Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Ədəbiyyat
print

HƏSRƏT MÜRƏKKƏBİ İLƏ YAZILAN KİTAB

2012-01-23 - 16:47:00

Bu yaxınlarda Əziz Alpoudun “Həyatımın hekayətləri” kitabından tanıdığım Zakir Sadatlının “İraq olsun” kitabı “Qanun” nəşriyyatında işıq üzü görüb. Adətim üzrə, yeni çıxan kitabın üzərindən bir həftə ötməmiş, kitabı aldım. Bir neçə başqa kitab da almışdım. Amma “İraq olsun”un adı və üz qabığında müəllifin tərcümeyi-hal əvəzinə yazdığı qarğışlar məni daha çox cəlb etdi.

“İraq olsun”un ilk səhifəsini açıb, qeydlərimi apara-apara oxumağa başladım və bir də baxdım ki, bir neçə saat ötüb və mən kitabı bitirmişəm. Baxdım ki, qeyd dəftərimdə 144 səhifəlik kitabdan 8 səhifə qeydlərim var. Bu, mənim “İraq olsun” haqqında yazmağıma bir işarə idi. Çünki hər kitabdan bu qədər qeyd aparmaq olmur.

Zakir Sadatlının “İraq olsun”u onun İraqa, Kərkükə səfərindən bəhs edən sənədli povestdir. Daha doğrusu, romandır. Bəlkə buna xatirə də demək olar. Əsərdə müəllifin operator Elxanla İraqa səfərindən, orada onları Kərkükdən olan ziyalı Məhəmməd Mehdi Bayatın qarşılaması, müharibə və zillət içində olan şəhəri gəzdirməsi, bütün çətinliklərə baxmayaraq oradakı vəziyyəti kameranın yaddaşına köçürmələri, hətta bu arada silahlı dəstəyə əsir düşmələri, daha sonra pulla əsirlikdən çıxıb üzü Kərbəlaya, ordan isə Kərkükə getmələrindən bəhs olunur.

“İraq olsun” əsəri maraqlı fikirlər, aforizimlərlə zəngindir. Lakin müəllif kimdənsə sitat gətirmədən, özünün hikmətli sözlərini oxuculara çatdırır. Bu sözlərdən bir neçəsini təqdim edirəm: “İblis qarışdırmağı, insan barışdırmağı ilə öz tarixini yazır...”, “Bəşər necə danışırsa, elə də yaşayır”, “Bütləri Tanrı yıxır, heykəlləri isə insan. Bütlər yıxılanda bəşər üçün yeni mərhələ başlayır. Heykəllər yıxılanda cəmiyyət ardı-arası kəsilməyən faciələr silsiləsinə qədəm qoyur. Düşən heykəl yerində başqasını oturdur”, “Biz İraq boyu güllələnmiş heykəllər gördük. Bu, sevilə-sevilə ucalanın, söyülə-söyülə yıxılmağı deyildi. İnsanın vaxtdan qisas almaq ehtirası idi”.

Kitabda bu kimi hikmətli sözlər çoxdur. Mən isə əsas bu kitabın ideya qatından danışmaq istəyirəm. Adından da göründüyü kimi kitab müharibə həyatı (Amerika qoşunlarının İraqa daxil olması, Səddam Hüseynin devrilməsi) yaşayn İraq xalqından bəhs edir. Amma mənim baxışımla bu kitab bir türk elinin, bir türk xalqının ağrı-acısının həsrəti ilə yazılan əsərdir.

Müəllif “İraq olsun, əgər bütün İraq yer üzündən silinsə, təkcə “Kərkük” sözü onu özündə yaşatmaq gücündə və cazibəsindədir” və “Harda Türk var – orada Kərkük var” cümlələri ilə əslində bu torpaqların da qədim türk xalqına mənsub olduğunu göstərməklə, onların ağrı-acısını özününküləşdirib, bütün türklərin dərdi səviyyəsinə çatdırıb. Bunun da izahını “Bu məkan ölçüsünə sığmayan, amma əsrlərin, qərinələrin ayrılığına imza atan zaman məsafəsinin uzaqlığıdır. Tarixin oynadığı “Beşdaş” oyununun daşları kimi fırlanıb hərəmiz bir yana düşmüşük“ cümləsi ilə verir.

Əsərdə Kərkük xalqının yaranma tarixindən üzü bəri, xeyli maraqlı məlumat yer alıb.

Kərkük xatirələrini qələmə alan müəllif Kərkük elini belə tərənnüm edir: “Bizdən xəbərsiz bizi soraqlayan, bizi anan insanlar – kərküklülər!!! Bizdən xəbərsiz bizim üçün yanan el – Kərkük!!!”.

“İraq olsun”da müharibə həyatı yaşayan kərküklülərin dəyişməyən qonaqpərvərliyi, millətsevərliyi haqqında da geniş məlumat var.

Əsərin çox oxunaqlı və səlis dili var. Elə buna görə də mən bu kitabı cəmisi bir neçə saatın içində oxuyub bitirdim.

Kitabın sonunda müəllifin “Salam, Baça” adlı hekayəsi də verilib. Bu hekayə Əfqanıstan müharibəsinin bədii təsviridir. Amma düzünü deyəcəm, hekayə “İraq olsun” qədər mənə təsir etmədi. Mən “İraq olsun”la Kərkükü tanıdım, sevdim. İçimdə görmədiyim bir məkana həsrət yarandı.

Mən virtual şəbəkədə Məhəmməd Mehdi Bayatla dostam. Ara-sıra söhbətlərimiz, müzakirələrimiz olur. Amma bu kitabla tanışlıqdan sonra Məhəmməd Mehdi Bayatın nə qədər türk dünyasına bağlı, içi həsrətli bir insan olduğunu da bildim. Hətta dəfələrlə, məni Kərkükə dəvət edən Məhəmməd Mehdi Bayatla tezliklə Kərkükdə görüşmək istəyim oyandı. Təki qismət olsun. Yolçu yolda gərək!

Zaur QƏRİBOĞLU


pxl
“BAKCELL” NETTY-2012-nin BAŞ PARTNYORU OLDU
2012-05-17 - 19:04:00
“Bakcell” şirkəti NETTY-2012 Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub. “Bakcell”in sponsorluğu və “Sür@” brendinin baş par ardı >>>
mej
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir