Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Araşdırma
print

CİB KİTABXANASI – “BUKRİDER”

2012-02-01 - 17:00:00

Adamların belə bölgüsünü də aparmaq mümkündür: kitab oxuyanlar və oxumayanlar. Oxumayanlar kitaba, qəzetə, jurnala, bir sözlə, istənilən çap məhsuluna etinasızdır. İstəsə də, əlini toxundura bilmir. Məcbur olub kitabla ünsiyyətə girsə belə, tez can qurtarmağa çalışır.

Kitabsevər isə başqa aləmdir, onun gözü hər yerdə kitab arayır, evini müxtəlif formalı çap məhsulu ilə doldurur, hətta bəyəndiyi qəzet məqalələrini kəsib toplayır. Onun çantasından oxuduğu kitab boylanar, çünki kitaba olan sevgisini gizlətmir.

Kitab əhlinin eləsi var kitabı əlinə aldımı, axırına çıxmamış yerə qoymaz, eləsi də var birdən-birə 30-40 kitab oxuyar, bu gün oxuduğunu bir xeyli saf-çürük edər, bir müddət sonra dönər yarımçıq kitabına. Yalnız seçmə kitab oxuyan da var, yəni mövzu maraqlı olmasa, kitaba yaxın durmaz. Bir kitabsevər digərini uzaqdan tanıyar, eyni kastaya, təbəqəyə mənsub olduğunu duyar sanki.

Əsrlər boyu kitab həmişə böyük sərvət sayılıb, insanın yüksək təbəqəyə mənsubluğunun göstəricisi olub. Son 20 ildə internetin sürətli inkişafı isə çap məhsullarına münasibəti də dəyişib. Ələ gəlməyən, çətin tapılan kitabların hamısı qlobal şəbəkədə peyda olub. Bəyəndiyin kitabı yüklə, kompüterdən oxu. Evdən çıxmağa, kitabxanaya və ya kitab dükanına üz tutmağa ehtiyac azalıb.

Diqqət mərkəzində

Son bir ildə özümü bir qədər diqqət mərkəzində duyuram. Bu adətən metroda baş verir.

Elə ki qatara daxil olub əyləşdim, çantamdan çəkisi 250 qramlıq elektron qurğunu çıxartdım, işə salıb gözümü ona zillədim, camaatın diqqətini duyuram. Dəfələrlə tələbələr, orta yaşlı insanlar, başqa vaxt heç gözünün ucu ilə mənə baxmayan gözəl xanımlar bu qurğu ilə maraqlanıb.

Hər dəfə danışıb qurğunun imkanlarını göstərirəm. Maraq da azalmır ki, azalmır. Niyə bu elektron qurğu belə maraq doğurur, niyə yanımda telefonunda oyun oynayan başqa birisinə sual verən yoxdur, amma mən hər gün əlimdə tutduğum bu cihaz barədə uzun-uzadı danışıram? Onunla maraqlanan həmin o kitab əhlidir, o mənim kitab oxuduğumu görür, amma əlimdə kağızdan kitab yox, bir elektron qurğu tutduğuma heyrətlənir. Bu qurğu da kitab oxumaq üçündür, lakin o, kağızda yox, elektron formatda hazırlanmış kitabları oxumağa yardım edir.

Bu qurğunun adı hələ dilimizə dəqiq oturuşmayıb. İngilis dilində “E-book reader” adlanır. “Elektron kitab oxuyan” mənasını verir. Onu “səyyar kitabxana”, “elektron kitab”, “kitab oxuyan qurğu” adlandırmaq da olar. Xalq arasında mobil telefona “cib telefonu” və ya “əl telefonu” deyildiyi kimi, bu qurğuya da “cib kitabxanası” və ya “əl kitabçası” demək mümkündür. Bəlkə bir zaman belə deyiləcək. Amma hazırda belə analoq olmadığından onu, məncə, sadə və qısa adla, ingilis dilində olan kimi  – “bukrider” adlandırmaq olar.

Adi kitabdan heç nə ilə fərqlənmir

“PocketBook Pro-912”

“Bukrider” 15 ilə yaxındır istehsal olunur, bu qurğunun nə olduğunu bilmək, oxşar texnologiyalardan ayırmaq elə də çətin deyil.

İstənilən elektron kitabı kompüterdə, mobil telefonda, “iPad”, “iPhone” adlanan qurğularda oxumaq olar. Bəs “bukrider”in onlardan üstünlüyü, özəlliyi nədədir?

Hər bir elektron qurğunun ekranı ən azı işıq saçır, elektron şüa buraxır. Doğrudur, ilk kompüter monitorlarına nisbətən hazırda istehsal edilən LCD monitorları xeyli təhlükəsizdir, gözə elə də ziyan vurmur. Amma ekranın işığı da daim hərəkətlidir, gözü yorur, kompüterdə cəmi bir saat işlədinsə, mütləq durub gəzişməli, istirahət etməlisən. Günlərlə monitorun önündən əl çəkməyən gənclərin solğun siması, gözündəki eynəyi artıq normaya çevrilib.

“Bukrider” isə maraqlı bir texnologiya üzərində qurulub. Bu qurğunun ekranı işıq saçmır, qaranlıq yerdə ondan istifadə etmək mümkün deyil. Adi kitabdan heç nə ilə fərqlənmir, bu qurğuda istifadə olunan elektron mürəkkəb xüsusi proqramın təsirindən dəyişir. Ekranı “E-ink” adlanır. Monitoruna hətta elektron kağız da deyirlər, yəni adi kağızdan fərqlənmir, çap səhifəsini xatırladır. Bəzi “bukrider”lərdə istehsalçı hətta kağızın rəngini də ala bilib.

Ekranı rəngli, özü də LCD monitorlu, video imkanları olan “bukrider”lər də var. Amma həmin cihaza “bukrider” deməyə adamın dili gəlmir. “Bukrider”in gözəlliyi elə onun təhlükəsiz və gözü yormayan elektron mürəkkəblə işləyən ekranındadır.

Yerli bazarda “bukrider” azdır

“Sony Reader PRS-300” “Pocketbook Pro 602”

Dünyada “bukrider” istehsalçısı çoxdur. İnternetdə 30-dan çox şirkətin adına rast gəlinir. Bunlardan “Amazon”, “Asus”, “Sony”, “Pocketbook” kimi məşhur brendləri göstərmək olar. Hətta Ukraynaya məxsus “Azbuka” şirkəti də “bukrider” istehsal edir. Qiyməti munasib, göstəriciləri heç də məşhur adlardan geri qalmayan bu məhsula Azərbaycan bazarında rast gəlinmir.

Azərbaycan bazarında “bukrider” azdır. Seçim “Sony” ilə “Pocketbook” arasındadır. Başqa modellərə az-az rast gəlinir. “Kitab klubu” “Rockchip RK2729” adlanan LCD monitorlu “bukrider” təklif edir, amma bu cihaz kompüter ekranından heç nə ilə fərqlənmir.

“Sony” “bukrider”ləri əsasən kiçik ekranlı, daha yığcam görünür. Ekranın ölçüsü 5 düymdür (12,7 santimetr). Pencəyin cibində belə rahatca gəzdirmək olar.

“Pocketbook” “bukrider”ləri Azərbaycan bazarında əsasən “Pro 602”, “Pro 603”, “Pro 612”, “Pro 912” kimi modellərlə təmsil olunur. Bu modellərin oxşar cəhətləri fərqindən daha çoxdur. Hamısı “E-ink” ekran, 2 GB yaddaş kartı, yaddaş artırmaq üçün port və təxminən bənzər funksional imkanların daşıyıcısıdır.

Fərqli cəhət isə son modellərin sensorlu ekranla təhciz olunmasıdır. Həm də “Pro 912” ekranı 9,7 düymdür, yəni “Sony” “bukrider”lərindən iki dəfə böyükdür. Bu ölçülü ekran çətin oxunan PDF fayllarını rahat görmək imkanı verir. Bütün “bukrider”lər bu formatı aça bilir, sadəcə, kiçik ölçülü ekranlarda oxucu onu aydın izləməkdə çətinlik çəkir, fayl istənilən qədər böyümür, kənara qaçır. Böyük ekran isə bu problemdən özünü qoruyur.

Azərbaycan bazarında bu texnologiyaya maraq varmı? Bu sualın cavabını almaq üçün Bakının “bukrider” satan 3 dükanına baş çəkdim. Söhbət etdiyim hər bir satıcı bu qurğuya böyük marağın olduğunu bildirdi. Bir dükanda isə “Niyə vitrində yalnız böyük həcmli “bukrider” görürük” sualına “Kiçik və orta ölçülü “bukrider”lər daha yaxşı satılır, böyükləri isə tək-tük adamlar alır” cavabını aldım.

Digər satış nöqtəsinin meneceri ilə danışıqdan 9,7 düymlü, sensor ekranlı “Pocketbook Pro 912” “bukrider”lərinin ikisinin satıldığı bilindi. Onları da xarici vətəndaşlar alıb, özü də yüksək statuslu. Çünki ekranın böyüklüyü konfransda çıxış zamanı kağızı əvəzləmək, ekrandan aydın oxumaq imkanı yaradır. Yəqin onlar da Bakıya işguzar səfərə gəlibmiş.

Azərbaycan bazarında “bukrider”lərin azlığı bəlkə də əhalinin hələ bu qurğu ilə yaxşı tanış olmaması, belə deyək, reklamın zəif aparılması ilə bağlıdır. Qiymət də 150-400 manat civarında dəyişir. Yəqin adamlar hələ də yaxşı baş çıxarmadığı bu cihaza bir kompüterin pulunu ödəmək istəmir. Həm də bir sıra kompüter dükanları istənilən malı alıcının sifarişi ilə xaricdən gətirməyə hazırdır. Sadəcə, bir qədər beh saxlayıb uzaqbaşı bir aya internetdən seçib-bəyəndiyin malı almaq olar. Amma bu vasitəyə əl atanların sayı azdır.

Mətnin səslənmə funksiyası da var

“Amazon Kindle-3” “Azbuka - N 516”

Bir “bukrider” digərindən imkanları ilə fərqlənir. Məsələn, “Pocketbook” modelləri elektron kitab formatlarının çoxunu tanıya bilir, yəni DOC, PDF, FB2, RTF, TXT, HTML, EPUB, DJVU, CHM kimi formatları asanlıqla açır. Amma “Sony” “bukrider”ləri FB2, DJVU formatlarını tanımır. FB2 formatı oxucuların çox bəyəndiyi, internetdə çoxlu kitabxanası olan formatdır. Bunun “bukrider”də olması böyük üstünlükdür.

“Bukrider”lərin çoxu şəkil açmaq, musiqi dinləmək imkanını verir. Qurğuda 5-6 oyun da var, məsələn, otur, şahmat oyna. Oxucu qeyd apara, oxuduğu yerə nişan qoya, tərcüməçi proqramına qoşula bilər. Xarici dildə oxuduğu kitabda hansısa sözü ayırsa, lüğət o dəqiqə tərcüməsini verir.

Üstəlik, “Pocketbook” modellərində mətnin səslənmə funksiyası da var. Yəni xarici dildə olan kitabı oxuyursan, üstəlik, onu səsləndirə də bilərsən. Səslənmə siyahısında 26 dilin adı yer alır, amma reallıqda cəmi 4 dilə – ingilis, fransız, ispan və Çin dillərinə rast gəlinir. Bu dillərdə istənilən kitabı səsləndirmək olar.

Oxunan kitabın şriftini böyütmək və ya kiçiltmək olar. Sensor ekranlı “bukrider”lərdə səhifəni elə barmağı toxundurmaqla, qeyri-sensorlu ekranlarda isə xüsusi düymələrlə idarə etmək olur. “Bukrider” yalnız son istifadə edilmiş 3 kitabı üz səhifədə göstərir.

Kitabın 2 GB-lıq yaddaşından “bukrider” real olaraq 1 GB həcmində material saxlaya bilir, qalan hissəni “Lüniks” sistemi tutur. 1 GB yaddaşa isə təxminən 1000-5000 kitab yükləmək mümkündür. Xüsusi port 32 GB yaddaş kartı qəbul edə bilir. Bu yaddaşı doldura bilsə, kitabsevər ustündə möhtəşəm kitabxana gəzdirən adama çevrilər. Hər halda, bu böyüklükdə yaddaş kartına da ehtiyac yoxdur, çünki “bukrider”i işlətmək xeyli çətinləşər. 4-8 GB əlavə yaddaş isə lap yerinə düşər.

Musiqi dinləmək imkanı da verən “bukrider”, adətən, qulaqcıq və 2 mikrokolonka ilə silahlanır. Qurğu kompüterə qoşmaq və akkumulyatoru doldurmaq üçün USB və MikroUSB çıxışlı xüsusi kabellə təchiz olunur. İstənilən “bukrider”in enerji bloku istifadə baxımından “uzunömürlüdür”, yəni bir dəfə doldurulan akkumulyator 1 ay işləyir, gündə 2 saat kitab oxumaq şərtilə təxminən 60 saat. “Bukrider”in işığı az işlətmək, qənaətli texnologiya olmaq baxımından əvəzi yoxdur. Kitab səhifəsi açıldımı, enerji sərfi dayanır, elektron mürəkkəb elektron kağızda müəyyən forma alıb dayanır.

Sonrakı səhifəyə keçəndə yenə bir qədər enerji işlədilir. Musiqi dinləmək, kitabı səsləndirmək, təbii, daha artıq enerji tələb edir.

10 dəqiqə istifadəsiz qalanda “bukrider” öz-özünə sönür. 

“Bukrider”in ekranı incə və zərifdir

Bakının kompüter dükanlarında təklif olunan "bukrider"lər

“Bukrider”lərin çoxu internet, Wi-Fi imkanları ilə silahlanıb. Açığı, bu funksiyalar hələ o qədər də nöqsansız deyil, problem doğurur, internetə giriş daha çox hansısa elektron kitab dükanından yararlanmağa xidmət edir.

“Bukrider”in ekranı incə və zərifdir, kiçicik zərbə onu sıradan çıxarda bilər. Həssas ekran qorunmalı, “bukrider” öz qabında olmalıdır, işlədəndə də ehtiyatlı tərpənmək lazımdır. Zərbədən qırılan ekran təmir olunmur. Məsələn, “Pro 360” modelinin ekranı elə birbaşa ana plataya yapışqanla  yapışdırıb, kiçik zərbədən həm ekran zədələnir, həm də ana plata sıradan çıxır.

“Pocketbook” modelləri çox gec açılır, xüsusi düyməni basıb 20 saniyə gözləməli olursan. “Bukrider”, adətən, soyuqdur, onu əldə isitmək lazım gəlir.

“Bukrider”də kitab bolluğu özü də çətinlik yaradır, əgər qurğunun əsas yaddaşına 1500, əlavə yaddaşına 10 min kitab yüklənibsə, belə kitabxanadan baş çıxarmaq müşkülə çevrilir. Bu halda əsas yaddaşdan əlavə yaddaşa keçmək və ya onların ikisini də işlətmək çox çətindir. Yaxşı olar “bukrider”dəki “Seçilmişlər” qovluğuna yaxın zamanda oxunması nəzərdə tutulan kitablar yerləşdirilsin, yoxsa hər dəfə kitab axtarmaq xeyli vaxt aparar. 10 min kitabın içindən nəsə seçmək elə özü bir qəhrəmanlıqdır. 

“Bukrider” dona da bilir, əgər səbirsiz oxucu onu kompüterə kabellə qoşub əməliyyat bitmədən ayırsa, o, donur. Heç bir yolla onu işə salmaq olmur. Qurğu enerjini tam işlədib qurtarmayanacan belə olur. Yalnız bir yolu var: reset girişinə iynə ilə təsir edilsə, “bukrider” açılır. “Bukrider”in akkumulyatorunu söküb sonra yerinə taxmaq da kömək edə bilər. 

Azərbaycan kitabsevərinin “bukrider”dən uzaq qaçmasının daha bir səbəbi var. Heç bir xarici dil bilməyən, yalnız öz dilində oxuyan azərbaycanlının internetdə elektron kitabları əldə etməsi çətin işdir. Belə kitablar azdır, istənilən ədəbiyyatı tapmaq olmur, Azərbaycan dilindəki kitabların isə çoxu kiçik ekranlı “bukrider”də, izlənilməsi çətinlik doğuran PDF formatındadır. Rus, ingilis dillərində isə on minlərlə elektron kitab var, özü də hər kitab bir çox formatda təklif olunur.

Həm də xarici dillərdə istənilən ədəbiyyatı ya çox simvolik qiymətə, ya da tam havayı əldə etmək olar. Çox təəssüf, dilimizdə olan ədəbiyyat elektron formata keçirilməyib, xüsusilə də gənclərin zövqünə, marağına uyğun nümunələr.

“Bukrider”in video, oyun, musiqi, internet imkanları varmı” sualı adətən gənclərdən gəlir. Onun da bir cavabı var: “bukrider”in bir mühüm imkanı var, o da kitab oxumaqdır.

İsmayıl İSMAYILOV 
ismail_i@rambler.ru

 

Yazı “İnformasiya cəmiyyətinin jurnalisti 2011” layihəsi çərçivəsində Multimedia Mərkəzinin təşkil etdiyi “İnformasiya cəmiyyətinin ən yaxşı jurnalisti” müsabiqəsinə təqdim olunur.


pxl
“BAKCELL” NETTY-2012-nin BAŞ PARTNYORU OLDU
2012-05-17 - 19:04:00
“Bakcell” şirkəti NETTY-2012 Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub. “Bakcell”in sponsorluğu və “Sür@” brendinin baş par ardı >>>
mej
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir