“Media forum” saytı Əfv Məsələləri Komissiyası üzvlərinin siyahısını və qərarların qəbulu qaydası haqda məlumatı təqdim edir.
Komissiya 21 üzvdən ibarətdir (Hazırda 20 nəfərdən - Hüseyn Cavidin ev muzeyinin direktoru Turan Cavid vəfat edib). Onlardan ikisi məşvərətçi səs hüquqludur. Dövlət rəsmiləri, Milli Məclis təmsilçiləri və ictimaiyyət nümayəndələrindən təşkil olunan komissiyanın iclasları 11 nəfər iştirak edəndə baş tutmuş sayılır.
Daxil olan müraciətlərə fərdi qaydada baxılır. Komissiya üzvləri mövqelərini bildirir və məsələ konsensus yolu ilə həll olunur. Üzvlərdən kimsə işinə baxılan məhkumun əfvi ilə razılaşmırsa və buna açıq formada etiraz edirsə, onda məsələ səsverməyə çıxarılır. İclasda iştirak eədnlərin yarıdan çoxu lehinə səs verərsə, həmin məhkumun adı əfv siyahısına salınır.
Komissiyanın hazırladığı siyahı tövsiyə xarakteri daşıyır. Siyahı prezidentə təqdim olunur. Konstitusiya görə, əfv sərəncamı imzalamaq prezidentin müstəsna hüququdur.
Ramiz Mehdiyev - sədr, Prezident Administrasiyasının rəhbəri
Kəmalə İsmayılova - katib, Prezident Administrasiyasının əfv sektorunun müdiri
Ramil Usubov, daxili işlər naziri
Eldar Mahmudov, milli təhlükəsizlik naziri
Fikrət Məmmədov, ədliyyə naziri
Zakir Qaralov, baş prokuror
Ramiz Rzayev, Ali Məhkəmənin sədri
Əbülfəz Qarayev, mədəniyyət və turizm naziri
Fuad Ələsgərov, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Hacı Allahşükür Paşazadə, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam
Səttar Mehbalıyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat
Azay Quliyev, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat
Bəxtiyar Əliyev, Milli Məclisin elm və təhsil komitəsinin sədr müavini
Məlahət İbrahimqızı, deputat
Elmira Axundova, deputat
Zəlimxan Yaqub, xalq şairi
Vaqif Səmədoğlu, xalq şairi
Axamusa Axundov, Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru
Cəmilə Ramazanova, Bakının 27 nömrəli orta məktəbinin direktoru
Zahid Qaralov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü.


