Media Forum Media Forum
AZE RUS
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İslam və Demokratiya str
Ekologiya str
menu
Sayt haqqında str
menu
Tərəfdaşlar str
menu
Video str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
menu
Müzakirə str
mej

Cana məlhəm hekayələr
Ferrari


pxl

Monitorinq
print

HƏMKARLAR TƏŞKİLATLARI İLƏ BAĞLI ARAŞDIRMANIN NƏTİCƏLƏRİ AÇIQLANIB

2011-11-25 - 17:10:00

“Media forum” saytı xəbər verir ki, Vətəndaş Cəmiyyətinin Öyrənilməsi Mərkəzi həmkarlar təşkilatlarının Azərbaycanda inkişaf səviyyəsini öyrənmək məqsədilə sorğu keçirib. Sorğu üç şəhərdə (Şəki, Gəncə və Bakı) üç peşədə çalışanlar - tikinti, nəqliyyat və əhaliyə xidmət işçiləri arasında keçirilib. Sorğu həmçinin iş sahibləri və həmkarlar ittifaqları sahəsində siyasətlə məşğul olanları əhatə edib. Nəhayət, mediada həmkarlar təşkilatlarına aid məlumatların monitorinqi aparılıb.

Əməkçilər arasında keçirilmiş sorğu

90 əməkçi arasında keçirilmiş sorğu aşağıdakı mənzərəni üzə çıxarıb.
Əməkçilərin yalnız 22%-i həmkarlar ittifaqlarının üzvüdür. Onların işlədiyi təşkilatların isə yalnız 28%-də həmkarlar ittifaqları mövcuddur.

Sorğudakı suallardan biri həmkarlar təşkilatlarının yaradılmasına münasibətə aid idi. Sorğuda iştirak edənlərin 46%-i həmkarlar təşkilatlarının yaradılmasını müsbət hadisə sayıb. Ümumən həmkarlar ittifaqlarının inkişafını müsbət hadisə sayanlar bu inkişafı əngəlləyən əsas səbəb kimi iş sahiblərinin mənfi münasibətini (35%), rəsmi qurumların həmkarları dəstəkləməməsini (32%), işçilərin özlərinin biganəliyini (21%),  işçilərin məlumatsızlığını (12%) göstəriblər.

Sorğu iştirakçılarının 54%-i həmkarlar təşkilatlarının yaranmasına mənfi münasibət göstərib. Bunun səbəblərinə gəldikdə onların 42%-i həmkarlar təşkilatları rəhbərlərinin onsuz da əməkçilərin deyil, öz maraqlarını düşünəcəklərini, 34%-i dövlətin bunu dəstəkləməyəcəyini, 24%-i isə onsuz da bu sahədə heç nəyi dəyişməyin mümkün olmayacağını qeyd edib.
Belə olduqda təsadüfi deyil ki, sorğuda iştirak edənlərin yalnız 4%-i həmkarlar təşkilatı yaratmağa cəhd göstəriblər.

Maraqlıdır ki, sorğu iştirakçılarının 35%-i, yəni üçdə birindən artıq hissəsi həmkarlar təşkilatlarından ilk növbədə istirahət zonalarına göndəriş, uşaqları üçün düşərgələrdə istirahət imkanları yaradılması və bu kimi faydalar görmək istərdi.

Beləliklə, əməkçilərin özləri də hələlik həmkarlar təşkilatlarını iş sahibləri ilə münasibətləri tənzimləyən əsas mexanizm kimi görmür.

Sorğu həmçinin göstərib ki, xidmət və tikinti sektoru ilə müqayisədə nəqliyyat sektorunda həmkarlar təşkilatları nisbətən daha fəaldır. Ən acınacaqlı hal bu idi ki, sorğuda iştirak edənlərin bir hissəsi, əsasən cavanlar həmkarlar təşkilatlarının ümumiyyətlə nə olmasından tamamilə xəbərsizdirlər.

İş sahibləri arasında sorğu

İş sahibləri arasında sorğu keçirən zaman bu sorğuda iştirak etmək istəyəni tapmaq elə də asan deyildi. Ona görə də alınmış cavabları tam əhatəli və etibarlı saymaq düzgün olmazdı. Bununla belə, həmin cavabların ümumi tendensiyaları üzə çıxarmaqda kömək etdiyi də şübhəsizdir.

İş sahiblərinin 25%-i bildirib ki, onların rəhbərlik etdiyi təşkilatlarda həmkarlar təşkilatları var. Bu da əməkçilərdən alınan cavaba çox yaxındır. Müəssisəsində həmkarlar təşkilatı olmayan iş sahiblərinin yalnız 17%-i belə təşkilatların yaradılmasına müsbət baxacağını bildirib. Belə təşkilatların yaradılmasının əleyhinə çıxanların əsas arqumenti isə bu olub ki, həmkarlar təşkilatları onsuz da heç bir iş görmür: “Həmkarlar təşkilatları nə edir ki, bizim müəssisədə də onların yaradılmasına ehtiyac olsun?!”

Əksinə, həmkarlar təşkilatlarının yaradılmasını istəyən iş sahibləri öz istəklərini belə əsaslandırıblar ki, bu təşkilatlar hərdən qeyri-populyar addımlarda rəhbərliyə kömək göstərə bilir. Məsələn, onlar müəssisənin işi düz getməyəndə böhrandan çıxmaq üçün əmək haqlarının müvəqqəti azaldılması və ya dondurulması, işçilərin bir hissəsinin ixtisara salınması kimi addımlarda həmkarlar təşkilatının kollektivlə danışıqlarda və razılığın əldə edilməsində mühüm vasitəçi ola biləcəyini qeyd ediblər.

Siyasətlə məşğul olanlar arasında keçirilmiş sorğu

Bu sorğuda iştirak edənlərin 42%-i həmkarlar təşkilatlarının inkişafının yaxşı səviyyədə olduğunu qeyd edib. Bu da əməkçilərin fikri ilə ziddiyyət təşkil edir.

Bu sahədə dövlət siyasəti ilə məşğul olanlara verilmiş ikinci sual həmkarlar ittifaqlarının rolunun nədən ibarət olması haqda olub. Maraqlıdır ki, əməkçilərdən fərqli olaraq, siyasətlə məşğul olanlar həmkarlar təşkilatlarının rolu və cəmiyyətdə yeri barədə suallara çox dəqiq cavablar veriblər. Bu da onun göstəricisidir ki, siyasətlə məşğul olanların həmkarlar təşkilatlarının inkişaf səviyyəsini yüksək sayması heç də məlumat çatışmazlığının deyil, müəyyən mövqenin nəticəsidir.

Sorğuda iştirak etmiş dövlət tənzimləyicilərinin yarısı hesab edib ki, əməkçilər və iş sahibləri arasında məlumatlandırma və təbliğat aparılsa, bu, həmkarlar təşkilatlarının inkişafına təkan verə bilər. Onların əksəriyyəti həmkarlar təşkilatlarının maddi bazasının gücləndirilməsini çox önəmli sayıblar.

Medianın monitorinqi

Tədqiqatın bir hissəsi medianın monitorinqinə həsr olunub. Monitorinq həmkarlar təşkilatlarının fəaliyyətinin mediada demək olar ki, işıqlandırılmadığını göstərib. Ən yaxşı halda media xəbərləri Həmkarlar Konfederasiyası sədrinin hansısa xarici qonağı qəbul etməsi və ya xaricə səfər etməsinə aid olub. Monitorinq dövründə iş sahibləri ilə mübahisəsi yaranan əməkçilərin həmkarlar təşkilatlarına və ya həmkarlar ittifaqlarına deyil, ölkə prezidentinə, Avropa Məhkəməsinə, Heydər Əliyev Fonduna və başqa bu kimi məsələyə bilavasitə aidiyyəti olmayan qurumlara müraciət etməyə üstünlük verdiyi aydınlaşıb. Nədənsə, həmkarlar təşkilatlarına və ya ittifaqlarına müraciət etmək yada düşmür. Məsələn, bu ilin sentyabr ayında Qazaxda “Akkord” şirkəti ilə baş vermiş mübahisədə əməkçilər Avropa Məhkəməsinə üz tutacaqlarını deyiblər. Oktyabr ayında isə “Bahar Energy” şirkətinin əməkçiləri Neft və Qaz Sənayesi Həmkarlar İttifaqının qarşısında ittifaqın onların hüquqlarının pozulmasına biganə qalmasına etiraz olaraq piket keçiriblər. Əməkçilər uzun illər ərzində üzvlük haqqı verdiklərini, lakin həmkarlar ittifaqının onları qətiyyən müdafiə etmədiyini vurğulayıblar. Əməkçilərin hüquqlarını qorumaq üçün yaranmış bir təşkilat bunu etmirsə, vəziyyətin nə yerdə olduğunu görmək çətin deyil. 

Monitorinq həm də bunu aşkar edib ki, əməkçilərin problemlərinin üzə çıxarılmasında, müzakirə edilməsində əsas rolu həmkarlar təşkilat və ittifaqları deyil, QHT-lər və qismən media oynayır.

Əlbəttə, nisbətən az sayda əməkçi, iş sahibi və bu sahədə siyasətlə məşğul olan insan arasında keçirilmiş sorğunu tam etibarlı saymaq düzgün olmazdı. Bununla belə, sorğu bu sahədə çatışmazlıqları və ümumi mənzərəni üzə çıxarır və gələcəkdə daha əhatəli, dəqiq və etibarlı tədqiqatlara zərurətin olduğunu göstərir.


"Media forum"
pxl
pic YAPONİYA BANKI İRANIN 2,6 MİLYARD DOLLAR VƏSAİTİNİN KÖÇÜRÜLMƏSİNİ DAYANDIRIB
2012-05-17 - 16:45:00
Yaponiyanın “Mitsubişi” (MUFG) bankı İranın 2 milyard 600 milyon dollar vəsaitinin köçürülməsini dayandırıb. “Media forum” saytının məlumatına ardı >>>
mej
MİLLİ TƏHLÜKƏSİZLİK NAZIRLIYİ İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATI
2012-05-17 - 16:10:00
Son günlər həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr ardı >>>
mej
“SƏHƏR” KANALININ SÜRÜCÜSÜ AZADLIĞA BURAXILIB
2012-05-17 - 15:15:00
“Turan” xəbər verir ki, İranın “Səhər” telekanalının Bakı bürosunun sürücüsü Ramin Dadaşov mayın 16-da həbsdən azad edilib. Fevralın 15-də Rami ardı >>>
mej
pic ABŞ-ın İSRAİLDƏKİ SƏFİRİ: “PLANLAR HAZIRDIR”
2012-05-17 - 14:24:00
Dan Şapiro ABŞ-ın İsraildəki səfiri Dan Şapiro mayın 16-da jurnalistlərə Qərbin İrana qarşı mümkün h ardı >>>
mej
pic İLHAM ƏLİYEV “TWİTTER”də FİKİRLƏRİNİ PAYLAŞIB
2012-05-17 - 10:19:00
Prezident İlham Əliyev mayın 16-da “Twitter”də fikirlərini paylaşıb. 25 minə qədər izləyicisi olan prezident yazır: “Bugünkü Azərbaycan reallı ardı >>>
mej
pic ADƏMİN ARXASINCA CƏNNƏTDƏN ÇIXAN QARIŞQA
2012-05-15 - 18:18:00
Oqtay QORÇU Uzaqdan qaraltı gördü, qaranəfəs özünü həmin yerə çatdıran qarışqa gedən üç adamı yoldan ardı >>>
mej
pic İRAN ERMƏNİSTANA QARŞI SƏRT MÖVQE TUTSAYDI...
2012-05-15 - 17:10:00
Aydın MİRZƏZADƏ Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərba ardı >>>
mej
pic ƏMANƏTLƏRİN VERİLƏCƏYİ ÜNVANLAR AÇIQLANIB (Siyahı)
2012-05-15 - 15:26:00
“Media forum” saytı bildirir ki, SSRİ dövündə əmanəti batmış şəxslərə fərdi birdəfəlik ödəmələrin veriləcəyi kassaların ünvanları açıqlanıb. ardı >>>
mej
pic ƏLDƏ TELEFON NÖMRƏSİ
2012-05-15 - 10:54:00
Paytaxtın müxtəlif nöqtələrində, bəzən hətta ictimai nəqliyyatda mobil telefon nömrələri satılır. Belə xidmət qanunidirmi? “Azercell” şir ardı >>>
mej
pic “YARADICI ADAMIN FACİƏSİ O DEYİL Kİ, İSTƏDİYİNİ YARATMAĞA QOYMURLAR, AZADLIĞI ALINIB”
2012-05-14 - 13:49:00
Vahid Qazi Publisist Vahid Qazinin baş redaktorluq elədiyi “Toplum” jurnalının yeni sayı çapa hazırl ardı >>>
mej
pic “DÜNYA MƏNİM NƏYİM DÜŞÜR?”
2012-05-14 - 12:34:00
Mayın 15-də şair Yunus Novruzun 65 yaşı tamam olur. O, 1947-ci ildə Gürcüstanın Laqodexi rayonunda Qabal kəndində doğulub. Azər ardı >>>
mej
pic 92-ci İL (Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə)
2012-05-14 - 10:27:00
QİSMƏT İllər sonra babam ölüm yatağında olanda və mən o vaxtdan bu yana yalnız filmlərdə gördüyüm hə ardı >>>
mej
pic “BAKIDA NƏ QƏDƏR ZİBİLXANA VARSA, HAMISININ KOSMOSDAN XƏRİTƏSİNİ ÇIXARDIB, YERİNİ TƏYİN ETMİŞƏM”
2012-05-11 - 15:20:00
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumu Ekologiya Departamentinin rəhbəri, Qlobal Ekologiya Fondun ardı >>>
mej
pic AVROPA FUTBOL ÇEMPİONATININ TƏQVİMİ
2012-05-11 - 13:33:00
“Media forum” saytı Avropa futbol çempionatı final mərhələsinin təqvimini təqdim edir. Çempionat 2012-ci il iyunun 8-dən iyulun 1-dək Polşa və Ukra ardı >>>
mej
pic “HAMININ EYNİ DƏRƏCƏDƏ QƏBUL ETDİYİ XARİZMATİK DİNİ LİDER YOXDUR”
2012-05-11 - 12:45:00
“Media forum” saytının suallarını ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırır. - Bakıda bu ay keçiriləcək “Avrovi ardı >>>
mej
pic “AVROVİZİYA”ya ETİRAZLARA NECƏ BAXIRSINIZ?
2012-05-10 - 19:08:00
    Namiq Babaxan Natiq Kərimov Nəriman Q ardı >>>
mej
pic KƏRİM OĞLU REYİN QAÇAQLIĞI
2012-05-10 - 16:59:00
Oqtay QORÇU Son vaxtlar heç yada salmıram bu igidi. Bu şəhər lap bivec eləyib bizi. Qorxu-hürkü də q ardı >>>
mej
pic NAMƏLUM QƏHRƏMANA ABİDƏ QOYMAQ
2012-05-10 - 16:11:00
Azər QARAÇƏNLİ İyirmi ildən çoxdu biz müharibə şəraitində yaşayırıq. Torpağımız işğal olunub, yüz mi ardı >>>
mej
pic BAĞIŞLAMASA YAXŞIDIR
2012-05-10 - 14:42:00
Hikmət SABİROĞLU Bir var canını sevgi sara, ürəyini yerindən çıxara, canını ala, bir də var elə həmi ardı >>>
mej
pic ƏQL və DİN
2012-05-10 - 13:08:00
Mail YAQUB Fəlsəfə doktoru, Xəzər Universitetinin müəllimi Əql və din münasibətlər ardı >>>
mej
pic BİR SƏSİM ÇAĞIRIR, BİR SƏSİM UZAQLAŞDIRIR, GET DEYİR
2012-05-10 - 12:14:00
Gülnar MAYİSQIZI Dəyər Dəyər vermək böyüklükdür mənim aləmimdə. Mənə dəyər verənə dəyər verərə ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir