Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Siyasət
print

“İSTƏMƏRİK Kİ, MÜNASİBƏTLƏRİMİZ KORLANSIN. HƏRÇƏND İRAN TƏRƏFİ BİZƏ EYNİ MÜNASİBƏTİ GÖSTƏRMİR”

2012-01-24 - 18:21:00

Yanvarın 24-də Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Media forum” saytının suallarını cavablandırıb.

- Rəsmi dövlət qəzeti olan “Azərbaycan”ın 22 və 24 yanvar saylarında İranın Azərbaycanla bağlı siyasətini kəskin tənqid edən iki məqalə dərc olunub. Bu yazılar Azərbaycan dövlətinin rəsmi mövqeyini əks etdirir, yoxsa jurnalist və ya redaksiya mövqeyidir?

- İran bizim yaxın qonşumuzdur. “Azərbaycan” qəzetində dərc olunan yazılarda da dönə-dönə vurğulandığı kimi, ortaq nöqtələrimiz çoxdur. Təəssüf ki, Azərbaycan iqtidarının və xalqının İrana münasibətdə göstərdiyi səmimiyyəti, isti münasibəti biz İranın rəsmi dairələrindən görmürük. Xüsusən son dövrlərdə İranda ayrı-ayrı ayətullahların, generalların səsləndirdiyi açıqlamalarda, bəyanatlarda Azərbaycanın ünvanına əsası olmayan fikirlər yer alır. Bəzi hallarda birbaşa Azərbaycanın daxili işlərinə qarışmağa edilən çağırışlar var.

Təbii ki, dövlətlərarası münasibət olduğuna görə biz rəsmi qəzet olaraq bu məsələlərə qarışmamışıq, münasibət bildirməmişik. Bunu diplomatların öhdəsinə qoymuşuq. Amma Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bu yaxınlarda ifşa edərək qarşısını aldığı bir təxribatın, yəni Azərbaycanda yaşayan xarici mənşəli iki ictimai xadimin qətlə yetirilməsi üçün hazırlanmış plan və bu planın arxasında İranın xüsusi xidmət orqanlarının dayanması, bunun Azərbaycan vətəndaşlarının əli ilə Bakıda törədilməsinə cəhd göstərilməsi ilə bağlı açıqlaması faktlara və sübutlara əsaslanır.

Biz həm MTN-in bu informasiyasını qəzetdə işıqlandırdıq, həm də bütün televiziya kanallarında həmin təxribat planının iştirakçıları hadisə ilə bağlı açıq şərh verdilər. Hər kəs gördü və şübhə yeri qalmadı ki, həqiqətən də bu, İran xüsusi xidmət orqanlarının dəstəklədiyi, maliyyələşdirdiyi, silah-sursatla təmin etdiyi növbəti təxribat-terror planıdır.

Ona görə biz öz qəzetimizdə bu hadisəyə münasibət bildirməyi qərara aldıq. Çünki biz də bu ölkənin vətəndaşlarıyıq, öz vətənimizi sevirik. İran xalqına nə qədər xoş münasibət bəsləsək də, heç zaman istəmərik ki, bizim dövlətdə hansısa bir əcnəbi vətəndaşa qarşı terror əməli törədilsin, Azərbaycanın imicinə xələl gətirən hadisə baş versin. Buna görə də həm bir vətəndaş kimi, həm də bir jurnalist kimi bu mövqeyi açıq bildirdik və açıq şəkildə yazdıq.

- İran ətrafında ciddi geosiyasi proseslər baş verir, ABŞ, Avropa İttifaqı bu ölkəyə sanksiyalar tətbiq edir. “Azərbaycan” qəzetinin İran haqqında tənqidi yazılarına bu proseslərin də təsiri varmı, yoxsa bu, İran-Azərbaycan münasibətlərində yaranan gərginlikdən doğan yazılardır?

- Bir daha vurğulamaq istəyirəm ki, İran Azərbaycana yaxın qonşu dövlətdir. Biz heç vaxt istəmərik ki, İranda müharibə olsun, sabitlik pozulsun. Bu hansısa formada Azərbaycana da mənfi təsir göstərə bilər. Ən azı müəyyən qaçqın ordusu yaranacaq, Azərbaycana çoxlu adam keçəcək və bu da bizim üçün əlavə, yəni müharibə vəziyyətində olan ölkədə yeni problemlər yarada bilər.

İstərdik ki, İranın indiki rəhbərliyi öz xalqının və dövlətinin mənafeyini düşünərək İrana xaricdən hər hansı hərbi müdaxilənin törədilməsinə imkan verməsinlər. İranın ətrafında yaranmış problemi danışıqlar, sülh yolu ilə həll etsinlər. Ona görə də biz bu məsələdə sülh tərəfdarıyıq, hadisələrin danışıqlar yolu ilə çözülməsini istəyirik. Bütövlükdə “Azərbaycan” qəzetində dərc olunan yazıları bu proseslərlə bağlamaq məntiqsizdir. Yəni bizdə belə bir niyyət ola bilməz.

- Yazıçı-publisist Rafiq Tağı qətlə yetiriləndə müstəqil ekspertlər, mətbuat, müxalifət partiyaları bu qətlin arxasında dayanan əsas qüvvə kimi İranı göstərdi. “Azərbaycan” qəzeti həmin dövrdə bu haqda, demək olar, heç nə yazmadı. İndi isə “Azərbaycan” qəzeti də Rafiq Tağının qətlinə görə İranı ittiham edir. Niyə indi bu haqda yazırsız?

- Rafiq Tağı qətlə yetiriləndə qəzetlər müxtəlif versiyalar irəli sürdülər. Mətbuat Rafiq Tağının ölümünü islam dininin daşıyıcısı olan insanın islama layiq olmayan yazısı ilə əlaqələndirdi. Yazdılar ki, İrandan onun ölümünə fətva verilib. O zaman, təbii, biz bu məsələyə qarışa bilməzdik. Çünki bütün bunlar söz-söhbət idi. Amma sonrakı dövrlərdə bu fikirlər iranlı ruhanilər tərəfindən səsləndirildi, xüsusən bizim yazımızda da qeyd olunduğu kimi, ayətullah Lənkərani özü fətva verdiyini qeyd etmişdi. Onun oğlu da atasının belə bir fətva verdiyini xatırlatdı və eyni zamanda bu hadisəyə sevindiyini bəyan etdi. Və artıq bu onların özləri tərəfindən təsdiq edildiyinə görə biz bu məsələyə yazılarda toxunmağı zəruri bildik.

Lakin diqqətlə baxılsa, görünər ki, biz orada həmin fikri hökm şəklində deməmişik ki, bu hadisə İran tərəfinin sifarişidir. Sadəcə, bu hadisənin İran tərəfinin sifarişi olması barədə gəzən söz-söhbətin bu ehtimallara meyli artırdığını xatırlatmışıq. Yazıda bu hadisənin İran tərəfindən icra edildiyini təsdiq edən formada heç nə deyilməyib.

- Rəsmi dövlət qəzetinin bu haqda yazdıqları ehtimallara əsaslanır, yoxsa sizdə hansısa məlumatlar var?

- Artıq qeyd etdim ki, yazılarda həm MTN tərəfindən ifşa olunmuş təxribat planı, ortada olan faktlar, həm də ki, İran mediasında və İran rəsmilərinin çıxışlarında yer alan fikirlər əsas götürülüb. Bizim üçün əsas budur. “Azərbaycan” qəzetinə hansısa qurum, orqan və ya kimlərsə heç kimə məlum olmayan nə dəlil və sübut, nə də fakt göndərib. Belə bir şey yoxdur. “Azərbaycan” qəzeti heç vaxt gizli mənbələrə istinad etmir. Ümumiyyətlə, o cür mənbələrdən bizə fakt daxil olmur. Praktikamızda belə bir şey yoxdur.

- Son məqalələr İran-Azərbaycan münasibətlərini daha da gərginləşdirə bilərmi?

- Diqqətlə fikir verəndə görünür ki, həmin məqalələrin həm ruhu, həm yazılış tərzi elə bil ki, yaxın dostundan inciyən, yaxın dostundan belə hərəkəti gözləməyən formada yazılıb. Yəni “sənə güvəndiyim dağlar, sənə də qar yağarmış”. Bu atalar sözünün ruhu var yazılarda.

Ermənistan tərəfindən işğal olunmuş bir rayondan seçilmiş millət vəkili olduğum üçün İranın bu hərəkətləri mənə xüsusilə ağır təsir edir. Çünki mənim vətənim Ağdam dağıdılıb, yerlə yeksan edilib! Ağdam “ruhlar şəhəri” siyahısına salınıb. Bu gün mənim bütün qohumlarım, doğmalarım məcburi köçkün həyatı yaşayırlar. Yaxınlarım, dostlarım, əzizlərim müharibədə şəhid olublar. Bu mənada dost saydığımız İran tərəfindən Ermənistana bəslənən münasibətlər müharibə acısını yaşamış insan kimi mənə çox ağır təsir göstərir. Hər dəfə Ermənistan prezidentinin İrana səfəri, İran prezidentinin Ermənistana səfəri, onların qucaqlaşması, hətta Dağlıq Qarabağ məsələsində də İranın Ermənistanın yanında olması məcburi köçkün rayonundan olan bir insan kimi məni artıq dərəcədə ağrıdır.

Amma indiyədək heç vaxt baş redaktoru olduğum qəzetdən tribuna kimi istifadə etməmişəm. Çünki biz həmişə çalışmışıq ki, İranla mehriban münasibətlərdə olaq. Azərbaycan iqtidarı daim İranla normal münasibətlər saxlayır. Ölkə rəsmlərinin bəyanatlarında hər zaman açıq şəkildə bildirilir ki, biz İrana xoş, mehriban, dost və qardaş münasibəti bəsləyirik. İstəmərik ki, münasibətlərimiz korlansın. Hərçənd İran tərəfi bizə eyni münasibəti göstərmir.

Bu yaxınlarda Prezident Administrasiyasının şöbə müdiri cənab Əli Həsənov İrana səfər etdi. Həmin səfər zamanı çox mühüm danışıqlar aparıldı, İranın bəzi televiziya kanallarında və KİV-lərində yer alan anti-Azərbaycan çıxışlar, Azərbaycana qarşı dost olmayan münasibətin ortaya qoyulması, Azərbaycanın daxili işlərinə qarışılması müzakirə olundu. Böyük ümidlər var idi ki, artıq bu məsələlərə son qoyulacaq, İran tərəfi də Azərbaycanla münasibətlərə həssaslıqla yanaşacaq. Amma təəssüf ki, gözləntilər özünü doğrultmadı. Yenidən həmin hərəkətlər davam edir.

Təbii ki, Azərbaycan İranla münasibətlərin gərginləşməsini istəmir və buna doğru heç bir addım atmayacaq. Biz heç vaxt istəmərik ki, yaxın qonşumuz, din, dil qardaşımız, bu ağır günümüzdə bizə arxa durmalı olan dövlətlə münasibətlərimiz pis olsun. Azərbaycan dövlətinin də, iqtidarının da, hər bir azərbaycanlının belə bir niyyəti və istəyi yoxdur. Bunu həm də İran tərəfi istəməlidir.

İmdad ƏLİZADƏ


pxl
“BAKCELL” NETTY-2012-nin BAŞ PARTNYORU OLDU
2012-05-17 - 19:04:00
“Bakcell” şirkəti NETTY-2012 Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub. “Bakcell”in sponsorluğu və “Sür@” brendinin baş par ardı >>>
mej
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir