Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Sosial
print

İQTİSADİ ARTIMI ARTIM EDƏN NƏDİR?

2012-01-18 - 14:39:00

Bəkir 
NƏRİMANOĞLU
 

Son illərə kimi hökumətin fəxr etdiyi göstəricilərdən biri də iqtisadi artım idi. İndi bunun üzərindən sükutla keçirlər. Əslində gözlənilən baş verib. Neftə əsaslanan iqtisadi artımın sonu olmalı idi.

Bu meyl “resurs lənəti” konsepsiyasında da əsas mənfi simptomlardan biri kimi vurğulanır. Burada söhbət təkcə baza dövründə resurs iqtisadiyyatlarında istehsal həcminin az olması nəticəsində tədricən iqtisadi artım tempinin “şişməsi”ndən, sonra da sabitləşməsindən gedə bilməz.

2007-ci ildə 25 faiz olan iqtisadi artım 4 ildən sonra 0.1 faiz olub. 4 ildə iqtisadi artım tempi 250 dəfə azalıb. Bu da ölkə üçün vacib olan dayanıqlı iqtisadi artım prinsipinə ziddir.

İqtisadçı ekspert Azər Mehtiyev bildirir ki, iqtisadi artım tempinin sürətlə dəyişməsi iqtisadiyyatın neftə əsaslanması ilə bağlıdır: “Neft hasilatının artması, eyni zamanda sonradan neftdən gələn pulların xərclənməsi ümumi daxili məhsulun (ÜDM) artım tempini gücləndirdi.

Artımın stabil olması üçün ölkədə qeyri-neft sektorunun inkişafı şərtdir. Qeyri-neft sektoru lazımi səviyyədə inkişaf etməyib. Ona görə də neft sektorunda baş verən hər hansı durğunluq iqtisadi artım tempində özünü göstərir. Ötən il neft hasilatının azalması ölkədə ÜDM-in azalmasına səbəb oldu. Bu, ölkə iqtisadiyyatının neftən asılı olmasını göstərir. Ötən il qeyri-neft sektorunda 9.4 faiz artım olduğunu deyirlər. Bu anlamda ÜDM-in 0.1 faiz artması o deməkdir ki, iqtisadi artımda əsas yeri neft tutur. Ölkədəki inhisarçılıq normal bazar münasibətlərinin yaranmasına mane olur”.

Hökumət 2012-ci ildə də “daxili dövlət tələbinin yüksək səviyyəsi” şəraitində iqtisadi artımın davam edəcəyini proqnozlaşdırır. Mərkəzi Bankın pul siyasəti ilə bağlı bəyanatında qeyd olunur ki, ölkənin sosial-iqtisadi inkişaf proqnozlarına uyğun olaraq növbəti ildə ÜDM-in 5.7% artacağı proqnozlaşdırılır. Bankın bəyanatında bildirilir ki, iqtisadi artım qeyri-neft sektoru hesabına (əsasən daxili tələbin təsiri altında) baş verəcək və dövlət xərcləri qeyri-neft sektorunda artım tempini formalaşdıran mühüm amil olacaq.

Ekspertlər hesab edirlər ki, qeyr-neft sektorunun dövlət xərcləmələri hesabına inkişafı uğurlu siyasət deyil. Ötən ilin oktyabrında Azərbaycana səfər edən Beynəlxalq Valyuta Fondunun (BMF) ekspertlərinin qəbul etdiyi bəyanatda qeyd olunur ki, iqtisadiyyatın diversifikasiyası üçün dövlət xərclərinin gücünə söykənən iqtisadi artımdan özəl sektora arxalanan iqtisadi artıma keçmək zəruridir: “Son dövrdə qeyri-neft sektorunda artım müsbət təəssürat oyatsa da, bu artım dövlət xərclərindən asılı olub. Artımın geniş hissəsi xidmət və tikinti sektorunun payına düşüb, kənd təsərrüfatı ilə əlaqəli olmayan özəl sektorun əhəmiyyətli hissəsi hökumətlə bağlanmış müqavilələrdən asılıdır. Özəl sektorun öz gücünə davamlı işləyən iqtisadi artım mühərrikinə çevrilməsi və əhalinin geniş gənc təbəqəsi üçün iş yerləri yarada bilməsi üçün biznes mühiti və idarətetmə ilə bağlı məhduduiyyətlərin aradan qaldırılması həlledici əhəmiyyət kəsb edir. Bu mənada inhisarçılıq fəaliyyətini aradan qaldıran islahatların həyata keçirilməsi və ticarətə maneələrin yüngülləşdirilməsi əsas məsələlərdir”.

Azər Mehtiyev də deyir ki, dövlətin başqa çıxış yolu yoxdur: “Dövlət öz hesabına qeyri-neft sektorunda artımı saxlamaq istəyir. Hakimiyyət rəqabət qabiliyyətli bazarın yaranmasında, sahibkarlığın inkişafında maraqlı deyil. Ona görə də əllərinə düşmüş pulları özlərinə məxsus firmalar vasitəsilə mənimsəyirlər”.

İqtisadi artımla bağlı dövlətin növbəti hədəfi növbəti 10 ildə ÜDM-i ikiqat artırmaqdır. Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında iqtisadi inkişaf naziri Şahin Mustafayev növbəti 10 ildə qeyri-neft sektoru hesabına ÜDM-in iki dəfə artırılmasının hədəf götürüldüyünü bildirib.

İqtisadi hesablamalara görə, bunun üçün ildə 7-8 faizlik artım olmalıdır. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu deyir ki, təcrübə hökumətin proqnozlarının heç də özünü doğrultmadığını göstərir: “2011-ci il üçün 3.8 faizlik iqtisadi artım proqnozlaşdırılırdı. Ancaq ÜDM cəmi 0.1 faiz artdı. Bu o deməkdir ki, hökumətin proqnozu özünü 38 dəfə doğrultmadı. Bu baxımdan gözləmirəm ki, 10 illik proqnoz özünü doğrultsun. Bu, siyasi yükə malik iqtisadi proqnozdur”.

Qubad İbadoğlunun fikrincə, belə artım iki halda mümkündür: “Birincisi, islahatlar aparılmalıdır. Bu islahatlar həm liberallaşma, həm də antikorrupsiya sahəsində olmalıdır.

“Gizli iqtisadiyyat”ı leqallaşdırsaq, bəlkə də ÜDM-i 1.5 dəfə artırmaq mümkündür. Hesablamalarmıza görə, ÜDM-in yarısından çoxu gizli iqtisadiyyatın payına düşür. Bunu leqallaşdırmaq üçün Azərbaycanın hökumətinin hansısa proqramı varmı? Olsaydı, mən bu proqnozla razılaşardım. Heç olmasa Rəqabət Məcəlləsini qəbul edəydilər. Dörd ildir Milli Məclisdə qalıb”.

Digər iqtisadçı ekspert Məhəmməd Talıblı da deyir ki, hökumət bu bəyanatı gərək hesablama ilə sübuta yetirsin: “Göstərsin ki, neft sektorunda 1% ÜDM artımı qeyri-neft sektorunda nə qədər artımı təmin etmiş olur”.

İqtisadi artımın mənbələrini ortaya çıxarmaq mühüm əhəmiyyət kəsb edir. İqtisadi artım nəzəriyyələrinə görə, burda kapitalın toplanması, əmək faktoru və texnoloji məhsuldarlıq əsas götürülür.

BVF-nin hesablamalarına görə, Azərbaycan iqtisadiyyatında xüsusən 2006-2008-ci illərdə də əvvəlki illərdə olduğu kimi, iqtisadi artım əsasən kapital akkumulyasiyası hesabına baş verib.

Qubad İbadoğlu deyir ki, bu, neft sektoruna külli miqdarda pul qoyulması ilə bağlıdır: “İnvestisiya tarazlı olsaydı, normal qəbul etmək olardı. Kapital tutumlu iqtisadi artımların uzunmüddətli olması həmişə şübhə doğurur. İndiki halda iqtisadi artımın dayanıqlı olması üçün texnoloji faktor daha önəmlidir”. 

Əslində iqtisadi artımla bağlı yanlış bir anlaşma var. Belə ki, iqtisadi artım və adambaşına düşən ÜDM ölkədə hər vətəndaşın əvvəlkindən daha yaxşı yaşaması anlamına gəlmir və gəlirin necə paylandığını göstərmir. Milli iqtisadiyyat sürətlə böyüyə bilər, ancaq zənginlər daha da zənginləşə, kasıb təbəqə isə daha da kasıblaşa bilər. Dolayısı ilə iqtisadi artım sadəcə kəmiyyəti əks etdirir. İqtisadi inkişaf isə keyfiyyət göstəriciləri deməkdir. İqtisadi inkişaf cəmiyyətin həyat standartlarında, istehsal olunan malların keyfiyyətində və ya istehsal texnologiyasında olan inkişafı özündə əks etdirir. 

Bundan başqa iqtisadi artım özündə yaşayış vəziyyəti barədə heç bir məlumat vermir. Cəmiyyətin pula ehtiyacından başqa azadlıq, ətraf mühit, istirahətə ayrılan vaxt kimi göstəricilər də var.


pxl
“BAKCELL” NETTY-2012-nin BAŞ PARTNYORU OLDU
2012-05-17 - 19:04:00
“Bakcell” şirkəti NETTY-2012 Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub. “Bakcell”in sponsorluğu və “Sür@” brendinin baş par ardı >>>
mej
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir