Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

İdman
print

KİYEVDƏ OYNAYAN LAÇINLI OĞLAN: “UEFA ÇEMPİONLAR LİQASININ QALİBİ OLMAQ İSTƏRDİM”

2012-01-09 - 17:44:00

“Media forum” saytı gənc futbolçu Sənan Bayramzadə ilə müsahibəni təqdim edir. 1994-cü ildə anadan olmuş Sənan əslən Laçın rayonundandır. Hazırda Ukraynada, Kiyevin “Zirka” komandasında oynayır. 

- Futbola necə gəldin?

- Əvvəl-əvvəl bu, sadəcə uşaqlıq marağı idi. Televiziyada futbola çox baxırdım. Ürəyimdən gələcəkdə tanınmış futbolçu olmaq keçirdi. Belə-belə futbola bağlandım.

Əvvəlcə Suraxanıda, “Neftçi” futbol klubunun uşaq komandasında oynamağa başladım. Xaqani Məmmədovun məşqçiliyi altında. Daha sonra “Ulduz” futbol klubunda gürcü Zaza Çankvetadzenin rəhbərliyi ilə məşqlərə getdim. Bu kluba gəlməyimlə müəyyən uğurlar qazandım.

- Evdə razı idilər futbola bağlanmağına?

- Evdən heç vaxt mənə “futbola getmə” deməyiblər. Əksinə, həmişə dəstək görmüşəm. Əvvəlcə dərslərimdə axsamalar oldu. Bu, narahatlıq doğurdu evdə. Sonralar problem yoluna qoyuldu.

- Ukraynaya necə gedib çıxdın?

- “Ulduz” komandasında məşqçim olan Zaza Çankvetadzenin xarici klublarla əlaqələri vardı. Əvvəl Gürcüstana göndərmək istəyirdi məni. Amma bu alınmadı. Daha sonra Ukraynaya yoxlanışa getdim. Elə ilk yoxlanışda “Borisven” klubu məni öz heyətinə götürdü.

- Bəs evdən necə qarşıladılar Ukraynaya getməyini?

- Düzü, evin tək uşağı olduğuma görə anam heç razı deyildi. Atamın təkidlərindən sonra razılaşdı Ukraynaya getməyimə.

- Ukraynada çətinliklə üzləşdinmi?

- Bir az dil baxımından çətinliyim oldu. Amma Azərbaycanda rus dilindən əlavə hazırlığa getməyim kömək elədi.

Öncə əvəzedici komandada oynadım. Əsas heyətə düşməkdə çətinlik çəkirdim. Komanda yoldaşlarımın, demək olar, hamısı çox yaxşı oyunçular idi. Amma öz üzərimdə işlədikdən sonra əsas heyətdə yerimi möhkəmləndirdim.

- “Zirka” komandasına necə keçdin?

- “Borisven” “Zirka” komandası ilə yoldaşlıq oyunu keçirirdi. Mən də əsas heyətdə yer almışdım. Həmin oyunda “Zirka”nı 3:0 hesabı ilə məğlub etdik. Oyunum rəqib komandanın məşqçisinin xoşuna gəlmişdi. Bizim komandanın məşqiçisi ilə danışıqlar apardı ki, onlarda yoxlanışa gəlim. Yoxlanışda özümü yaxşı göstərdim. Bundan sonra “Zirka”da qaldım. 

- Azərbaycan futbolundan sənə diqqət necədir?

- Müəyyən dərəcədə diqqət var. Keçən il “Bakı” komandası məni yoxlanışa çağırmışdı. Bəyənmişdilər məni. Qalıb oynamağımı istəyirdilər. Amma Ukraynaya bilet almışdım. Ona görə qala bilmədim Bakıda.

- Hazırda necə, hər hansı klubdan dəvət varmı?

- “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov yoxlanışa çağırıb məni. Yoxlanışdan keçə bilsəm, “Qarabağ”da qalıb oynayacam.

Planım Azərbaycanda oynayıb ölkə futboluna müəyyən töhfə verməkdir. Sonra isə istərdim ki, Türkiyə çempionatında oynayım. Uşaqlıqdan ən böyük arzum “Qalatasaray”ın şərəfini qorumaqdır. Bunun üçün də əlimdən gələni edirəm.

- Azərbaycan çempionatının səviyyəsi səni qane edirmi?

- Qonşu ölkələrə və Avropaya baxanda çox zəifdir bizim çempionat. Buna baxmayaraq yaxşı komandalarımız, istedadlı oyunçularımız var. Əvvəlki illərə baxdıqda çempionatda müəyyən canlanma his olunur. Yəqin yaxın bir neçə ilə bizim çempionat da qonşu ölkələr olan Rusiya, Türkiyə çempionatları səviyyəsinə çatar. 

Bizdə futbol bazaları çox aşağı səviyyədədir. Ayrı-ayrı klubların gəncləri bir stadionda növbə ilə məşq edirlər. Futbolçular hər gün yox, iki-üç gündən bir məşq edirlər. Amma Ukraynada belə deyil. Bir futbol klubunun bəzən bir neçə bazası olur. Elə mənim oynadığım “Zirka” komandasının bir neçə bazası var. Demək olar, hər gün məşq edirik.

Gərək uşaq futboluna ciddi qayğı ola. Uşaq futbolu olmayan yerdə gələcək yoxdur.

- Bir futbolçu kimi hansı nailiyyəti əldə etmək istəyərdin?

- Ən azı UEFA Çempionlar Liqasının qalibi olmaq istərdim.

 
 
 
 
 
 
 
 

 


"Media forum"
pxl
“BAKCELL” NETTY-2012-nin BAŞ PARTNYORU OLDU
2012-05-17 - 19:04:00
“Bakcell” şirkəti NETTY-2012 Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub. “Bakcell”in sponsorluğu və “Sür@” brendinin baş par ardı >>>
mej
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir