
UEFA Çempionlar Liqasının qrup mərhələsi başa çatıb. Dekabrın 7-də keçirilən oyunlarda qalib gələn “Napoli”, SSKA, “Bazel” və “Lion” növbəti mərhələyə keçid hüququ qazanıblar. Türkiyə təmsilçisi “Trabzonspor” isə qrupda üçüncü yeri tutaraq Avropa Liqasına yuvarlanıb.
A qrupu
“Mançester Siti” (İngiltərə) – “Bavariya” (Almaniya) 2:0
“Vilyarreal” (İspaniya) – “Napoli” (İtaliya) 0:2
B qrupu
“İnter” (İtaliya) – SSKA (Rusiya) 1:2
“Lill” (Fransa) – “Trabzonspor” (Türkiyə) 0:0
C qrupu
“Bazel” (İsveçrə) – “Mançester Yunayted” (İngiltərə) 2:1
“Benfika” (Portuqaliya) – “Otselul” (Rumıniya) 1:0
D qrupu
“Ayaks” (Hollandiya) – “Real” (İspaniya) 0:3
“Dinamo” (Xorvatiya) – “Lion” (Fransa) 1:7
“Real”, “Bavariya”, “İnter” və “Benfika” 1/8 finala daha əvvəl vəsiqə almışdılar.


