| Yusif Rzayev 1968-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Ədalət” (müxbir), “Müxalifət” (müxbir, şöbə müdiri), “Respublika” (baş redaktor) qəzetlərində çalışıb. “525-ci qəzet”in ilk redaktoru olub. Hazırda həmin nəşrdə baş redaktor müavinidir. |
![]() |
|
| Yusif RZAYEV |
“Media forum” saytı yanvarın 12-də doğum gününü qeyd edən jurnalist Yusif Rzayevin şeirini oxucuların diqqətinə çatdırır.
Tamaşa qurtarır,
sonunda pərdə.
Kitab oxuyuram,
sonunda pərdə.
Pəncərənizin önündən keçirəm hərdən,
Yenə də pərdə.
Necə dözüm bu dərdə?
Pərdə....
Pərdə....
Pərdə...
1983



