Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Siyasət
print

ƏLİ KƏRİMLİ: “AZƏRBAYCAN HÖKUMƏTİNİN MƏNİM QARŞIMDA MƏĞLUB OLMASI BÖYÜK SİYASİ HADİSƏDİR”

2012-01-10 - 19:21:00

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Əli Kərimli yanvarın 10-da “Media forum” saytına müsahibə verib.

- Avropa İnsan Hüquqları Məhkəməsi 2005-ci ilin parlament seçkisinin nəticələrindən etdiyiniz şikayəti 6 ildən sonra təmin edib, sizə 30 min 500 avro məbləğində kompensasiya ödənməsi haqda qərar çıxarıb. Məhkəmənin qərarını necə qiymətləndirirsiniz?

- Hakimiyyət 2005-ci ildə mənim parlamentə seçilməyimin qarşısını almaq üçün çox çeşidli maneələr quraşdırmışdı, planlar hazırlamışdı. Amma biz bütün bu maneələri aşa bildik. Əvvəlcə dairə seçki komissiyası, sonra isə Mərkəzi Seçki Komissiyası mənim deputat seçildiyimi etiraf etdi. O zaman yaradılmış “Azadlıq” blokunun 52 nümayəndəsi seçicilərin əksəriyyətinin səsini qazansa da, hakimiyyət yalnız 8 nəfərin deputat mandatını təsdiq etməyə hazır olduğunu göstərdi. Mən də həmin 8 nəfərin içində idim. Həmin dövrdə mən belə bir təşəbbüslə çıxış etdim ki, əgər digər dostlarımızın da hüquqları bərpa olunmasa, hakimiyyət onların seçildiyini təsdiq etməsə, onda biz mandatımızdan imtina etməliyik. Nəhayət, 2005-ci ilin noyabrın 26-da mitinq zamanı aksiya iştirakçıları ilə birlikdə oturaq mitinqlərə başlamaqla bağlı qərar verdik. Bütün bunlardan sonra hakimiyyət dərhal mövqeyini dəyişdi.

Hökumət Konstitusiya Məhkəməsinə göstəriş verdi və heç bir hüquqi əsası olmadan mənim deputat mandatım ləğv olundu. Azərbaycan hakimiyyətinin bu addımından, Konstitusiya Məhkəməsinin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verdim. 6 il sonra olsa da, hər halda ədalət yerini tutdu. Bizim qitənin ən nüfuzlu ədalət mühakiməsi yeri olan Avropa İnsan Hüquqları Məhkəməsi haqlı olduğumu, Azərbaycan hökumətinin mənim seçki hüququmu pozduğunu, mənə qarşı ayrı-seçkiliyə yol verdiyini, qərəzli olduğunu təsdiqlədi. Avropa Məhkəməsi mənim seçilməyimin düz olduğunu təsdiqlədi, mandatımı ləğv edən hakimiyyətin mənə vurduğu mənəvi və maddi ziyana görə kompensasiya ödəməsi haqda qərar verdi, Azərbaycan hökumətini etdiyi qanunsuzluqlara görə cərimələdi.

Avropa Məhkəməsinin qərarı hər şeydən əvvəl, gec də olsa, ədalətin qismən bərpa olunmasıdır. Təbii ki, ədalətin tam bərpasından söhbət gedə bilməz. Çünki seçicilərimin iradəsinə uyğun olaraq onları parlamentdə təmsil edə, deputat kimi fəaliyyət göstərə bilmədim. Amma heç olmasa mənin seçilmək haqqım, 6 ildən sonra da olsa, təsdiqləndi. Ən yüksək məhkəmə instansiyasında bir daha təsdiq olundu ki, Azərbaycanda parlament seçkisi saxtalaşdırılıb, hökumət seçkinin nəticələrinə ciddi müdaxilə edib, ölkədə normal, müstəqil məhkəmə sistemi yoxdur, vətəndaşların ədalətli mühakimə hüququ təmin edilmir, hakimiyyətin siyasi qərarlarına inanmaq olmaz, Azərbaycan hüquqi dövlət deyil, müxalifət liderlərinə qərəzli münasibət var, onlar repressiyaya məruz qalırlar, hüquqları əllərindən alınır. Bütün bunlar bizə məlum idi. Müxtəlif beynəlxalq təşkilatlar da öz hesabatlarında bunu yazırdılar. Amma indi ciddi araşdırmalardan sonra Avropanın ən yüksək məhkəməsi də bu barədə qərar verib, hökm çıxarıb. Bu mənada Azərbaycan hökumətinin seçkidə mənim qarşımda məğlub olması böyük siyasi hadisədir. Bunun  Avropa Məhkəməsində təsdiq olunması çox ciddi əhəmiyyətə malikdir.

- Avropa Məhkəməsi yanvarın 10-da 2005-ci ilin parlament seçkisinin nəticələri ilə bağlı Azərbaycandan göndərilən şikayətlərdən dördü üzrə qərar çıxarıb. Qərarda yalnız sizə maddi ziyana görə cərimə ödənməsi haqda bənd var. Buna necə baxırsınız?

- Əslində bu barədə geniş danışmaq istəmirəm. Bununla bağlı sualları vəkilim cavablandıracaq. Mənim üçün məhkəmənin bu qərarının siyasi-hüquqi nəticələri daha önəmlidir. Ona görə də qərarın siyasi-hüquqi nəticələri barədə danışdım. Amma mən deputat seçilmişəm və 5 il dövlətdən əməkhaqqı almalıydım. Bu, mənə vurulan maddi ziyandır. Çünki deputat seçilməyim şübhə doğurmur, burada qeyri-müəyyənlik yoxdur. Avropa Məhkəməsinin qərarı da bunu sübut edir. Amma 5 il əməkhaqqından məhrum edilmişəm. Belə olan halda mənə vurulan maddi ziyan tam ödənilməliydi. Vəkilimlə məsləhətləşmişəm. Vəkil təklif edir ki, kompensasiyanın düzgün hesablanmaması ilə bağlı Avropa Məhkəməsinin Yuxarı Palatasına şikayət edək. Ola bilsin ki, Yuxarı Palataya şikayət etdik.

- Avropa Məhkəməsi vaxtilə jurnalist Eynulla Fətullayevlə bağlı qərar çıxaranda da ona kompensasiya ödənməsi tələbini qoymuşdu. Azərbaycan hökuməti həmin qərardan Yuxarı Palataya şikayət etmişdi, sonra kompensasiyanın ödənməsini də xeyli yubatdı. Hökumətin sizə ödəməli olduğu kompensasiyanın verilməsində hansısa problem ola bilərmi? Bu kompensasiya pulunun xərcələnməsi ilə bağlı hansısa planınız varmı?

- İndiyədək seçki ilə bağlı qərarların yerinə yetirilməsinə mane olmayıblar. Əgər bu məsələdə də bir ilkə imza atmaq istəyirlərsə, buyursunlar. Hökumətin planlarının nədən ibarət olmasından xəbərim yoxdur.
Xərcləməyə gəlincə, pul hələ ki, real deyil, onu hələlik mənə təqdim edən yoxdur. Real olmayan pulu xərcləməklə bağlı plan qurmağı doğru saymıram. Pul real olanda planlarımız da olacaq.

- Hazırda Avropa İnsan Hüquqları Məhkəməsində bundan başqa neçə şikayətiniz var? Digər şikayətlərinizə yaxın zamanlarda baxılması gözlənilirmi?

- Hökumətin mənə pasport verməməsi ilə bağlı şikayətə baxılmasını gözləyirəm. Bu şikayət 3 ildən artıqdır Avropa Məhkəməsinin gündəliyindədir. Yeri gəlmişkən, Avropa Məhkəməsinin şikayətlərə baxmağı gecikdirməsindən yalnız biz şikayətlənmirdik. Ona görə də Avropa Məhkəməsinin statusunda dəyişiklik edilib və işlərə baxılması sürətləndirilib. Yəqin ki, bundan sonrakı qərarları 6 il gözləmək lazım olmayacaq.

Bundan başqa 2010-cu ilin parlament seçkisi, Xalq Cəbhəsinin, “Azadlıq” qəzetinin Bakının mərkəzində, Xaqani küçəsi, 33 ünvanında yerləşən binadan çıxarılması ilə bağlı şikayətə baxılmasını gözləyirəm.

İmdad ƏLİZADƏ

 

Mövzu ilə əlaqədar bax:

ƏLİ KƏRİMLİ, ARİF HACILI, SƏRDAR CƏLALOĞLU və QULAMHÜSEYN ƏLİBƏYLİNİN ŞİKAYƏTİ ÜZRƏ QƏRAR AÇIQLANDI


pxl
“BAKCELL” NETTY-2012-nin BAŞ PARTNYORU OLDU
2012-05-17 - 19:04:00
“Bakcell” şirkəti NETTY-2012 Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub. “Bakcell”in sponsorluğu və “Sür@” brendinin baş par ardı >>>
mej
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir