Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Ədəbiyyat
print

ÖLMƏK SƏLAHİYYƏTİ (Hekayə)

2012-02-06 - 16:07:00

Oqtay QORÇU

Yeni ilin ilk günü şeytanın həyatında üzücü, həm də yaddaqalan bir gün oldu. Min ildən çox idi ki, eyni qaydayla yaşayırdı. Bircə kərə kimsənin dərdini paylaşıb kövrəlməyən, yolunu azanlara “Dur!” deməyən şeytanın qəfildən yetmiş min balasının içində ən çox istədiyi alagöz qızı yadına düşmüşdü. Və həmin gün xəlvətə çəkilən şeytanın gözləri dolmuşdu. Şeytan küncə sıxılıb büzüşdü və elə kövrəldi ki, bütün günü bekar qaldı. Şeytan zülm-zülm ağlayırdı.

Həmin gün sakit keçdi. İyirmi dörd saat yer üzündə adamların bir-birinə pislik etmək, badalaq vurmaq ağlına da gəlmədi. Sonra şeytan kiridi və qərara gəldi ki, qızını da götürüb istirahətə yollansın. Həm özü dincəlsin, həm də adamların qarğışından, lənətindən uzaq olsun.

Şeytan insanları başlı-başına buraxıb geyinib-kecindi. Yolüstü bir dəstə nərgiz gülü də aldı. Şeytan getdi qızını bağçadan götürüb birbaşa yollansın lap uzağa. Şeytan sevinirdi. İlk dəfəydi balasıyla səfərə çıxırdı. Qızını gəzdirəcəkdi, ona gözəl yerləri göstərib, doyunca sevindirəcəkdi qızıl saçlı balasını.

Üç gün yol getdilər. Gözəl yerlər gördülər, nəhayət, ötüb-keçib çatdılar su pərisinin oylağı olan böyük yaşıl gölün sahilinə. Bura istirahət üçün ən sakit yer idi. Tək bir hoteli vardı. Mövsümə görə qonaqlar da elə çox deyildi. Səs-küy, narahatlıq da ki, yox. Səliqə-sahman, yeməklər də öz yerində. Şeytan qızı sevinirdi. Balasının şadlığından necə atılıb-düşdüyünü görüncə qürrələnən şeytanın az qalırdı tək gözü pırtlayıb düşsün ayağının altına.

Öncə alagöz qızıyla göl kənarına, meşəyə gəzməyə getdilər. Moruq yığdılar, gül-çiçək dərdilər, deyib-güldülər. Sonra yoruldular, axşam düşmüşdü deyə balaca “Acmışam” dedi. Şeytan qızının əlindən tutdu, döndülər hotelə. Ata şam yeməyi sifariş verdi. Elə bu zaman qonşu otaqdan səs-küy qalxdı. Bir qadınla bir kişi mübahisə edirdi. Şeytan səbirlə gözlədi ki, bəlkə sakitliyi pozan cütlüklər kiriyə, amma onlar daha da qızışırdılar. Nəsə divara çırpıldı, sonra qadın qəzəblə qışqırmağa başladı. Kişi elə ağzını açıb söz söyləmək istəyirdi ki, qadın yenə keçirdi söyüb yamanlamağa. Hər dəfə də qadın qışqırıb onu xəyanətdə suçlayırdı.

Şeytanın hövsələsi daraldı. Atılıb içəridən çıxdı. 111-ci otağın qapısını qəzəblə döydü. İçəriyə çaxnaşma düşdü, səs-küy səngidi və şeytanın üzünə qapını kişi açdı. Arxada ürkək baxışlarla dəhlizdə dayanıb yada baxan gözəl-göyçək bir qadın dayanmışdı. Şeytan qaş-qabağını töküb dilləndi:

- Mən içəri keçməliyəm!

- Buyurun. Buyurun, xoş gəldiniz.

Şeytan qonaq otağına keçdi. Üz-üzə oturdular. Şeytan hikkəylə əllərini ovuşdura-ovuşdura öncə üzünü tutdu qadına:

- Bayaqdan bağırıb rahatlığımızı pozursan, yoxsa özünü məsummu sanırsan? Ərini ittiham etməmişdən əvvəl bir öz günahlarını da düşün. Bu barədə ərinin qarşısında hesabat verməyə hazırsan?

Qadının gözləri bərəldi, nifrətlə dodaqlarını büzüb üzünü çevirdi ərinə, qışqırdı:
- Bu da növbəti oyunundu, eləmi? İndi də öyrədilmiş adamlarla məni susdurmaq istəyirsən? Kimdi bu əclaf?

- Axı söhbət nədən gedir e, heç nə anlamıram. Əzizim, mən bu adamı tanımıram. Siz kimsiniz ki, bizim ailə işimizə qarışırsınız? Dur, rədd ol! Fırıldaqçı, əclaf! Haydı! İtil!

Şeytan heç təhər-tövrünü də pozmadı. Sakitcə kresloda oturub  özündən çıxan, onu hədələyən cütlüyə baxırdı. Şeytanın onlara gülməyi lap təbdən çıxardı kişiylə qadını. Oturduğu yerdən dik atılıb çağırılmamış qonağın üstünə yeriyən kişi bağırdı:

- Rədd ol! Səni cəhənnəmə vasil eləməmiş, rədd ol!

Qəfildən gördüklərindən heyrətə gəldilər. Kişi durduğu yerdəcə donuxub qaldı. Qadın qışqırmaq istədi, amma səssiz divana oturdu. Şeytan qızarırdı, üzü, bədəni qızarırdı və şeytanın vücuduna çökən bu qırmızı rəng bütün otağı ağuşuna alırdı. Sonra yüngül meh əsdi, heç pərdələr də yellənmədi. Hər yer qırmızı rəngə boyanmışdı. Qırmızı otaqda üç nəfər  oturmuşdu. Sanki bu adamların indi sustalıb susması üçün elə qırmızı rəng lazımmış. Gözlərindən od parıldayan, üz-gözündən qırmızı atəş yağan şeytan gözlərini qıyıb qarşısında oturanlara baxdı. Zəhmli səsiylə boynunu bükən adamları diksindirdi, vahiməyə düşən kişi və qadın bir-birinə qısıldılar. Şeytan başladı danışmağa:

- Qadın, öncə səndən danışacam. Sən məni incitdin. Ömrümdə birinci dəfə qızımla gəzməyə çıxmışdım ki, onunla doyunca ikilikdə qalaq. Sən bu istirahəti pozdun, qadın! Öncə səndən söz açım, ərin də eşitsin. İyirmi dörd il iki ay on üç gündü sən ərinin qazancının bir hissəsini oğurlayıb yığırsan. Bankdakı hesabın da ananın adınadı. Məqsədin ərin öləndən sonra ərə getmək, ya da pulunla məşuq saxlamaqdı. Sən ərinin sürücüsüylə bir yatağa girib, sonra onu işdən qovdurmusan. Sənin şər-böhtanın baldızının ailəsinin dağılmasına səbəb oldu. Sən ərinlə baldızının küsülülüyünün baiskarısan. Amma bunları eşidincə gərək ərin üstünə ayaq almaya, çünki onun da çox günahı var.

Sənin ərin yaxın rəfiqən və xalan qızının məşuqu, həm də sənin iş yoldaşın, müavinin olan rus xanımın aşiqlərindən biri olub. Ərin də sən tək kələkbaz və uzaqgörəndi, amma hər ikiniz uduzmusunuz. Səbəbini isə indi söyləyəcəm. Ərin də səndən xəbərsiz kiçik oğlunun adına banka xeyli pul qoymuşdu. O zaman oğlanın 16 yaşı vardı. İndi sizə elə müjdə verəcəm ki... Üzümə belə baxmayın. Mən hər şeyi bilirəm. Mən şeytanam axı. Sizin bura gəldiyiniz on dörd gün ərzində şəhərdə ağlagəlməz hadisələr baş verib. Kiçik oğlunuz hamınızdan fərasətli çıxıb. Hər şeyi planlaşdıran bu qoçaq nənəsinin yanına gedib və qarıyla yollanıblar banka. Oğlunuz hazırladığı sənədlərlə, vəkalətlə pulları çıxarıb. Eyni əməliyyatı başqa bankda da keçirib, heç bir şübhə olmadan. İndi siz burda didişirsiniz, o isə  ölkədən çıxıb üz tutub Avropaya.

Mən alagöz qızımla bura istirahət etməyə, onu sevindirməyə gəlmişdim. Mən burda olduğum müddətdə kimsə ziyan çəkməyəcəkdi. Qızımın xətrinə istirahətimi adamların lənəti olmadan başa vuracaqdım. Siz imkan vermədiniz. Siz özünüz məni xatırladınız. Məni bu otağa salan da sizsiniz. Bunun bəlasını çox çəkəcəksiniz. Elə hər ikiniz. Sonra deməyin ki, mən gəldim...

Otaqdan çıxanda birdən arxaya çevrilib qadından soruşdu:

- Ərini sevirsən?

Qadın yenə kükrədi:

- Allah vurmuşdu onu. Cəhənnəm olsun!

Şeytan yenə sual etdi:

- Ərin ölsə, ağlayarsan?

Qadın dilləndi:

- Yox!

Şeytan başını bulayıb yenə soruşdu:

- Bu kişi sənin ərindi, onu öldürməyə əlin qalxar?

Qadın dodaqlarını gəmirdi, qurd təki mırıldandı:

- Tikə-tikə doğrayıb qanını içərəm!

Şeytan sağollaşmadan içəridən çıxdı.

İllər ötdü. Bu müddətdə şeytan çox pis işlər gördü. O, çox izlənirdi, amma istədiyini eləməyə yenə də macal tapırdı. Şeytan hoteldəki cütlüyü də unutmamışdı. Həmin əhvalatdan sonra hər gün bu ailədən xəbər tuturdu. Hər gün səbirsizliklə qadının kişisini, yaxud kişinin qadını öldürəcəyini gözləyirdi. Amma onlar ömrü boyu yığdıqları yalanları sirrə çevirib kölgəsində gizlənmişdilər. Hər gün bir-birilərini xəyanətdə suçlayan və həqiqəti deyən qadınla kişi beləcə qocaldılar.

Nəhayət, şeytanın gözlədiyi gün gəlib yetişdi. Ancaq nə güllə səsi eşidiləcəkdi, nə də qanlı bıçaq görsənəcəkdi. Belə səhnələrsiz bezikdirici olduğundan şeytan finalı gözləmədi çıxıb getdi.

Ər boğaz xərçəngindən öldü, altı ay sonra isə arvadı eyni xəstəlikdən vəfat etdi. Otuz il öncə başlanan savaş bitdi. Ər və arvad bir-birini beləcə öldürdülər.


pxl
“BAKCELL” NETTY-2012-nin BAŞ PARTNYORU OLDU
2012-05-17 - 19:04:00
“Bakcell” şirkəti NETTY-2012 Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub. “Bakcell”in sponsorluğu və “Sür@” brendinin baş par ardı >>>
mej
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir