UEFA Çempionlar Liqası və Avropa Liqasında qrup mərhələsi arxada qaldı. “Media forum” saytı xəbər verir ki, iyun ayından – ələmə mərhələlərindən üzü bəri 53 UEFA üzvündən 35-nin bütün təmsilçiləri 2011/2012 mövsümü ilə vidalaşıb.
“Media forum” saytı bildirir ki, hazırda Avropa klub turnirlərində 18 UEFA üzvünün 48 təmsilçisi (16 komanda Çempionlar Liqasında, 32 komanda Avropa Liqasında ) qalır:
İngiltərə - 5 komanda
İspaniya - 5
İtaliya - 5
Almaniya - 4
Portuqaliya - 4
Rusiya - 4
Hollandiya - 4
Belçika - 3
Fransa - 2
Yunanıstan - 2
Türkiyə - 2
Polşa - 2
Ukrayna - 1
Rumıniya - 1
İşveçrə - 1
Avstriya - 1
Kipr - 1
Çexiya - 1.


