Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Hüquq
print

KEÇMİŞ PREZİDENTİN və ONUN AİLƏ ÜZVLƏRİNİN TƏMİNATI HAQQINDA KONSTİTUSİYA QANUNU

2011-11-30 - 14:11:00

“Media forum” saytı 2011-ci ilin noyabr ayında Milli Məclisin qəbul etdiyi “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” konstitusiya qanununu oxucuların diqqətinə çatdırır. 2012-ci ilin may ayında təkrar səsverməyə çıxarılmalı olan qanun əvvəllər Azərbaycan Respublikasının prezidenti seçilmiş şəxsin (keçmiş prezidentin) və onun ailə üzvlərinin təminatı qaydalarını müəyyən edir.

Maddə 1. Anlayışlar

1.1. Bu Konstitusiya Qanununda “keçmiş Prezident” dedikdə aşağıdakı şəxslər nəzərdə tutulur:
1.1.1. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutmuş şəxs;
1.1.2. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutmuş və vəfat etmiş şəxs;
1.1.3. Azərbaycan Respublikası Konstitusiyasının 104-cü maddəsinə uyğun olaraq Prezident səlahiyyətlərinə xitam verilmiş şəxs.
1.2. Bu Konstitusiya Qanununda “keçmiş Prezidentin arvadı (əri)” dedikdə keçmiş Prezidentin vəfat etdiyi tarixdə onunla qanuni nikahda olan arvadı (əri) nəzərdə tutulur.
1.3. Bu Konstitusiya Qanununda “öhdədə olan uşaq” dedikdə vəfat etmiş keçmiş Prezidentin 18 yaşına çatmamış və öhdəsində olan uşağı, o cümlədən övladlığa götürülmüş uşağı və ya ögey uşağı nəzərdə tutulur.

Maddə 2. Keçmiş Prezidentin pensiyası

2.1. Keçmiş Prezident Azərbaycan Respublikasının fəaliyyətdə olan Prezidentinin aylıq vəzifə maaşının 50 faizi məbləğində aylıq pensiya alır.

2.2. Azərbaycan Respublikası Konstitusiyasının 107-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsindən kənarlaşdırılmış şəxs bu Konstitusiya Qanununun 2.1-ci maddəsində nəzərdə tutulmuş aylıq pensiyanı almaq hüququna malik deyildir.

Maddə 3. Vəfat etmiş keçmiş Prezidentin arvadına (ərinə) və ya öhdəsində olan ailə üzvlərinə ödənilməli olan müavinət

3.1. Keçmiş Prezidentin vəfatından sonra aşağıdakı şəxslərə bu Konstitusiya Qanununun 2.1-ci maddəsinə əsasən keçmiş Prezidentə ödənilməli olan aylıq pensiyanın 50 faizi məbləğində aylıq müavinət ödənilir:
3.1.1. arvadına (ərinə);
3.1.2. arvadı (əri) olmadıqda, öhdəsində olan uşağına.
3.2. Keçmiş Prezident səlahiyyət müddətində vəfat etdikdə aşağıdakı şəxslərə bu Konstitusiya Qanununun 2.1-ci maddəsinə əsasən keçmiş Prezidentə ödənilməli olan pensiya məbləğində aylıq müavinət ödənilir:
3.2.1. arvadına (ərinə);
3.2.2. arvadı (əri) olmadıqda, öhdəsində olan uşağına.
3.3. Bu Konstitusiya Qanununun 3.1–3.2-ci maddələrinə əsasən müavinət alan keçmiş Prezidentin arvadı (əri) vəfat etdikdə ödənilməli olan aylıq müavinət öhdədə olan uşağa ödənilir.
3.4. Öhdədə olan uşaq birdən artıq olduqda, bu Konstitusiya Qanununun 3.1–3.3-cü maddələrinə əsasən ödənilməli olan aylıq müavinət öhdədə olan uşaqlar arasında bərabər bölünərək ödənilir.
3.5. Müavinət ödənişlərini bölüşən öhdədə olan uşaq 18 yaşına çatdıqda müavinətin ona aid hissəsi müavinət ödənişlərini almaq hüququna malik öhdədə olan uşaqlar arasında bərabər bölünərək ödənilir.
3.6. Azərbaycan Respublikası Konstitusiyasının 107-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsindən kənarlaşdırılmış və vəfat etmiş şəxsin arvadı (əri) və (və ya) öhdəsində olan uşağı bu Konstitusiya Qanununun 3.1-ci maddəsində nəzərdə tutulmuş müavinəti almaq hüququna malik deyildir.

Maddə 4. Pensiya və müavinətin ödənildiyi dövr

4.1. Bu Konstitusiya Qanununun 2.1-ci və 10.2-ci maddələrinə uyğun olaraq keçmiş Prezidentə ödənilməli olan pensiya və digər ödənişlər onun Prezident vəzifəsini tərk etdiyi gündən vəfat etdiyi günədək ödənilir.
4.2. Keçmiş Prezidentin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilməli olan aylıq müavinət keçmiş Prezidentin vəfatının ertəsi günündən aşağıdakı günlərədək ödənilir:
4.2.1. arvadının (ərinin) vəfat etdiyi günədək;
4.2.2. öhdədə olan uşağın 18 yaşına çatdığı günədək.
4.3. Bu Konstitusiya Qanununun 3.3-cü maddəsinə əsasən keçmiş Prezidentin arvadı (əri) vəfat etdikdən sonra öhdədə olan uşağa ödənilməli olan aylıq müavinət keçmiş Prezidentin arvadının (ərinin) vəfatının ertəsi günündən həmin uşağın 18 yaşına çatdığı günədək ödənilir.

Maddə 5. Dövlət büdсəsinin vəsaiti hesabına ödənilən xərclər

Bu Konstitusiya Qanununa uyğun olaraq pensiya və müavinətlərin ödənilməsi və digər təminatların verilməsi ilə bağlı xərclərin məbləği dövlət büdсəsində ayrıca sətirlə göstərilir.

Maddə 6. Özgəninkiləşdirmənin qadağan edilməsi

6.1. Bu Konstitusiya Qanununa uyğun olaraq ödənilməli olan pensiya, müavinət və digər ödənişlər məcburi olaraq digər şəxsə verilə və ya ötürülə, yaxud məhkəmənin qərarı ilə tutula və ya girov qoyula bilməz.
6.2. Aşağıdakı hallar istisna təşkil edir:
6.2.1. Azərbaycan dövlətinə ödənilməli olan və müddəti bitmiş borcun ödənilməsi;
6.2.2. pensiyanın təyin edildiyi keçmiş Prezidentin keçmiş arvadının (ərinin) və ya azyaşlı uşağının saxlanması üçün müntəzəm olaraq pul məbləğlərinin ödənilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması.

Maddə 7. Müflisləşmə halında tələbin pensiya, müavinət və digər ödənişlərə yönəldilməsinə yol verilməməsi

Bu Konstitusiya Qanununa uyğun olaraq pensiya, müavinət və digər ödənişlər almaq hüququna malik olan şəxsin əmlakı müsadirə edildikdə və ya digər üsullarla məcburi olaraq mülkiyyətindən çıxarıldıqda, pensiya, müavinət və ya digər ödənişlərin dəyəri müflisin aktivlərinin heç bir hissəsini təşkil etmir.

Maddə 8. Gəlir vergisindən azad etmə

Bu Konstitusiya Qanununa uyğun olaraq ödənilən pensiya, müavinət və digər ödənişlərin məbləği gəlir vergisindən azad edilir.

Maddə 9. Tibbi təminat

Dövlət qulluqçusu üçün müəyyən edilmiş tibbi təminatlara dair bütün qanun və qaydaların müddəaları keçmiş Prezidentə və onun ailə üzvlərinə şamil olunur.

Maddə 10. Digər təminatlar

10.1. Keçmiş Prezidentə aşağıdakı digər təminatlar verilir:
10.1.1. Təminat heyəti:
10.1.1.1. üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti;
10.1.1.2. bir sürücü.
10.1.2. Bir nəqliyyat vasitəsi.
10.2. Təmsilçilik xərcləri:
10.2.1. keçmiş Prezidentə Azərbaycan Respublikasının fəaliyyətdə olan Prezidentinin aylıq vəzifə maaşının 20 faizi məbləğində aylıq təmsilçilik xərcləri ödənilir;
10.2.2. təmsilçilik xərclərinin istifadəsinə dair illik hesabat hər il dekabrın 31-dək müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.
10.3. Keçmiş Prezidentə və onun arvadına (ərinə) ömürlük diplomatik pasport verilir.
10.4. Bu Konstitusiya Qanununun 10.1.1-ci maddəsində göstərilən şəxslərin əmək haqları dövlət büdсəsi hesabına ödənilir.
10.5. Azərbaycan Respublikası Konstitusiyasının 107-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsindən kənarlaşdırılmış şəxsə bu Konstitusiya Qanununun 9-cu və 10.1–10.3-cü maddələrində nəzərdə tutulmuş təminatlar verilmir.

Maddə 11. Keçmiş Prezidentin və onun arvadının (ərinin) toxunulmazlığı
                          
11.1. Keçmiş Prezident Azərbaycan Respublikasının Prezidenti seçilməzdən əvvəl və Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini icra edərkən etdiyi hərəkətlərə (hərəkətsizliyə) görə inzibati və ya cinayət məsuliyyətinə сəlb edilə bilməz.
11.2. Keçmiş Prezidentin arvadı (əri) keçmiş Prezidentin Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etdiyi və ondan əvvəlki dövrdə etdiyi hərəkətlərə (hərəkətsizliyə) görə inzibati və ya cinayət məsuliyyətinə сəlb edilə bilməz.
11.3. Keçmiş Prezident və onun arvadı (əri) Azərbaycan Respublikası Baş prokurorunun razılığı olmadan cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.
11.4. Keçmiş Prezident və onun arvadı (əri) cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda keçmiş Prezidenti və ya onun arvadını (ərini) tutan orqan (vəzifəli şəxs) bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

Maddə 12. Şəxsi arxivin saxlanması

Rəsmi yazışma sənədlərinin surətlərindən ibarət arxiv keçmiş Prezidentin sərəncamında saxlanılır.


"Media forum"
pxl
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir