Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Siyasət
print

“İNŞALLAH, FRANSANI BU BİABIRÇI QANUNDAN XİLAS EDƏRİK”

2012-01-26 - 19:02:00

Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun sədri, hakim Ədalət və İnkişaf Partiyasını təmsil edən deputat Necdet Ünüvar yanvarın 26-da “Media forum” saytına danışıb.

- Fransa Senatı qondarma erməni soyqırımını inkar edənlərə cəza nəzərdə tutan qanunu qəbul etdi. Türkiyə bu məsələdə hansı formada mübarizə aparmağı planlaşdırır?

- Bu qanun qəbuledilməzdir və yanlış addımdır. Eyni zamanda Fransanın özü üçün də problemlər yaradacaq, onun tarixinə qara ləkə kimi düşəcək. Bu, söz və fikir azadlığına əngəl yaradan bir qanundur. Amma proses davam edir. Senat qərar versə də, qarşıda Fransa Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ var. İndi buna hazırlıq gedir və Senatın 60 deputatının imzası tələb olunur. Artıq 40 deputat bunun üçün müraciət edib. Əgər say 60 olarsa, Konstitusiya Məhkəməsi məsələyə baxacaq. Qanunda Fransa Konstitusiyasına zidd məqamlar var, bunu hüquqşünaslar da dəfələrlə açıqlayıblar. Ümid edirəm ki, Fransa dövləti Konstitusiya Məhkəməsi səviyyəsində bu yanlış yoldan dönəcək və qanun qüvvəyə minməyəcək. Çünki qanun gercəkdən düşüncə, söz və mətbuat azadlığına, insan hüquqlarına ziddir.

Türkiyənin atacağı addımlara gəlincə, mənim bu haqda detallı danışmağım doğru olmazdı. Baş nazir cənab Rəcəb Teyyub Ərdoğan Ədalət və İnkişaf Partiyasından olan millət vəkillərinin qrup toplantısında detallı danışdı, konkret mesajlar verdi, Fransa ilə bağlı atılacaq addımların, görüləcək işlərin mərhələ-mərhələ həyata keçiriləcəyini bəyan etdi. Hazırda bu məsələ Türkiyə hökumətinin əsas mövzusudur, diqqət mərkəzindədir.

- Azərbaycanın bu məsələdə Türkiyəyə verdiyi dəstəkdən razısınızmı?

- Ötən həftə Azərbaycana səfərimiz zamanı prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazirin müavini Abid Şərifov, xarici işlər naziri Elmar Məmmədyarov, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə ilə və parlamentdə keçirdiyimiz görüşlərdə çox konkret və dəqiq mesajlar almışdıq. Onun şahidi olduq ki, bu yalnız Türkiyənin deyil, həm də Azərbaycanın problemidir. Problemin ortaq olduğunu və Azərbaycanla Türkiyənin fərqli düşünmədiyini gördük.

Senat qanunu qəbul edəndən sonra da Azərbaycanın Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi hökumət adından yeni açıqlamalar verdi. Həmin açıqlamalarda Senatın qərarı tənqid olunub, qanun mənfi qiymətləndirilib və Azərbaycan üçün bunun qəbuledilməz olduğu vurğulanıb. Fransanın ATƏT-in Minsk qrupu həmsədrliyindən ayrılması kimi fikirlərdən də məmnun qaldıq. Onsuz da bunun Türkiyə və Azərbaycanın ortaq problemi olduğuna şübhəmiz yox idi. Amma bu açıqlamalardan sonra daha da məmnun qaldıq. Ümid edirəm ki, bundan sonrakı mərhələlərdə də Türkiyə və Azərbaycan birgə addımlar atacaq.

- Ortaq addımlar nədən ibarət ola bilər və Azərbaycandan dəstəyin hansı formada davam etməsini gözləyirsiniz?

- Bununla bağlı geniş danışmaq istəmirəm. Hökumətlər birgə çalışmalar yönündə addımlar atacaqlar, mən dostluq qrupunun rəhbəri olaraq bundan artıq bir söz söyləmək durumunda deyiləm. Qeyd etdiyim kimi məsələyə Fransa Konstitusiya Məhkəməsində baxılması üçün 60 deputatın imzası və müraciəti tələb olunur. Bu baxımdan Türkiyə istər Fransa Senatı, istərsə də Fransa cəmiyyəti səviyyəsində təmaslarını davam etdirir. Ona görə də bu məsələdə istər Azərbaycanın, istərsə də digər türkdilli ölkələrin dəstəyinə ümid edirik və bunu gözləyirik. Yəni 60 fransız deputatın imza atması və müraciəti məsələsində dəstək gözləyirik. Onu da deyim ki, bu məsələdə müəyyən birgə çalışmalar var. İnşallah, bu 60 imzanı toplayıb Fransa Konstitusiya Məhkəməsinə müraciət etməyə nail olarıq və Fransanı bu biabırçı qanundan xilas edərik.

- Azərbaycandan başqa digər türkdilli ölkələrdən dəstək ala bildinizmi?

- Türkdilli Ölkələrin Parlament Assambleyası fəaliyyət göstərir. Bu çərçivədə də bir sıra təmaslarımız oldu. Əslində bu, türk dünyasının ortaq problemidir. Eyni zamanda buna oxşar bir çox problemimiz var. Türk dünyasının ortaq problemlərə birlikdə reaksiya verməsi, eyni mövqedən çıxış etməsi və birlikdə addımlar atması çox vacibdir. Ümid edirəm ki, bundan sonrakı mərhələlərdə birlikdə atılan addımları və ortaya qoyulan mövqeləri daha çox görəcəyik.

- Siz Azərbaycanın Türkiyəyə verdiyi dəstəkdən razı olduğunuzu dediniz. Amma Türkiyə mətbuatı bundan razı görünmür və Azərbaycanı ciddi tənqid edir.

- Mən Türkiyə və Azərbaycan arasında körpü yaratdığımı, bu funksiyanı yerinə yetirə bildiyimi görürəm. İstər Türkiyədə olan mesajların Azərbaycana, istərsə də Azərbaycanda olan mesajların Türkiyəyə çatdırılmasını vacib sayırıq və bu məsələdə özümüzü körpü hesab edirik. Fransa Senatı bədnam qanunu qəbul edəndən sonra Azərbaycanın dövlət qurumlarının, rəsmilərinin verdiyi açıqlamalar Türkiyə mətbuatında geniş işıqlandırıldı, önəmli qəzetlərdə çap olundu. Dostluq qrupunun rəhbəri olaraq bundan məmnunam. Amma onu da deməyi vacib sayıram ki, Türkiyə və Azərbaycan arasındakı əlaqələri daha da irəli aparmağımız və genişləndirməyimiz lazımdır. Bu məsələdə mənim və rəhbərlik etdiyim dostluq qrupunun üzərinə mühüm vəzifə düşür. 

İmdad ƏLİZADƏ


pxl
“BAKCELL” NETTY-2012-nin BAŞ PARTNYORU OLDU
2012-05-17 - 19:04:00
“Bakcell” şirkəti NETTY-2012 Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub. “Bakcell”in sponsorluğu və “Sür@” brendinin baş par ardı >>>
mej
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir