Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Araşdırma
print

XARİCDƏ TƏHSİL: UNİVERSİTETLƏR NECƏ SEÇİLİR?

2011-12-05 - 14:54:00

Dövlət başçısı Azərbaycan gənclərinin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almasını və ölkənin inkişafında yaxından iştirakını təmin etmək məqsədilə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” 2006-cı il 19 oktyabr tarixli 1746 nömrəli sərəncam imzalayıb. Bu sərəncama uyğun olaraq hazırlanmış “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması məqsədlərinə xidmət etməlidir.

Universitetlərin seçimində konkret meyar yoxdur

Dövlət Proqramının icrası sahəsində tənqid edilən məqamlardan biri universitetlərin seçimi ilə bağlıdır. Ekspertlər hesab edirlər ki, dünya ölkələrinin yüzlərlə universiteti deyil, reytinqlərdə öndə olan, ən yaxşı təhsil verən ali məktəblər seçilməlidir. Halbuki Nazirlər Kabinetinin qərarına görə, yalnız bakalavr təhsili üzrə 24 ölkədən 331 universitet seçilib. Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planında qeyd olunur ki, Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mütəmadi olaraq xaricdəki ali təhsil müəssisələrinin siyahısını hazırlayır.

Lakin universitetlərin seçimində konkret meyarlar hazırlanmayıb. Proqramda sadəcə qeyd olunur: “Məhdud resurslardan səmərəli istifadə prinsipinə əsasən, tələbə göndəriləcək xarici təhsil qurumları arasında seçim edilməsi zamanı həmin təhsil qurumunun dünya üzrə reytinqi, müəyyənləşdirilmiş prioritet istiqamətlər üzrə tələb edilən təhsilin səviyyəsi, tələbənin təhsil, sosial təminat və digər xərcləri nəzərə alınmaqla ən optimal variantlara üstünlük verilir”.

Göründüyü kimi, universitetlərin seçimində proqramda nəzərdə tutulan fəaliyyətlərin konkret icra mexanizmi müəyyənləşdirilməyib. Xatırladaq ki, proqramın icrasına rəhbərliyi Prezident yanında Təhsil üzrə Komissiya həyata keçirir. İlk seçimlər zamanı komissiyanın üzvü olmuş, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin təhsil siyasəti və tədqiqatlar üzrə proqram direktoru Elmina Kazımzadənin sözlərindən aydın olur ki, universitetlərin ilkin siyahısının da hazırlanmasında konkret meyarlar olmayıb: “İlkin mərhələdə universitetlərin siyahısını Hamlet İsaxanlı (komissiyanın keçmiş üzvü, Xəzər Universitetinin rektoru - B.N.) vermişdi. Bəzilərini beynəlxalq reytinqlərlə uzlaşdırmışdıq”.

Kazımzadə də hesab edir ki, uzun siyahılara ehtiyac yoxdur: “Müəyyən olunmalıdır ki, Azərbaycanın hansı proqramlara daha çox ehtiyacı var. Burda daha çox tədqiqatçı proqramlara üstünlük verilməlidir”.

Komissiyanın sabiq üzvlərindən biri professor Cəmil Həsənli də bildirir ki, xeyli sayda universitet seçilməsinə baxmayaraq qarşıya qoyulan məqsədə çatılmayıb: “Bu proqram 2008-2015-ci illərdə 5 min tələbənin xaricdə təhsil almasını nəzərdə tutur. Ancaq bu günə kimi cəmi 749 tələbənin göndərilməsi disbalans yaradır. Heç olmasa nəzərdə tutulan sayın yarısı qədər tələbə göndərilməli idi. Təəssüf ki, belə deyil”.

C.Həsənli də hesab edir ki, bu qədər universitet seçimi doğru deyil: “Məsələn, dünyanın təxminən 15 universiteti seçilə bilər. Onlarla müqavilə bağlanıb uzunmüddətli proqram əsasında kadr hazırlığı aparmaq olar. Məsələn, o mütəxəssisi ki, Almaniyda, ya da İngiltərədə hazırlamaq mümkündür, bundan ötrü gəncləri Avstraliyaya göndərmək lazım deyil”.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə verdiyimiz sorğunun cavabında qeyd olunur ki, dünyada müxtəlif sahələr üzrə ən yaxşı mütəxəssislər hazırlayan universitetlərin hamısı siyahıda var: “Biz o universitetləri seçirik ki, həmin təhsil ocaqları reytinqlərdə öndədir. O cümlədən müxtəlif ölkələrin Azərbaycandakı səfirliklərinin də rəylərini alırıq. Eyni zamanda bizdə də məlumat var ki, hansı universitetlər hansı sahədə mütəxəssis hazırlaya bilir”.

Nazirlikdə hesab edirlər ki, universitet seçimində qiymət meyarı da önəmlidir: “Elə universitetlər var ki, ödənişlərin məbləği həddən artıq böyükdür”. 

Nazirliyin cavabında qeyd olunur ki, proqram təzə qəbul olunanda cəmiyyətdə bir çox universitet haqqında məlumat yox idi: “Bizim mütəxəssislər ararşdırıb öyrənəndən sonra bir neçə dəfə hökumətə müraciət etdik və həmin universitetlər siyahıya əlavə olundu. Ümumiyyətlə, 100-ə yaxın universitet var ki, bunları heç kimlə məsləhətləşməyə ehtiyac yoxdur. O cümlədən elə universitetlər var ki, reytinq cədvəlində sonuncu yerləri tutur, ancaq bizə lazım olan ixtisas həmin təhsil ocağında yüksək səviyyədədir. Universitetlər adətən müəyyən sahələr üzrə ixtisaslaşır. Tibb sahəsində Almaniya universitetləri öndədir. Elə bu gün də həmin ölkədə xeyli sayda tələbə oxuyur. Əgər biz dünyanın yalnız 25-30 tanınmış universitetini seçsəydik, daha az tələbə göndərməli olardıq. 300 elə də böyük rəqəm deyil. Elə universitet də var ki, yalnız bir istiqamət üzrə yaxşı kadr hazırlayır”.

Xaricdə proqramdan kənar təhsil almış məzunlar bizimlə söhbət zamanı bir sıra maraqlı məqamlara toxundular. Onlar bildirirlər ki, bir çox halda proqramdan bəhrələnmək istəyən tələbələr universitetlərə onların reytinqinə baxmadan, siyahıda olmasını əsas tutaraq müraciət edirlər: “Maraqlıdır ki, bir sıra Avropa universitetlərində də artıq Azərbaycandakı proqramdan məlumatlıdırlar, buna görə də onlara edilən müraciətlərin demək olar ki, hamısını müsbət cavablandırırlar. Hətta bir çox universitetlər Azərbaycana nümayəndə göndərərək qiymətdə güzəştlər təklif edirlər. Təəssüf ki, əksər halda universitetin verdiyi təhsilin keyfiyyəti nəzərə alınmadan belə təkliflərə müsbət cavab verilir”.

ABŞ universitetlərinə moratorium qoyulub?

Diqqət çəkən məqamlardan biri də Amerika universitetlərinə göndərişin az olmasıdır. Cari ilin oktyabrına olan məlumata görə, proqram üzrə xaricə göndərilən 749 tələbədən yalnız 29-u bu ölkədə təhsil alır. Ölkələr üzrə illik xərclərə nəzər yetirdikdə bu rəqəmin ABŞ üzrə ilbəil azaldığı görünür. Proqramın əsas maliyyə mənbəyi olan Dövlət Neft Fondundan aldığmız rəqəmlər də bunu təsdiq edir. 2008-ci ildə 10, 2009-cu ildə 13, 2010-cu ildə 5, 2011-ci ilin oktyabr ayına qədərsə cəmi 3 tələbənin ABŞ-da təhsil haqqı maliyyələşdirilib.

THES/QS (The Times Higher Education Supplement – “The Times” qəzetinin ali təhsil əlavəsi) və QS (Quacquarelli Symonds – təhsilin beynəlxalq problemlərin ilə məşğul olan kompaniya) kimi nüfuzlu reytinq cədvəllərinə görə, 2011-2012-ci tədris ili üçün dünya üzrə ilk onluqda olan 10 universitetdən 7-si Amerikanın payına düşür.

C.Həsənli də ABŞ universitetlərinə az tələbə göndərilməsini düzgün hesab etmir: “Belə bir fikir vardı ki, tələbələr Amerikaya yox, Avropa ölkələrinə göndərilsin. Guya Amerikada uşaqlara siyasi təsir edirlər. Bu, mənasız söhbətdir. Amerika dünyanın ən böyük təhsil mərkəzidir. Bu ölkənin bütün inkişafı təhsilin uğurları üzərində qurulub. Əgər Amerika uşaqların başını “dəyişirsə”, bu yanaşma eyni prinsiplərlə idarə edilən Almaniyaya da tətbiq olunmalıdır. Söhbət daha yaxşı təhsil uğrunda mübarizdən gedirsə, Amerikaya üstünlük verilməlidir”.

Təhsil Nazirliyi isə ABŞ universitetlərinə hər hansı qadağadan söhbət getmədiyini bildirir: “İngiltərə universitetlərinə müraciət edənlər daha çoxdur. Elə insanlar var ki, ya onların qohumu orda yaşayır, ya da başqa  müəyyən səbəblərə görə həmin ölkəni seçir. Burda əsas gənclərin seçimidir. Məsələn, Amerikanı 50, İngiltərəni isə 200 tələbə seçir. Əlbəttə, 200 tələbədən seçim daha çox olacaq”.

“Amerikada ali təhsil həddən artıq bahadır. Tibb sahəsində elə məktəblər var ki, ilə 100, 150 min dollar tələb olunur. Bu pulun hesabına Almaniyada 6-7 tələbə oxutmaq olar. Ancaq heç bir ölkəyə məhduduiyyət yoxdur” – bunu da nazirlikdən bildirdilər. 

Müqayisə üçün qeyd edək ki, ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosunun dəstəyi ilə Beynəlxalq Təhsil İnstitutunun açıqladığı illik “Açıq Qapılar (Open Doors) – 2011” hesabatına əsasən, bu ölkədə təhsil almaq istəyən gənclərimizin sayı heç də az deyil. Hesabatda göstərilir ki, 2010-2011-ci təhsil ilində ABŞ-ın ali təhsil müəssisələrində 440 azərbaycanlı tələbə qeydiyyatdan keçib ki, bu da 5 il bundan əvvəlki dövrlə müqayisədə iki dəfə, əvvəlki illə müqayisədə isə 8% çoxdur. Bu həm də o deməkdir ki, tələbələrin ABŞ universitetlərini az seçməsi barədə irəli sürülən iddia reallığı əks etdirmir.

Xarici təcrübə nə deyir?

Bu sahədə təcrübəsi müzakirə olunan ölkələrdən biri də Qazaxıstandır. Xaricdə təhsil üzrə “Bolaşak” proqramını Qazaxıstan prezidenti Nursultan Nazarbayev 1993-cü ildə təsdiq edib. 1994-2010-cu illərdə bu proqram üzrə xaricdə təhsilə göndərilmiş 7356 tələbədən 2135 nəfəri məhz ABŞ universitetlərini seçib. Qazaxıstan ötən il tələbə göndərdiyi universitetlərin sayını 485-dən 200-dək azaldıb. Bunu bir çox universitetin qazax təqaüdçüləri üçün qəbul şərtlərini yumşaltmaları ilə izah edirlər. Bildirilir ki, şərtlərin belə yumşaldılması təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Təsadüfi deyil ki, bir çox mütəxəssislər son illərdə Azərbaycandan Avropanın bir sıra aşağı reytinqli universitetlərinə tələbə göndərişinin artmasına məhz bu cür amillərin təsir göstərdiyini qeyd edirlər.

Bəkir NƏRİMANOĞLU

 

Yazı İqtisadi Tədqiqatlar Mərkəzinin ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanlı gənclərin 2007-2015-ci illərdə xaricdə təhsili ilə bağlı dövlət proqramının tətbiqinə dair ictimai maarifləndirmə” layihəsi çərçivəsində hazırlanıb

 


pxl
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir