Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Ədəbiyyat
print

“BU DÜNYAYA SÖZDƏN ÖTRÜ GƏLMİSƏN...”

2012-02-03 - 14:14:00

Namazalı Paşa

Sözlə yaşanan ömür

Halal ömrünü Daşkəsəndə, dağlar qoynunda yaşayan söz adamı, el şairi Namazalı Paşanın bu qış günlərində düz 70 yaşı tamam olur. Təxminən 30 ildi ki, o, həmişə görmək, səsini eşitmək, söhbətləşmək üçün darıxdığım adamlardan biri olub…

80-ci illərin əvvəllərində, bir qış günü necə tanış olduğumuz yadımdadı. Aradan keçən illər bizi bir-birimizə yaxınlaşdırıb, ailəvi dosta, sirdaşa çevirib. Ötən müddət indiyəcən münasibətimizə zərrə qədər də olsun kölgə salmayıb. Həmişə ərkyana ünsiyyətini, məndən ötrü narahatlığını, yolumu gözlədiyini hiss eləmişəm, bu duyğularının qarşılığını imkanım daxilində verməyə çalışmışam.

On il əvvəl Namazalı Paşanın birinci kitabını hazırlayanda heç özüylə məsləhətləşmədən adını “Dünya mənə yar olmadı” qoydum. Əlbəttə, bu deyimdə dünyadan şikayətdən çox dünyayla barışmamaq vardı: 1942-ci il fevralın 5-də Daşkəsənin ən səfalı guşələrindən birində – Zivləndə doğulan Namazalı Paşa taleyin gərdişiylə hüquq mühafizə orqanlarında çalışmışdı, xidmət göstərdiyi illərdə çox çətinliklə də olsa, təmiz adını, insanlığını, ləyaqətini qoruyub saxlamağı bacarmışdı. Təqaüdə çıxıb gün-güzəranla əlləşdiyi çağlarda da yolundan dönmədi.

Namazalı Paşanın 2006-cı ildə işıq üzü görən “Dünya yaman dəyişib” kitabında toplanmış şeirlərsə onun könül dünyasındakı təlatümlərdən xəbər verir. Onu tanıyandan zorla, ya da şan-şöhrət xətirinə şeir yazmadığına qəlbən inanıram, əgər bunun əksi olsaydı, qələmindən gurultulu, partiyanı, vəzifə adamlarını tərənnüm eləyən şeirlər çıxardı. O, dağlardan, çeşmələrdən, qartaldan, nərgizlərdən, bənövşədən, insanı insan eləyən hisslərdən yazıb, xəbis duyğularla yaşayan adamları sözlə qamçılayıb, işıqlı gələcəklə bağlı arzularını qələm alıb. Elə buna görədi ki, indiyəcən Namazalı Paşanın imzasına xələl gətirən şeirinə rast gəlməmişəm.

Sözün ləyaqətini həmişə uca saxlayan Namazalı Paşa Allahın söz vergisi verdiyi insandı. Bəlkə bu səbəbdəndi həm yerində deyilmiş sözdən təsirlənməyi, kövrəlməyi, qol-qanad açmağı, həm də naqolay sözdən sarsılmağı, kədərlənməyi, dünyadan əlini üzməyi var. Ən yaxşı şeirlərini də ömrünün belə məqamlarında – şad və kədərli günlərində yazıb. Şeir ondan ötrü yaşadığı hisslərin formasıdı – süçəkən kimi qəlbinə təsir eləyən duyğuları özünə çəkir.

İndiyəcən Namazalı Paşanın şeirləri rayon qəzetindən tutmuş respublika mətbuatınacan yol keçib, radio dalğalarında səslənib, bununla belə, şeirlərinin çapı heç vaxt onun qarşısında öhdəlik qoymayıb. O, bilir ki, şeiri quraşdırmaq yox, yaza bilməyəndə qələmə almaq lazımdı, zorla kağıza köçürülən şeir elə kağızdaca ölüb gedəcək, kimsənin qəlbini tərpədə bilməyəcək. Şübhəsiz, Namazalı Paşanın şeirlərindəki təbiilik, səmimilik, aydınlıq da elə burdan qaynaqlanır, dərhal da oxucunun qəlbinə yol tapır. Onun şeirlərində yerinə düşməyən sözə, misraya rast gəlmək olar, amma boğazdan yuxarı deyilən fikirlə rastlaşmaq mümkün deyil, çünki hamısı səmimi duyğulardan yaranıb.

Neçə illərdi ki, mən Namazalı Paşanın şeirlərini mən ucalıq – insan ucalığı, dağların ucalığı, hisslərin ucalığı – haqqında dualar kimi oxuyuram. O, üzünü həmişə günəşə, zirvələrə, qayalara, qartallara, uca duyğulara tutur. Bəlkə də bu səbəbə görə şeirlərinin əksəriyyəti elə bu mövzulardadı. Amma onun dağları da, qayaları da, qartalları da əlçatmazlıq yox, əzəmət, vüqar rəmzidi, taleyin gərdişindən uzaq düşən adamın o ucalıqlara yetmək istədiyindən xəbər verir.

Namazalı Paşa canı-qanıyla Daşkəsən torpağına – saf, sədaqətli, etibarlı adamları olan yurd-yuvasına bağlıdı. Alın yazısından qaça bilməyib, elindən-obasından bir müddət ayrı düşəndə də, qoynunda göz açıb, boya-başa çatdığı yurd-yuvasını unuda bilmir. Bəlkə elə buna görədi, hətta bir neçə günlüyə Bakıya gələndə belə darıxır, tələm-tələsik dağların qucağına qayıtmağa can atır. Həmin vaxtlarda onu özünün də baş açmadığı duyğuların tərpətdiyini başa düşürəm.

Namazalı Paşa şeiri şairlik statusu almaq, adamlardan fərqlənmək, başqalarının yanında qürrələnmək üçün yazmır, heç uzun müddət çap olunmağa meylini də hiss eləməmişəm. Şeir yazmaq ondan ötrü əziyyətli bir işdi, bilir ki, yazıb-boşalmasa, rahatlıq tapmayacaq. Narahat olduğu vaxtlarda yeni bir şeirinin yarandığını hiss eləmişəm, sonralar o tanış ovqatın cizgilərini oxuduğum şeirlərində tapmışam.

Onun evi həmişə Daşkəsəndə ziyalıların ziyarət elədiyi ocaq sayılıb. Ömür-gün yoldaşı Çimnaz xanım və övladlarıyla birgə bura yolu düşən yaradıcı adamlara öz qonaqpərvərliyini göstərməyi, qəlbi kimi geniş süfrəsini bol-bol açmağı həmişə özünə borc bilib. Elə mənim dostlarım əməkdar incəsənət xadimləri Zaur Məhərrəmov, Ağalar Mirzə, Nizami Abbas, qələm adamları Nurafiz, Əhməd Oğuz, Rafiq Hümmət, Fəxri Uğurlu onun səmimi ailəsini həmişə yad edirlər. Buna görə də Namazalı Paşanın adını çörək kəsdiyi adamlar həmişə minnətdarlıqla anıblar.

Namazalı Paşanın “ikinci kitabı təmənnasız yaşadığı ömründə oxucular qarşısında verdiyi ikinci hesabatdır. Şübhəmiz yoxdur ki, onun səmimi duyğularını özündə əks etdirən bu şeirlər toplusu da maraqla qarşılanacaq.

Nəriman Əbdülrəhmanlı,
yazıçı-tərcüməçi

 

Vaxtıdı

Həsrət yenə ürəyimi göynədir,
O dağların indi lala vaxtıdı.
Üzə gülür, çətirlənib bənövşə,
Könül ondan ətir ala, vaxtıdı.

Zirvələrdə güzgülənib buzlu qar,
Pıçıldaşır körpə kimi bulaqlar.
Yoxuş çıxıb, yornuq düşə qonaqlar,
İpək nənəm süfrə sala, vaxtıdı.

Namazalı, mənə baxır çəmən, düz,
Qatarlana dodağımda neçə söz.
Bulaq üstə od salanda neçə göz,
Ovuclarım dolça ola, vaxtıdı.

Biləydim

O keçən anlara, keçən günlərə,
Ah, döyəndim geri, baxa biləydim.
Dərəydim cücərən məhəbbətimi,
Seçib ürəklərə taxa biləydim.

Çıxaydı bənövşə yollarım üstə,
Güləydi lalələr qollarım üstə.
Nazlanıb gedəndə bir boyu bəstə,
Dönüb bulaqlara baxa biləydim.

Namazalı, ümid bir dilək kimi,
Getməyə gəncliyim bir külək kimi.
Dağları qarsayan bir şimşək kimi,
Ayrılıq yoluna çıxa biləydim.

Qaldı

Düşdü aralığa yenə ayrılıq,
Sözüm bulaqların dilində qaldı.
Çaxdı şimşək,
tala-tala buludlar,
Enib o dağların belində qaldı.

Lalələrin üzə baxıb gülməsi,
Xınalı kəkliyin o xoş nəğməsi.
Çoban bayatısı, tütəyin səsi,
Əks olub, qayanın zilində qaldı.

Külək əsdi, sığal çəkdi telimə,
Enəndə zirvədən o yurd yerinə.
Namazalı, görsən, baxıram yenə,
Gözüm bir gözəlin telində qaldı.

Gedirsən

Budu etibarın, ay cavanlığım,
Salıb məni yanar oda gedirsən.
Ağıl başdan gedər yaş çoxalanda,
Sirr vermə düşmənə, yada gedirsən.

Kim olacaq sənsiz mənim yoldaşım,
Çəkmə gəl sınağa ömür sirdaşım.
Hələ qocalığa çatmayıb yaşım,
Məni qoyub sən nə halda, gedirsən.

Gözəldi yaşamaq fani dünyada,
Saralıb bağça-bağ, xəzan vursa da.
Çatmaz əlim daha, qalıb arxada,
Salma gecələri yada, gedirsən.

Ucalır göylərə ahın-harayım,
Qoyma ki, sökülsün ömür sarayım.
Hələ bir səninlə yaşamaq payım,
Seçilməmiş haqqı-sayda, gedirsən.

Demə, Namazalı, çəkirsən üzə,
Çox sitəmlər edib bu həyat bizə.
Yaşayaq bir az da, gəl çataq yüzə,
Ömrümü tez verib bada, gedirsən.

Qocalıram

Ovundur qəlbimi, ay aşıq qardaş,
Mənim o havamı çal, qocalıram.
Laxlayıb ömrümün daşı-kərpici,
Saxlamaz yükünü tal, qocalıram.

Şeirdi dünyada dövlətim, varım,
Sökülüb pərdəsi, lal olub tarım.
Yetmiş il ömürdən gedən karvanım,
Salıb ürəyimə xal, qocalıram.

Olmadı qəlbimə yatan sirdaşım,
Qar-boran ələndi, ağardı başım.
Belimə yük olub çoxaldı yaşım,
Qalmayıb ürəkdə hal, qocalıram.

Solur yavaş-yavaş baharım-yazım,
Kimlərə qalacaq köklənən sazım?
Çəkmədi sevdiyim, çəkmədi nazım,
Gedirsən də, daha qal, qocalıram.

Namazalı, niyə sən gileylisən?
Bu dünyaya sözdən ötrü gəlmisən.
Elə bil dənizdə üzən gəmisən,
Daha lövbərini sal, qocalıram.


pxl
“BAKCELL” NETTY-2012-nin BAŞ PARTNYORU OLDU
2012-05-17 - 19:04:00
“Bakcell” şirkəti NETTY-2012 Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub. “Bakcell”in sponsorluğu və “Sür@” brendinin baş par ardı >>>
mej
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir