
“Kəpəz” futbol klubu fəaliyyətini dayandırıb. Klubun prezidenti Elmir Əliyev dekabrın 28-də “Media forum” saytına belə məlumat verib. Onun sözlərinə görə, fəaliyyətin dayandırıldığı Peşəkar Futbol Liqasına rəsmi məktubla bildirilib.
Azərbaycan premyer-liqasında 18 turdan sonra 12 komanda arasında 10-cu pillədə olan “Kəpəz” Gəncəni təmsil edir.


