Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Hüquq
print

DİNİ ƏDƏBİYYAT SATIŞINA GÖRƏ CƏZA 200 MANAT CƏRİMƏDƏN 5 İL HƏBSƏ DƏYİŞİR. AXI NİYƏ?

2011-12-11 - 17:12:00

Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzi Milli Məclisin İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə noyabrın 15-də etdiyi dəyişikliklə bağlı rəy açıqlayıb. “Media forum” saytına göndərilən rəydə deyilir: “İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə dini fəaliyyətlə bağlı dəyişikliklər arasında ən heyrət doğuranı 300.0.1 və 300.0.2-ci maddələrin İnzibati Xətalar Məcəlləsindən çıxarılaraq birləşdirilmiş formada 167-2-ci maddə kimi Cinayət Məcəlləsinə daxil edilməsidir. Öncə İnzibati Xətalar Məcəlləsində belə maddələr vardı:

300.0.1. müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan dini qurumlar, dini qurum olmayan digər hüquqi şəxslər və fiziki şəxslər tərəfindən dini təyinatlı və dini məzmunlu başqa məlumat materiallarının istehsal, idxal və ya ixrac edilməsinə;

300.0.2. istehsalına və ya idxalına müvafiq icra hakimiyyəti orqanının razılığı alınmamış dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının dini qurumlar, dini qurum olmayan digər hüquqi şəxslər və fiziki şəxslər tərəfindən yayılmasına görə -

- inzibati xətanın bilavasitə obyekti olmuş ədəbiyyat nümunələri, əşyalar və materiallar müsadirə edilməklə vətəndaşlar 200 manatdan 400 manatadək miqdarda cərimə edilirlər.

Lakin yeni dəyişikliklə bu iki maddə İnzibati Xətalar Məcəlləsindən çıxarılaraq ayrıca maddə kimi Cinayət Məcəlləsinə daxil edilir:

Maddə 167-2.

167-2.1. Müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və yaymaq məqsədilə idxal etmə, satma və yayma 5000 manatdan 7000 manatadək miqdarında cərimə və ya 2 ilədək müddətində azadlıqdan mərhum etmə ilə cəzalandırılır.

167-2.2. eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, eyni zamanda təkrar törədildikdə, vəzifəli şəxs tərəfindən və qulluq mövqedən istifadə etməklə törədildikdə 7000 manatdan 9000 manatadək miqdarında cərimə və ya 2 ildən 5 ilədək müddətində azadlıqdan mərhumetmə ilə cəzalandırılır.

Dünya hüquq praktikasında belə dəyişiklik tapmaq çətin olar. 200 manat cərimə tətbiq edilən bir əməl heç bir əsas olmadan 5 ilədək həbs kimi son dərəcə ağır cəza təhdidi ilə cinayət əməli elan edilir.

Bu əməlin ictimai təhlükəliliyi nədədir?

Bir daha diqqət edək ki, dini ədəbiyyatı və dini əşyanı satmaq kimi sadə ticari bir əməliyyat qısa bir müddət ərzində 200 manatlıq cərimə ilə cəzalandırılan inzibati xətadan 5 ilədək azadlıqdan məhrum edilmə kimi ağır cəza ilə cəzalandırılan cinayət əməlinə çevrilir. Təqribən 1 ilə yaxın idi ki, İnzibati Xətalar Məcəlləsinə bu maddə ilə bağlı dəyişiklik edilmişdi. Bu 1 il ərzində nə qədər cərimələr tətbiq edildi, nə qədər “kütləvi pozuntu halları” fiksə edildi ki, birdən-birə belə ağır cəza ilə qərarına gəlindi?! Yəni bir əməli qadağan etdikdən sonra bu qadağaya görə sanksiya effekt vermədikdə onun sərtləşdirilməsi təklif edilir. Bu müddət ərzində dini ədəbiyyatın və dini əşyaların satışına görə cərimə ya heç tətbiq edilmirdi, ya da tək-tük hallarda olurdu. Belə olan halda nə səbəbdən birdən-birə qanunverici qərara gəlir ki, bu əməlin qarşısını almaq üçün misilsiz sərtləşmə, ağır cəza tətbiq etməlidir?!

Hüquqda əməlin ictimai təhlükəliliyi anlayışı var. İctimai təhlükəlilik - əməlin cinayət tərkibinin obyektiv tərəfidir. Əməlin kriminallaşdırılması - yəni cinayət əməli kimi səciyyələndirilməsi məhz onun ictimai təhlükəliliyi ilə diktə edilir.

İctimai təhlükəlilik:

- bu və ya digər ictimai münasibətlərin əhəmiyyətliliyindən;

- qanunla qorunan obyektə vurulan ziyanın dərəcəsindən;

- əməlin xüsusiyyətlərindən və digər amillərdən asılıdır.

Sual olunur: dini ədəbiyyatın və dini əşyaların satışı hansı amillərə əsasən cinayət tərkibli əməl hesab edilib? Qanunverici hansı müddəaları rəhbər tutaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin icazəsi olmadan dini ədəbiyyatın və dini əşyaların satışını qəfildən cinayət əməli sayıb?!

Qanunda deyilmir “məhkəmənin qanuna minmiş hökmü ilə qadağan edilmiş ədəbiyyatın satışına görə”. Belə olsaydı, qanunvericinin hərəkətini hansısa məntiqlə izah etmək olardı. Bir kitab məhkəmə hökmü ilə qadağan edilib, kimsə bilərək bunu satır. Hətta bu halda da cərimədən o yana cəza tətbiq etmək qeyri-adekvat cəza sayılardı. Burada isə, inanılmaz olsa da, sadəcə dini ədəbiyyatın və dini əşyaların satışına görə azadlıqdan məhrumetmə cəza növü tətbiq edilir! Buradan belə çıxır ki, dini ədəbiyyat və dini əşyalar özlüyündə o qədər təhlükəli predmetlərdir ki, bunların sadəcə icazəsiz satışı artıq 5 ilədək azadlıqdan məhrum etmək kimi ağır cəza təhdidi ilə qadağan edilir.

Sual oluna bilər: dini ədəbiyyatın bu zərərliyi hansı araşdırma və tədqiqatlara əsaslanır? Bunlar nə vaxt və kim tərəfindən aparılıb? Hansı müzakirələrlə isbata yetib? Təbii ki, cavab yoxdur. Ola da bilməz.

Hər hansı dini ədəbiyyatın və ya dini əşyanın satışı nəticəsində nə baş verə bilər ki, qanunverici bunun qarşısını almaq üçün belə ağır cəza ilə təhdid edir? Bu sualın da cavabı yoxdur. Ümumiyyətlə, bu məsələ ilə bağlı heç bir sualın cavabı yoxdur.

Dini ədəbiyyatın satışına görə tətbiq edilən cəzaya toxunaq. Ümumi halda cəza - cinayət-hüquqi xarakterli tədbir olaraq sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Dini ədəbiyyatın və ya dini əşyanın satışı ilə sosial ədalət harada pozuldu? Məhkumu nədən islah etmək lazım gəldi? Nə qədər ağır cinayətdir ki, insanları cəza təhdidi ilə bu əməli törətməkdən yayındırmaq lazımdır? Yenə də cavabsız suallar.

Gördüyümüz kimi, dini sahəyə gəldikdə cinayət hüququnun universal formulasının əleyhinə hərəkət edilir. Dünya qanunvericilik praktikasında, habelə ölkədə də indiyədək olmayan hüquqi nonsens irəli sürülür - ictimai təhlükəli olmayan, adi, normal əməlin özü cinayət təqibinə məruz qoyulur. Hər hansı əməlin ictimai təhlükəsi olmayanda qanunverici bunu inzibati tənbehlərlə qadağan edir. Dini sahəyə gəldikdə isə tamamilə qərəzli və əsassız bir mövqenin sərgilənməsinin şahidi oluruq.

Ağır nəticəyə gətirib çıxarmayan əməli, özü də ümumən adi, normal əməli cinayət təqibinə məruz qoymaq, özü də uzun müddətə azadlıqdan məhrum etmək cəzasına məruz qoymaq hüquq sahəsində, qanunvericilik sahəsində mümkün olmayan bir haldır. Bu, hüquq məntiqinə, qanunvericilik məntiqinə tamamilə zidd məsələdir. Əməlin cinayətliliyi - onun ictimai təhlükəliliyinin törəmə funksiyasıdır. Obyektiv olaraq ictimai təhlükəli olmayan əməlin cinayət elan edilməsi qanunvericilik səhvidir. Ağır nətəcələrə gətirib çıxara bilən bu səhvi düzəltmək dövlətçilik yanaşması baxımından zəruri əməldir”.
 


pxl
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir