Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Ədəbiyyat
print

ERKƏKLƏR (Əsərdən parça)

2012-01-19 - 15:00:00

Aysel ƏLİZADƏ

Yazar Aysel Əlizadənin “Erkəklər” kitabı çapdan çıxıb. Bu, müəllifin üçüncü kitabıdır.
İnsanın üz-üzə qaldığı bir çox ciddi və qlobal məsələyə toxunulan “Erkəklər” əsərində bu problemlərin insan həyatında buraxdığı dərin izlər iki qəhrəmanın – yazıçı kişi ilə həkim qadının dialoqları fonunda əks olunur. Klassik qadın-kişi münasibətlərinə fərqli baxış, xəyanətin insan həyatında ağrılı və dərin izlər buraxması və taleyini alt-üst etməsi kimi psixoloji məqamlar əsərdə qabarıq ştrixlərlə verilib.
Müasir dünyanın yaratdığı sosial-siyasi problemlər birbaşa insanın həyatına nüfuz edir, bəzən onu istəmədiyi seçim qarşısında qoyur – əsərdə yer alan əsas məsələlərdən biri də budur; həyata öz baxışı olan, fərqli düşüncə tərzinə sahib bir insan həyatın qəddar sınaqları qarşısında tək qalsa da, sınmır. Belə psixoloji təlatümlərlə üz-üzə qalan insan taleyi “Erkəklər” əsərində dəqiq cizgilərlə qələmə alınıb.
“Erkəklər” kitabı artıq satışdadır. Kitabı Bakıdakı “Əli və Nino” kitab mağazalarından əldə etmək olar.

...Bir gün yenə yorğun-arğın otelə qayıtdıq. Mənimçün otağa kofe sifariş elədi. Təəccübləndim. Bura gələndən bircə dəfə də olsun mənimçün nəsə istəməmişdi. Tanıdığım o qadın-ana deyildi. Fikri yalnız sərfəli qiymətə mal almaqda qalmışdı. Çapar kimi ordan-ora, burdan-bura qaçırdı gün uzunu. O dükan sənin, bu dükan mənim – dayanmadan gəzirdik. Yemək yeməyə də imkan olmurdu. Ayaqüstü nəsə atışdırıb işimizi görürdük. Nə yalan deyim, bu sifariş ürəyimcə oldu. Elə bil onun qayğısıyçün da darıxmışdım. Həm də özümü adam kimi hiss eləmirdim neçə gündü. Yoğun, basırıq bir gündən sonra ayaqlarını uzadıb rahatca, kofe içə-içə heç nə haqda düşünməməyin dadını çıxarmaq elə qiymətli gəlirdi, az qalırdım səhər onunla getməyəcəyimə qərar verim. Sözsüz ki, bu ötəri fikir idi. Mən bu rəzalətə razı olmazdım. Kofedən bir qurtum alıb ilk dəfə otağımızdakı televizoru açdım. “Televizorumuz da varmış” – guya zarafat elədim. Reaksiya vermədi, eşitmədi deyəsən. Gözləri divardakı rəsmə zillənmişdi. 

O:

– Gör nə gözəldi. Neçə ildi bura gəlirəm, bu rəsmi birinci dəfədi görürəm. Bu otaqda çox qalmışam. Fikir verməmişəm... ya da yeni asıblar.

Herakl kimi bir kişi rəsmi idi: əzələli, yekəpər. 

O:

– Rəssam olsaydım, Mikelanjelo kimi kişi bədənləri çəkərdim. Məncə, qadının evində gözəl, yaraşıqlı bir kişi rəsmi olsa, yaxşıdı. İnanırsan, bunu oğurlamağım gəlir.

Mat qaldım... Əməlli-başlı mat qaldım. Elə bilirdim onun kişilər haqda heç təsəvvürü yoxdu. O qədər ki, özümü onun yanında anlaşılmaz varlıq kimi hiss eləmişdim, sözləri ağlımı qarışdırdı.

Düpədüz ilhamı gəlmişdi. Məni şaşırmaqda davam edirdi.

O:

– Heç olmasa, bir günlük kişi olmaq istəyərdim.

Gözüm kəlləmə çıxdı. Bu nə danışır?

Mən:

– Kişi olmaq? Neynirsən kişi olub? 

O:

– Mənə çox maraqlıdı, kişinin ağlı necə işləyir,o, nə  düşünür, ürəyi nə istəyir, ruhu necə olur? 

Mən:

– Bununçün kişi olmaq lazım deyil ki. Birindən öyrənə bilərsən.

O:

– Yox, elə istəmirəm. Özüm hiss eləmək istəyirəm. Öyrənməklə olmur.

Ürəyimdən elə keçirdi, suallarına cavab verim, ancaq niyə verməliydim? Əgər cavablarım maraqlı olsaydı, elə məndən soruşardı, özü kişi olmaq istəməzdi. Bambılı kimi ortaya atılmağın mənası yoxdu. Qoy elə ürəyi açılmışkən içini boşaltsın. Onsuz da düz-əməlli yuxum da gəlmirdi. 40 ildə bir dilə gəlib nəsə deyir. Birdən yersiz söz çıxar ağzımdan, yenə susar. Qoy danışsın. Söhbəti uzatmaq üçün cümlələr, suallar fikirləşirdim. Elə bir cümlə olmalıydı ki, onu ruhlandırsın.

Mən:

– Birinci dəfədi eşidirəm ki, hansısa qadın kişiyə araşdırma obyekti kimi baxsın. Mənə elə gəlirdi bütün qadınların bizdən zəhlələri gedir. 

O:

– Doğrudan?

Mən:

– Doğrudan.

O:

– Səhv eləyirsən. Əslində, qadınların sizə qarşı nə hiss etdiklərindən xəbəriniz yoxdu.

Mən:

– Nə hiss edirlər?

O:

– Qadınlar sizə həsəd aparırlar.

Gülməyim tutdu. Bunu çox ciddi dedi. Gülməyə cəsarətim çatmadı. Gülsəm, məni öldürəsi deyildi. Ancaq özümü boğdum. Danışmasını çox istəyirdim.

O:

– Qadınlar sizi bəxtəvər sayırlar. Siz lidersiz, axı. Bütün dünya əlinizdədi. Düzdü, bu həm də çox ağır yükdü, böyük öhdəlikdi. Ancaq belə olsa da, bu, həqiqəti dəyişmir. Hər şeyi yönləndirən sizsiz. Hətta, qadına evlilik təklifini də siz edirsiz. Deməli, onun şəxsi həyatına da hünəriniz çatır. İstəsək də-istəməsək də, belədi. Şəxsən mən buna görə sizə həm də acıyıram.

Bu “acıyıram” sözü nəsə məni açmadı. Ancaq bir az ürəkləndirdi də. Neçə vaxtdı yanında özümü gah ahıl, gah cocuq kimi hiss elədiyim bir qadından “siz lidersiz” fikrini eşitmək xoşuma da gəldi, çaşdırdı da. Öz-özümə dedim: buna bax, o, kişiləri lider sayır, sən də onun böyründə buyruq tulası kimi gəzirsən. Axmaq! Allah bilir, sənin haqqında nələr fikirləşir.

Mən:

– Qadınlar kişinin liderliyini əlindən almaq üçün hər şeyə əl atırlar. Fəlsəfi cərəyan da yaratmısız.

O:

– Məncə, kişinin liderliyi əlindən alınsa, qadınlar özləri narahat olarlar. Qadınlar dünyanı idarə edə bilərlər, bəlkə də. Ancaq onda intriqa, dedi-qodu, lazımsız konfliktlər çox olar. Mən qadınlarla işləyirəm də, görürəm. Bax iki işim var, ikisində də qadınlardı - klinikada doktor kolleqalarım, dükana da gəlib-gedənlərin əksəriyyəti evdarlar. Heç bir fərqləri yoxdu inanırsan? Onlar da dedi-qoduyçün ölür, bunlar da. Heç vaxt oturub ciddi şeylərdən danışmazlar. Bir dəfə eşitmədim ki, dünyada, ölkədə baş verən hanısısa hadisədən danışsınlar. Onlara qulaq asanda hər dəfə şükür eləyirəm - nə yaxşı dünya bunların əlində deyil. Batardıq. Bütün dünya şou-biznesə dönərdi.

Mən:

– Guya indi elə deyil? Siyasət özü böyük bir şoudu. Təlxəkləri var, hoqqabazları var. İstəsən lap akrobatları da var. Siyasətçilər də hoqqa çıxırırlar.  Bütün günü politikanın hazırladığı teatra baxırıq. Bir xaos yaradıblar dünyada, özləri də azıb qalıblar içində. Siyasi qalmaqallarla insanları küyə salırlar. Bunun badına insan həyatı gedir. 6 milyard insan girinc qalıb bu hoqqabazların əlində. Siyasi serial izləyirik neçə vaxtdı - “2011 serialı”. Avam, sadəlövh insanları, milyonlarla insanı qurbana çevirirlər uf da demədən. Adam iyrənir bunlara baxanda. Söz də tapmırsan. Serial deyirsən. Bu  sserialları kim döşəyir camaatın canına? Qadınlar çəkir bu serialları, ya da çəkdirir?

O:

– Qadınlar çəkməsələr də, qadınlarçün çəkilir. Seriallara ən çox kim baxır? Qadınlar seriallara baxmasalar, bu qədər çəkilər səncə? Öz fikrimi deyirəm. Bu seriallar, maqazin proqramları, saçyoldular, intriqalar hamısı qadınlar üçündü. Vaxtlarını bunlarla öldürməkdənsə, bir işlə məşğul ola bilərlər, ancaq olmurlar. Buna görə də dünyanı qadınlara etibar eləmək olmaz.

Mən:

– Hardasa haqlısan, ancaq heç cür tam razılaşa bilmərəm. Seriala baxmaqda pis heç nə görmürəm. Məncə, sən öz cinsinə qarşı bir az haqsızlıq eləyirsən. Hamısı bekarçılıqdan baxmır. Ev işi, çoluq-cocuq, ər…  qadın da istirahət eləməlidi. Hər qadının gedib hardasa əylənməyə, dincəlməyə imkanı yoxdu. Evində oturub filmini izləyir, bunda pis nə var anlamıram? Məsələn, mən o qədər dəyərli, intellektual qadınlar tanıyıram ki, ona dünyanı da etibar eləmək olar, bütün kainatı da. O da serial izləyir.

– Var. Mən də tanıyıram. Sadəcə, azdı. Dünyanı azlığa tapşırmaq olmaz, axı. Mən dünya idarəçiliyindən danışıram. İstənilən halda yenə də kişilərə ehtiyac olacaq. Həm də demədim ki, bu pisdi. Deyirəm yəni yalnız bununla vaxt keçirmək olmaz. Qadını irəliləməyə qoymur bu. Əvvəllər qadınlar boş vaxtlarında gərəkli işlərlə məşğul olardılar. Toxuyardılar, tikiş tikərdilər. Nə bilim, bir sürü bu cür sənət yaranıb qadının boş vaxtında.

Mən:

– Bu, kişilərin siyasətidi. Kişilər görür ki, hakimiyyət getdikcə əldən çıxa bilər. Ona görə də altdan-altdan qadınları yayındırırlar.

Nəhayət ki, çox sevdiyim gülüşünü eşitdim. Üzünə yumşaqlıq gəldi. Gülümsəməsi yenə məni valeh elədi.

O :

– Qadınların tərəfini saxlamağın çox maraqlıdı. Sən heç vaxt bizi öz həmcinslərinin ayağına vermirsən. Sadəcə, mən qadınlara çox əsəbləşirəm. Niyə özlərini bu yerə qoyurlar? İmkan verməsinlər də buna.

Mən:

– Heç sən də bizim tərəfimizi vermirsən. Ancaq mənimçün əsas odu ki, qadınlar safdılar. Onlar bu nəhəng siyasətin qabağında dura bilməzlər. Cavaxarlalı tanıyırsan da yəqin?

O:

– Aydın məsələdi.

Mən:

– Ay sağ ol. Onun məhbəsdən qızına yazdığı məktublar var. Sonradan bacısı o məktubları kitab kimi buraxıb – “Dünya tarixinə baxış”. Cavaxarlal qızını tarixi gedişatla tanış edir. Əvvəlcə yazır ki, qədim insanlar ov ovlayırdılar. Sonra gördülər torpaqda mənfəət var, başladılar becərməyə, əkinçilklə məşğul olmağa. Beləcə, inkişaf getdi, insanlar yaratmağa, qazanmağa başladılar. Bu günə kimi bütün insanlar işləyir, çalışır, iqtisadiyyat, istehsalat güclənir get-gedə. Gəlirlər artır. Sonra deyir, sən düşünə bilərsən ki, o zaman niyə kasıblar elə kasıb olaraq qalır? Yazır, ona görə ki, idarəçilər başqasının halal qazancını şir iştahasıyla özlərinə götürürlər. Cavaxarlal başqa ölkədə, başqa sivilizasiyada yaşamış tamam başqa bir dövrün adamı, siyasətçisi olub. Onun zamanından bu yana nə dəyişib?

O:

– Böyük dəyişiklik yoxdu.

Mən:

– Yenə də kasıb kasıb olaraq qalır da, düzdü?

O:

– Düzdü.

Mən:

– Bu idarəçilik Cavaxarlaldan bu yana kişilərin əlindədi. Demək ki, bütün bu haqsızlıqları, acgözlüyü, tamahkarlığı edən bizik də? Elə deyil? Bütün bu biabırçı oyunu biz açırıq  dünyanın başına. Biz sahib çıxırıq  başqasının haqqına. Məncə, qadınlar bu qədər qəddar ola bilməzlər. Bu qədər günahın altına girməzlər. Məsələn, sən. Düşünürəm ki, sən bunu eləməzsən.

O:

– Bilmək olmaz. Hakimiyyət elə şeydi, onu  ancaq yiyələnəndə bilmək olar . Mən deyə bilmərəm, əlimdə güc olsa, bu cür qalaram, yoxsa dəyişərəm, soyuqqanlı olaram, ya yox. Deyə bilmərəm. Ancaq bir söz deyim. Adam hər şeydən sorumlu olanda elə məsələlər var ki, istəməsə də, ona göz yummağa məcburdu. Kişi hər şeydən sorumludu. Bu bəyəm asandı? O, özü də istəmədən radikal addımlar atmalı olur . Bu kiminsə hüququnu poza da bilər. Dünyanın ümumi axışı üçünsə vacib olar. Qadınlar heç vaxt bu yükün altına girə bilməzlər. Dünyanı yalnız bir cins idarə edir. Bu cinsin adı erkəkdi. Ona görə də qadınlar sizə həsəd aparırlar.

Mən:

– Sən də həsəd aparırsan?

O:

– Mən qadın deyiləm? 

Mən:

– Onu demək istəmədim. Sən bir az...

O:

– Nə bir az?

Mən:

– Bir az başqa cür qadınsan. Yəni sən də elə kişi kimisən...

Üzünü elə bil don vurdu bir anın içində. Yorğun üzünü una salıb çıxartsaydılar əminəm ki, eynən bu cür ağarardı. Pərt oldu, yoxsa əsəbləşdi, bilmədim. Üzüldümü, incidimi, anlamadım. Gözə girən bir durğunluq vardı çöhrəsində. Könlünü almağa söz də tapmadım. Düzünə qalsa, heç axtarmadım. Axtarsaydım belə, o dumanlı başla, o yorğun beyinlə çətin tapardım. Mən onu incitmək də istəmirdim, onun könlünü qırmaq bəlkə də, bu dünyada ağlımnan keçən ən sonuncu fikir olar. Neyniyək? Belə alındı. Həm də köntöy bir söz dediyimi düşünmürdüm. O, həqiqətən də kişi kimiydi.

Mən:

– Pis mənada demirəm. Yəni yükün bir kişinin üzərinə düşən yükün ağırlığından  az deyil.

O:

– Hmm.. anladım. Baxırsan, halıma yazığın gəlir. Elə bilirsən anlamıram? Bütün günü gözün üzümdədi. Ürəyində deyirsən, ay yazıq, sən də qadınsan? Bilirəm, bu cümlə üzünə yapışıb qalıb. Mən kütbeyin-zad deyiləm. Hər şeyi hiss eləyirəm.

Mən:

– Niyə belə kobud? Sən mənə yad adamsan? Mən necə sənin barəndə belə qaba şeylər fikirləşə bilərəm. Sadəcə, ürəyim yanır. Görürəm çox çətin bir işdi. Sən həkim adamsan. O qədər oxumusan. Doktor adı gələndə insanlar ayağa qalxıb yer verirlər. Sənsə doktor adam, ordan basa-basa gəlib burdan qadın başına mal alıb daşıyırsan ailəni dolandırmaq üçün. Onu fikirləşirəm. Burda nə var ki? Bu ayıb deyil... Ancaq sən doktorsan, axı.

O:

– Yox. Sən təkcə bunu düşünmürsən. Sən həm də düşünürsən ki, niyə mən təkəm, niyə uşağım yoxdu, niyə görüşdüyüm adam yoxdu. Niyə öz ailəm yoxdu. Niyə o yoxdu, bu yoxdu.. Mənim bilirsən nə qədər şansım olub? Mən çox varlı ailənin qızı olmuşam. Biz üç bacı qabağımızda qulluqçu görmüşük anadan olandan.

Mən:

– Mən nə dedim sən belə əsəbləşdin?

O:

– Heç nə. Sən elə heç nə demədiyin üçün mən əsəbləşirəm. Sən məni tanıyandan bircə dəfə də olsun heç nə soruşmamısan. Bu bilirsən nə deməkdi?

Məni elə bil yatağıma hördülər. Qupquru qurudum. Danışa bilmirdim. O coşmuşdu, cavab zad gözləmirdi.

O:

– O deməkdi ki, sən mənə elə acıyırsan ki, sual verməyə də cürətin çatmır. Gör mən sənin gözündə necə aciz, necə yazıq, biçarə məxluqam. Sual verib məni incitməkdən də qorxursan. Ancaq mənim çox gözəl həyatım olub. İndi də narazı deyiləm. Bacılarımın yükünü çəkməyi özüm istəmişəm. Mən beləyəm, ailəmə çox bağlıyam. Sən mənim barəmdə nə bilirsən ki? Heç nə. Heç nə bilmirsən.

Mən:

– Danışsan bilərəm.

O:

– Mən heç nə danışmaq istəmirəm. Sən kobud adamsan. Mən səninlə danışmaq istəmirəm. Yuxum gəlir. Yatıram. Gecən xeyrə...

 

 

 


pxl
“BAKCELL” NETTY-2012-nin BAŞ PARTNYORU OLDU
2012-05-17 - 19:04:00
“Bakcell” şirkəti NETTY-2012 Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub. “Bakcell”in sponsorluğu və “Sür@” brendinin baş par ardı >>>
mej
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir