Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej


pxl

Araşdırma
print

KƏND YOLLARININ ÇƏKİLİŞİNDƏ QARANLIQ MƏQAMLAR

2012-01-27 - 14:35:00

Azərbaycanın artan neft gəlirləri büdcə vəsaitləri hesabına görülən işlərin daha geniş sahələri əhatə etməsinə səbəb olub. Təmir-tikinti işləri büdcə vəsaitlərinin silinməsi üçün daha asan sahə olduğu üçün hökumət belə layihələrə ayrılan vəsaiti ildən-ilə artırır. Belə sahələrdən biri də yolların təmiri və yenidən qurulmasıdır. O cümlədən kənd yollarının.

2011-ci ilin dövlət büdcəsindən kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulmasına 100 milyon manat ayrılıb. Nəqliyyat Nazirliyinə ayrıldığı bildirilən vəsaitin hansı yolların təmiri və yenidən qurulmasına yönəldildiyi haqda məlumat verilməyib. Bu kimi layihələrin icrasında şəffaflıq təmin edilmədiyindən görülən işlərin keyfiyyəti də çox vaxt sual altında olur. Bu səbəbdən araşdırmaya başlayarkən öncə həmin vəsaitin hansı yolların çəkilişində istifadə olunmasını dəqiqləşdirmək istədik.

Nəqliyyat Nazirliyi Katibliyinin müdiri Namiq Həsənov yolların təmiri ilə bağlı vəsaitin ”Azəryolservis” ASC-yə ayrıldığını bildirdi. Bundan sonra rəsmi informasiya sorğusu ilə ”Azəryolservis” ASC-yə müraciət etdik. Suallara 55 gün sonra verilən cavabda isə bu vəsaitin taleyinə aydınlıq gətirəcək heç bir məlumat olmadı. Yalnız kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulan 100 milyon manatın tam olaraq ”Azəryolservis”ə verilmədiyi bildirilirdi.

Ötən il Şəki-Şin, Şamaxı-Göylər, Bəhramtəpə-Biləsuvar, Gədəbəy-Qızıltorpaq-Qonaqlı yolunun çəkilişinin apardığı bildirilsə də, xərclənən vəsait və onun mənbəyi ilə bağlı heç bir məlumat verilmədi. ”Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevə dəfələrlə ünvanladığımız şifahi suallar da aidiyyəti departamentlərdən məlumat verilməməsi bəhanəsi ilə cavabsız qaldı. Bundan sonra ölkə başçısının müvafiq sərəncamları ilə yenidən qurulan iki yolda işlərin nə səviyyədə olduğunu və şəffaflığın nə dərəcədə təmin edildiyini araşdırdıq.

İlk yollandığımız ünvan Bərdə rayonu oldu. Burada 14 yaşayış məntəqəsini birləşdirən Alpoud-Mustafaağalı-Qaratəpə-Nazırlı avtomobil yolunun çəkilişi məqsədi ilə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulan vəsaitdən Bərdə Rayon İcra Hakimiyyətinə 4 milyon manat ayrılıb. Uzunluğu 22 kilometr olan yolun başlanıldığı Alpoud kəndindən Nazırlı kəndinə qədər getsək də, yolun parametrləri, işi hansı şirkətin icra etməsi və digər şəffaflıq üçün vacib olan heç bir məlumata rast gəlmədik. Yalnız həmin yolun sonunda Nazırlı kəndində yolda təmir işlərinin aparılması və yolun uzunluğunu göstərən yol nişanı vurulmuşdu.

Kənd sakinləri də yola nə qədər vəsait ayrılmasından xəbərsiz idi. Bərdə rayonu Mustafaağalı bələdiyyəsinin adının çəkilməsini istəməyən üzvü yolun çəkilişinə ayrılan vəsaitin necə xərclənməsi ilə bağlı heç bir məlumat ala bilmədiklərini dedi. Hətta ölkə başçısının müvafiq sərəncamında yolun təmiri üçün nə qədər vəsait ayrıldığı göstərilsə də, icra orqanları bu barədə də susmağa üstünlük verib. Mustafaağalı, Qaratəpə və Nazırlı kəndinin sakinləri ilə söhbətlərimizdən məlum oldu ki, əhali vəsaitlə bağlı məlumatsız olsa da, yolun çəkilməsində fəal iştirak edib. İməcilik keçirilib.

Yolun çəkilişini Bərdə 28 saylı Yol İstismar İdarəsi həyata keçirsə də, bu həmin qurumun tender vasitəsilə seçilməsi anlamına gəlməməlidir. İdarə rəisi İlham Əzimov suallarımızı cavabsız qoymaqla bunu bir daha təsdiqlədi. Hər kilometrinə təxminən 182 min manat xərclənən yolun parametrləri və xərclənən vəsaitlə bağlı əhalinin məlumatlandırılması üçün nəyə görə müvafiq lövhələrin vurulmaması və işlərə nə üçün yerli əhalinin cəlb edilməsi ilə bağlı suallarımız cavabsız qaldı. İdarə rəisi bütün suallara Bərdə Rayon İcra Hakimiyyətindən cavab verilə biləcəyini vurğuladı.

İcra hakimiyyətinin humanitar şöbəsindən isə yalnız ümumi məlumat ala bildik: ”Eni 6-7 metr olan yola ikiqat asfalt örtük çəkilib. Asfaltın qalinlığı 12 santimetr olan yolda 19 ədəd metal boru dəyişdirilib. Yol boyu kəndlərin ayrıclarına 10 ədəd dayanacaq qoyulub və müvafiq yol nişanları quraşdırılıb. Əkin yerlərinin suvarılması üçün suötürücü keçid və kiçik körpülər də tikilib”.

Amma biz yolun heç bir hissəsində asfaltın 12 santimetr olmasına və yol nişanlarına rast gəlmədik. Yolun giriş hissəsində qapı tikilsə də, cəmi bir dayanacaq quraşdırılmışdı.

Ağdam rayonunda yeni çəkilən Quzanlı-Xındırıstan-Əhmədağalı-Əfətli yolunda da eyni vəziyyəti müşahidə etdik. Yolun təmiri üçün Ağdam Rayon İcra Hakimiyyətinə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulan büdcə vəsaitindən 6 milyon manat ayrılıb. Uzunluğu 28 kilometr, eni 6 metr olan və hər kilometri 214 min manata başa gələn bu yolun çəkilişində də yerli əhali fəal iştirak edib.

Ekspertlər isə hesab edir ki, kənd yollarının təmiri və yenidən qurulması üçün vəsait bələdiyyələrə verilsə, şəffaflıq daha geniş təmin olunardı. Bələdiyyələrin hər bir işinə ”göz qoyan” icra orqanları isə ərazidə ayrılan vəsaitlə bağlı məlumat lövhələrinin vurulmasına çalışacaqdı. Bu olmasa belə, bələdiyyə ərazisində yaşayan əhali ayrılan vəsaitin miqdarını bilə və işin keyfiyyətinə nəzarət edəcəkdi. Digər tərəfdən isə tender keçiriləcək və hər bələdiyyənin ərazisində yolu bir şirkət çəkəcəkdi. Nəticədə rəqabət yaranacaq, hər bir bələdiyyə öz ərazisində işin daha keyfiyyətlə görülməsində maraqlı olacaqdı.

Ölkə qanunvericiliyi də yerli əhəmiyyətli yolların çəkilişində bələdiyyələrin iştirakının təmin olunmasını tələb edir. ”Avtomobil yolları haqqında” qanunun 7-ci maddəsində şəhər, qəsəbə və başqa yaşayış məntəqələri daxilində yerləşən yolların bələdiyyələrin mülkiyyətində olduğu birmənalı göstərilir. ”Bələdiyyələrin statusu haqqında” qanunun 4-cü maddəsində isə göstərilir ki, yerli əhəmiyyətli yolların tikilməsi və bu yollara xidmət bələdiyyələrin səlahiyyətindədir. Ona görə də kənd yollarının çəkilməsinin bələdiyyələrə deyil, başqa bir quruma həvalə edilməsi qanun pozuntusudur.

Digər tərəfdən ölkə qanunvericiliyinə görə, yollar pasportlaşdırılmalı və hər bir yolun kimin tabeliyində olması müəyyənləşdirilməlidir. Amma yaradılan süni maneələr səbəbindən bələdiyyələr indiyədək onlara məxsus olan yolların  pasportlaşdırılmasına nail ola bilməyib.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev də hesab edir ki, kənd yollarının təmiri və yenidən qurulmasında bələdiyyələrin iştirakı təmin edilməlidir.

Kənd  əhalisinin iməciliklər təşkil edilərək yol çəkilişlərində işlədilməsinə gəldikdə isə Rövşən Ağayev bunun sovet dövründən qalma ənənə olduğunu bildirdi: ”Hazırda bu ənənə Azərbaycanda geniş tətbiq olunur. Bələdiyyə ərazisində yaşayanlar yolların çəkilişinə, rayon daxilində başqa işlərin görülməsinə cəlb olunur. Sonra isə icra orqanları bunu işlərə əlavə əmək qüvvəsinin cəlb edilməsi kimi rəsmiləşdirir. Nəticədə bu yolla büdcədən xeyli vəsait silinir. Bu isə vətəndaşların hüquqlarının kobud şəkildə pozulmasıdır”. 

Şəffaflıq məsələsinə gəldikdə, Rövşən Ağayev hesab edir ki, işlər elə şəkildə qurulmalıdır ki, prosesi mexanizmlər idarə etsin: ”Hazırda isə prosesi mexanizmlər yox, fərdlər idarə edir. Belə olan halda ictimai vəsaitin mənimsənilməsi daha asan olur. Halbuki bu işlərin görülməsində vətəndaşlar şəxsən iştirak etməlidir. Bu işlər vətəndaşın gözü önündə getməyəndə nəticələr belə olacaq. Bəzən deyirlər ki, bələdiyyələrin yol çəkilişində təcrübəsi və lazımi texnikası yoxdur. Amma bələdiyyələr yol çəkən yox, yol çəkdirən qurumdur. Əgər pulu ustalıqla, gizli şəkildə oğurlamaqdan söhbət gedirsə, bələdiyyələr icra orqanları qədər təcrübəli deyil. Amma söhbət işin daha keyfiyyətli görməsindən gedirsə, bələdiyyələr bunu daha yaxşı icra edərdi. Çünki bələdiyyənin gördüyü işlərdə vətəndaşların iştirakı qaçılmazdır. Digər tərəfdən isə seçkili orqanlar nə qədər qapalı olsalar da, cəmiyyətə təyinatlı orqanlardan qat-qat açıqdılar”.

İqtisadçı Vüqar Bayramov kənd yollarının təmirinə ayrılan vəsaitin xərclənməsində şəffaflığın təmini üçün bir sıra tədbirlərin görülməsini vacib sayır: ”Bu gün dünyada asfalt korrupsiyası deyilən bir termin var. Çünki yolların yenidən qurulması və təmirində korrupsiya halları daha çox olur. Bu halların aradan qaldırılması və şəffaflığın təmini üçün standartların  tətbiqinə ehtiyac var. Amma Azərbaycanda bu sahədə standartlar yoxdur. Ayrılan vəsaitlərin həcmi isə reallıqdan dəfələrlə artıq olur. Avropada işçi qüvvəsi Azərbaycandan dəfələrlə bahadır. Bizim Avropa ölkələrindən daha artıq qiymətə başa gələn yollarımız isə kefiyyətdə bir neçə dəfə Avropada yollarına uduzur”.

Son illərin təcrübəsi göstərir ki, ölkə ərazisində nəinki kənd yolları, hətta respublika əhəmiyyətli yollar da çəkiləndən bir müddət sonra dağılır. Əsas səbəblərindən biri bu işlərin görülməsi zamanı şəffaflığın təmin edilməməsi və görülən işlərə ictimai nəzarətin olmamasıdır. İcra orqanları hər vəchlə ictimayyəti bu işlərdən kənarda saxlayaraq büdcə vəsaitini mənimsəməyə çalışır. Belə olan halda yolların istismara verilməsindən bir neçə ay sonra dağılmasına təccüblənməyə dəyməz…

Xalid VAHİDOĞLU

 

Yazı Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun “Media və ictimai vəsaitlərin şəffaflığı” layihəsi çərçivəsində elan etdiyi jurnalist müsabiqəsinə təqdim olunur.


pxl
PREZİDENT QUSARDA YOL TİKİNTİSİNƏ PUL AYIRDI
2012-02-22 - 19:49:00
Fevralın 22-də Azərbaycan prezidenti sərəncam imzalayıb. Sərəncamla 7 yaşayış məntəqəsini birləşdirən 22 kilometrlik strateji əhəmiyyətli Həzrə-Zux ardı >>>
mej
SURİYADA İKİ ƏCNƏBİ JURNALİST HƏLAK OLUB
2012-02-22 - 14:48:00
Fevralın 22-də Suriyanın Homs şəhərində atışma zamanı iki əcnəbi jurnalistin öldüyü xəbəri yayılıb. “Media forum” saytı xəbər verir ki, jurnali ardı >>>
mej
“CONDOLLAH” QÜVVƏLƏRİ İLƏ SİLAHLI QARŞIDURMADA 5 NƏFƏR HƏLAK OLUB
2012-02-22 - 14:04:00
İranın sünni məzhəbli bəluclarının milli və dini hüquqları uğrunda silahlı mübarizə apardığını iddia edən “Condollah” təşkilatının qüvvələri ilə qa ardı >>>
mej
ABXAZİYA “PREZİDENTİNƏ” QƏSD: MÜHAFİZƏÇİ HƏLAK OLDU
2012-02-22 - 10:36:00
Gürcüstan bölgəsi olan qondarma Abxaziya Respublikasının “prezidenti” Aleksandr Ankvabın korteji avtomat atəşinə tutulub. “Media forum” saytı xəbər ardı >>>
mej
pic QƏLƏMİN YUXULARI (8)
2012-02-20 - 17:11:00
Çingiz HÜSEYNOV İki eşşəyin arpası Yuxusunu təcili yazmalıdır – tez unudulur... Yox, əvvəl dünən ardı >>>
mej
pic QONAĞI ZABRATA APARAQ, YA YOX?
2012-02-17 - 18:59:00
Səidə HÜSEYNOVA “Avroviziya 2012” yarışına görə Bakıda cibgirlərlə, oğrularla, dilənçilərlə bağlı xü ardı >>>
mej
pic “PREZİDENT “QURANİ-KƏRİM”ə AND İÇİR. ƏLA. AMMA EYNİ ZAMANDA MƏSCİDLƏR SÖKÜLÜR, DİN ALİMLƏRİNƏ DİVAN TUTULUR”
2012-02-17 - 18:34:00
“Media forum” saytının oxucularının suallarını Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafov cavablandırır. Elçin Manafov 1971-ci ardı >>>
mej
pic QƏLƏMİN YUXULARI (7)
2012-02-17 - 16:35:00
Çingiz HÜSEYNOV  Nərmənazik slavyan qızları Şefimizin xoşladığı peşə bizi qorxutmaqdır, tez ardı >>>
mej
pic ERMƏNİLƏRLƏ İNFORMASİYA MÜHARİBƏSİNİN FƏAL İŞTİRAKÇISI OLAN JURNALİST: “BU MÜHARİBƏDƏ ATƏŞKƏS OLMUR”
2012-02-17 - 14:34:00
İnternetdə ermənilərlə informasiya savaşının fəal iştirakçılarından olan siyasi şərhçi, jurnalist Rizvan Hüseynov “Media forum” saytının suall ardı >>>
mej
pic ZORAKILIĞIN QİYMƏTİ
2012-02-17 - 13:33:00
Mehriban ZEYNALOVA  “Təmiz dünya” İctimai Birliyinin sədri    Z ardı >>>
mej
pic ÜMİDİN RƏSMİNİ ÇƏKDİM, USTAD... (Böyük Nazim Hikmətə)
2012-02-16 - 18:18:00
Yusif MİRZƏ rəssam “Ümidin rəsmini çəkə bilərsənmi, Abidin?” soruşurdu Nazim Hikmə ardı >>>
mej
pic QƏLƏMİN YUXULARI (6)
2012-02-16 - 15:17:00
Çingiz HÜSEYNOV Heykəlqoyma azarı Şərqin qapısı olan canımız-ciyərimiz ölkədə ümummilli cərəyan ardı >>>
mej
pic İSANIN BELƏ EŞİTDİYİ AZAN
2012-02-16 - 14:44:00
Oqtay QORÇU Ekranda Məryəm oğlu İsanın obrazını yaradıb. Bütün inanclı katoliklər kimi o da İsanın ç ardı >>>
mej
pic MÜSTƏMLƏKƏ ARQUMENTLƏRİ
2012-02-16 - 13:07:00
Rövşən AĞAYEV Hakimiyyət uzun illərdir Bakıda seçkili mer institutunun yaradılması müzakirələrindən ardı >>>
mej
pic SƏUDİYYƏ KRALLIĞI və AZƏRBAYCAN: HANSININ GƏLƏCƏYİ PERSPEKTİVLİDİR?
2012-02-16 - 12:26:00
İlham ŞABAN Neft Araşdırmaları Mərkəzinin rəhbəri Son bir ildə Azərbaycan hökuməti ardı >>>
mej
pic “YEHOVANIN ŞAHİDLƏRİ”: ONLAR NİYƏ TEZ-TEZ CƏZALANDIRILIR?
2012-02-15 - 17:52:00
“Yehovanın şahidləri” dini icmasının üzvləri Azərbaycanda hüquq mühafizə orqanlarının qadağaları və həbsləri ilə tez-tez rastlaşır. Onlar İnzi ardı >>>
mej
pic RUŞANİYƏ HÜSEYNOVA: “MART AYI GƏLƏNDƏ ELMAR ÇOX SEVİNƏRDİ”
2012-02-14 - 18:12:00
Fevralın 14-də mərhum jurnalist Elmar Hüseynovun həyat yoldaşı Ruşaniyə Hüseynova “Media forum” saytına danışıb. Elmar Hüseynov 2005-ci il ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir