Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Siyasət
print

“BAŞQAN OLMAĞA LAYİQ ADAMLAR VAR. AMMA AD ÇƏKMƏK NİYYƏTİNDƏ DEYİLƏM”

2012-02-02 - 18:11:00

Müsavat Divanının üzvü Vurğun Əyyub “Media forum” saytının suallarını cavablandırıb.

- Müsavatın növbəti başqanının kim olması məsələsində iki variant var. Bunlardan biri nizamnaməni dəyişib İsa Qəmbərə yenidən başqanlığa namizəd olmaq imkanı yaradılması, ikincisi isə nizamnaməni dəyişmədən yeni başqan seçməkdir. Hər iki variantın tərəfdarları və əleyhinə olanlar var. Sizcə, Müsavat hansı variantı seçməlidir?

- Hesab edirəm ki, İsa Qəmbər 2013-cü ilin prezident seçkisinədək Müsavat başqanlığında qalmaq arzusunu bildirsə və yaxud vəzifədən getmək fikrini dəyişsə, ona bu imkan yaradılmalıdır və mən bununla razıyam. Bununla bağlı mövqeyimi bir xeyli əvvəl bildirmişəm. Məsələ ondadır ki, bütün bu müzakirələri heçə endirən İsa Qəmbərin şəxsi mövqeyidir. Lap tutaq ki, qurultay nizamnaməni dəyişdi, amma öz namizədliyini irəli sürüb-sürməmək İsa Qəmbərin hüququdur. Əgər İsa bəy namizədliyini irəli sürməyəcəksə, onda bu qədər əziyyət nəyə lazımdır? Axı belə olanda nizamnamə dəyişikliyi, mübahisələr mənasız bir şeyə çevrilir. Ona görə də burada İsa Qəmbərin mövqeyi, demək olar, məsələnin hamısı deməkdir. Mənim yanaşmamam bundan ibarətdir.

Amma İsa Qəmbərin başqanlıqdan gedəcəyi təqdirdə partiyanın zəifləyəcəyi, dağılacağı haqda deyilənləri bölüşmürəm. Ola bilər ki, partiyadan kimlərsə istefa versin, başqaları passiv fəaliyyətə keçsin. Ancaq bunu bütövlükdə Müsavatın dağılması və ya zəifləməsi kimi qiymətləndirmək yanlışdır, bəzi hallarda isə bu, heç də məsələlərə obyektiv baxış və dost münasibətindən irəli gəlmir.

- Müsavatın Mərkəzi Nəzarət-Təftiş Komissiyası nizamnaməni dəyişdirmədən qurultayın keçirilməsini, amma başqan seçkisinin növbəti qurultayadək təxirə salınmasını təklif edib. Bunu mümkün sayırsınızmı?

- Belə bir məsəl var ki, yüz dərənin ağzını bir bərə kəsir. Yüz variant təklif etmək olar. Amma İsa Qəmbər fikrindən dönməyibsə, bunları müzakirə etməyin bir mənası qalmır.

- Müsavat başqanının müavini Mehman Cavadoğlu başqan səlahiyyətlərini Divan üzvlərinin rotasiya ilə gerçəkləşdirməsini təklif edib...

- Hər bir təklif müzakirə edilmək hüququna malikdir və müzakirə oluna bilər. Amma dünyada belə bir təcrübənin olması mənə bəlli deyil, bəlkə başqaları bilir. Azərbaycan şəraitində və indiki məqamda partiyanın rotasiya yolu ilə idarə edilməsini təsəvvürümə gətirmirəm. Bundansa, elə partiyada başqan vəzifəsini ləğv etmək olar. Partiyanın kollegial orqanı olan Divan var və Müsavatı bu qurum idarə edə bilər. Hər iclasa Divan üzvlərindən biri sədrlik edər və qərarları ictimaiyyətə çatdırar. Bu təkliflərin reallığa nə dərəcədə uyğun ola biləcəyini ciddi şəkildə müzakirə etmək lazımdır.

- Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı həbsxanadan partiyadaşlarına müraciət edib. Arif bəy hesab edir ki, nizamnamənin dəyişdirilib-dəyişdirilməməsi müzakirələri yekunlaşmalıdır. Deyir ki, bu müzakirələr partiyaya ziyan vurur...

- Arif bəyin narahatlığını anlayıram, müəyyən məqamlarını bölüşürəm. Amma müzakirələrə də qadağa qoya bilmərik. Partiyanın hər bir üzvünün istənilən məsələni müzakirəyə çıxarmaq hüququ var. Hesab etmirəm ki, bu müzakirələr partiyanı zəiflədir, parçalayır, düşmən dəyirmanına su tökür. Hər dəfə belə müzakirələr olanda, nizamnamədə demokratik dəyişikliklər edilməsi zərurəti ortaya çıxanda, demokratik tələbləri yerinə yetirmək lazım olanda partiyanın zəifləyəcəyi, dağılacağı haqda fikirlər eşidirik. Ancaq hər belə müzakirələrdən sonra Müsavat Partiyası daha da güclü olur. Yadımdadır, Müsavatın proqramı müzakirə olunanda eyni fikir səslənirdi. Nəzərə almaq lazımdır ki, son qərarı onsuz da müzakirələr, ayrı-ayrı şəxslər vermir, bu, ən ali orqan olan qurultayın səlahiyyətindədir.

- Ötən müsahibənizdə Arif Hacılının başqanlığa namizəd olmaq niyyətinə münasibət bildirəndə dediniz ki, Müsavata başqa xarakter və tipdə insan rəhbərlik etməlidir. Fikrinizi konkretləşdirə bilərsinizmi?

- Bu suala Müsavat Partiyasının qurultayında cavab verəcəm. Ona görə də cavabı qurultaya qədər gözləməli olacaqsınız. Müsavatda, partiya rəhbərliyində başqan olmağa layiq və hazır adamlar var. Amma indi ad çəkmək niyyətində deyiləm. Həmin şəxsin Vurğun Əyyub, yoxsa başqası olacağını zamanı gələndə açıqlayacam. Müsavat başqanı vəzifəsində görmək istədiyim şəxslə bağlı meyarlarım var. Mən daha çox həmin meyarlardan danışmışam. Bəzən sualların qoyuluşundan elə çıxır ki, hamı bir nəfəri dəstəkləməyə məcburdur. Dostlarımızın açıqlamalarını oxuyuram. Axı hələ heç kim namizədliyini irəli sürəcəyini qəti söyləməyib, hətta Arif bəy də.

- Bunu qurultaydan əvvəl açıqlayıb namizədinizin təbliğatı üçün istifadə etmək daha doğru olmazmı?

- Təbliğatın başqa yolları da var. Bunu digər prinsiplər üzərində qurmaq olar.

- 2006-cı ildə Müsavatda Məclis sədri postu yaradıldı və bu vəzifəni tutmaq üçün sizinlə Arif Hacılı arasında ciddi mübarizə getdi. Sonrakı mərhələdə bu mübarizə qarşıdurma və ittihamlara səbəb oldu. Sonda nə siz Məclis sədri ola bildiniz, nə də Arif Hacılı. Arif Hacılının başqan olmasını istəməməyiniz 2006-cı ildə olan intriqanın hələ də davam etməsi kimi qiymətləndirilə bilərmi?

- Əvvəla, intriqanı davam etdirmək deyəndə belə anlaşılır ki, əgər bu vardısa, onu mən başlamışam. Bununla razı deyiləm. Çünki mən partiya daxilində heç zaman intriqa tərəfdarı olmamışam və heç zaman intriqanın əsasını qoymamışam. İkincisi, mənim qərarımı yalnız bir hadisəyə bağlamaq düzgün deyil. Azərbaycanda müstəqil siyasətin başlandığı ilk illərindən bu prosesin içindəyəm. Siyasətlə məşğul olduğum qurumlarda həmişə rəhbərlikdə yer tutmuşam. Başqan məsələsində fikrimin formalaşmasında uzun illərin təcrübəsi, müşahidəsi böyük rol oynayıb.

İmdad ƏLİZADƏ


pxl
“BAKCELL” NETTY-2012-nin BAŞ PARTNYORU OLDU
2012-05-17 - 19:04:00
“Bakcell” şirkəti NETTY-2012 Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub. “Bakcell”in sponsorluğu və “Sür@” brendinin baş par ardı >>>
mej
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir