Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Araşdırma
print

YASAQ ALTINA DÜŞMÜŞ DİNDARLAR: QANUNDA YENİLİK NƏYİ DƏYİŞİB?

2012-01-26 - 18:46:00

İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdən sonra xaricdə dini təhsil almış dindarların vəziyyəti necədir? Qanundakı qadağalar onların fəaliyyətinə təsir edirmi?

2011-ci il dekabrın 12-də İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, islam dininə aid ayin və mərasimlərin Azərbaycandan kənarda dini təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilməsi yasaqdır.

İranın Qum şəhərində dini təhsil almış Vasif Nəftullayev “Media forum” saytına açıqlamasında ötən müddət ərzində hər hansı bir problemlə qarşılaşmadığını deyib: “Əvvəlki işlərimlə, dini maarifçiliklə, dini mərasimlərdə iştirakla məşğulam. Allahımdan aldığım əmr “de”dirsə, mən öz işimlə, öz təbliğatımla, öz maarifçilik işimlə məşğulam”.

Vasif Nəftullayev qeyd edib ki, o, İrana getməmişdən əvvəl Bakı İslam Universitetini bitirib: “İlk ali dini təhsili burada aldım. Daha sonra ali təhsili mükəmməlləşdirmək üçün xaricə yola düşdüm. Xaricdə təhsil almaqda əsas məqsəd Allahın öz bəndəsindən nə istəməsi, bunu anlamaq, eyni zamanda bunu anlayana istiqamət verməkdir. İlahi əmrlərə insanları maarifləndirməkdir. “Quran”da deyilir ki, əgər mənim istədiyim bəndəm olsanız, mənim dediyim kimi həyat tərzi sürsəniz, mən sizlərə güman etmədiyiniz yerdən ruzi yetirərəm”.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə gəlincə, Vasif Nəftullayev bundan təəssüf hissi keçirdiyini vurğulayıb: “Artıq bəlli oldu ki, bəzilərinin islamdan, dindən qorxusu sonsuzdur. Qadağalar yalnız bundan xəbər verir. Amma hesab edirəm ki, dindən, peyğəmbər kəlamları, hədis hekayətləri ilə tərbiyələnən adamlardan hər hansı təhlükə gələ bilməz. Təhlükəni kənar yerdə axtarmaq lazımdır. Belə qadağalar islamı düzgün başa düşməməkdən irəli gəlir. İslamın bizim dövlətçiliyimizə, millətimizə zərbə vura biləcəyi haqda düşünmək islamdan xəbərsizliyin və əsl ruhaniliyi dərk etməməyin nəticəsidir. Ruhani heç bir cəmiyyət üçün, dövlət üçün təhlükə ola bilməz”.

Vasif Nəftullayev ölkənin dini kəsimindən lazımi səviyyədə istifadə olunmadığını, onların cəmiyyətdən kənarlaşdırıldığını düşünür: “Misal üçün, deputatdan soruşurlar ki, ölkədə boşanmaların sayı niyə artıb? Bu, mənəviyyat məsələsidir. Din mənəviyyat məsələsi olduğuna görə bu kimi problemlərə də münasibət bu sahənin adamlarından soruşulmalıdır. Mənəvi məsələlərlə məşğul olandan iqtisadi, siyasi problemlərə cavab soruşulması düzgün olmadığı kimi o sahənin adamlarından da mənəvi problemlərə münasibət öyrənilməməlidir. Amma bu kimi qadağalar qoymaqla mənəviyyat adamlarını, ekspertləri cəmiyyətdən kənarlaşdırırlar”.

Vasif Nəftullayev tarix boyu mənəviyyata bağlı insanların qadağalarla qarşılaşdığını xatırladıb: “İlahi kitabda da buyurulub ki, bəziləri Allahın nurunun söndürülməsinə çalışacaqlar, insanları mənəviyyatdan, həqiqətdən ayrı salmaq istəyəcəklər. Allah buyurur: “Mən bir Allah olaraq, onların bu istəyinin əksinə olaraq öz nurumu tamamlayıb sona çatdıracam, həqiqətən bu, kafir və müşriklərə xoş gəlməsə belə”. Allahdan “de!” əmrini alan ruhani heç vaxt susmayacaq, amma kimsə saray mollasıdırsa, o başqa məsələ, susacaq, geri çəkiləcək”.

Dindar son qadağanın tezliklə götürülməsini, qanunun tətbiqinin ləğv olunmasını təklif edib: “Bu qadağanı qoyanda əsas gətirirlər ki, xaricdə dini təhsil alanlar ölkə üçün təhlükə ola bilərlər. Bəs onda kim təminat verə bilər ki, xaricdə qeyri-dini təhsil alan vətəndaşlar ölkə üçün, dövlətçilik üçün təhlükə ola bilməzlər? Məgər onlar həmin ölkələrin kəşfiyyat xidmətlərinin təsiri altına düşə bilməzlərmi? Əgər belə bir qadağanı qoymaq vacib hesab olunursa, onda bu, xaricdə təhsil alan bütün vətəndaşlara şamil olunmalıdır”.

İlahiyyatçı onu da vurğulayıb ki, Qafqaz Müsəlmanları İdarəsində çalışan ruhanilərin böyük əksəriyyəti vaxtilə xaricdə təhsil alanlardır: “Amma sonuncu qadağalar qanununda qeyd olunmayıb ki, xaricə təhsil alanlar dedikdə kimlər nəzərdə tutulur – son 15-20 ildə xaricdə təhsil alanlar, yoxsa ondan da əvvəl təhsil alanlar? Əgər qanun bütün xaricdə təhsil alanlara şamil edilirsə, onda Qafqaz Müsəlmanları İdarəsində çalışanlar istefa verməlidirlər ki”.

Lənkəranlı ruhani, İranın Qum şəhərində dini təhsil almış Elman Ağayev də “Media forum” saytına açıqlamasında əvvəlki kimi dini sahədə fəaliyyətini davam etdirdiyini deyib: “Onu da qeyd edim ki, mən eyni zamanda Bakı İslam Universitetinin məzunuyam. Lakin sonra dini təhsilimi təkmilləşdirmək üçün İrana yola düşmüşəm. Hazırda fəaliyyət göstərməyimə hər hansı problem yoxdur”.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə gəlincə, Elman Ağayev buna iki cür yanaşdığını bildirib: “Birincisi, belə bir qanunun qəbul edilməsi dövlətçiliyin təhlükəsizliyi baxımından vacib hesab olunub. Hələ qanun layihəsi müzakirə olunarkən deputatlar, ictimaiyyətin ayrı-ayrı nümayəndələri bunu əsas gətirirdilər. Digər tərəfdən buna insan haqları məsələsi kimi yanşamaq lazımdır. Axı xaricdə təhsil almaq hər bir kəsin hüququdur. Bu gün yüksək vəzifə sahibləri var ki, vaxtilə xaricdə dini təhsil alıblar. Hesab edirəm ki, müəyyən müddətdən sonra problemlər olsa da, zamanla hər şey qaydasına düşəcək”.

Elman Ağayevin fikrincə, bu gün Azərbaycanda dini təhsilin səviyyəsinin aşağı olması birmənalıdır: “Mənim ilk dini təhsilim Lənkəranla, sonra Bakı ilə bağlıdır. Ancaq Qum şəhərində aldığım təhsil buradakından tam fərqlənir. Eyni qaydada Türkiyədə, Suriyada dini təhsil alan qardaşlarımız bu fikirdədirlər ki, Azərbaycanda yüksək ali dini təhsil yoxdur. Bunun özünün obyektiv səbəbləri var. Xaricdən – fərqi yoxdur, İran, Suriya, Türkiyə və ya başqa ölkə olsun –  qayıdan məzunda azərbaycançılıq, haqqı batildən ayırmaq kimi xüsusiyyətin olub-olmaması, dini pərdə altında gizlənib-gizlənməməsi şəxsi ambisiyalarla bağlıdır, təhsil aldığı ölkə ilə, dini təhsil ocağı ilə bağlı deyil”.

Elman Ağayev hesab edir ki, Azərbaycanda dini təhsil yuxarı səviyyədə olsaydı, xaricdən bura gəlib dini təhsil alanlar olardı: “Təəssüf ki, belə bir halla qarşılaşmamışam”.

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu “Media forum”a açıqlamasında qeyd edib ki, qurum dini etiqadla bağlı vəziyyətin monitorinqini daimi əsaslarla aparır: “Qanunvericiliyə sözügedən dəyişikliklə bağlı durumu da izləyirik. Qanunlara düzəlişlərin qəbulundan hazırkı dövrədək keçən zaman kəsimində sözügedən normaların tətbiqi ilə bağlı insan haqlarının pozulması halları qeydə alınmayıb”.

İslam dininə aid ayin və mərasimlərin Azərbaycandan kənarda dini təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilməsi yasağı qüvvəyə minəndən sonra vəziyyət necədir? Hər hansı bir qanun pozuntusu aşkarlanıbmı? Cəzalanan dindarlar varmı?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Media forum” saytına deyiblər ki, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər “Dini etiqad azadlığı haqqında” qanundan, eləcə də dini durumdakı mövcud reallıqlardan irəli gəlib: “Dövlət komitəsi istər həmin əlavə və dəyişikliklərdən əvvəl, istərsə də sonra öz səlahiyyətləri çərçivəsində ölkədə dini durumu nəzarətdə saxlamaq istiqamətində bütün lazımi tədbirləri həyata keçirir. Həyata keçirilən tədbirlərin ardıcıllığı və ilkin müsbət nəticələri yaxın gələcəkdə bu sahədə problemlərin tamamilə aradan qaldıracağını söyləməyə əsas verir”.

Aynur İMANOVA
 

BİR DİNİ YASAQ, İKİ YANAŞMA


pxl
“BAKCELL” NETTY-2012-nin BAŞ PARTNYORU OLDU
2012-05-17 - 19:04:00
“Bakcell” şirkəti NETTY-2012 Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub. “Bakcell”in sponsorluğu və “Sür@” brendinin baş par ardı >>>
mej
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir