Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

İdman
print

MESSİ DÜNYANIN ƏN YAXŞI FUTBOLÇUSUDURMU?

2011-12-19 - 10:34:00

“Media forum” saytı FİFA Ballon d’Or və UEFA Best Player in Europe mükafatlarının jüri üzvü olan azərbaycanlı jurnalistin Türkiyənin “Futbol Extra” jurnalında çıxmış yazısını təqdim edir.

 

Rasim MÖVSÜMOV  

Argentinalı Lionel Messi həqiqətənmi dünyanın ən yaxşı futbolçusudur? Heyətində “Barselona”lı hücumçunun da olduğu Argentina yığmasının hər uğursuz oyunundan sonra məndə belə bir sual yaranır.

Messinin milli komandada göstərdiyi oyuna və göstəricilərinə əsaslansaq, onun hamıdan yaxşı olduğunu demək çox çətindir. 2009-ci ildə dünyanın ən yaxşı futbolçusu adına yiyələnən və o vaxtdan bu titulu kimsəyə verməyən “Barselona”lı ulduz elə həmin 2009-cu ildən bəri hər il Argentina yığmasında 10-11 oyun keçirərək yalnız 2-3 qol vura bilir...

Futbolsevərlərdə “Messi həqiqətənmi dünyanın ən yaxşı futbolçusudur” sualı doğura biləcək 10 oyunun siyahısını tərtib etdim. Siz də bir baxın.

1) Macarıstan - Argentina 1:2

17.08.2005 (Yoldaşlıq oyunu).

Milli komandada ilk oyunu idi. 64-cü dəqiqədə meydana daxil olan Messi artıq 65-ci dəqiqədə hələ ki, karyerasında yeganə olan qırmızı vərəqəylə cəzalandırıldı.

2) Argentina - Braziliya 0:3

03.09.2006 (Yoldaşlıq oyunu).

Londondakı “Emirates Stadium”da keçirilən və Elanonun 2, Kakanın isə 1 qol vurduğu bu qarşılaşmada Messi və oyundaşları rəqib qarşısında aciz qaldılar.

3) Braziliya - Argentina 3:0

15.07.2007  (Venesueladakı “Copa America 2007” turnirinin final oyunu).

1993-cü ildən sonra “Copa America”nın qalibi ola bilməyən Argentina ardıcıl ikinci yarışda finala çıxsa da, 2004-cü ildə (2:2, pen. 2:4) olduğu kimi yenə Braziliyaya uduzdu, amma bu dəfə böyük hesabla.

4) Boliviya - Argentina 6:1

01.04.2009 (Dünya çempionatı-2010-un seçmə oyunu).

Baş məşqçi vəzifəsində əfsanəvi Dieqo Maradonanın, hücumda isə Messinin olmasına baxmayaraq Argentina yığması tarixindəki ən acı məğlubiyyətdən qaça bilmədi. Bundan əvvəl argentinalılar yalnız 1958-ci ildə Çexoslovakiyaya 1:6 hesabı ilə uduzmuşdular.

5) Argentina - Braziliya 1:3

06.09.2009 (Dünya çempionatı-2010-un seçmə oyunu).

Messili Argentina komandası Braziliyanın əsas yığmasına qarşı keçirdiyi 4-cü oyunda 3-cü məğlubiyyətini aldı (daha bir qarşılaşma heç-heçə başa çatıb). Özü də argentinalılar 1995-ci ildən sonra ilk dəfə əbədi və barışmaz rəqiblərinə evdə uduzdular.

Messi Braziliya tilsimini yalnız 2010-cu il noyabrın 17-də Dohadakı (Qətər) yoldaşlıq görüşündə yeganə qola imza ataraq komandasına 1:0 hesablı qələbə qazandırmaqla qıra bilib.

6) Paraqvay - Argentina 1:0

10.09.2009 (Dünya çempionatı-2010-un seçmə oyunu).

Dünya çempionatının seçmə mərhələsində ardıcıl 3-cü məğlubiyyətə uğrayan və nəticədə Cənubi Amerika qrupunda 5-ci pilləyə enən Messinin komandası 2010-cu ildə Cənubi Afrikada keçirilən DÇ-yə getməmək qorxusu yaşadı.

7) Argentina - Almaniya 0:4

03.07.2010 (Cənubi Afrikadakı Dünya çempionatı-2010-un 1/4 final oyunu).

Argentinanı ardıcıl ikinci dünya çempionatında Almaniya yığması dayandırdı. 2010-cu ildə Cənubi Afrikada keçirilən turnirin favoritlərindən olan Messinin komandası 1/4 finalda 0:4-lə rüsvay oldu. Argentinanın 1958-ci ildən başlayan rəqabətdə ilk dəfə Almaniyaya belə hesabla uduzduğunu da xatırladım.

Messiyə gəlincə, dünya çempionatındakı uğursuz çıxışına baxmayaraq 2010-cu ilin “Qızıl top”unu da məhz o qazandı.

8) Argentina - Boliviya 1:1

02.07.2011 (Argentinadakı “Copa America 2011” turnirinin qrup oyunu).

Messi və oyundaşları 1987-ci ildən sonra ilk dəfə Argentinada keçirilən “Copa America”da azarkeşlərini sevindirə bilmədilər. Onlar Boliviya ilə ilk qrup oyununda məğlubiyyətdən çox çətinliklə qurtuldular.

9) Argentina - Uruqvay 1:1, pen. 4:5

16.07.2011 (Argentinadakı “Copa America 2011” turnirinin 1/4 final oyunu).

Bəlkə də bu oyunu bu siyahıya daxil etmək düzgün deyil. Çünki 18-ci dəqiqədə Qonzalo İquainin vurduğu qolun ötürməsini verən Messi matç sonrası penaltilər seriyasında da komandasının ilk qoluna imza atıb.

Amma digər tərəfdən “Barselona”lı forvardın səyləri də qələbə üçün kifayət etməyib və komandası uduzubsa, təbii ki, oyunçu da məğlub sayılır. Həm də unutmayaq ki, vətənində keçirilən turnirdə yarımfinala çıxa bilməmək Argentina üçün böyük biabırçılıqdır.

10) Venesuela - Argentina 1:0

12.10.2011 (Dünya çempionatı-2014-ün seçmə oyunu).

Dünya çempionatı-2014-ün seçmə turnirinə Çilini 4:1 hesabı ilə məğlub etməklə başlayan argentinalılar ikinci oyunda gözlənilməz bir nəticəyə məyus oldular. Venesuela yığmasının bundan əvvəlki görüşlərdə yalnız uduzduğu Argentinaya tarixində ilk dəfə qalib gəlməsinə hətta Messi də əngəl ola bilmədi.

P.S. Messi həqiqətənmi dünyanın ən yaxşı futbolçusudur?


pxl
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir