Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Sosial
print

“BƏNÖVŞƏYİ” TAKSİ SİYASƏTİ

2012-01-16 - 17:52:00

Rövşən AĞAYEV

Sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə “mədəni xidmət” devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, onları Koreya istehsalı olan iritutmlu avtobuslar əvəzlədi. Dövlət puluna alınıb şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətlərinin məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindir…    

Özəl sektorun ən tez ayaq açdığı sahə məhz ictimai nəqliyyat olmuşdu. 1990-cı illərin sonlarında Bakı avtobusların və onları xəttə buraxan şirkətlərin bolluğunda üzürdü. Doğrudur, o dövrdə xətlərdə lisenziyasız avtobusların qazanclarını gizlədib büdcəyə qəpik-quruş ödəməsi ciddi ictimai müzakirə mövzusu idi. İllər ötdü, avtobus parkı yeniləndi. Amma bu “modernləşmə” əməliyyatından paytaxt sakinlərinin, eləcə də ölkə iqtisadiyyatının hansısa xeyir gördüyünü söyləmək olarmı? Bəlkə marşurutlarda basabas azalıb, avtobuslar arasında intervallar qısalıb, bəlkə sərnişindaşıma biznesindən büdcənin qazancları artıb?

Taksi mövzusundan uzaqlaşmayaq. Bakıda Avropa paytaxtlarındakına uyğun sivil taksi xidmətləri bazarının nə vaxtsa yaranacağını ancaq arzulamaq qalır. Razılaşmaq olar ki, indi paytaxtımızın taksi xidmətləri bazarında xaos hökm sürür, nizam-intizam yoxdur, idarəolunmaz vəziyyət yaranıb. Bu qüsurların hamının görə biləcəyi aşkar nümunələrini də sadalamaq mümkündür. Məsələn, mədəni şəhərlərdən fərqli olaraq Bakıda hər növdə və rəngdə, texniki və dizayn baxımından sərnişindaşıma standartlarına cavab verməyən, qeyri-leqal fəaliyyət göstərib vergidən yayınan istənilən qədər taksi tapmaq olar. Amma xidməti tənzimləməli olan ali ranqlı məmurun öz adamları vasitəsilə yaratdığı şirkət(lər)in bütün bazarı ələ keçirərək çörək puluna möhtac insanları zorakılıqla bazardan qovması da bu problemin həll yolu deyil. 

Son günlər hökumətin müəyyənləşdirdiyi standartlara cavab verməyən bütün taksilərin paytaxt küçələrindən qısa müddətdə yığışdırılacağı haqda aramsız nitqlər və bu çıxışlara taksi sürücülərinin etirazları intensivləşib. İndi vacib suallara cavab axtarmağa ehtiyac yaranıb…

Taksi xidmətləri bazarının fəaliyyəti 3 əsas normativ-hüquqi aktla tənzimlənir: “Avtomobil nəqliyyatı haqqında” qanun  (2008-ci il), sahibkarlıq fəaliyyətinə xüsusi razılığın alınmasına dair ölkə prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları” (Nazirlər Kabinetinin 17.09.09 tarixli, 141 saylı qərarı).

Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki və hüquqi şəxslər 150 manat dövlət rüsumu ödəməklə Nəqliyyat Nazirliyindən xüsusi razılıq almalıdırlar. Mövcud qanunvericiliyə görə, taksi minik avtomobili sürücü ilə birlikdə oturacaq yerlərinin sayı 9-dan çox olmayan, xüsusi tanınma nişanları və taksometrlə təchiz edilən nəqliyyat vasitəsidir. Sərnişinin təhlükəsizliyini təmin edə bilməyən nəqliyyat vasitəsinin taksi kimi uçota alınması qadağandır. Odur ki, Dövlət Yol Polisi taksi minik avtomobillərinin texniki normaların və standartların tələblərinə uyğunluğu və texniki cəhətdən yararlı olmasını yoxlamaq üçün texniki baxışdan keçirir, həmçinin Nəqliyyat Nazirliyi bu avtomobilə lisenziya kartı verildiyi anda və lisenziya kartı verildikdən sonra hər rüb nəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunu təftiş edir.

Vağzalların, hava limanlarının, xəstəxanaların, ticarət və mədəniyyət mərkəzlərinin, kütləvi istirahət komplekslərinin və yaşayış massivlərinin yerləşdiyi ərazilərin yaxınlığında taksi minik avtomobillərinin dayanacaqlarının geniş şəbəkəsi təşkil edilməli və Nəqliyyat Nazirliyi həmin dayanacaqları pasportlaşdırmalıdır. Tariflərə gəldikdə, qüvvədə olan qanunvericiliyə əsasən, taksilərlə sərnişinlərin daşıma haqqı, minməyə, bir kilometr ödənişli gedişə və bir saat ödənişli boşdayanmaya görə elan edilmiş tarifləri daşınmanı yerinə yetirən subyektin müəyyənləşdirdiyi qaydalara əsasən taksometrin göstəricisi hesablayır.

Əsas problem sağlam rəqabət mühitinin yoxluğudur. Biznesmen məmurların ölkədə taksi xidmətlərini təsir altına almaq istiqamətində akşar cəhdlərinə ötən il “London taksiləri” kimi tanınan bənövşəyi taksilərin ölkəyə gətirilməsi ilə start verildi. Taksi fəaliyyətinin bilavasitə bazar subyektlərinin göstərməli olduğu xidmətlərə aid olduğunu nəzərə alsaq, Nəqliyyat Nazirliyinini patronajlığı ilə yaranan hansısa kvazibazar müəssisəsinin bu məsələdə qol çırmalaması, dövlətin pulu hesabına ölkəyə yüzlərlə taksi gətirməsi, sonra isə ağır şərtlərlə taksi sürücülərini onların çətiri altında işlməyə məcbur etməsi bir faktın aşkar təsdiqidir: taksi biznesini dövlətin adına tənzimləməli olan orqanın rəsmiləri həm də bu biznesin qurucusu rolunda çıxış etmək istəyirlər. Belə şəraitdə taksi xidmətləri göstərmək niyyətində olan iş adamlarının bazar bərabər çıxışının olmayacağı əvvəlcədən bəllidir. Halbuki, məsələn, əhalisi Bakıdan 3 dəfə az olan Riqa şəhərində 70 taksi şirkəti mövcuddur və hər şirkətin parkında orta hesabla 20 avtomobil var. 

Bakıda rəqabətli taksi xidmətləri bazarının formalaşmasına mane olan mexanizmlərə gəldikdə, ciddi qüsurlar kimi bir neçə vacib məqamı qeyd etmək olar. Əvvəla, taksi dayanacaqlarının qurulmasının  hansısa şirkətin inhisarında saxlanması yolverilməzdir. Ötən ilə paytaxtda qurulan 32 dayanacağın hamısını Nəqliyyat Nazirliyinin idarəçiliyi altında olan Bakı Sərnişin Nəqliyyatı Məhdud Məsuliyyətli Cəmiyyəti qurub və yaxın illərdə formalaşdırılması nəzərdə tutulan 1000-dən artıq dayanacağın da məhz bu quruma məxsus olacağı bildirilir. Həmin müəssisə isə yaratdığı dayanacaqları hökumətin maliyyəsi hesabına aldığı taksilərin xidmətinə verir.

Yeri gəlmişkən, Bakı Sərnişin Nəqliyyatı Məhdud Məsuliyyətli Cəmiyyəti həm də taksi xidməti göstərmək istəyən fiziki və hüquqi şəxslərə lisenziyalar verir. Dünyanın heç bir ölkəsində mülkiyyət formasından asılı olmayaraq hansısa kommersiya strukturunun dövlət adından siyasət aparmaq, tənzimləmə həyata keçirmək hüququ yoxdur. Absurda diqqət yetirin, bir şirkət taksi bazarında həm xidmət göstərir, həm də rəqiblərinə lisenziya verir.      

Beynəlxalq təcrübədə isə yanaşma belədir: şəhər meriyası şəhərsalma normalarına uyğun olaraq taksi dayanacaqlarının dislokasiyasını müəyyənləşdirir, həmin dislokasiya üzrə taksi xidmətlərinin göstərilməsi üçün tenderlər keçirir. Sonradan tenderin qalibi olmuş şirkətlər dayanacaqların tipik layihəsinə və dislokasiya yerinə uyğun olaraq taksi dayanacaqlarını quraşdırır.
Beləliklə, bu müqayisələrdən 3 vacib fərq akşar görünür: dünyanın inikşaf etmiş ölkələrinin heç birində Nəqliyyat Nazirliyi sərnişindaşıma xidmətlərinin təşkilinə birbaşa qarışmır, onun vəzifəsi adıçəkilən xidmətlərin keyfiyyətli təşkili üçün dövlət siyasətini işləyib hazırlamaqdır; taksi xidmətlərinin tənzimlənməsi ilə şəhər idarəçiləri məşğul olur, tənzimləmə standartları ilə bağlı qərarlar hər hansı məmurun şəxsi arzusuna uyğun şəkildə deyil, onlarla rəsmi şəxsin təmsil olunduğu seçkili şəhər şuralarında qəbul olunur; taksi dayanacaqları tenderlər əsasında ayrı-ayrı şirkətlərin istifadəsinə verilir.

İkinci, taksi xidmətləri üçün baza tariflərinin formalaşdırılmasının prinsip və qaydaları qanunvericilikdə dəqiq müəyyən olunmalı, bu məsələ dövlət tənzimlənməsinin obyekti olmalıdır.

Nəhayət, hökumət sivil və rəqabətli taksi xidmətləri bazarının formalaşmasında və bu prosesdə özəl sektorun maneəsiz iştirakında maraqlı olduğunu nümayiş etdirməlidir. Bunun üçün: dayanacaqların idarəetməyə götürülməsi ilə bağlı keçirilən tenderlərin qalibi olumuş taksi şirkətlərinin öz parklarını formalaşdırmaq üçün alıb gətirdiyi maşınların müəyyən sayı qarşıdakı 2-3 ildə bütün gömrük vergi və rüsumlarından azad oluna bilər; həmin şirkətlərin aşağı faizli və uzunmüddətli kreditlərə çıxışına hökumət dəstəyi verilə bilər.

Təbii ki, bir müddət sonra, rəqabətli (ən azı 35-40 şirkətin) taksi xidmətləri bazarının formalaşacağı dövrdə bu cür hökumət güzəştlərinə də ehtiyac qalmayacaq. Axı nədən oliqarxların bəhrələndiyi imtiyazlardan milli biznes fayda götürə bilməməlidir? Hələlik top məmurlardadır - o şəxslərdə ki, “bənövşəyi” taksi siyasətinin tünd rənginin arxasından biznes udmaq istəyirlər.


pxl
“BAKCELL” NETTY-2012-nin BAŞ PARTNYORU OLDU
2012-05-17 - 19:04:00
“Bakcell” şirkəti NETTY-2012 Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub. “Bakcell”in sponsorluğu və “Sür@” brendinin baş par ardı >>>
mej
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir