Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Sosial
print

AVROPAYA GÜZƏŞTLİ İXRAC İMKANI. AZƏRBAYCAN SAHİBKARI BUNDAN NİYƏ LAZIMINCA İSTİFADƏ EDƏ BİLMİR?

2012-01-09 - 14:08:00

Bəkir NƏRİMANOĞLU

2009-cu ilin yanvar ayının 1-dən Azərbaycan Avropa Birliyinin təqdim etdiyi güzəştli ticarət sisteminin ən üst pilləsi olan “GSP+” proqramına benefisiar ölkə statusu ilə daxil edilib. “GSP+” proqramı benefisiar ölkəyə digər stimul tədbirlərindən daha geniş imtiyazlar verir. Nəticə etibarilə Azərbaycan həm həssas, həm də qeyri-həssas minlərcə mal qrupları üzrə öz məhsullarını Avropa Birliyi bazarlarına rüsumsuz ixrac imkanını əldə edib.

Azərbaycan Avropa Birliyinin Ümumiləşdirilmiş Preferensiyalar Sisteminə (GSP) 2001-ci ildə qoşulub. Buna baxmayaraq Azərbaycan proqramın nəzərdə tutduğu güzəştlərdən çox az istifadə edib.

Azərbaycanın GSP proqramından istifadəsinə dair göstəricilər

 

2001

2002

2003

2004

2005

2006

2007

2008

2009

GSP tətbiq edilə biləcək mallar

(mln avro)

34,61

93,33

37,4

46,15

122,7

363,67

274,06

48.2

60.5

GSP-dən istifadə səviyyəsi

(mln avro)

8,4

64,71

16,78

25,57

49,07

31,93

30,85

19.9

35.41

GSP-dən istifadə səviyyəsi (%)

24,30

69,30

44,90

55,40

40,00

8,80

11,30

41.3

58.5

Mənbə: Eurostat

Cədvəldən də göründüyü kimi, son illərdə Azərbaycanın Avropa Birliyinə ixrac etdiyi və GSP-nin əhatə dairəsinə daxil olan məhsullar üzrə GSP-dən istifadə səviyyəsi sürətlə azalıb. Azərbaycan ixracatçıları GSP-dən səmərəli istifadə edə bilməyib, maksimim istifadə səviyyəsi 2002-ci ildə 69,3 faiz olduğu halda, 2009-cu ildə 58,5 fazi səviyyəsində olub.

Ümumiləşdirilmiş Preferensiyalar Sistemləri iş adamları üçün bir sıra imkanlar yaradır:

1. İlk əvvəl bu sistem ixracatçılarımıza imkan verir ki, siyahı üzrə müəyyənləşdirilən Azərbaycan mənşəli məhsulları Avropa bazarlarına, yəni Avropa Birliyi ölkələrinə idxal rüsumu ödəmədən ixrac etsinlər;

2. İxrac məhsullarının idxal rüsumlarından azad edilməsi Azərbaycan mənşəli məhsulların Avropa bazarlarında qiymət baxımından rəqabət qabiliyyətini artırır;

3. Eyni zamanda, əvvəlki şərtlərdə idxal rüsumu şəklində ödəniləcək vəsait məhsul istehsalının standartlaşdırma, sertifikatlaşdırma, etiketləndirmə və qablaşdırma baxımından Avropa Birliyi sisteminə uyğunlaşdırılması məqsədilə istifadə edilə bilər ki, bu da ixrac potensialının artırılması deməkdir;

4. Digər tərəfdən, həm qüvvədə olan azad ticarət rejimləri, həm də Azərbaycanın qoşulduğu GSP proqramları xarici iş adamları üçün istehsal mərkəzi kimi Azərbaycanın əhəmiyyətini artırır. Çünki Azərbaycan mənşəli məhsulların digər bazarlara əlverişli şərtlərlə giriş imkanının olması, buradan digər ölkələrə ixracın həyata keçirilməsini daha cəlbedici hala gətirir. Bu isə yerli iş adamlarımız üçün həyata keçirmək istədikləri ixrac yönümlü layihələrlə bağlı xarici tərəfdaşların tapılması işini asanlaşdırır.

Bəs Azərbaycan sahibkarları bu imkandan niyə yetərincə istifadə etmirlər?

USAİD-in ÜTT üzrə yerli qrup rəhbəri Elxan Mikayılov da deyir ki, “GSP+” sahibkarlar üçün kifayət qədər üstünlük versə də, sahibkarlar bu imkandan yetərincə yararlanmayıb. Onun sözlərinə görə, əsas səbəblərdən biri sahibkarların informasiya çatışmazlığıdır: “Baxmayaraq ki, bəzi məlumatlandırıcı tədbirlər keçirilib. Ancaq bunlar kifayət etməyib. Sahibkarlarda nədənsə belə fikir yaranıb ki, onsuz da xərclər eynidir. Onlarda bu sistemə inamsızlıq yaranıb. Gömrüyə ixrac üçün müraciət edən sahibkara bu barədə məlumat verilməlidir. Reallıqda sahibkarların işini təşviq edəcək mexanizm olmadığlna görə istifadə səviyyəsi aşağı düşüb”.

E.Mikayılov deyir ki, əsas problemlərdən biri də yerli sahibkarların Avropa standartlarına uyğun məhsullar istehsal etməməsidir: “Avropa Birliyinin bu sistem üzrə bir sıra tələbləri var. Həm belə standartlar, həm də ixarcda tələblər sərt olduğu üçün sahibkarlar bundan istifadəyə o qədər də önəm vermədilər”.

İqtisadi İnkişaf Nazirliyindən bildirirlər ki, GSP və “GSP+” güzəştli proqramlarını təklif edən ölkələr iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdir. Nazirlik qeyd edir ki, sözügedən proqramlarda idxal edilən məhsullara müəyyən keyfiyyət, qablaşdırma və digər tələblər qoyulur ki, bu da benefisiar ölkə ixracatçılarına ixrac zamanı müəyyən çətinliklər yaradır: “Ölkəmizdə dünya standartlarına uyğun, yüksək keyfiyyətli məhsulların istehsalının daha da artırılması həyata keçirilən iqtisadi siyasətin prioritetlərindəndir. Bu gün Azərbaycanda istehsal olunan məhsulların dünyanın əksər ölkəsinə ixrac edilməsi onu deməyə əsas verir ki, Azərbaycanda dünya standartlarına uyğun, yüksək keyfiyyətli məhsul istehsal edən müəssisələr mövcuddur və onların sayı davamlı olaraq artır. Bu müəssisələr öz məhsullarını ənənəvi bazarlarla yanaşı, yeni ixrac bazarlarına çıxardır və bu bazarlarda mövqelərini daha da möhkəmləndirir. Ümumiyyətlə, göstərilən işlər Azərbaycanın qeyri-neft ixrac potensialının reallaşmasında əhəmiyyətli rol oynamaqdadır. Bundan sonra da Azərbaycan ixrac imkanlarını artıracaq, iqtisadi əlaqələr daha da genişlənəcək, Azərbaycan mənşəli mal və xidmətlər dünya bazarlarında daha geniş çeşiddə təmsil olunacaq”.

GSP sistemi ilə Avropa Birliyi bazarına kənd təsərrüfatı və ərzaq məhsulları ixrac edilərkən Avropa Birliyi bu tələbləri irəli sürür: məhsul istehsalının standartlaşdırılması, sertifikatlaşdırılması, etiketləndirilməsi və qablaşdırılmasının Avropa Birliyi sisteminə uyğunlaşdırılması.

Qablaşdırma və markalanma

İqtisadçı-ekspert Vüsal Qasımlı deyir ki, ixracatda qablaşdırma mühüm əhəmiyyət kəsb edir: “Burada əsas tələblər qablaşdırmanın ətraf mühitə mənfi təsirinin qarşısının alınması, eləcə də tullantıların miqdarının minimuma endirilməsi ilə bağlıdır. Ona görə də Avropa Birliyində qablaşdırmanın emal edilərək təkrar istifadə və enerji məqsədləri üçün bərpaya yararlılığı əsas götürülür”.

V.Qasımlı bildirir ki, Avropa Birliyinin tələblərini beynəlxalq standart saymaq olar və Azərbaycan hədəf bazarlarından biri olduğu üçün ixracatçılar bu tələblərə cavab verməlidirlər: “Avropa Birliyində markalanmaya dair tələblərə gəldikdə, burada onlar məhsulun növündən asılı olaraq dəyişir. Yeyinti məhsullarının markalanmasına dair tələblər birliyin 79/112/EEC direktivində əksini tapıb”.

Sertifikatlaşdırma

Azərbaycanda malların ixrac olunması üçün bu sertifikatların alınması tələb olunur: mənşə sertifikatı – bütün məhsullar üçün; keyfiyyət sertifikatı – Avropa Birliyinə ixrac olunan yeyinti məhsulları üçün; baytarlıq şəhadətnaməsi – diri heyvan və kəsilmiş ət üçün; gigiyenik sertifikat – bütün məhsullar üçün; fitosanitar sertifikat – bitki və bitki mənşəli məhsullar üçün; uyğunluq sertifikatı – əksər məhsullar üçün.

V.Qasımlı deyir ki, sertifikatların belə çoxsaylı olması ixrac prosesini çətinləşdirir: “Yaxşı olardı ki, çoxsaylı dövlət orqanlarının cəlb edilməsi ilə müşayiət olunan sertifikatların sayı minimuma endirilsin (sertifikatlaşdırmaya sərf olunan vaxt, prosedurların sayı və maliyyə həcmi də minimuma enməlidir) və beynəlxalq miqyasda qəbul edilən sertifikatların alınmasında ixracatçılara dəstək verilsin.  Azərbaycan ixracatçılarının hədəf bazarlarında standart tələblərini öyrənmək və  onları bu istiqamətdə dəstəkləmək lazımdır”.

İqtisadçı-ekspertin qənaətinə görə, Azərbaycan ixracatçıları xarici bazarların tələbini ödəmək üçün beynəlxalq səviyyədə qəbul edilmiş sanitar və fitosanitar normalara, o cümlədən “Qida Məcəlləsi” və Bitki Mühafizəsi Konvensiyasının tələblərinə cavab verməlidirlər. Bundan başqa, kənd təsərrüfatı sahəsində Yaxşı Kənd Təsərrürfatı Təcrübəsi və ərzaq emalı sənayesi üzrə Yaxşı İstehsal Təcrübəsi standartları da mövcuddur”.

GSP+”dan hələ istifadə imkanı qalıb

İqtisadi İnkişaf Nazirliyindən onu da bildirirlər ki, Azərbaycan GSP və “GSP+” proqramlarında hələ benefisiar qismində iştirak edəcək: “Azərbaycan Respublikası Avropa Birliyinin təqdim etdiyi “GSP+” proqramına 2009-cu ilin yanvar ayının 1-dən Avropa Parlamenti və Avropa Birliyi Şurasının 22 iyul 2008-ci il tarixli qərarı ilə 3 il müddətə benefisiar qismində daxil olub və bu üzvlük 2013-cü il 31 dekabr tarixinədək uzadılıb”. 


pxl
“BAKCELL” NETTY-2012-nin BAŞ PARTNYORU OLDU
2012-05-17 - 19:04:00
“Bakcell” şirkəti NETTY-2012 Azərbaycan Milli İnternet Mükafatının baş partnyoru olub. “Bakcell”in sponsorluğu və “Sür@” brendinin baş par ardı >>>
mej
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir