Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Hüquq
print

VƏKİL EHTİMALLARINI AÇIQLADI: “BİR NƏFƏR RAFİQ TAĞINI İŞ YERİNİN YAXINLIĞINDA İZLƏYİB və QATİLƏ XƏBƏR VERİB”

2012-02-03 - 18:45:00

Qətlə yetirilən yazar Rafiq Tağının ailəsinin qanuni nümayəndəsi olan vəkil Elçin Sadıqov “Media forum” saytının suallarını cavablandırıb.

- Baş Prokurorluq və Daxili İşlər Nazirliyi fevralın 2-də Rafiq Tağının qətlini araşdırmaq üçün yaradılan istintaq qrupunun fəaliyyəti haqda açıqlama yayıb. Açıqlama sizi qane etdimi?

- İstintaq qrupunun fəaliyyəti ilə bağlı bizə qanunla verilməli olan hər hansı məlumat almamışıq. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunub ki, vəkil Elçin Sadıqovun vəsatətinə qanunla müəyyən olunmuş qaydada cavab verilib. Amma bu doğru deyil. Əgər bizə qanunla müəyyən olunmuş qaydada cavab verilsəydi, məhkəməyə şikayət etməzdik. Biz məhkəməyə şikayət edəndən sonra həmin vəsatətlərin rədd olunması haqda qərar qəbul olunub. Bu, cinayətin üstünün ört-basdır edilməsinə hesablanıb.

İstintaq qrupunun fəaliyyəti qənaətbəxş olsaydı, onda cinayətin üstünün açılması ilə bağlı nəticə əldə edilərdi, ən azı hər hansı ehtimallar, fərziyyələr olardı. İstintaq qrupu faktiki olaraq heç bir fəaliyyətlə məşğul olmadan, tədbir görmədən, zərərçəkən tərəfə qanunla verilməli olan məlumatları vermədən özünü tərifləməklə məşğuldur. Bu həm Baş Prokurorluğun, həm Daxili İşlər Nazirliyinin istintaq qrupuna, həm də iki qurumun birgə istintaq qrupuna aiddir, bunlar yalnız özlərini tərifləyirlər. Ortada isə heç bir nəticə yoxdur.

- Zərərçəkən tərəfə qanunla verilməli olan məlumatlar hansılardır və necə təqdim edilməlidir? Hüquq mühafizə orqanları istintaq sirrini əsas gətirib mətbuata heç bir məlumat vermir. Zərərçəkən tərəfin istədiyi məlumatlar istintaq sirrinə xələl gətirmir ki?

- Əgər məlumat cinayətin üstünün açılmasına əngəl törədə bilərsə, onda həmin istintaq sirrini qorumaq, heç kimə informasiya verməmək qanuni məqsəd daşıyar və buna heç kəs etiraz etməz. Amma elə məlumatlar var ki, onlar birbaşa cinayətin üstünün açılmasına xidmət edir, bunun qarşısını almır. Bizim vəsatətlərimiz də bununla bağlıdır və cinayətin üstünün açılmasına, Rafiq Tağının qatillərinin tapılmasına hesablanıb. Vəsatətlərimiz təmin olunmadığı halda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir ki, kameralara baxış keçirilib, filan iş olub...

İstintaqın hər hansı məlumatının zərərçəkmiş tərəfdən gizlədilməsi məntiqli deyil. Çünki zərərçəkmiş tərəf cinayətin üstünün tez açılmasını istəyir. Bizim qanuni məqsədimiz cinayətin üstünün tez bir zamanda açılması və cinayətkarların, cinayətin sifarişçilərinin tez bir zamanda ortaya çıxmasıdır. Əgər istintaq qrupu cinayətin üstünün açılması üçün işlər görürsə, bunun bizdən gizlədilməsinin məntiqi əsası yoxdur.

Biz doqquz vəsatət qaldırmışdıq. Bura ərazidəki kameralardan məlumatların götürülməsi, telefonların siyahısının çıxarılması və başqaları daxildir. Bunlar təmin olunmalı idi. Amma istintaq qrupu apardığı araşdırmada bunları təmin etməyib. Digər tərəfdən isə istintaq qrupu həmin məlumatları araşdırma nəticəsində də əldə edib bizə təqdim etməli idi. Yəni ola bilər ki, həmin kameralara bizim şübhələndiyimiz, tanıdığımız, nə vaxtsa Rafiq Tağını izlədiyinə şahid olduğumuz insanlar düşüb. Elə telefon nömrələri ola bilər ki, bizdə şübhə yaradar. Ona görə də ərazidə olan kameraların çəkilişləri götürülməli, telefon nömrələrinin siyahısı çıxarılmalı və zərərçəkmiş tərəfin iştirakı ilə onlara baxış keçirilməlidir. Cinayətin üstünün açılması üçün istintaq qrupu öz məlumatlarını zərərçəkmiş tərəflə paylaşmalıdır. Rafiq Tağının qətlə yetirilməsi adi bir cinayət deyil, burada yazıçının, jurnalistin öldürülməsindən söhbət gedir. Burada xüsusi təşkil olunmuş bir qətl mexanizmi mövcuddur.

- İstintaq qrupunun Rafiq Tağının ölümündə həkimlərin məsuliyyətinin olmaması haqda verdiyi rəylə razısınızmı? İstintaq bunu müəyyənləşdirmək üçün araşdırma aparıbmı, həkimlər dindirilibmi, xəstəxanaya baxış keçirilibmi, istifadə olunan dərmanların tərkibini müəyyənləşdirmək üçün kimyəvi, bioloji ekspertizalar keçirilibmi, tibbi avadanlıqların vəziyyəti yoxlanılıbmı?

- Bu rəylə razı ola bilmərik. Ona görə ki, istintaq orqanı həkimlərin məsuliyyəti məsələsini araşdırmayıb və bununla bağlı verdiyimiz vəsatəti rədd edib. İstintaqın əsas məqsədi Rafiq Tağının qətlini adi kriminal hadisəyə çevirmək və cinayətin üstünü açmamaqdır, ört-basdır etməkdir. Ona görə də verdiyimiz vəsatətləri rədd edirlər. Hesab edirik ki, araşdırma aparmadan həkimlərin məsuliyyətinin olmaması qənaətinə gəlmək ən azından çox böyük ədalətsizlikdir və işə qərəzli yanaşmadan xəbər verir.  

Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin birgə məlumatından görünür ki, istintaq Rafiq Tağının müalicə metodikasını ümumiyyətlə araşdırmayıb. Bunu araşdırmadan həkimlərin fəaliyyətinə düzgün qiymət vermək mümkün deyil, bunu doğru hesab etmirəm. Rafiq Tağının ölümündə həkimlərin günahının olmaması haqda verilən rəy tamamilə qanunsuzdur.

- Yəni həkimlərin dindirilməsi, baxış, ekspertiza keçirilməyib?

- Xeyr, heç biri olmayıb, həkimlərin məsuliyyəti araşdırılmayıb. Əgər bizim bununla bağlı vəsatətlərimiz rədd edilibsə, bu, heç bir araşdırmanın aparılmadığını deməyə əsas verir.    

- Siz həkimlərin məsuliyyətinin hansı formada müəyyənləşdirilməsini istəyirdiniz? Xüsusilə hansı məsələ araşdırılmalı idi - müalicə metodu, dərmanların tərkibi, tibbi avadanlıqların vəziyyəti, xəstəxanada olduğu müddətdə Rafiq Tağının təhlükəsizliyinin təmin olunması?..

- İlk növbədə Rafiq Tağının reanimasiyadan tez çıxarılmasının səbəbləri araşdırılmalıdır və buna görə məsuliyyətin kimin üzərinə düşdüyü müəyyənləşdirilməlidir. İkincisi, aparılan cərrahiyə əməliyyatının keyfiyyəti müəyyən olunmalıdır. Ölümün səbəbləri haqda ekspertiza rəyini elan edəndə orada müəyyən şübhəli məqamlar vardı, həkimlər şübhəli əsaslara istinad edirdilər və ekspertizanın rəyini bizə vermirdilər. Əgər cərrahiyyə əməliyyatından sonra xəstədə belə kəskin pisləşmə baş verirsə, bu, əməliyyatın qəsdən keyfiyyətsiz həyata keçirildiyini deməyə əsas yaradır. Yəni Rafiq Tağının həmin cərrahiyyə əməliyyatı nəticəsində öldüyünü demək olar. Əgər Rafiq Tağı aldığı bıçaq zərbələrindən ölsəydi, bu, üç gün ərzində olardı. Onun cərrahiyə əməliyyatından sonra ölməsi həkimlərin məsuliyyətini heç bir halda istisna etmir və edə bilməz.

Ona görə də Rafiq Tağı ilə təmasda olan həkimlər dindirilməli, reanimasiyanın kameralarının çəkilişləri, dərmanların siyahısı götürülməlidir. Ən əsası isə həkimlərin ünsiyyət dairəsi müəyyənləşdirilməli, onların xariclə, ölkə daxilindəki hansı qruplaşmalarla əlaqələri olduğu yoxlanılmalıdır. Çünki Rafiq Tağı hansısa həkimə verilən sifarişlə də qətli yetirilə bilər. Bu da ola bilər. 

- Dərmanların tərkibi ilə bağlı şübhələriniz varmı?

- Belə bir şübhəmiz var. Məsələ ondadır ki, Rafiq Tağının xəstəlik tarixini bizə verməkdən imtina edirlər. Xəstəlik tarixini vermədiklərinə görə həkimlərin hansı dərmanlardan istifadə etdiyini bilmirik.

- Xəstəxana bunu verməlidirmi? Adi hallarda necə olur? Mənim bildiyimə görə, dünyasını dəyişən şəxsin xəstəlik tarixçəsi mütləq onun yaxınlarına təqdim olunur.

- Xəstəlik tarixçəsi mütləq verilir və verilməlidir. Bizə deyirlər ki, xəstəlik tarixini prokurorluğa vermişik və bunu əsas gətirib yaxalarını kənara çəkirlər. Biz də prokurorluqdan istədik. Mənfi cavab verdilər, dedilər ki, vermirik və vəsatətimizi təmin etmədilər.

- Rafiq Tağının ölümündə həkimlərin məsuliyyətinin müəyyənləşdirilməsi üçün etdiyiniz cəhdlər bir nəticə verməyib. Qənaətiniz nədən ibarətdir? Sizcə, niyə belə olur?

- Bütün bunlar bir sıra şübhələr yaratmaqla yanaşı ölümün gerçək səbəbinin ört-basdır edilməsi ehtimalını ortaya çıxarır. Bunu istintaq qarşısında da qaldırmışdıq. Orada göstərmişdik ki, bizim belə bir ehtimalımız var ki, Rafiq Tağının ölümünü xəstəxanada qəsdən təşkil ediblər. Hesab edirəm ki, istintaq orqanı bu versiyanı araşdırmaqdan imtina edə bilməzdi, ən azı bunu araşdırmalı idi. Çünki ortada bu boyada obyektiv dəlillər və şübhələnməyə əsas verən hallar var.   

- İstintaq qrupunun fəaliyyəti haqda yayılan məlumatda deyilir ki, baş prokuror və daxili işlər naziri indiyədək irəli sürülən fərziyyələri dinləyiblər və istintaq-əməliyyat qrupunun diqqətini müsbət nəticələr verə biləcək bir sıra digər perspektivli fərziyyələrin araşdırılmasına yönəldiblər. Bunun hüquqi şərhi nə deməkdir?

- İstintaqın hansı fərziyyələr irəli sürməsi, araşdırması, necə mövqe tutması zərərçəkmiş şəxs olaraq bizə aydın deyil. Bizim fərziyyələrimizin araşdırılmasından rəsmi olaraq imtina edilib. Belə bir ehtimal ola bilər ki, yeni göstəriş bizim fərziyyələrimizin araşdırılması haqdadır. Bunu da istisna etmirəm. Amma yenə də bizə heç bir məlumat verilməyib. Əgər istintaqın irəli sürdüyü fərziyyələr həqiqətə yaxın, yaxud obyektivliyə yaxın olsaydı, bu cinayətin üstü çoxdan açılardı. Əgər buna adi kriminal hadisə kimi yanaşırlarsa, bu, doğru deyil.

- Sizcə, istintaq niyə həqiqətə yaxın fərziyyə götürüb cinayətin üstünü açmır?

- Buna Baş Prokurorluq aydınlıq gətirməlidir. Bu artıq onların işidir.

- Sizin ehtimalınız varmı?

- Biz bununla bağlı ehtimallarımızı hələlik açıqlamaq istəmirik. Təbii ki, ehtimallarımız var.

- Niyə indi demək istəmirsiniz?

- Bunu məhkəmə araşdırmasından sonra açıqlamaq istəyirik. Çünki məhkəmədə yeni vəsatətlər qaldıracağıq.    

- Vəsatətlərinizin təmin olunmamasından apellyasiya şikayəti vermişdiniz. Şikayətinizə nə vaxt baxılacağı məlumdurmu?

- Apellyasiya şikayətinə fevralın 6-da Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baxılacaq. Bizi verdiyimiz vəsatətlə bağlı Nəsimi Rayon Məhkəməsinə məhkəmə baxışına çağırmışdılar. Orada isə elan etdilər ki, məhkəmə işi geri qaytarıb. Biz də bundan apellyasiya şikayəti vermişik və ona baxılacaq.

- İstintaq qrupu Rafiq Tağının hərəkət marşrutunda olan 39 kameranın görüntülərinə baxıb, təhlil edib. Sizcə, onu bıçaqlayanların kameraya düşməsi ehtimalı varmı? Əgər varsa, niyə indiyədək heç kim həbs olunmayıb?

- Hesab edirəm ki, ilk növbədə kameralara düşən avtomobillərin dövlət qeydiyyat nömrələri araşdırılmalıdır. Əgər bu araşdırılsa, cinayətkarı tapmaq mümkündür. Fərziyyə irəli sürməkdənsə avtomobillərin kimə məxsus olduğu və sahiblərinin fəaliyyəti araşdırılmalıdır.

Biz hadisə yerində dəfələrlə ekspertiza keçirmişik. Hesab edirik ki, cinayətkar və ya cinayətkarlar mütləq kameralara düşüb. Kameralara ətraflı baxılması və ərazidəki telefon danışıqlarının hansı telefon nömrələrindən aparıldığının müəyyənləşdirilməsi cinayətin üstünün açılması üçün kifayətdir. Çünki biz birmənalı olaraq belə bir fərziyyə irəli sürürük ki, bir nəfər Rafiq Tağını iş yerinin yaxınlığında gözləyib, izləyib, hadisə yerinə gəlib və ora az qalmış qatilə xəbər verib.

- Bəs hadisənin şahidləri necə, varmı?  

- Rafiq Tağını bıçaqlayan qatilin məqsədi onu öldürmək olub. Amma qatil öz iradəsindən asılı olmayaraq niyyətini tam yerinə yetirə bilməyib. Ehtimal edirik ki, Rafiq Tağı qışqırdığına görə qatil onun səsini kənarda olan insanların eşitməsi ehtimalından qorxub.

Xəstəxanada baş verən ölüm bıçaqlanma cəhdinin davamdır. Biz hadisə yerində araşdırma apardıq, ekspertiza keçirdik. Bıçaqlanma gecə baş verib. Belə vaxt küçədə adam çox az olur. Həmin yerdə daimi işləyən, yaşayan insanların hadisəni görmə ehtimalı çox azdır. Ona görə də hər hansı şahid tapa bilməmişik. Bunu istintaq tapa bilər. Biz hesab edirik ki, qatilin öz niyyətini tam yerinə yetirə bilməməsi hadisə yerində başqa insanın, şahidin olmasının nəticəsidir.

- Əgər siz tapmamasınızsa, istintaq şahidi necə müəyyənləşdirə bilər?

- Bu, istintaq üçün çox asan işdir. Sadəcə olaraq ərazidən keçən avtomobillərin nömrəsini və telefonların siyahısını çıxarmaq lazımdır.

- İstintaq sizin müsahibədə cavablandırdığınız suallara cavab versəydi, Rafiq Tağının qətlinin üstü açılmış olardı?

- Təbii ki...

İmdad ƏLİZADƏ

 

BAŞ PROKUROR və DAXİLİ İŞLƏR NAZİRİ RAFİQ TAĞININ QƏTLİNİ ARAŞDIRAN İSTİNTAQ QRUPUNUN HESABATINI DİNLƏYİBLƏR


pxl
“BAKCELL” NETTY-2012-nin BAŞ PARTNYORU OLDU
2012-05-17 - 19:04:00
“Bakcell” şirkəti NETTY-2012 Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub. “Bakcell”in sponsorluğu və “Sür@” brendinin baş par ardı >>>
mej
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir