimsə, hansısa məmur yüksək səviyyəli şəxsin əhval-ruhiyyəsini nəzərə alıb bu işi həyata keçiribsə, bunun məsuliyyətini də məmur daşımalıdır. Kim konkret halda qanunu pozubsa, o da cəzasını almalıdır. Himayəçilik-filan hamısı boş şeydir. Kim qanunu pozursa, o da cəzalanmalıdır. Əgər işi icra edən tabe olmursa, qoy bəyanat versin, yuxarı orqana şikayət etsin ki, kimsə onu bu işə təhrik edir. Belə bəyanat yoxdursa, bu barədə xəbər vermə mövcud deyilsə, deməli, bu işlər birbaşa həmin məmurun öz fəaliyyətindən qaynaqlanır.

- Dövlət investisiyası ilə yolların çəkilməsi, körpülərin, elektrik stansiyalarının tikilməsi, Bakının abadlaşdırılması, infrastrukturun yaradılması kimi dəyəri milyardlarla manat olan layihələr sanki korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparan qurumların diqqətindən kənarda qalıb. Yol çəkilir, amma bir neçə aydan sonra dağılır, Bakının küçələrinə ildə bir neçə dəfə asfalt çəkib sonra qazırlar, yenidən asfaltlayırlar. İndiyə qədər bir fakt belə açıqlanmayıb ki, bu sahədə hansısa yoxlama aparılıb. Bu nə ilə bağlıdır? Sizcə, dövlətin pulunun səmərəli istifadəsinə nəzarəti gücləndirməyə ehtiyac varmı?

- Bununla bağlı Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyada müəyyən müzakirələr gedir. Böyük layihələrin icrasında şəffaflığın təmin olunması, tenderlərin keçirilməsi, işin icrasına nəzarət, maliyyə xərclənmələri ilə bağlı Hesablama Palatasına və digər qurumlara müvafiq tapşırıq və tövsiyələr də verilib. Mən bununla bağlı ekspert deyiləm. Bir müsahibədə bunun təfərrüatına vara bilmərəm. Amma onu deyə bilərəm ki, bu sahələrlə bağlı məsələlər də dövlətin diqqətindədir.

- “Siyasi partiyalar haqqında” qanun layihəsi üzərində iş başa çatıbmı? Avropa Şurası Venesiya Komissiyasının qanunla bağlı iradlarından sonra sənəddə hansısa dəyişiklik edilibmi?

- “Siyasi partiyalar haqqında” qanun layihəsi tam yekunlaşdırılıb. Venesiya Komissiyası ilə müzakirələr keçirilib. Həm də bu müzakirələr Azərbaycanın təşəbbüsü ilə baş tutub. Bizim hər bir qanun layihəsini Avropa Şurası və Venesiya Komissiyası ilə məcburi şəkildə razılaşdırmaq öhdəliyimiz yoxdur. Sadəcə olaraq özümüz “Siyasi partiyalar haqqında” qanun layihəsinin beynəlxalq standartlara uyğun olub-olmaması ilə bağlı belə müzakirələr keçirdik. Bütövlükdə Venesiya Komissiyası qanun layihəsindən razıdır. Onlar bir neçə müddəanın başqa formada olmasını deyirdilər, amma biz bunu qəbul etmədik. Qanun layihəsi hazırlanıb və yaxın günlərdə parlamentə təqdim olunacaq.

- Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini İctimai Palatanın ötən il aprelin 2-də Bakıda keçirdiyi aksiya zamanı həbs olunan şəxsləri, o cümlədən həbsdə olan başqa bir şəxsi - gənc fəal Bəxtiyar Hacıyevi azadlığa buraxmağa çağırır. Azərbaycan hökumətinin həmin məhbuslarla bağlı yaxın vaxtlarda qərar verməsi və onları azadlığa buraxması mümkündürmü?

- Ötən il paytaxtda yaradılan qarmaqarışıqlıqda, qarşıdurmada, münaqişədə iştirak etdiklərinə görə həbs olunan şəxslərin məsələsi bu günlərdə Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının həmməruzəçilərinin keçirdikləri görüşlərdə qaldırılıb. Həmməruzəçilər onların cəzalarının yüngülləşdirilməsi və yaxud əfv edilməsi ilə bağlı Azərbaycan hökumətinə müraciət ediblər. Bu haqda müvafiq olaraq Əfv Məsələləri Komissiyasına, komissiyanın sədri cənab prezidentə, eləcə də bu sahə ilə məşğul olan digər qurumlara müvafiq arzu və istəklərini bildiriblər. Bunları araşdırırıq. Bilirsiniz ki, əfv olunmaq üçün proseduralar var və onlar da gerçəkləşdirilməlidir. Bundan əvvəl bu siyahı üzrə üç nəfər əfv olunmuşdu. Yəqin ki, gələcəkdə AŞPA həmməruzəçilərinin müraciətinə baxılacaq.

- Hakimiyyət həmin şəxsləri əfv ərizəsi yazmağa çağırırmı?

- Bilmirəm onlara belə bir müraciət olub, ya yox. Hər halda istənilən halda prosedura ondan ibarətdir ki, onlar əfvə düşmək istəyirlərsə, müraciət mütləq şəkildə olmalıdır. Ya onların özləri tərəfindən, ya da ailə üzvləri tərəfindən, yaxud da ictimai qurumlar tərəfindən.

- Qarın yağması Bakıda, o cümlədən bölgələrdə xeyli fəsad ortaya çıxardı.  Halbuki dövlət qurumları qışa, qarın yağması kimi təbiət hadisəsinə hazır olmalıdır. Rəsmi dövlət qəzeti “Azərbaycan”da da dövlət qurumlarının bu sahədəki fəaliyyəti tənqid edilib. Eləcə də müstəqil mətbuat, ekspertlər problemlərin öhdəsindən gələ bilmədiyinə görə dövlət qurumlarını günahlandırır. Sizcə, rəsmi qurumlar bu sınaqdan çıxa bildimi?

- Belə təbiət hadisələrindən, təbii fəlakətlərdən heç bir ölkə, cəmiyyət, struktur sığortalanmayıb. Belə hadisələr olur. Hansı qəzetdə olmasından asılı olmayaraq bir jurnalist buna emosional münasibət bildirə bilər, birisi isə öz dünyagörüşünü yaza bilər. Bunlar da demokratik cəmiyyətdə mümkündür, siyasi plüralizm olan yerdə nə qədər insan varsa, o qədər də fikir ola bilər.

Amma mən ümumən hesab edirəm ki, Bakı Şəhər İcra Hakimiyyəti, yol, elektrik, qaz, su və sairə sahələrə cavabdeh strukturlar öz işlərinin öhdəsindən layiqincə gəlirlər. Şükür, adam ölməyib, böyük bir fəlakət baş verməyib. Baxın, Ukrayna kimi böyük dövlətdə artıq ölənlərin sayı onlarladır. Başqa ölkələrdə də həmçinin. Azərbaycanda, Bakıda günlərlə davam edən qarın, çovğunun qarşısında ciddi fəlakətlər olmayıbsa, deməli, hökumət strukturları qışa yetərincə hazırlıqlıdır və hər şey normaldır. Rayon və şəhərlər arasında yollar açıqdır. Cəmi iki-üç saat ərzində müəyyən problem yaranır və bunun da qarşısı alınır.

Dünyanın mərkəzi sayılan Belçikada qarın yollarda yaratdığı tıxaclar zamanı avtomobillər dörd-beş saat yerindən tərpənə bilmir. Bununla müqayisədə Bakı şəhərində hər şey yaxşıdır. Əlbəttə ki, qar olan yerdə, şaxta olan yerdə problemlər də olacaq. Amma gəlin baxaq, Bakı şəhərinin, eləcə də bütün respublikanın işıqları davamlı yanır, yollar vaxtlı-vaxtında təmizlənir, küçələrə qum səpilir. Güclü qar yağandan, çovğun olandan bir gün sonra təxminən səhər saat 8-də Bakının aparıcı yolları ilə Əhmədlidən Prezident Administrasiyasına işə gəlmişəm və çox rahat çatmışam.

Amma müəyyən yerlərdə problemlər ola bilər. Çünki sürücülərin şaxtalı, buzlu yollarda avtomobil idarə etmək təcrübəsi yoxdur. Bakı dairəvi yolunda 20-30 avtomobilin toqquşması yolun təmizlənməməsindən irəli gəlmirdi ki... Yol təmizlənmişdi, sadəcə, yolun sürüşkənliyinin qarşısını dərhal ala biləcək hansısa bir sehirli çubuq yoxdur. Sürücülərin naşılığı, qarda hərəkət etmək bacarığının olmaması nəticəsində 20-30 avtomobil toqquşdu.

Mətbuatımız da belə şeylərə çox həssas yanaşır. Təəssüflər olsun ki, özlərinin fəaliyyətində olan nöqsanlara münasibət bildirəndə dərhal bu məsələyə daha emosional cavab verirlər. Şəhərdir, ölkədir, belə şeylər ola bilər. Amma vəziyyəti bütövlükdə dəyərləndirəndə görürük ki, həm Bakıda, həm də başqa şəhərlərdə, bölgələrdə bütün infrastrukturlar, qurumlar bu qarlı-çovğunlu günlərdə öz işinin öhdəsindən gələ bilir.

İmdad ƏLİZADƏ
 


pxl
“BAKCELL” NETTY-2012-nin BAŞ PARTNYORU OLDU
2012-05-17 - 19:04:00
“Bakcell” şirkəti NETTY-2012 Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub. “Bakcell”in sponsorluğu və “Sür@” brendinin baş par ardı >>>
mej
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir