Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Siyasət
print

“MÜSAVAT BAŞQANININ SEÇİLMƏSİ SƏLAHİYYƏTİNİ QURULTAYDAN ALIB MƏCLİSƏ VERMƏK OLAR”

2012-01-25 - 17:19:00

Yanvarın 25-də Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu “Media forum” saytının suallarını cavablandırıb.

- Müsavat Partiyasının qurultayına hazırlıq necə gedir? Qurultayı elan olunduğu vaxtda - martda keçirmək mümkün olacaqmı?

- Marta az qalır. Rayon və şəhər təşkilatlarının bir hissəsində qurultaya hazırlıq konfransları keçirilməyib. Amma indiyədək baş tutan konfranslar qurultayın keçirilməsinə imkan verir. Yerli təşkilatların əksəriyyətində konfranslar olub. Amma qurultayın bütün yerli strukturlarda konfranslar keçirildikdən sonra baş tutması yaxşı olar.

Proses davam edir. Mümkün variantlardan biri də qurultayın vaxtının dəyişdirilməsidir. Ola bilər ki, qurultay başqa vaxta keçirilsin. Bu yalnız konfransların başa çatmaması ilə bağlı deyil. Bir sıra məsələlər var ki, onlara tam aydınlıq gətirilməlidir.

- Hansı məsələləri nəzərdə tutursunuz?

- Müsavatın nizamnaməsinə görə, partiyaya yeni başqan seçilməlidir. Hazırda qüvvədə olan nizamnamə bir şəxsə dalbadal iki dəfədən artıq başqan seçilmək hüququ vermir. Bu müddəa qəbul olunandan sonra İsa Qəmbər iki dəfə başqan seçilib. İsa bəyin yenidən başqan seçilmək hüququ yoxdur. Amma fakt ondan ibarətdir ki, partiyada böyük əksəriyyət İsa Qəmbərin başqanlığa davam etməsində maraqlıdır. Əksəriyyət hesab edir ki, indi ölkədə çox mürəkkəb və məsuliyyətli vəziyyət yaranıb, bu durumda indiyə kimi partiyanı uğurla idarə etmiş bir şəxsin başqanlıqdan getməsi müəyyən fəsadlar yarada bilər.

- İsa bəyin başqanlıqda qalmasının hansısa variantını görürsünüzmü?

- İsa Qəmbərin Müsavat başqanlığında qalmasını nəzərdə tutan variantlardan birini partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyası irəli sürüb. Komissiya nizamnamədə heç bir dəyişiklik etmədən və nizamnaməni pozmadan yaranmış vəziyyətdən çıxmağın mümkün olmasına rəy verib. Komissiyanın hazırladığı təklifə əsasən, Müsavatın qurultayı elan olunan vaxtda keçirilir, bir çox mühüm məsələləri həll edir, partiyanın Məclisinə, Mərkəzi Nəzarət-Təftiş Komissiyasına seçkilər keçirilir. Qurultayın qərarıyla başqan seçkisi təxirə salınır və yeni başqanın seçilməsi növbəti qurultaya saxlanılır.

Bu təklif hazırda partiya daxilində geniş müzakirə edilir. Partiya üzvlərinin, fəallarının əksəri təklifi maraqla qarşılayır. Hesab edirəm ki, yaranmış vəziyyətdən çıxmağın ən əlverişli yollarından biri də budur.

- Mərkəzi Nəzarət-Təftiş Komissiyasının təklifinə qurultaya hazırlıq üzrə təşkilat komitəsində baxılıbmı? İsa Qəmbər yeni təkliflə razıdırmı?

- Şəxsən mən İsa Qəmbərin bu təklifə münasibətinin necə olduğunu bilmirəm. İstənilən təklif qurultaya hazırlıq üzrə təşkilat komitəsində müzakirə olunur. Yəqin ki, bu təklifə də baxılacaq. İsa bəy dəfələrlə bildirib ki, yenidən başqanlığa namizədliyini irəli sürməyəcək, hətta qurultay nizamnaməni dəyişsə də, namizəd olmayacaq. O, mövqeyini dəyişməsə, atılan bu cür addımların heç bir səmərəsi olmayacaq. Belə olan halda isə vəziyyətdən çıxmaq və problemlərin yaranmaması üçün daha münasib təkliflər üzərində dayanmaq lazım gələcək.

- Məsələn...

- Bir təklif var ki, nizamnamə dəyişdirilsin və İsa bəyin üçüncü dəfə başqanlığa namizəd olmasına şərait yaradılsın. Amma İsa Qəmbər namizədliyini irəli sürməsə, nizamnamə dəyişikliyi əhəmiyyətini itirəcək. Əgər qurultay başqan seçkisinin keçirilməməsinə və bunun növbəti qurultayadək təxirə salınmasına qərar versə, onda qurultayın iradəsi daha üstün ola və İsa Qəmbərin rəyi nəzərə alınmadan qərar verilə bilər. Mərkəzi Nəzarət-Təftiş Komissiyasının təklifini cəlbedici edən də məhz bu məqamdır.

- Əgər başqan seçkisi təxirə salınmasa, prosesin sonrakı gedişini necə görürsünüz?

- Təbii ki, bu təklifin qəbul olunması problemin həlli olardı və buna çalışmaq lazımdır. Əgər bu variant alınmasa, şübhəsiz ki, yeni başqan seçiləcək. Mənim bu barədə təklifim var və həmin təklifi artıq mətbuatda səsləndirmişəm. Əgər başqan seçkisinin növbəti qurultaya saxlanması məsələsi alınmasa, başqan seçilməsi qaçılmaz olsa, onda daha səmərəli variantlar var və onları tətbiq etmək mümkündür. Struktur dəyişiklikləri edilərək rotasiya üsulu ilə həyata keçirilən başqanlıq institutu yaratmaq olar. Yəni növbəti qurultayadək başqanlıq funksiyası Divan üzvləri və yaxud sədrliyə iddialı olaraq ən çox səs alan bir neçə nəfər arasında əvəzetmə yolu ilə həyata keçirilə bilər. Altı ay bir nəfər, bundan sonra başqası başqan ola bilər. Təklif prinsipcə qəbul edilsə, detalları işləmək olar. Belə təcrübə dünya praktikasında var və bu həm də demokratiya yolunda irəliyə addım olar.

İkincisi, hesab edirəm ki, Müsavat başqanının seçilməsi səlahiyyətini qurultaydan alıb Məclisə vermək olar. Bu da indiki şəraitdə ölkədə parlament idarəçiliyinə keçidin zəruriliyi haqqında tez-tez səslənməyə başlayan təkliflər fonunda çox cəlbedici görünərdi. Müsavat Partiyası həmişə cəmiyyətimizə yeni demokratik ideyalar verən və bu ideyaları öz əməli fəaliyyətində tətbiq edən bir təşkilat olub. Ona görə də belə yeniliklərdən qorxmaq lazım deyil.

- Bir neçə müsavatçı başqanlığa namizəd olacağını açıqlayıb. Onlar İsa Qəmbərin fəaliyyətindən narazı olduqlarına görə namizədliklərini irəli sürüblər, yoxsa onun yenidən namizəd olmayacağını elan etməsi burada əsas rol oynayıb? Namizəd olmaq istəyən şəxslər başqan seçkisinin təxirə salınmasıyla razılaşacaqlarımı?

- Bütün müsavatçılar, eləcə də başqanlığa iddialı olanlar İsa bəyin partiyanın başqanı vəzifəsindən getməsində maraqlı deyillər. Nizamnamə ilə İsa bəyin yenidən seçilmək hüququ olsaydı, onların heç biri namizədliyini irəli sürməyəcəkdi. İddialı şəxslərin heç biri İsa Qəmbərdən narazı deyil.

İmdad ƏLİZADƏ


pxl
“BAKCELL” NETTY-2012-nin BAŞ PARTNYORU OLDU
2012-05-17 - 19:04:00
“Bakcell” şirkəti NETTY-2012 Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub. “Bakcell”in sponsorluğu və “Sür@” brendinin baş par ardı >>>
mej
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir